Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 259 on approval on organization of state control on conservation and efficient use of genetic resources of cultivated plants

Made 2013-02-11 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari No. 259.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Cultivated plants
Keywords
plant production, plant protection, plant variety, seeds/planting material, protection of environment, genetic resources, genetically modified organism (GMO), inspection, institution, sustainable use, research, biotechnology, governance
Categories
agriculture

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Prezidentinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.4-1.8-ci bəndlərinin, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9 cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. “Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə). 2. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə). 3. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə). 4. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə). 5. “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə). 6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə). 7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə). 8. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə), 9. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi” təsdiq edilsin (9 nömrəli əlavə). 10. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə). 11. “Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi” təsdiq edilsin (11 nömrəli əlavə). 12. “Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası” təsdiq edilsin (12 nömrəli əlavə). 13. Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın. 14. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 13 noyabr 2012-ci il 259 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili QAYDALARI 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili qaydalarını müəyyən edir. 1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra - MBGE) mühafizəsi və səmərəli istifadəsinə dövlət nəzarəti MBGE nümunələrinin toplanması, öyrənilməsi, sənədləşdirilməsi, qorunub saxlanması, mübadiləsi, paylanması və istifadəsi mərhələlərində keçirilir. 2. Dövlət nəzarətinin məqsədi 2.1. Dövlət nəzarətinin təşkilinin məqsədi MBGE-nin müəyyən edilmiş formalarda etibarlı mühafizəsinin, hərtərəfli öyrənilməsinin və səmərəli istifadəsinin təmin edilməsi, nadir və itmək təhlükəsində olan bitki növləri və sortlarının ölkədən icazəsiz ixracının, insanların həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükə törədə biləcək, xüsusilə genetik modifikasiya olunmuş bitkilərin ölkəyə idxalının və istifadəsinin qarşısının alınması, respublikada müvafiq sahələrdə aparılan fəaliyyətlərə, o cümlədən dövlət elmi tədqiqat və seleksiya proqramlarının icrasına şərait yaradılması tədbirlərinin həyata keçirilməsindən ibarətdir. 2.2. Mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının öyrənilməsi, toplanması, xüsusi şəraitdə qorunub saxlanması, elmi tədqiqat, seleksiya, təhsil və digər məqsədlərlə daxili və xarici mübadiləsi əməliyyatları MBGE üzrə fəaliyyət hesab edilir. 2.3. MBGE üzrə fəaliyyətlərə dövlət nəzarətini həyata keçirən orqanlar bu ehtiyatların tələblərə uyğun inventarlaşdırılması, toplanması, saxlanması, dublikatlaşdırılması, genbanklarda qablaşdırılması, etiketləşdirilməsi və mübadiləsi şərtlərini müəyyən edən texniki, ekoloji və fitosanitar norma və qaydalara riayət edilməsinə nəzarəti təmin edirlər. 2.4. MBGE-nin mühafizəsi və səmərəli istifadəsinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq bölmə və strukturlarının iştirakı nəzərdə tutulur. 2.5. MBGE-nin toplanması, daxili və xarici mübadiləsi, mühafizəsi, tədqiqi, paylanması və istifadəsi zamanı aşağıdakı tələblərə riayət edilməlidir: 2.5.1. müvafiq normalara və qaydalara istinad edilməklə, təhlükəsizlik texnikasına və əmək gigiyenasına; 2.5.2. bitki nümunələrinin genetik tamlığını və həyat qabiliyyətini təmin edən metroloji qaydalara və normalara; 2.5.3. bitki nümunələrinin təbiətdən toplanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq kodeks, konvensiya və sazişlərin tələblərinə. 2.6. MBGE-nin mübadiləsi, genbanka daxil edilməsi və oradan xaric olunması, nümunələrin sənədləşdirilməsi, etiketləşdirilməsi zamanı aşağıdakılara əməl edilməlidir: 2.6.1. xaricə göndərilən nümunələrin qablarının üzərində onların kataloq nömrəsi, latınca elmi adları (eyni zamanda, digər deskriptorlar da yazıla bilər) göstərilməlidir; 2.6.2. MBGE kolleksiyalarının sahibləri bu kolleksiyaları beynəlxalq standartlara uyğun pasport deskriptorları əsasında sənədləşdirməli və onların kompyuter məlumat bazalarını yaratmalıdırlar; 2.6.3. nümunələr genbankda saxlanma, mübadilə, paylanma və digər məqsədlərlə qablaşdırılan zaman nümunələrin qabları üzərindəki etiketlərdə nümunənin əsas identifikatoru (milli nömrəsi), latınca elmi adı, genbanka qoyulma və ya reproduksiya ili və mənşə ölkəsi qeyd edilməlidir. Etiketdə qeyd edilən bu məlumatlar həmin nümunə haqqında məlumat bazasında olan məlumatlarla eyni olmalıdır. 2.7. Ölkədə mövcud olan və müvafiq şəkildə qeydiyyatdan keçmiş kolleksiyaların məlumat bazaları Milli Əlaqələndirici İnstitutun nəzdində fəaliyyət göstərən Mərkəzi Məlumat Bazasına inteqrasiya edilməlidir. 2.8. MBGE-nin mübadiləsi, tədqiqat, təlim, seleksiya və digər məqsədlərlə paylanması zamanı lazım olan sənəd və formalar Azərbaycan dilində olmalıdır. 2.9. MBGE-nin xaricdən idxalı zamanı nümunələr aşağıdakı sənədlərlə müşayiət olunmalıdır: 2.9.1. nümunələrin gətirildiyi ölkənin müvafiq orqanları tərəfindən verilmiş fitosanitar sertifikatı; 2.9.2. nümunələrin genetik modifikasiya olunmadığını təsdiq edən sənəd; 2.9.3. nümunənin mənşəyini göstərən sənəd; 2.9.4. nümunələrin kommersiya dəyəri haqda sənəd; 2.9.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən idxal üçün verilmiş icazə sənədi; 2.9.6. idxal edilən nümunələrin siyahısı. 2.10. Xarici ölkələrdə yerləşən genbanklarda saxlanılan Azərbaycan mənşəli nümunələrin ölkəyə idxalı zamanı bu Qaydaların 2.9.2-ci, 2.9.3-cü, 2.9.4-cü və 2.9.5-ci yarımbəndlərində sadalanan sənədlər tələb edilmir. 2.11. MBGE-nin ixracına Elmi-Texniki Şura tərəfindən verilmiş icazə sənədi Milli Əlaqələndirici İnstitutun rəsmi blankında çap edilir, Elmi Texniki Şuranın sədri tərəfindən imzalanır. İcazə sənədinə Milli Əlaqələndirici İnstitutun möhürü vurulur. 2.12. MBGE-nin xaricə ixrac edilən nümunələri Elmi-Texniki Şuranın icazə sənədi ilə (həmçinin, qəbul edən ölkənin tələblərinə uyğun sənədlərlə) müşayiət olunur. 3. Dövlət nəzarətinin aparılması qaydaları 3.1. Dövlət nəzarətinin təşkili və keçirilmə formaları “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun həyata keçirilir. 3.2. Kolleksiyaların elmi rəhbərləri kolleksiyada aparılan elmi tədqiqat işləri, nümunələrin hərəkəti və mövcud vəziyyəti, məlumat bazasında toplanmış informasiya və digər məsələlər üzrə yarımillik və illik elmi texniki hesabatları hazırlayaraq Milli Əlaqələndirici İnstituta təqdim etməlidirlər. 3.3. Milli Əlaqələndirici İnstitut kolleksiyaların saxlanma vəziyyətinə, MBGE-nin toplanması, paylanması və MBGE üzrə digər fəaliyyətlərin həyata keçirilməsinə tam nəzarət etmək üçün monitorinqlər keçirir. 3.4. Müvafiq nəzarət və monitorinq funksiyalarını icra etmək üçün Milli Əlaqələndirici İnstitut tərəfindən səlahiyyətli şəxs təyin edilir. 3.5. Səlahiyyətli şəxs aşağıdakı hüquqlara malikdir. 3.5.1. Milli Genbank istisna olmaqla, MBGE üzrə fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin, genbankların və kolleksiyaların (bundan sonra - MBGE subyektləri) rəhbərliyini və ya sahiblərini 3 (üç) iş günü əvvəl məlumatlandırmaqla, monitorinq aparmaq üçün onların ərazilərinə sərbəst daxil olmaq; 3.5.2. onlardan nəzarət üçün tələb edilən məlumatları və sənədləri almaq, məlumat bazalarını araşdırmaq; 3.5.3. mühafizə edilən nümunələrdən monitorinq məqsədi ilə seçib götürmək. 3.6. MBGE subyektlərinin rəhbərləri dövlət nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaratmalıdırlar. 3.7. Dövlət nəzarətinin nəticələri aktla (arayışla və ya inzibati protokolla) rəsmiləşdirilir. Aktda nəzarətçinin soyadı, adı, atasının adı və vəzifəsi göstərilir. Aktın bir nüsxəsi MBGE subyektinin rəhbərinə təqdim edilir. Aktda aşağıdakı məlumatlar göstərilir: 3.7.1. hüquqi və ya fiziki şəxslər haqqında (müəssisənin ünvanı, müəssisə rəhbərinin soyadı, adı və atasının adı) və nəzarəti aparan səlahiyyətli şəxslər barədə məlumatlar (vəzifəsi, soyadı, adı, atasının adı); 3.7.2. nəzarətin aparılmasının səbəbləri və müddəti; 3.7.3. araşdırma haqqında məlumatlar, sınaq üçün götürülən nümunələr və sınaq protokolu; 3.7.4. araşdırmanın nəticələri. 3.8. Dövlət nəzarətinin nəticələri barədə akt, arayış və protokol inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənədlərdir. 3.9. Yoxlamaların nəticələri Elmi-Texniki Şurada müzakirə edilir və yuxarı orqanlar qarşısında vəsatət qaldırılır. 4. MBGE üzrə fəaliyyət formalarının dayandırılması 4.1. Dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxs aşkar olunmuş pozuntular barədə MBGE subyektinin rəhbərinə xəbərdarlıq edir. 4.2. Azərbaycan Respublikasında MBGE üzrə fəaliyyət formalarının biri və ya bir neçəsi aşağıdakı hallarda dayandırılır: 4.2.1. MBGE nümunələrinin toplanması qanunvericilikdə nəzərdə tutulmuş və ya Elmi-Texniki Şura tərəfindən təsdiq edilmiş tələblərə uyğun aparılmadıqda; 4.2.2. kolleksiyaların saxlanma şəraİti lazımi normativlərə uyğun olmadıqda; 4.2.3. MBGE nümunələrinin sənədsiz, qüvvədə olma müddəti bitmiş normativ sənədlə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə idxal və ya ixracına cəhd göstərildikdə; 4.2.4. MBGE üzrə fəaliyyətin (kolleksiyaların inventarlaşdırılması, nümunələrin hər hansı hərəkətinin qeydiyyatı və s.) sənədləşdirilməsi tələblərə uyğun aparılmadıqda; 4.2.5. ölkədən çıxarılması və ya ölkəyə gətirilməsi qadağan edilmiş bitki nümunələrinin ixracına və idxalına cəhd göstərildikdə; 4.2.6. MBGE kolleksiyaları və onlarda olan nümunələr haqqında Milli Əlaqələndirici İnstituta və ya Elmi-Texniki Şuraya tələb olunan informasiyaları verməkdən imtina edildikdə; 4.2.7. Milli Genbankın əsasnaməsinə və MBGE-nin milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalarına əməl olunmadıqda. 4.3. MBGE-nin etibarlı mühafizəsinin və səmərəli istifadəsinin pozulmasında təqsirkar olan şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ministerial Decree No. 259 on approval on organization of state control on conservation and efficient use of genetic resources of cultivated plants · Nelum