Ministerial Decree No. 75s ratifying the Integrating Climate Change Risks into Water and Flood Management by Vulnerable Mountainous Communities in the Greater Caucasus Region
Made 2012-03-30 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Azərbaycan Respublikasinin Nazirlər Kabineti Sərəncam № 75s.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Environment
- Keywords
- climate change, flood, governance, integrated management, risk assessment/management, hazards
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ SƏRƏNCAM № 75s Bakı şəhəri, 30 mart 2012-ci il Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.9-cu bəndinə əsasən: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 mart tarixli 57s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən, 2012-ci il martın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən layihənin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün və layihəyə ayrılan texniki yardımın istifadəsinə dair məlumatı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla, ildə bir dəfədən az olmayaraq, zəruri hallarda tələb olunduqda və layihə tam başa çatdıqdan sonra yekun hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən layihənin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına müvafiq bildiriş göndərsin. 4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə