Ministerial Decree No. 70 on rules for logging
Made 1999-04-26 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- “Meşəqırma Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərari № 70.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Forestry
- Keywords
- afforestation/reforestation, forest management/forest conservation, forest species, protection of environment, protection of species, sustainable use, timber extraction/logging, land clearing, biodiversity
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Azərbaycan Respublikasının 1997 ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin t ətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998 ci il30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Na zirlər Kabineti qərara alır: 1. “Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriya dan başqa qoruyucu kateqoriyaya keçirilməsi Qaydası”, “Meşəqırma Qaydaları”, “Meşə fondunun dövlət uçotugöstəricilərinin Siyahısı” və meşə fondunun dövlət uçotu sənə dlərinin formaları təsdiq edilsin (əlavə olunur). 2. “Meşələrin eroziya əleyhinə, xüsusi qiymətli meşə massivlərinə və digər qoruyucu ka teqoriyalara aid edilməsi qaydası barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1979 cu il 8 fevral tarixli 58 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 26 aprel 1999-cu il № 70 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Meşəqırma qaydaları I. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar qiymətli cinslərdən ibarət meşələrin formalaşmasını, oduncaq ehtiyatından səmərəli istifadə olunmasını, meşələrin bərpasını, davamlıqlı və yüksək məhsuldarlıqlı ağaclıqların yetişdirilməsini, onların qoruyucu funksiyalarının artırılmasını tənzimləyir. 1.2. Meşələrdə (qoruq meşələri istisna olunmaqla) bitmə şəraitindən, sahənin relyefindən, mailliyindən, vəziyyətindən, doluluğundan, cins tərkibindən, yaşından, bonitetindən və digər əlamətlərindən asılı olaraq aşağıdakı qırma növləri tətbiq olunur: meşəbərpa qırmaları; aralıq istifadə üçün qırmalar. 1.3. Dövlət qoruqlarının meşələrindən yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir. 1.4. Meşəbərpa qırmaları — yetişmiş və yaşı ötmüş meşələrdə meşələrin doluluğunu 05—06-dan aşağı salmamaq və ümumi ehtiyatı 30 faizdən çox qırmamaq şərti ilə (təbii bərpaya şərait yaratmaq məqsədilə), qrup-qırma, könüllü-qırma və tədrici seçmə üsulu ilə aparılır. Mailliyi 30 faizdən artıq olan sahələrdə meşəbərpa qırmalarının aparılması qadağandır. Meşəbərpa qırmaları aparılan sahələrdə azad ağacı, ayı fındığı, alma, ardıc, armud, çökə, dağdağan, dəmir ağac, eldar şamı, güləbrişin, yabanı gilas, qaraçöhrə, qarmaqlı şam, qoz, quş armudu, saqqız, şümşad, şabalıd, şabalıd yarpaqlı palıd, şərq palıdı, şərq çinarı, tut, ipəkvariyarpaqlı qızıl ağac, yalanqoz cinslərinin kəsilməsi qadağan olunur. 