Ministerial Decree No. 38 on approval of rules for stem-only harvesting
Made 1999-03-15 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 38.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Forestry
- Keywords
- forest management/forest conservation, fire management, forestry protection measures, collecting/harvesting, timber extraction/logging, authorization/permit, protection of environment, special fund, transport/storage, hazards
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydalarının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları təsdiq edilsin (əlavə olunur). 2. "SSRİ meşələrində köküstü oduncaq buraxılışı Qaydalarının təsdiq edilməsi barədə" SSRİ Nazirlər Sovetinin 1981-ci il 30 oktyabr tarixli 1045 nömrəli qərarı haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 25 noyabr tarixli 510 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 mart 1999-cu il № 38 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 38 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR AZƏRBAYCAN RESPUBLİKASI MEŞƏLƏRİNDƏ KÖKÜSTÜ ODUNCAQ BURAXILIŞI QAYDALARI I. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışını tənzimləyir və meşədə oduncaq tədarükü və daşınması zamanı tətbiq olunur. 1.2. Köküstü oduncaq buraxılışı meşədən istifadə rejiminə uyğun olaraq aşağıdakı kimi aparılır: meşəbərpa qırması bərpası ilə - kurort meşələri, xüsusi qiymətli meşə massivləri, şəhərlərin və digər yaşayış məntəqələri ətrafındakı yaşıllıq zonalarının meşələri və dövlət meşə zolaqları istisna olmaqla, digər meşələrdə bərpa məqsədilə aparılan qırmalar; aralıq istifadə qırması ilə - meşələrdə qulluq, sanitariya və az qiymətli meşəliklərin rekonstruksiyası (yenidən əkmə qırmaları) ilə əlaqədar aparılan qırmalar; başqa qırmaları ilə - başdan-başa sanitariya qırmaları (su qovşaqlarının, boru kəmərlərinin, yolların, rabitə və elektrik xətlərinin tikintisi və digər işlərlə əlaqədar, meşə sahələrinin müəyyən olunmuş qaydada qeyri-meşə sahələrinə keçirildiyi zaman), həmçinin yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalar. Göstərilən qırmalar təsdiq olunmuş layihələr və aparılan işlərin texniki şərtlərinə uyğun olaraq yalnız meşəqırma bileti və order əsasında aparılır. 1.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə aşağıdakı hallarda köküstü oduncaq buraxılışı rəsmiləşmədən aparıla bilər və 1 ay müddətində bu əməliyyata meşəqırma bileti və order yazılır: [1] ağacların rabitə və elektrik xətlərinin üstünə düşmək təhlükəsi olduqda və yaxud həmin xətlərdə qəzanın aradan götürülməsi vacibliyi yarandıqda; meşə yanğınlarının söndürülməsi və qəza xilasetmə tədbirləri həyata keçirildikdə. 1.4. Meşə istifadəçiləri köküstü oduncaq buraxılışı haqqında yerli meşə təsərrüfatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Meşə təsərrüfatı müəssisəsi meşə istifadəçisinin tələbatını, istifadəsinin məqsədyönlüyünü və qırmanın miqdarını nəzərə almaqla bir ay müddətində qırma sahəsinin ayrılması haqqında ərizəçiyə rəsmi məlumat verir. Qırma sahəsi ayrılmadığı halda meşə istifadəçilərinə səbəbi izah olunmaqla rəsmi cavab verilir. Meşə təsərrüfatı müəssisəsi ayrılmış qırma sahələri ilə (künc dirəkləri, nəql edilmə yolları, müvəqqəti quraşdırma yerləri) meşə istifadəçilərini yerində tanış edir. Meşə istifadəçiləri ayrılmış sahəyə texnoloji xəritəni hazırlayır, onu meşə təsərrüfatı müəssisəsi ilə razılaşdırır və köküstü oduncaq buraxılışına meşəqırma bleti, order alır. Meşəqurma sahələri meşə istifadəçisinə verildiyi gündən onun mühafizəsində sayılır və həmin gündən bu Qaydalarda nəzərdə tutulmuş bütün öhdəliklər meşə istifadəçilərinə həvalə edilir. Müstəsna hallarda, istifadəsinə başlanmamış qırma sahələrinin başqa sahə ilə əvəz edilməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə yol verilir. 1.5. Meşə istifadəçiləri qırmalara başlamazdan əvvəl aşağıdakı hazırlıq şləri aparırlar: oduncağın doğranması və ilkin emalı üçün qurğuların quraşdırılması: müxtəlif tipli müvəqqəti yaşayış və təsərrüfat tikililərinin quraşdırılması; meşə anbarları üçün sahənin təmizlənməsi və onların yerləşdirilməsi; meşə daşıma yollarının çəkilməsi; http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5077.htm# edn1 işin təhlükəszliyinə mane olan ağacların götürülməsi və hazırlıq ilə əlaqədar digər işlər. Hazırlıq işləri görülərkən hazırlanmış oduncaq meşə istifadəçiləri üçün ayrılmış meşəqırma həcminə daxil edilir. Meşə istifadəçisi qırma sahələrində bütün işlər (qırma, tədarük, daşıma və s.) başa çatdıqdan sonra 6 ay ərzində sahədəki qurğuları, müvəqqəti tikililəri götürməlidir. Qeyd olunan müddətdə meşə istifadəçiləri tərəfindən sahədən çıxarılmayan müvəqqəti tikililər, qurğular meşə təsərrüfatı müəssisələrin sərəncamında qalır. Zəruri hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə sahədə qalan müvəqqəti tikililər, qurğular daha uzun müddət üçün meşə istifadəçilərinin ixtiyarında saxlanıla bilər. 1.6. Meşə təsərrüfatı müəssisə tərəfindən köküstü oduncaq buraxılışı aşağıdakı hallarda dayandırıla bilər: meşə istifadəçisinin rəsmi ərizəsi əsasında; meşə istifadəsinin müddəti başa çatdıqda; idarə, təşkilat, müəssisə ləğv olunduqda, müəyyən olunmuş qaydada onun varisi elan olunmuş fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında; dövlət ehtiyacları üçün meşə torpaqları geri alındıqda; [2] meşədən istifadə meşəqırma biletində və orderdə göstərilən məqsədlərə və tələblərə uyğun gəlmədikdə; meşəqırma bileti, order yazılarkən bu Qaydalar və digər meşə istifadəsi ilə bağlı qaydalar pozulduqda; qırma sahələri meşə təsərrüfatı müəssisələri tərəfindən dəyişdirildikdə. 1.7. Meşə istifadəçiləri köküstü oduncaq buraxılışı zamanı aşağıdakı tələblərə əməl etməlidirlər: meşəqırma biletində və orderdə müəyyən olunmuş qırma sahələrindən tam və səmərəli istifadə etmək; tədarük və daşınmanın müddəti başa çatdıqdan sonra, qırıntı yerlərində (sahələrində) və meşədə hazır oduncağın, habelə qırıntıya təyin edilmiş ağacların kök üstə saxlanılmasına yol verməmək; torpağın eroziyaya uğramasına yol verməyən, meşənin vəziyyətinə və təkrar istehsalına (bərpasına), həmçinin sulara və təbii güşələrə mənfi təsir göstərməyən, meşə istifadəsini məhdudlaşdırmayan və ya istisna etməyən üsulları tətbiq etmək; işlik oduncağdan təyinatı üzrə istifadə etmək, həmçinin oduncaq itkisinə, işlik oduncağın oduna çevrilməsinə yol verməmək; qırma sahələrini qırıntı qalıqlarından təmizləmək və strukturu pozulmuş torpaq sahələrini öz hesabına təyinatı üzrə istifadə etmək