Ministerial Decree No. 75 on development of state programs for ecological education and awareness
Made 2003-06-02 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari № 75.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Environment
- Keywords
- biodiversity, capacity building, education, governance, environmental security, policy/planning, risk assessment/management, protection of environment
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
“Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları” və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 2 iyun 2003-cü il № 75 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 75 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Q A Y D A L A R I I. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının (bundan sonra – dövlət proqramları) tərtib edilməsi, hazırlanması, qəbul edilməsi və dərc olunması qaydalarını müəyyən edir. 1.2. Dövlət proqramlarının məqsədi ictimaiyyət arasında ekoloji tərbiyə, təbliğat, təhsil və maarifləndirmə üzrə dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir. 1.3. Dövlət proqramları təhsil və maarifləndirmənin xüsusiyyətlərini nəzərə almaqla ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunub saxlanılmasına, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və bərpasına dair bütün sahələri, eləcə də bir və ya bir neçə sahəni əhatə edə bilər. II. Dövlət proqramlarına dair əsas tələblər 2.1. Dövlət proqramları hazırlanarkən ətraf mühitə, ekologiya, insan və təbiət arasında qarşılıqlı əlaqələrə və ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübə əsas götürülür. 2.2. Dövlət proqramlarında hər kəsin təbiətə qayğı və məsuliyyətli münasibət bəsləməsi ruhunda tərbiyə olunması üçün müvafiq müddəalar öz əksini tapmalıdır. 2.3. Dövlət proqramlarının layihələri ictimaiyyətlə müzakirə edilməli və bu müzakirələrdə əhalinin geniş iştirakına şərait yaradılmalıdır. III. Dövlət proqramlarının hazırlanması 3.1. Dövlət proqramları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyi tərəfindən hazırlanır.[1] 3.2. Dövlət proqramlarının hazırlanmasında digər dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları və vətəndaşlar iştirak edə bilərlər. 3.3. Dövlət proqramları hazırlanarkən ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən, o cümlədən qeyri-ənənəvi enerji mənbələrindən səmərəli istifadə, biotexnologiya, ekoloji proseslərin və biosistemlərin riyazi modelləşdirilməsi, ekoloji idarəetmə və s. sahələr üzrə elmi-texniki nailiyyətlərə dair, habelə əhalinin ekoloji təhsili və maarifləndirilməsi istiqamətində estetik zövq və vətəndaş mövqeyinin formalaşmasına, bu sahədə emosional və intellektual həssaslığın tərbiyə olunmasına dair təkliflər nəzərə alınır. 3.4. Dövlət proqramları hazırlanarkən beynəlxalq təcrübədən istifadə olunur. 3.5. Dövlət proqramları “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan Ekoloji Təhsil və Maarifləndirmə üzrə Sahələrarası Komissiyanın rəyi nəzərə alınmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Elm və Təhsil nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. IV. Dövlət proqramlarının dərc edilməsi https://e-qanun.az/framework/2184# edn1 4.1. Dövlət proqramlarının layihələri ictimaiyyətin müzakirəsinə mediada dərc edilməklə və ya elektron informasiya şəklində verilə bilər.[2] 4.2. Təsdiq olunmuş dövlət proqramları mediada dərc olunur. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) 2. 13 sentyabr 2023-cü il tarixli 324 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1345) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın 3.1-ci və 3.5-ci bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir. [2] 13 sentyabr 2023-cü il tarixli 324 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1345) ilə “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın 4.1-ci və 4.2-ci bəndlərində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/2184# edn2 https://e-qanun.az/framework/53014 https://e-qanun.az/framework/55189 https://e-qanun.az/framework/2184# ednref1 https://e-qanun.az/framework/53014 https://e-qanun.az/framework/2184# ednref2 https://e-qanun.az/framework/55189