Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 41 on approval of the Charter of the State Fund for protection of environment

Made 2001-02-22 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 41.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Environment, Wild species and ecosystems
Keywords
environmental audit, environmental fees/charges, offences/penalties, early warning system, special fund, non-governmental entity, hunting authorization/permit, management/conservation, protection of environment, protection of species, hunting/capture, biodiversity

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə", "Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət Ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə", "Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət ekoloji ekspertizasının müəyyənləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). 2. "Təbiəti mühafizə ehtiyat fondu haqqında Əsasnaməni təsdiq etmək barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 25 iyul tarixli 313 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 22 fevral 2001-ci il № 41 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında ƏSASNAMƏ 1. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında (bundan sonra - Fond) Əsasnamə "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır. 2. Fondun yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təbiəti mühafizəsinin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin etməkdən, habelə ətraf mühitin mühafizəsi sahəsində digər tədbirlərin maliyyələşdirilməsindən ibarətdir. 3. Fond aşağıdakıların hesabına formalaşır: a) ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələrin;[1] b) təbiətdən istifadəyə görə ödəmələrin; c) qanunvericilikdə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin, qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlərin;[2] ç) dövlət, qeyri-dövlət təşkilatlarından, fiziki və hüquqi şəxslər tərəfindən könüllü olaraq ödənilən ianələrin; d) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmaların. 4. Fondun vəsaiti Maliyyə Nazirliyinin Mərkəzi Nazirliyinin Mərkəzi Xəzinədarlığında toplanır və fonddan İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və xərc bölgüsü əsasında (təsdiq olunmuş protokol) Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən istifadə olunur. 5. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi nəzarət edir. 6. Fondun vəsaiti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin mühafizəsi tədbirlərinə, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və onların bərpasına, təbiəti mühafizə obyektlərinin tikintisinə, əsaslı təmirinə, istismarına, mühafizə olunan sahələrin yaradılması və inkişaf etdirilməsinə, təbiəti mühafizə sahəsinin sosial inkişafına, təbii obyekt və komplekslərin abadlaşdırılmasına, ətraf mühitin mühafizəsi sahəsində proqramların, layihələrin, hüquqi və normativ sənədlərin hazırlanmasına, konfrans və tədbirlərin keçirilməsinə, milli parkların, qoruqların, yasaqlıqların və digər qorunan xüsusi ərazilərin, təbiət abidələrinin mühafizəsinə, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi və bərpasına, dövlət qoruqlarında biotexniki və digər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə, elmi tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, əhali arasında ekoloji biliklərin və tərbiyənin təbliğinə, ətraf mühitin mühafizəsi sahəsində işləyən mütəxəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər ləvazimatların alınmasına, eləcə də xarici ölkələrlə, elmi-texniki əməkdaşlıq, ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə sərf oluna bilər. 7. Sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilən vəsaitin məbləği fondun vəsaitinin 5 faizindən çox olmamalıdır. 7-1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.[3] 8. Ümumdövlət və regional əhəmiyyətli ətraf mühitin mühafizəsi tədbirlərinin keçirilməsinin maliyyələşdirilməsi, vəsaitin əvəzsiz formada ayrılması ilə həyata keçirilir. 9. Fonddan istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təqdim olunur. 10. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Maliyyə Nazirliyi nəzarət edir. http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2651.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2651.htm# edn2 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2651.htm# edn3 11. İl ərzində istifadə olunmamış fond vəsaiti növbəti ilin hesabına keçirilir və fondda saxlanılaraq ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Ministerial Decree No. 41 on approval of the Charter of the State Fund for protection of environment · Nelum