Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 63 on approval of the list of objects that technical specifications and permissible limit of emission are applied

Made 2002-04-15 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
“Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 63.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Air and atmosphere
Keywords
air quality/air pollution, business/industry/corporations, emissions, environmental standards, hazardous substances, pollution control, classification/declassification, standards, protection of environment
Categories
*, softs

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur). 2. "Atmosfer havasının mühafizəsinə dövlət nəzarətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 19 avqust 1982-ci il tarixli, 764 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 3 sentyabr 1982-ci il tarixli, 411 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 aprel 2002-ci il № 63 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin SİYAHISI Bu Siyahı "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasının mühafizəsi sahəsində atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektləri müəyyən edir. 1. Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı, həmin obyektlərin təhlükəlilik kateqoriyasına görə müəyyən edilir. 2. Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlər atmosfer havasına atılan zərərli maddələrin miqdarına, sayına və qatılıq hədlərinə əsasən 4 təhlükəlilik kateqoriyasına bölünür: I təhlükəlilik kateqoriyasına neftqazçıxarma, neft və qaz emalı, tikinti materialları istehsalı, metallurgiya, filizçıxarma, energetika, neftkimya sənayelərinin iri müəssisələri aiddir; II təhlükəlilik kateqoriyasına neftqazçıxarma, neft və qaz emalı, tikinti materialları istehsalı, metallurgiya, filizçıxarma, energetika, neftkimya sənayelərinin bəzi müəssisələri, iri maşınqayırma, avtomobil istehsalı, gəmiqayırma, gəmi təmiri, pambıqtəmizləmə və nəqliyyat müəssisələri aiddir; III təhlükəlilik kateqoriyasına bəzi maşınqayırma, avtomobil istehsalı, gəmiqayırma, gəmi təmiri və nəqliyyat müəssisələri, həmçinin iri yüngül və yeyinti sənayesi müəssisələri aiddir; IV təhlükəlilik kateqoriyasına bəzi yüngül və yeyinti sənayesi və nəqliyyat müəssisələri, həmçinin xidmət sahəsi müəssisələri aiddir.

Ministerial Decree No. 63 on approval of the list of objects that technical specifications and permissible limit of emission are applied · Nelum