Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 176 on approval of rules for implementation of state control over protection and management of wild fauna

Made 2004-11-06 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 176.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Wild species and ecosystems
Keywords
wild fauna, management/conservation, inspection, institution, enforcement/compliance, governance, protection of species, trade in species, biodiversity

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 6 noyabr 2004-cü il № 176 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Q A Y D A L A R I I. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar dövlət orqanları tərəfindən heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini müəyyən edir. 1.2. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləminin mühafizəsi sahəsindəki vəzifələrin yerinə yetirilməsini, heyvanlar aləminin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdən ibarətdir. 1.3. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 1.4. Balıq ehtiyatlarının mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarəti qanunvericiliklə müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanları tərəfindən həyata keçirilir. 1.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirərkən öz işlərini aidiyyəti olduqda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli hakimiyyət orqanları ilə əlaqələndirir. 1.6. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi və bərpası işlərində fiziki və hüquqi şəxslərin, o cümlədən ictimai təşkilatların rəy və təkliflərini nəzərə almalıdırlar. 1.7. Hüquqi və fiziki şəxslər tabeçilik, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən şəxslərə yoxlama aparmaq üçün müvafiq şərait yaratmalı, onların səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarmı verməlidirlər. 1.8. Heyvanlar aləminin mühafizəsi, istifadəsi və artırılması sahəsində dövlət nəzarətini həyata keçirən şəxslərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq xidməti vəsiqəsi verilir. II. HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİNİ HƏYATA KEÇİRƏN DÖVLƏT ORQANLARININ VƏZİFƏLƏRİ Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifələri aşağıdakılardır: heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək; heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi və bərpası qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək; ov qaydalarına və heyvanlar aləminin ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvan növlərinin istifadəsinə nəzarət etmək; su hövzələrində balıqların sənaye, idman və həvəskar ovu, habelə elmi tədqiqat məqsədilə istifadə edilməsinə və təbii mühitə uyğunlaşdırılmasına nəzarəti həyata keçirmək; ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması qaydalarına əməl olunmasına nəzarət etmək; heyvanlar aləminin obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadəyə nəzarət etmək; vəhşi heyvanların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədilə istifadə olunmasına nəzarət etmək; vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanmasına, yetişdirilməsinə və bu məqsədlə tutulmasına nəzarət etmək; heyvanlar aləminin sayının tənzimlənməsinə nəzarət etmək; vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin, habelə miqrasiya yollarının mühafizəsinə nəzarət etmək; istehsal proseslərində və nəqliyyat vasitələrinin istismarında heyvanlar aləminin məskunlaşdığı mühitin təsir dairəsində fəaliyyət göstərən obyektlərin bioloji təhlükəsizliyinə nəzarət etmək; nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin mühafizəsi, törəyib artması və istifadəsinə nəzarət etmək; zooloji kolleksiyaların yaradılması, saxlanılması və zənginləşdirilməsinə nəzarət etmək; bitki mühafizə vasitələrinin tətbiqi zamanı heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; vəhşi heyvanların köçürülməsi, iqlimə uyğunlaşdırılması və artırılması tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək; ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılmasını qadağan etmək və ya məhdudlaşdırmaq, habelə "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyanın (CİTES) tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; heyvanlar aləminin mühafizəsi, səmərəli istifadəsi və törəyib artması xeyrinə torpaq, meşə, su və başqa təbii ehtiyatların mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarmı məhdudlaşdıran tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; heyvanlar aləmi obyektlərinin dövlət uçotunun və dövlət kadastrının hə-yata keçirilməsini təmin etmək və onların aparılması qaydalarına əməl olunmasına nəzarət etmək; vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlərin yerinə yetiril-məsinə nəzarət etmək; heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsinin həyata keçirilməsinə, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizə rejiminə əməl edilməsinə, habelə heyvanlar aləmi obyektlərinin istifadəsi və mühafizəsi sahəsində istifadəçilərin qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələrinin yerinə yetirilməsinə nəzarət etmək; qanunvericiliklə müəyyən edilən digər vəzifələri həyata keçirmək. III. HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİNİ HƏYATA KEÇİRƏN DÖVLƏT ORQANLARININ HÜQUQLARI 3.1. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının hüquqları aşağıdakılardır: dövlət təbiət qoruğu, milli park, dövlət təbiət yasaqlığı və ov yerlərində heyvanlar aləminin obyektlərindən istifadə hüququna dair sənədləri yoxlamaq, nəqliyyat (üzən) vasitələrini saxlamaq, nəqliyyat vasitələrini, o cümlədən gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq; heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarmı aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək; heyvanlar aləmi haqqında qanunvericiliyi pozmuş şəxslərdə olan heyvan-ları əldə etmək üçün istifadə edilən nəqliyyat vasitələrini müvəqqəti saxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və digər əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək; heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması və açılması üçün köməkçi vasitə kimi şəkilçəkmə, səsyazma, kino və video çəkilişləri aparmaq; heyvanlar aləmi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar vətəndaşlardan və vəzifəli şəxslərdən şifahi və ya yazılı məlumatlar almaq; heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində inzibati xətalar haqqında protokollar tərtib etmək, cərimələmək və digər tədbirlər görmək; heyvanlar aləminə vurulmuş ziyanın ödənilməsi məqsədilə qanunpozanlara qarşı iddialar qaldırmaq; qanunvericilikdə nəzərdə tutulmuş hallarda heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna xitam verilməsi barədə iddia qaldırmaq; qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. 3.2. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Ministerial Decree No. 176 on approval of rules for implementation of state control over protection and management of wild fauna · Nelum