üçün yararlı vəziyyətə gətirmək; oduncaq tədarükü zamanı alınan tullantının istifadəsini təşkil etmək; meşə ilə örtülü olmayan sahələrin zibillənməsinə yol verməmək; qırma sahəsinə bitişik 50 metrlik zolaqlarda ağacların, həmçinin sərhəd, kvartal, qırma sahələrini göstərən künc dirəkləri, ağac və kötüklərdəki damğaların saxlanılmasını təmin etmə; http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5077.htm# edn2 oduncaq daşınması zamanı dağılmış yolları, körpüləri və cığırları, həmçinin qurulma şəbəkəni və sair qurğuları yararlı vəziyyətə salmaq və saxlamaq; meşələrdə yanğın təhlükəsizliyi qaydalarına, habelə meşə istifadəsi ilə bağlı digər qayda və təlimatlara əməl etmək. 2. MEŞƏQIRMA HƏCMİ 2.1. Meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazi üzrə hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq miqdarda oduncaq tədarükü qadağandır. Meşəbərpa və aralıq istifadəsi üçün qırma qaydası ilə oduncaq tədarükünün həcmi meşələrin vəziyyətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların müəyyən edilmiş normalarına əsasən meşə quruluşu işləri aparılarkən müəyyənləşdirilir və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən olunmuş qaydada yenidən təsdiq edilir. Təsdiq edilmiş meşəqırma həcmi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə təsərrüfatı müəssisələri arasında bölüşdürülür. Əvvəlki ildə qırıntıya təyin edilmiş, lakin istifadə olunmayan köküstü oduncağın həcmi cari ilin meşəqırma həcminə daxil edilir. 2.2. Başdan-başa sanitariya qırmaları ilə oduncaq tədarükünün həcmi meşə fondunun ağac-koldan təmizlənməsi ilə bağlı olan layihələrdən asılı olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir. Bu qırmalar nəticəsində tədarük olunan oduncaq ilk növbədə yerli tələbat və həmin qırmanı aparan təşkilatların ehtiyacları üçün istifadə olunur. 2.3. Meşə qırmasına ayrılmış sahələrin pul-qiymət cədvəli işə başlanmasına 6 ay qalmış meşə təsərrüfatı müəssisələri tərəfindən tərtib edilir. 3. KÖKÜSTƏ BURAXILAN ODUNCAĞIN TƏDARÜKÜ VƏ DAŞINMASI 3.1. Oduncaq tədarükünün müddəti, qırma sahəsinin təyin olunduğu il ərzində, daşınma müddəti isə növbəti ilin mayın 1-nə qədər müəyyən edilir. Qırma sahəsinə müayinə aktı yazılanadək buraxılan oduncağın meşəqırma biletində, orderdə göstərilən müvəqqəti meşə anbarına daşınmasına yol verilir. Meşə təsərrüfatı müəssisələri oduncaq buraxılışı zamanı meşə istifadəçilərinə, meşə tədarükü həcmindən asılı olaraq, onun tədarükü və daşınmasının daha qısa müddətini təyin edə bilərlər. 3.2. Qırıntı miqdarını cari ildə tam istifadə etmiş meşə istifadəçiləri oktyabrın 1-nə qədər növbəti ilin qırma sahələri hesabına vaxtından əvvəl qırıntı aparılması haqda müvafiq meşə təsərrüfatı müəssisələrinə yazılı müraciət etməlidirlər. Meşə təsərrüfatı müəssisəsi bu məsələyə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi razılığından sonra növbəti ilin qırma həcminin 30 faizi miqdarında cari ildən vaxtından əvvəl qırıntı aparılmasına icazə verə bilər. Belə halda növbəti ilin qırma həcmi həmin miqdarda azaldılmalıdır və bu əməliyyat müvafiq qaydada rəsmiləşdirilməlidir. 