1.5. Aralıq istifadə üçün qırmalar — meşələrin cins tərkibini yaxşılaşdırmaq, onların məhsuldarlığını, keyfiyyətini və davamlığını artırmaq, mühitqoruyucu rolunu saxlamaq və gücləndirmək, vahid meşə sahəsindən istifadə olunacaq oduncağın miqdarını artırmaq, onun texniki cəhətdən yetişməsini sürətləndirmək məqsədilə aparılır. Bu qırmalar zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: qırma üçün seçilən sahələrdə ağaclıqların bioloji təsnifatının aparılması; sağlam, düzgövdəli, toxumdan əmələ gəlmiş dolğun və digər müsbət ağacların saxlanılması; zədələnmiş, xəstə, davamlığını və texniki oduncaq keyfiyyətini itirmiş, yaşı ötmüş, gələcəyi gözlənilən qiymətli cinslərin inkişafına mane olan ağac və kolların qırıntıya təyin edilməsi; ilk növbədə yuxarı bonitetli (məhsuldar) meşələrdə qırmaların aparılması; qarışıq və bir cinsli meşələrdə qiymətli yerli cinsdərin sahədə saxlanılması, davamlığının artırılması və gələcəyi gözlənilən müsbət ağacların inkişafına əlverişli şərait yaradılması, ağaclığın doluluğunu (hər qırmadan sonra 06-dan, dağ yamaclarında isə 07-dən) aşağı salınmaması, onların sutənzimedici, torpaqqoruyucu funksiyalarının gücləndirilməsi. 1.6. Aralıq istifadə üçün qırmaların növləri və məqsədi: işıqlandırma qırması — 10 yaşına qədər cavan ağaclığın tərkibini formalaşdırmaq, sıxlığını nizama salmaq və qiymətli cinslərin inkişafını yaxşılaşdırmaq; təmizləmə qırması — 11—20 yaşına qədər meşə sahələrindəki əsas cinslərin yayılmasını nizama salmaq, onların cins tərkibini formalaşdırmaq; seyrəltmə qırmaları — 21—40 yaşınadək ağacların gövdələrinin və çətirlərinin düzgün formalaşmasına nail olmaq; keçid qırması — 41 yaşdan yetişmə yaşına qədər ağaclığın illik orta artımına əlverişli şərait yaratmaq; yenidənəkmə (rekonstruksiya) qırmaları — düzən və dağətəyi meşələrdə azqiymətli, alçaq boylu, pozulmuş ağac və kol cinslərinin məhsuldarlığını artırmaq, cins tərkibini yaxşılaşdırmaq. 1.7. Düzən meşələrdə (suvarılan meşələrdə) aralıq istifadə üçün qırmalar dağ meşələrinə nisbətən tez-tez aparılır. Bütün hallarda meşənin qoruyucu funksiyalarını zəiflətməmək üçün ağaclığın doluluğu normal saxlanmalıdır. Gövdələrində quş və vəhşi heyvanat yuvaları olan ağaclar qırıntıya təyin edilmir. Qırmalar ilk növbədə kifayət qədər gələcəyi gözlənilən yeniyetmələr, sahələrdə saxlanılmış tək-tək toxumluq və yaşı ötmüş ağaclar, ikinci dərəcəli ağac və kol cinsləri olan yüksək bonitetli meşələrdə aparılır. Sıxlığı 0,9-dan yuxarı olan cavan ağaclıq sahələrində inkişafdan geri qalmış, əyrigövdəli, çətiri pis olan və digər yararsız ağaclar qırıntıya təyin olunur. Qırmalar aparılarkən aşağıdakı ardıcıllıq təmin olunmalıdır: mədəni meşə əkinlərində və əvvəlki illərdə qırıntı yerlərində qalmış əsas cinsin yeniyetmələri (əgər ikinci dərəcəli ağac cinsləri sürətlə inkişaf edirsə) olan sahələrdə; qiymətli cinslərin yeniyetmələrinin, ikinci dərəcəli ağacların çətirləri altında qalmaq qorxusu olan qarışıq cinsli az qiymətli meşələrdə; eyni hündürlükdə olan əsas və ikinci dərəcəli cinslərdən ibarət qarışıq meşələrdə; yüksək sıxlığı və doluluğu (0,8—1,0) olan qiymətli cinsli meşələr, toxumdan və pöhrədən əmələ gəlmiş ağaclıqlarda. Göstərilən sahələrdə ağaclığın yaşından asılı olaraq işıqlandırma, təmizləmə və seyrəltmə qırmaları aparılır. Yetişmə yaşına qədər olan eyni cinsli və qarışıq meşələrdə əsasən keçid qırmaları aparılır. II. QIRMALARIN APARILMA VAXTI 2.1. Qırmaların başlanması və qurtarması vaxtı meşəbitmə şəraiti, ağac cinslərinin bioloji xüsusiyyətləri və ərazisinin iqtisadiyyatı nəzərə alınmaqla müəyyənləşdirilir. 