Ministerial Decree No. 327 on the amendment of Resolution No. 14 of the Cabinet of Ministers “On approval of some normative legal acts in the area of phytosanitary control
Made 2014-10-10 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Cultivated plants
- Keywords
- biological control agents, inspection, integrated pest management-IPM/pest management strategies, pesticides, plant protection, registration
- Categories
- agriculture
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 228 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 58; 2009, № 1, maddə 34) aşağıdakı dəyişikliklər edilsin: 1. Həmin qərarla təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatının aparılması Qaydası”nın 4-cü hissəsi üzrə: 1.1. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və üçüncü on birinci abzaslar müvafiq olaraq dördüncü-on ikinci abzaslar hesab edilsin: “istehsalçının adı;”; 1.2. beşinci abzas aşağıdakı redaksiyada verilsin: “bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına, satışına və ya saxlanılmasına dair verilmiş lisenziya barədə məlumatlar;”. 2. Həmin qərarla təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formaları və təqdim edilməsi Qaydası”na əlavə “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid hesabat forması”nda “mülkiyyət növü ” sətrindən sonra “lisenziyanın qeydiyyat nömrəsi və tarixi ” sətri əlavə edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 10 oktyabr 2014-cü il № 327 http://e-qanun.az/framework/28045 http://e-qanun.az/framework/28045 http://e-qanun.az/framework/12738