Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 445 on measures to stabilize food supply

Made 1993-08-12 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Ərzaq təchizatının sabitləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Food and nutrition
Keywords
certification, business/industry/corporations, food safety and quality, international trade
Categories
*

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R № 445 12/08/1993 il Ərzaq təchizatının sabitləşdirilməsi tədbirləri haqqında Ərzaq təchizatının sabitləşdirilməsi tədbirləri haqqında Dövlət ticarətinin və emal müəssisələrinin ərzaq, xammal və köməkçi materiallarla təchizatında yaranmış qeyri-sabitlik nəticəsində əhalinin, xüsusi kontingentin və qapalı müəssisələrin təminatı pozulmuşdur. İqtisadiyyat, Ticarət, Kənd Təsərrüfatı, material Ehtiyatları, Xarici İqtisadi Əlaqələr nazirliklərinə, yeyinti Sənayesi, Taxıl Məhsulları Dövlət Şirkətlərinə, “Azərbalıq” Konserninə, Yanacaq Komitəsinə tapşırılmış bu iş səmərəsiz qalmaqda davam edir. Cari ildə, mövcud mənbələrin heç birindən tələb olunan səviyyədə ərzaq təchizatı həyata keçirilməyib. Yarımillikdə ticarətə dövlət məhsullarından ət və ət məhsulları cəmi 12 faiz, kərə yağı – 10 faiz, şəkər - 3,3 faiz, düyü – 12 faiz, yumurta – 13 faiz, xörək duzu - 0,2 faiz səviyyəsində daxil olub, uşaq qidası, quru süd, süd konservləri, makaron məmulatı, bitki yağı və digər ərzaq növləri isə tamamilə daxil olmayıb. Respublikada zəmanətli təchizat mexanizminin yaradılması, əhalinin ərzaq təminatının sabitləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR: 1. İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin 1993-cü il 16 iyun tarixli 309 saylı qərarı ilə təsdiq olunmuş balanslar üzrə ərzaq alışına yönəltmək üçün Xüsusi İxracat Fondu (ixrac olunmalı məhsulların həcmlərini) müəyyənləşdirsin və Nazirlər Kabinetinin təsdiqinə versin. 2. Nəzərə alınsın ki, dövlət resursları hesabına, mübadilə yolu ilə ərzaq alınmasına yönəldilən və valyutaya satılan Xüsusi İxracat Fondunun məhsullarına lisenziyalar və valyuta Nazirlər Kabineti tərəfindən verilməlidir. 3. Xarici İqtisadi Əlaqələr Nazirliyinə tapşırılsın ki: respublikadan ixrac edilən məhsulların növləri üzrə və idxal olunan ərzaq məhsullarının dünya bazarında, mötəbər birjalarında yaranan orta qiymətləri və dəyişikləri barədə Nazirlər Kabinetinə mütəmadi məlumatlar versin; dünya ölkələrinin ayrı-ayrı firma və təşkilatlarının etibarlığı barədə Nazirlər Kabinetinin sorğularına 24 saat ərzində arayışlar verilməsini təmin etsin; dövlət resursları və valyuta ayrılmamaq şərti ilə nazirlik, idarə, təşkilat və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin mübadilə və sərbəst alqı-satqı əməliyyatlarına lisenziyalar verilməsini təmin etsin. 4. Dövlətlərarası sazişlərlə ərzaq alışına cəlb olunan neft məhsullarının və digər məmulat və məhsulların göndərilməsi, onları istehsal edən nazirlik, idarə, təşkilat və müəssisələrə tapşırılsın. Bu məhsulların göndərilməsi məsələlərinin tənzimlənməsi (növbəliyi, gücləndirilməsi və lazım olarsa dayandırılması) Nazirlər Kabinetinin rəsmi tapşırığıyla həyata keçirilsin. 5. Sənaye-investisiya və aqrar-sənaye səhmdar banklarına tapşırılsın. Milli banka tövsiyə edilsin ki; rubl zonası ölkələrindən əmtəə-mal, xüsusilə ərzaq alınmasını təmin etmək məqsədi ilə bu ölkələrin malgöndərənlərinə pul vəsaitlərinin köçürülməsi barədə banklararası razılaşmalar əldə etsinlər; ərzaq alınması üçün respublika ticarət təşkilatlarına kreditləri rentabellik səviyyəsində ayırsınlar və pul vəsaitləri malgöndərənlərə çatdırıldıqdan sonra faiz müamiləsini hesablamağa başlasınlar; Xüsusi ixracat fondundan ayrılan məhsulların, bu fondun hesabına əldə edilən və Vahid Valyuta fondundan ərzaq alınmasına ayrılan valyutanın manat və rublla dəyəri həcmində nazirlik, idarə, təşkilat və müəssisələrə güzəştli kreditlər verilməsini təmin etsinlər. 6. Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti İşlər İdarəsinin ticarət və pullu xidmətlər, aqrar-sənaye, regionlararası iqtisadi əlaqələr və xarici iqtisadi əlaqələr şöbələrinə tapşırılsın. Baş nazir S. Hüseynov legalacts.az/Az

Ministerial Decree No. 445 on measures to stabilize food supply · Nelum