3.3. Meşə təsərrüfatı müəssisəsi tərəfindən meşə istifadəçiləri üçün nəzərdə tutulmuş qaydada oduncaq tədarük edilərkən, meşəyə xidmət və sanitariya qırmaları, yanğın əleyhinə və sair meşə təsərrüfatı tədbirləri aparılarkən və qırma yerlərində oduncaq alıcıya satılarsa, oduncağın daşınma müddəti meşə qırma biletində, orderdə göstərilməsi nəzərdə tutulmur. Alıcılar tərəfindən, habelə meşə təsərrüfatı müəssisəsinin sərəncamına daxil olan (sahibsiz, özbaşına kəsilmiş, meşə istifadəçiləri tərəfindən müəyyən olunmuş müddətdə daşınmayan) oduncağın daşınma müddəti meşə təsərrüfatı müəssisəsi tərəfindən müəyyən edilir. 3.4. Meşə təsərrüfatı müəssisələri meşə istifadəçiləri tərəfindən bu Qaydalara əməl edilməsinə sistematik nəzarəti həyata keçirir, işlər qurtardıqdan sonra qırma sahələrindən düzgün və tam istifadə edilməsini, oduncağın tədarükünün həmçinin, köküstə qalmış, daşınmamış oduncağın yerinə müayinə edir. Qırma yerlərinin (sahələrinin) müayinəsi müəyyən edilmiş oduncağın daşınma müddəti başa çatdıqdansonra 30 gün ərzində aparılır. Qırma yerlərinin (sahələrinin) və tədarük olunmuş oduncağın müayinəsi günü barədə meşə istifadəçi meşə təsərrüfatı müəssisəsi tərəfindən təyin olunan gündən 15 gün qabaq məlumatlandırılır. Oduncaq tədarükü və daşınması meşə qırma biletində, orderdə müəyyən edilmiş müddətdən tez qurtardıqda, meşə istifadəçisi 10 gün əvvəl müvafiq meşə təsərrüfatı müəssisəsinə işlərin qurtarma müddəti barədə məlumat verir. Hava şəraiti qeyri-qənaətbəxş olduqda (qar yağarsa, çaylar daşarsa və s.) müayinə meşə təsərrüfatı müəssisəsi tərəfindən təyin olunan vaxta keçirilə bilər. 3.5. Qırma yerlərinin (sahələrinin) tədarük olunmuş oduncağın müayinəsi meşə təsərrüfatı müəssisəsi və meşə istifadəçisi tərəfindən 2 nüsxədən ibarət tərtib olunmuş akta qeyd olunur və müayinənin nəticələri 15 gün müddətində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunur. Meşə istifadəçisi aktın tərtib olunmasından imtina etdikdə, meşə təsərrüfatı müəssisəsi müayinəni onun iştirakı olmadan aparmaq hüququna malikdir. Akt tərtib olunduğu gündən qüvvəyə minir. Müayinə aktının forması "Azərbmeşə" İstehsalat Birliyi tərəfindən müəyyən olunur. 3.6. Meşə istifadəçilərinə qırma sahələri ayrıldıqda meşə təsərrüfatı müəssisələri qırıntı zamanı alınacaq oduncağın dəqiq hesablanması üçün nümunə sahələri ayırır. Sahə uçota alındıqda, nümunə hesablama sahələrində faktiki hazırlanmış oduncağın miqdarı meşəqırma biletində, orderdə göstərilən miqdardan 10 faizdən çoxdursa, meşə istifadəçisi əlavə tədarük edilmiş oduncağın miqdarının dəyərini ödəyir. Oduncaqdan səmərəli istifadə nəticəsində meşəqırma biletində göstəriləndən artıq işlik oduncaq alınarsa, bu halda meşə istifadəçilərindən əlavə pul tutulmur. 3.7. Meşədə hazır oduncaq qaldıqda və obyektiv səbəblərdən təyin olunmuş müddətə daşınmadıqda, meşə istifadəçiləri oduncağın daşınmasına 3 ay ərzində möhlət almaq hüququna malikdirlər. Köküstü oduncaq buraxılışına, onun tədarükünə və ya daşınmasına 5 aydan artıq olmamaq şərtilə meşə istifadəçilərin yazılı ərizələri əsasında meşə təsərrüfatı müəssisələri tərəfindən möhlət verilə bilər. Oduncağın tədarükünə möhlət verildikdə meşə istifadəçisindən köküstə qalmış oduncağın nırx dəyərinin 1,5 faiz miqdarında cərimə tutulur. Oduncağın daşınmasına möhlət verildikdə meşə istifadəçiləri hər ay möhlət üçün daşınmayan oduncağın preskurant qiymətinin 1,5 faiz miqdarında cərimə ödəyirlər. Möhlətin verilməsi haqqında meşə təsərrüfatı müəssisəsi meşəqırma biletində, orderdə müvafiq qeydlər aparır. 