Ministerial Decree No. 312s on the establishment of a Joint Committee for rational management and protection of water resources of transboundary river Samur
Made 2011-10-11 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Azərbaycan Respublikasinin Nazirlər Kabineti Sərəncam № 312s.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Water
- Keywords
- water resources management, institution, international agreement-implementation, sustainable use, transboundary waters, governance
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ S Ə R Ə N C A M № 312s Bakı şəhəri, 11 oktyabr 2011-ci il Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 28-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş, 2010-cu il sentyabrın 3-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in 5-ci maddəsinin 1-ci hissəsinə əsasən: 1. Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan Rusiya Birgə Komissiyasının (bundan sonra - Birgə Komissiya) Azərbaycan tərəfindən tərkibi aşağıdakı kimi müəyyən edilsin: Zakir Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini, Birgə Komissiyanın həmsədri Birgə Komissiyanın üzvləri: Tariel Hüseynov - Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun inkişafı baş idarəsinin rəisi Şahid Fərəməzov - Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Salmanov - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Aparatı rəhbərinin müavini Azad Ələkbərov - Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin müavini Rəşail İsmayılov - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin qrup rəhbəri Əkbər Məmmədov - Nəqliyyat Nazirliyinin nəqliyyat müfəttişliyi şöbəsinin baş məsləhətçisi Əbdülrəhim Hacıyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri 2. Birgə Komissiya fəaliyyətində “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in 5-ci maddəsini əsas tutur və 6-cı maddəsində göstərilmiş səlahiyyətlərin həyata keçirilməsini təmin etmək üçün müvafiq təkliflərlə çıxış edir. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərsin. 4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə