Ministerial Decree No. 41 on approval of rules for hazardous waste permit
Made 2003-03-31 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Təhlükəli tullantıların pasportlaşdırılması Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 41.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Waste and hazardous substances
- Keywords
- authorization/permit, classification/declassification, hazardous waste, international agreement-implementation, risk assessment/management, transport/storage, waste disposal, waste management, transboundary movement of waste
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
"Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 31 mart 2003-cü il № 41 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 mart tarixli 41 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Təhlükəli tullantıların pasportlaşdırılması QAYDASI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Təhlükəli tullantıların pasportu (bundan sonra - pasport) "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununa və "Təhlükəli tullantıların sərhədlərarası daşınması və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyasının (bundan sonra – Bazel Konvensiyası) müddəalarına uyğun olaraq hazırlanmışdır və təhlükəli tullantıların pasportlaşdırılması qaydasını müəyyən edir. 1.2. Pasport (nümunəvi forması əlavə olunur) - təhlükəli tullantıların müvafiq tullantı növünə və təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat verən sənəd. Pasportda təhlükəli tullantıların keyfiyyət göstəricilərini əks etdirən dəqiq məlumatlar, o cümlədən onların əsas və əlavə komponentlərinin faizlə miqdarı və fiziki kimyəvi xüsusiyyətləri göstərilir. [1] 1.3. Təhlükəli tullantıların daşınması zamanı əsas nəqliyyat sənədlərindən biri kimi pasportun surəti təhlükəli tullantıların hər bir partiyasını, qablaşdırılmasını, konteynerini və digər daşınma vasitələrini müşayiət etməlidir. 1.4. Mülkiyyətçinin təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlmiş hər bir təhlükəli tullantı növü üzrə pasport hazırlanmalıdır. 1.5. Təhlükəli tullantıların hər bir növü Bazel Konvensiyasının təsnifat sisteminə uyğun olaraq onların adları və kodları üzrə müəyyən edilir. 1.6. Pasporta Bazel Konvensiyasında nəzərdə tutulmuş əsas kodlarla yanaşı tullantıların əlavə təhlükəlilik xassələri də daxil edilməlidir. 1.7. Pasport mülkiyyətçi tərəfindən işlənib hazırlanır, təsdiq edilir və bir nüsxəsi məlumat bazasının təşkili məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanına təqdim edilir. http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2051.htm# edn1 1.8. Pasport tərtib edilərkən tullantı hədlərini müəyyən edən sənədlər əsas götürülür. Pasport təhlükəli tullantıların tərkibi və xüsusiyyətləri barədə məlumatlar, onların təhlükəlilik dərəcələrinin qiymətləndirilməsi əsasında tərtib edilir. [2] 1.9. Pasportun mülkiyyətçi tərəfindən doldurulması məcburidir və texnoloji prosesin dəyişməsi ilə əlaqədar olaraq ona dəyişikliklər və əlavələr edilə bilər. Edilmiş dəyişikliklər və əlavələr haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanına məlumat verilir. 2. TƏHLÜKƏLİ TULLANTILARIN PASPORTUNUN DOLDURULMASI Pasport on qrafadan ibarət olub aşağıdakı qaydada doldurulur: 2.1. Təhlükəli tullantının H kodu (qrafa 1) – bu qrafa Bazel Konvensiyasında təhlükəli tullantıların təsnifat sisteminə uyğun olaraq doldurulur (məs. xrom birləşmələri – H 5.1 – 1.04). 2.2. Təhlükəli tullantının adı (qrafa 2) – bu qrafa təhlükəli tullantıların tərkibinə və Bazel Konvensiyasının H koduna uyğun olaraq yazılır. 2.3. Toksikilik sinfi (qrafa 3) – bu qrafa təhlükəli tullantıların toksikilik dərəcəsinə uyğun doldurulur. 2.4. Tullantının təsviri (qrafa 4) – bu qrafada təhlükəli tullantıların əmələ gəlmə mənbəyi, faizlə əsas tərkib hissəsi və miqdarı, həmçinin bütün təhlükəli inqridiyentlər və onların faizlə təxmini miqdarı göstərilir. 2.5. Fiziki-kimyəvi xüsusiyyətləri (qrafa 5) - bu qrafa təhlükəli tullantıların növlərinin siyahısından istifadə etməklə doldurulur. Bu sistem BMT-nin təhlükəli yüklərin daşınması üzrə tövsiyələrindəki təhlükəli yüklərin təsnifat sisteminə uyğundur. 2.6. Y kodu (qrafa 6) – bu qrafa Bazel Konvensiyasına uyğun olaraq təhlükəlilik xassələrinin siyahısından istifadə etməklə doldurulur. 2.7. Əlavə təhlükəlilik xassələri (qrafa 7) – bu qrafada təhlükəli tullantıların əsas xassələrindən başqa, digər mümkün təhlükəlilik xassələri qeyd olunur (H kodu üzrə). 2.8. Nəzərdə tutulan emal və ya kənarlaşdırma (qrafa 8) – bu qrafada Bazel Konvensiyasında tövsiyə olunan R və D kodları yazılır. 2.9. 9-cu qrafada mülkiyyətçinin adı, ünvanı və cavabdeh şəxs haqqında məlumatlar yazılır. 2.10. Pasport mülkiyyətçi tərəfindən imzalanır, tarix qoyulur və möhürlənir (10-cu qrafa). "Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası"na əlavə TƏHLÜKƏLİ TULLANTININ PASPORTU http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2051.htm# edn2 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 29 oktyabr 2007-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1027) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 29 oktyabr 2007-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1027) ilə 1.2-ci bəndin birinci cümləsi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Pasport (nümunəvi forması əlavə olunur) təhlükəli tullantıların kəmiyyətini və təsir xüsusiyyətlərini təsdiqləyən sənəddir. [2] 29 oktyabr 2007-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1027) ilə 1.8 ci bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2051.htm# ednref1 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2051.htm# ednref2