2.2. Yerli iqlim və digər şəraitdən asılı olaraq işıqlandırma və təmizləmə qırmaları adətən ağaclar yarpaqladıqdan sonra vegetasiyanın müxtəlif dövrlərində aparıla bilər. 2.3. Dağətəyi və düzən zonalarda seyrəltmə qırmaları (güclü boy inkişafına malik və gövdəsi möhkəm olmayan sıx cavan ağaclıqda) əsasən yaz dövründə aparılır. Dağ meşələrində seyrəltmə və keçid qırmaları qış dövrü başlayana qədər aparılır. Bütün hallarda qırılacaq sahələrin seçilməsi və qırıntının aparılma vaxtı ovçuluq təsərrüfatı, meşədən əlavə istifadə və təbiəti mühafizə tələbləri və şərtləri nəzərə alınmaqla müəyyənləşdirilir. 2.4. Qarışıq bərkyarpaqlı cinslərdən ibarət meşələrdə meşəbərpa qırmaları aparmaq yaşına 20 il qalmış, yumşaq yarpaqlı və pöhrədən əmələ gəlmiş bərkyarpaqlı cinslərdən ibarət ağaclıqlarda isə 10 il qalmış qurtarır. III. QIRMALARIN MİQDARI, İNTENSİVLİYİ VƏ TƏKRAR MÜDDƏTİ 3.1. Qırmaların miqdarı qırıntının başlanması və qurtarması vaxtından, qırmanın intensivliyindən, təkrar olunma müddətindən, meşə tiplərindən, inkişafından, doluluğundan, vəziyyətindən vəərazisinin ekoloji şəraitindən asılıdır. 3.2. Qırmaların intensivlik dərəcəsi ağaclığın hansı məqsəd üçün yetişdirilməsindən, meşənin tipindən, tərkibindən, yaşından, bonitet sinifindən, quruluşundan, ağaclığın vəziyyətindən, qırmanın növündən, maillikdən, relyefdən və digər amillərdən asılı olaraq müəyyən edilir. Qırmaların intensivlik dərəcələri aşağıdakılardır: zəif — 3—15 faiz; orta dərəcə — 16—25 faiz; güclü — 26 faizdən yuxarı. Orta yaşlı və yetişməkdə olan ağaclıqda qırmalar zəif intensivlikdə, cavan ağaclıqda isə daha güclü intensivliklə aparılır. 3.3. Kurort meşələrində, xüsusi qiymətli massivlərdə, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının müşahidələrində, yabanı meşələrdə və dövlət qoruyucu meşə zolaqlarında, habelə daşlı, həddindən çox rütubətli və torpağın qalınlığı az olan meşələrdə qırmalar zəif intensivlikdə aparılır. 3.4. Quru torpaq şəraitində qırmanın təkrar müddəti və intensivliyi torpağı rütubətli olan meşələrə nisbətən daha gec aparılır. Bu növ qırmaların aparılması gələcəkdə yüksək keyfiyyətli qiymətli ağac cinslərinin formalaşdırılmasına və yetişdirilməsinə şərait yaradır. Bu zaman meşənin sıxlığının aşağı salınma həddi qarşıya qoyulmuş məqsədlə müəyyənləşdirilir (1 hektarda ağacların sayı və en kəsik sahələrinə görə). Eyni qırma sahəsində qırmaların təkrar müddəti sahədəki ağacların ümumi inkişaf vəziyyətindən, böyüməsindən və digər təbii amillərdən asılıdır. 