Ministerial Decree No. 76 on enforcement of control measures for radiation safety
Made 1997-07-11 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Azərbaycan Respublikası ərazisində radiasiya təhlükəsizliyinə nəzarəti gücləndirmək tədbirləri haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 76.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Waste and hazardous substances
- Keywords
- data collection/reporting, hazardous substances, inspection, institution, internal trade, international trade, inventory, precautionary principle, radiation, transport/storage, transboundary effects, risk assessment/management, emissions, governance
- Categories
- *
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
Azərbaycan Respublikası ərazisində radiasiya təhlükəsizliyinə nəzarəti gücləndirmək tədbirləri haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası ərazisində radiasiya təhlükəsizliyinə müntəzəm nəzarətin mövcud norma və qaydalarının tələblərinə uyğun təmin edilməsi və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Respublikaya gətirilən və respublikadan çıxarılan, eyni zamanda respublika ərazisindən keçən tranzit yüklərə daim radiasiya nəzarəti aparmaq məqsədi ilə hava və dəniz limanları, dəmiryol stansiyaları və avtomobil nəqliyyatı yollarındakı sərhəd-keçid məntəqələrində stasionar avtomatik radiasiya nəzarəti cihazlarının quraşdırılması Dövlət Gömrük Komitəsinə tapşırılsın. 2. Dövlət Gömrük Komitəsi: 1997-1998-ci illər ərzində bu cihazların müvafiq yerlərdə quraşdırılmasını təmin etsin və həmin sahələrdə nəzarətin həyata keçirilməsi qaydalarını Səhiyyə Nazirliyi ilə birgə müəyyən etsin; - tabeliyindən, mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq hər hansı müəssisə, idarə və təşkilat tərəfindən respublikaya gətirilmiş radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri haqqında Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat versin; [1] respublika ərazisindən radioaktiv materialların tranzit yolla daşınmasına, yalnız baş verə biləcək qəzaların nəticələrinin ləğv edilməsinə təminat verən sığorta sənədinin olduğu halda icazə versin. 3. Nazirliklər, komitələr, şirkətlər, konsernlər, birliklər, idarələr və təşkilatlar radioaktiv maddə və digər ionlaşdırıcı şüa mənbələrinin hər il inventarizasiyasını keçirsinlər və nəticələrini müntəzəm olaraq hər il dekabrın 15-dək Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etsinlər, bu təşkilatlar isə Nazirlər Kabinetinə vaxtaşırı məlumat versinlər.[2] 4. Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi xalq təsərrüfatının müvafiq sahələri üçün radiasiya təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlanmasını təşkil etsinlər. 5. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin aidiyyəti şöbələrinə həvalə olunsun. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri. 11 iyul 1997-ci il N 76 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) 2. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1837.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1837.htm# edn2 QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə 2-ci bənddə "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri ilə əvəz edilmişdir. [2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə 3-cü bənddə "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri ilə əvəz edilmişdir. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə 2-ci bəndinin üçüncü abzasında və 3-cü bəndində “Dövlətdağtexnəzarət Komitəsinə” sözləri “Fövqəladə Hallar Nazirliyinə” sözləri ilə əvəz edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1837.htm# ednref1 http://www.e-qanun.az/alpidata/framework/data/1/c f 1837.htm# ednref2