3.8. Müəyyən olunmuş müddətlərdə (verilmiş möhlətdə nəzərə alınmaqla) daşınmayan oduncağın həmçinin özbaşına tədarük olunmuş oduncaq əvəzsiz olaraq meşə təsərrüfatı müəssisəsinin sərəncamına daxil olur, ümumi qayda üzrə satılır və əldə olunmuş vəsait hesabına meşələrin qorunub saxlanması və təkrar istehsalı fonduna mədaxil olunur. Oduncaq anbara, dəmir və şosse yollarına, qurğu və emal üçün nəzərdə tutulan yerlərə, meşə ylollarının yanındakı anbarlara, başqa düzəldilmiş və meşəqırma biletində, orderdə göstərilən yerlərə daşınarsa, daşınmış hesab olunur. 3.9. Meşə istifadəçiləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş nırx dəyərinə uyğun olaraq köküstü buraxılan oduncağın qiymətini ödəyirlər. Meşə təsərrüfatı müəssisələri meşəyə xidmət və sanitariya qırmaları apararkən, habelə meşə quruluşu və başqa meşə təsərrüfatı tədbirləri həyata keçirərkən alınan oduncağın dəyərini ödəməkdən azad olunurlar. Meşə yanğınları, göbələk xəstəlikləri nəticəsində və həşəratlarla zədələnmiş, tufan, külək tərəfindən yıxılmış və köküstə qurumuş meşə qırılarkən oduncaq güzəştlə buraxılır. 3.10. Oduncaq ödənişsiz və ya güzəştlə buraxılarsa meşəqırma biletində və orderdə nırx qiymətlərindən başqa güzəştli və ödənişsiz buraxılmasının əsası göstərilməlidir. 3.11. Köküstü oduncaq buraxılışının dəyərinin hesablanmasında səhvlərə yol verilmişdirsə növbəti ödəniş zamanı bu hesablamalar yenidən aparılır. Meşə istifadəçisi hesablaşmanın fərqinin ödənilməsindən azad olunmurlar. 3.12. Oduncaq tədarükü qurtardıqda meşə istifadəçiləri ilə aşağıdakı sənədlərə əsasən qarşılıqlı hesablaşmalar aparılır: meşəqırma biletləri, orderlər; qırıntı yerlərinin (sahəsinin) pul-qiymət cədvəli; qırıntı yerlərinin (sahələrinin) müayinə aktı. Ödənişlər yenidən hesablanarsa və bu Qaydaların pozulması barədə meşə təsərrüfatı müəssisələri, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər səlahiyyətli orqanlar tərəfindən müvafiq aktlar tərtib edilərsə qeyd olunan materiallar hesablaşma sənədlərinə əlavə edilir. 4. BU QAYDALARIN POZULMASINA GÖRƏ MƏSULİYYƏT. 4.1. Meşə istifadəçisi meşəqırma biletini, orderi müəyyən olunmuş müddətdə almadıqda ayrılmış meşəqırma həcminin nırx dəyərinin 10 faizi məbləğində cərimə olunur. 4.2. Meşə qırmaları və tədarükü zamanı bu Qaydaların pozulmasına yol verən meşə istifadəçilərinə aşağıdakı miqdarda cərimə hesablanır: meşə qırmaları aparılarkən toxumluq ağacların və qırıntıya təyin edilməmiş ağacların kəsilməsinə və ya zədələnməsinə görə hər bir kəsilmiş və ya zədələnmiş toxumluq və sair ağacların nırx dəyərinin üç misli qədər; qadağan olunmuş vaxtda oduncaq hazırlanarsa və ya sürüdülərsə hər bir kəsilmiş və ya sürüdülmüş ağacın nırx dəyərinin üç misli qədər; istifadəyə verilmiş qırma sahələrində meşəqırma bileti, order alınmadan və ya qırma müddəti qurtardıqdan sonra oduncaq hazırlanarsa, hazırlanmış oduncağın nırx dəyərinin üç misli qədər; qırıntıya təyin edilmiş, lakin kəsilməmiş ağaclar üçün nırx dəyərinin bir misli qədər; ağacların qeyri səmərəli doğranması nəticəsində qırma sahəsi üzrə işlik oduncağın çıxışı meşəqırma biletində, orderdə göstəriləndən 10 faiz az olduqda, səmərəsiz istifadə olunmuş oduncağın preyskurant qiymətinin iki misli qədər; müəyyən edilmiş müddətdə (verilmiş möhlət nəzərə alınmaqla) qırıntı yerində, annbar yerində, ağac daşınan yollarda, tikililərdə və sair yerlərdə daşınmamış oduncaq qalarsa həmin oduncağın satış dəyərinin bir misli qədər; meşə yolları və ona bitişik 50 metrlik zolaq müəyyən olunmuş müddətdə qırıntı qalıqlarından qeyri qənaətbəxş təmizlənərsə, təmizlənməmiş sahənin hər hektarına 1 kub.m odunun nırx dəyərinin iki misli qədər; ağacların kötükləri diametrinin üçdə birindən hündür kəsildikdə, diametri 30 santimetrədək olan ağacların kötükləri isə 10 santimetrdən hündür saxlandıqda, ağaclar və kötüklərdəki damğalar və nömrələr məhv edildikdə hər bir kötük , damğa və nömrə üçün 0,2 kub.m. oduncağın nırx dəyəri miqdarında; hər bir aslı qalmış ağac üçün 1 kub.m. oduncağın nırx dəyəri miqdarında; tədarük və oduncağın sürüdülməsi zamanı dağ şəraitində torpaq eroziyası baş verən sahələrdə torpağın üst qatı məhv edildikdə eroziyaya məruz qalmış hər hektar üçün 1 kub.m. oduncağın nırx dəyərinin 30 misli qədər. Bu bəndin 5-ci və 6-ci abzaslarındakı cərimələr meşə təsərrüfatı müəssisələri tərəfindən franko qırma sahəsindən preyskurant qiyməti ilə hesablanır. 4.3. Meşə əkinləri, meşə bərpa işləri üçün nəzərdə tutulan sahələrdə təbii bərpanın və cücərtilərin məhv edilməsi və ya zədələnməsi, ağac və kolların boy artımının dayandırılmasına səbəb olmadan zədələnməsi, meşələrdə məhdudlaşdırıcı nişanların, kvartal dirəklərinin, vizir xətlərinin məhv edilməsi və korlanması, ağacların və kolların qanunsuz qırılması və zədələnməsi (boy artımının dayanması dərəcəsinədək) nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş nırx dəyərləri ilə hesablanır. 4.4. Bu Qaydaların pozulmasına görə cərimələr ağacların nırx dəyərinə güzəşt edilmədən hesablanır. 4.5. Bu Qaydalar üzrə nəzərdə tutulmuş cərimələrin təyin olunmasında yaranmış mübahisəli məsələlər müəyyən olunmuş qaydada mövcud qanunvericiliyə uyğun olaraq həll olunur. 4.6. Oduncaq tədarükünü aparan meşə təsərrüfatı müəssisələri bu Qaydaları pozarkən meşə istifadəçiləri üçün nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) 2. 23 avqust 2010-cu il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №08, maddə 765) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları”nın 1.3-cü bəndinin birinci abzasında, 1.4-cü bəndinin altıncı abzasında, 1.5-ci bəndinin onuncu abzasında "Azərbmeşə" İstehsalat Birliyinin" sözləri, 2.1-ci bəndinin ikinci abzasında "Azərbmeşə" İstehsalat Birliyinin Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə razılaşdırılmış" sözləri, 2.1-ci bəndinin dördüncü abzasında, 2.2-ci, 3.2-ci, 3.5-ci, 3.12-ci bəndlərində ismin müvafiq hallarında "Azərbmeşə" İstehsalat Birliyi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [2] 23 avqust 2010-cu il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №08, maddə 765) ilə “Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları”nın 1.6 cı bəndinin beşinci abzasından “geri” sözü çıxarılmışdır. http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5077.htm# ednref1 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5077.htm# ednref2