Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 243 amending the Ministerial Decree No. 154 validating the Regulation on public control on the application of standards and requirements in the sphere of determination of the foodstuffs’ quality and safety

Made 2014-06-16 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Food and nutrition
Keywords
food safety and quality, business/industry/corporations, inspection
Categories
*

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 783; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32, № 3, maddə 205; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 1. 2-ci hissədə “əmlakı və ətraf mühit üçün təhlükə törədə” sözləri “dövlətin əmlak maraqları, habelə ətraf mühit üçün birbaşa və mühüm təhlükə törədə və ya mühüm zərər vura” sözləri ilə əvəz edilsin. 2. 5.1-ci bəndin birinci abzasında “əmlakı” sözü “dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilsin və ikinci abzasının ikinci cümləsindən “təsərrüfat subyektinin vəsaiti hesabına” sözləri çıxarılsın. 3. 7-ci hissəyə “Qanununa” sözündən sonra “, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri əlavə edilsin. 4. 9-cu hissə ləğv edilsin. 5. 10-cu hissənin altıncı abzasında “vermək” sözü “verilməsi” sözü ilə əvəz edilsin. 6. 11-ci hissə aşağıdakı redaksiyada verilsin: “11. Dövlət nəzarətinin nəticələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi http://e-qanun.az/framework/11292 http://e-qanun.az/framework/11292 haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir. Dövlət nəzarət aktı, arayış və inzibati protokol, qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq iradnamələr, tələbnamələr və göstərişlər inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənədlərdir.”. 7. 12-ci hissədə “vəzifəli şəxs” sözləri “orqan” sözü ilə əvəz edilsin. 8. 18-ci hissənin birinci abzasında “orqanlarının vəzifəli şəxsləri” sözləri “orqanları” sözü ilə və ikinci abzasında “və” sözü (ikinci halda) “, dövlət nəzarətini həyata keçirən orqanlar” sözləri ilə əvəz edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 16 iyul 2014-cü il № 243

Ministerial Decree No. 243 amending the Ministerial Decree No. 154 validating the Regulation on public control on the application of standards and requirements in the sphere of determination of the foodstuffs’ quality and safety · Nelum