3.5. Meşənin tipindən və qırma növündən asılı olaraq təkrar qırma müddətləri aşağıdakı kimi müəyyən edilir: işıqlandırma qırması — 3—5 ildən bir; təmizləmə qırması — 6—8 ildən bir; seyrəltmə qırması — 5—15 ildən bir; keçid qırması — 8—15 ildən bir. IV. QIRMALARIN TƏŞKİLİ VƏ TEXNOLOGİYASI 4.1. Qırmalar texnoloji xəritələr əsasında təşkil edilir və ağaclığın bütün meşəçilik xüsusiyyətləri, yaşı, yerin relyefi, qırıntının növü, işin aparılma texnologiyası, oduncağın daşınması, nəqliyyat və qoşqu vasitələrinin istifadəsi, qıtıntı yerinin təmizlənməsi üsulu, qırma üçün ayrılmayan ağacların zədələnmədən və meşə mühitinin qorunmasını təmin edən tədbirlər, texniki-iqtisadi və digər göstəricilər nəzərə alınmalıdır. Qırma sahəsinin sxematik xəritəsində yükləmə yerləri, əsas və köməkçi texnoloji (daşıma) dəhlizlər göstərilməlidir. Oduncağın daşınması üçün texnoloji dəhlizlər və yükləmə yerləri müəyyənləşdirilməlidir. Bu məqsədlə ilk növbədə mövcud olan yollardan, talalardan, meşə ilə örtülü olmayan torpaq sahələrindən istifadə edilməlidir. Bu hallarda dəhlizlərin açılması üçün ağaclar kəsilmir. Süni surətdə yaradılan ağaclıqda (əkinlərdə) cərgə araları texnoloji dəhliz kimi istifadə olunur. 4.2. Qırma zamanı tətbiq olunan maşın və mexanizmlər meşə mühitinin saxlanılması, torpaq örtüyünün az korlanmasını təmin etməlidir. Maşın və mexanizmlərin torpağa etdiyi təzyiqin azaldılması məqsədilə daşınma yollarının qırıntı qalıqları ilə bərkidilməli, texnoloji dəhlizlərinin uzunluğu azaldılmalı, qırılan ağacların baş hissəsi tərəfə sürüdülüb aparılmalıdır. Dağ şəraitində qırıntı aparmaq üçün hava daşıyıcı qurğularından da istifadə edilir. Nəqliyyat (sürütmə) və yükləyici vasitələri tətbiq etmək üçün sahədə texnoloji dəhlizlər sistemi (sürütmə yolları) və yükləyici yerlərin yaradılması nəzərdə tutulmalıdır. 4.3. Qırıntı üçün müəyyən edilmiş sahələrdə kəsiləcək oduncağın ümumi miqdarı, həmin sahələrdəki bütün ağacların hesaba alınması ilə təyin edilir. 4.4. Hesabat zamanı qırılacaq ağacların döş hündürlüyündəki diametrində 2—4 santimetrlik pilləyə görə ölçü aparılır, işlik, yarım işlik və odunluq çıxımının həcmi hesablanır. 4.5. Seyrəltmə, keçid və seçmə qırmaları üçün nümunə sahələrinin salınması, ağacların seçilməsi meşə təsərrüfatı müəssisələrinin rəhbərliyi altında aparılır. 4.6. Qırma sahələrinin texnoloji xəritələri meşəbəyilik tərəfindən tərtib olunur və meşə təsərrüfatı müəssisəsi tərəfindən təsdiq olunur. Texnoloji xəritəsiz qırmaların aparılması qadağandır. 4.7. Hər meşəbəyilikdə qırmaların hesabat kitabı aparılır. Kitabda qırmaya ayrılan yerlərin sahəsi və qırıntının nəticəsi qeyd olunur. Hər bir qırma sahələrinə plan, xəritədən başqa hesablama cədvəli də əlavə edilir. Ayrılmış qırma sahəsinin künclərində diametri 12—16 santimetr olan göstərici dirəklər basdırılır. Göstərici dirəklərdə düzəldilmiş “aynacıqlarda” qırıntının ili, sahəsi, növü, başlanma müddəti göstərilir. V. MEŞƏ QIRMA YAŞI 5.1. Meşə qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. 5.2. Meşə qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır. 5.3. Meşələrin qırma yaşı aşağıdakı qaydada müəyyən edilir: cavan yaşlı meşələr 80 yaşa qədər (I—IV yaş sinifi); orta yaşlı meşələr 81—120 yaşa qədər (V—VI yaş sinifi); yetişməkdə olan meşələr 121—160 yaşa qədər (VII—VIII yaş sinifi); yetişmiş meşələr 161—200 yaşa qədər (IX—X yaş sinifi); yaşı ötmüş meşələr 201 yaşdan yuxarı (XI və yuxarı). 5.4. Meşəbərpa qırmaları sənaye əhəmiyyətli qırmalar olduğu üçün ancaq yetişmiş və yaşı ötmüş ağaclıqda aparılır.