Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 27 on use of underwater cultural heritage

Made 2016-02-03 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
“Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 27.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Environment
Keywords
cultural heritage, education, tourism, research, groundwater, inland waters, surface water, traditional rights/customary rights

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”nın və “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.12-ci və 1.1.13-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə). 2. “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə). Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 3 fevral 2016-cı il № 27 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli 27 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 2 nömrəli əlavə Sualtı mədəni irs nümunələrindən istifadə Q A Y D A S I 1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun 34.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və sualtı mədəni irs nümunələrindən istifadə qaydasını müəyyən edir. http://e-qanun.az/framework/25304 http://e-qanun.az/framework/25304 http://e-qanun.az/framework/25303 2. Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”na uyğun olaraq müəyyən edilir. 3. Azərbaycan Respublikasında sualtı mədəni irs nümunələrindən istifadə hüququ “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci və 32-ci maddələrinə uyğun olaraq dövlət tərəfindən təmin edilir. 4. Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edildikdən sonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir. 5. Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır. 6. Sualtı mədəni irs nümunələrindən istifadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na uyğun olaraq həyata keçirilir. http://e-qanun.az/framework/30401

Ministerial Decree No. 27 on use of underwater cultural heritage · Nelum