Ministerial Decree No. 259 on approval of regulation on the management of Council of Specialized Experts regarding conservation and sustainable use of genetic resources of cultivated plants
Made 2013-02-11 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının Əsasnaməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari No. 259.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Cultivated plants
- Keywords
- biotechnology, genetic resources, institution, plant protection, research, sustainable use, governance
- Categories
- agriculture
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Prezidentinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.4-1.8-ci bəndlərinin, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9 cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. “Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə). 2. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə). 3. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə). 4. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə). 5. “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə). 6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə). 7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə). 8. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə), 9. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi” təsdiq edilsin (9 nömrəli əlavə). 10. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə). 11. “Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi” təsdiq edilsin (11 nömrəli əlavə). 12. “Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası” təsdiq edilsin (12 nömrəli əlavə). 13. Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın. 14. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 13 noyabr 2012-ci il 259 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir 8 nömrəli əlavə Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının ƏSASNAMƏSİ 1. Ümumi müddəalar 1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatları üzrə ixtisaslaşdırılmış ekspert şuralarının fəaliyyətini müəyyən edir. 1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra - MBGE) mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqat və elmi-təşkilati fəaliyyətləri ölkə səviyyəsində gücləndirmək və əlaqələndirmək, müasir elmi nailiyyətlərin öyrənilməsi və tətbiqi işini sürətləndirmək, müəyyən elmi istiqamətlər üzrə ölkənin aparıcı ekspertlərini səfərbər etmək, MBGE nin toplanması, qorunub-saxlanması, bərpası, mübadiləsi, öyrənilməsi və səmərəli istifadəsi (bundan sonra - MBGE fəaliyyətləri) işinin daha səmərəli idarə olunmasına kömək etmək məqsədi ilə MBGE üzrə Elmi-Texniki Şuranın (bundan sonra - Elmi-Texniki Şura) nəzdində MBGE-nin öyrənilməsinin müəyyən istiqamətləri üzrə alim və yüksəkixtisaslı mütəxəssislərdən ibarət ixtisaslaşdırılmış ekspert şuraları (bundan sonra ekspert şuraları) yaradılır. 1.3. Ekspert şuraları MBGE üzrə ümumi tədqiqat istiqamətləri və müəyyən məqsədlər (məsələn, biotexnoloji tədqiqatlar, mədəni bitkilərin yabanı əcdadları (MBYƏ), MBGE-nin fermer təsərrüfatları ilə birgə (on farm) mühafizəsi və tədqiqi, MBGE-nin inventarlaşdırılması və sənədləşdirilməsi və s.) üzrə yaradılır. 1.4. Ekspert şuralarının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər. 1.5. Ekspert şuralarının toplantıları Milli Əlaqələndirici İnstitut tərəfindən təşkil edilir. 1.6. Ekspert şuralarının fəaliyyətinə Elmi-Texniki Şura rəhbərlik və nəzarət edir. 1.7. Ekspert şuraları öz fəaliyyətlərini bu Əsasnaməyə. Elmi-Texniki Şuranın müəyyən etdiyi istiqamətlərə və tapşırıqlara uyğun olaraq qurur. 2. Ekspert şuralarının fəaliyyət dairəsi 2.1. Ekspert şuraları öz iclaslarında aşağıdakı məsələlərə baxır: 2.1.1. MBGE-nin elmi tədqiqat istiqamətləri üzrə başlıca milli prioritetlərin müəyyənləşdirilməsi, iş planlarının hazırlanması; 2.1.2. səlahiyyətlərinə uyğun sahələrdə elmi tədqiqat işlərinin nəticələrinin ümumiləşdirilməsi; 2.1.3. MBGE-nin mühafizə strategiyalarının hazırlanması, in situ (həmçinin, on-farm) şəraitində mövcud vəziyyətin qiymətləndirilməsi, ex situ və in situ inventarlaşdırma və sənədləşdirmənin aparılması; 2.1.4. MBGE-nin milli genefondunun, xüsusilə nadir və itmək təhlükəsində olan növlərin qorunması, tədqiqi və məlumat bazalarının yaradılması üzrə layihələrin və fəaliyyət planlarının hazırlanması, müzakirəsi və təqdim edilməsi; 2.1.5. MBGE üzrə tədqiqat işlərinə, layihə və proqramlara rəy verilməsi, tövsiyə və hesabatların hazırlanması; 2.1.6. MBGE üzrə elmi-metodiki vəsaitlərin, kitabların çapa hazırlanması və ya təklif edilməsi. 2.2. Ekspert şuraları elmi tədqiqat və təhsil müəssisələrinin, dövlət qurumlarının MBGE üzrə qaldırdığı problemləri müzakirəyə qəbul edir, rəy və təkliflər hazırlayır. 2.3. Ekspert şuraları MBGE üzrə elmi tədqiqatların nəticələrini ümumiləşdirərək dərc etdirir. 3. Ekspert şuralarının tərkibinin formalaşdırılması 3.1. Ekspert şuralarının tərkibi Elmi-Texniki Şura tərəfindən müvafiq elmi tədqiqat istiqamətlərində fəaliyyət göstərən aparıcı alim və mütəxəssislər arasından seçilir. 3.2. Ekspert şuralarının rəhbərləri və onların müavinləri şuraların iclaslarında sadə səs çoxluğu ilə 2 (iki) il müddətinə seçilir. 3.3. Ekspert şuralarının rəhbərləri müvafiq şuraların adından çıxış edir, Elmi-Texniki Şura qarşısında illik hesabat verirlər. 4. Ekspert şuralarının iş rejimi 4.1. Ekspert şuralarının iş qrafiki Elmi-Texniki Şurada müzakirə və qəbul edilir. 4.2. Ekspert şuralarının daxili reqlamenti müvafiq şuraların iclaslarında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir