Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 176 on approval of Instructions on fees for efficient use of wildlife and imposing fines for illegal hunting of wild animals

Made 2004-11-06 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 176.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Wild species and ecosystems
Keywords
management/conservation, protection of habitats, wild fauna, offences/penalties, special fund, endangered species, environmental fees/charges, hunting/capture, monitoring, protection of environment, protected area, protection of species, biodiversity

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 6 noyabr 2004-cü il № 176 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair T Ə L İ M A T 1. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödənişlərdən və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrdən daxil olmuş vəsait heyvanlar aləmi obyektlərinin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasının və yaxşılaşdırılmasının stimullaşdırılmasına yönəldilir. 2. Ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər istisna olunmaqla, heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödəmələr, qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrdən daxil olan vəsaitlər xəzinədarlıq orqanlarında toplanaraq Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına köçürülür. 3. Fondun vəsaitinin 5 faizi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"nin 7-ci bəndinə əsasən sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilir. Fondda qalan vəsaitin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hissəsi, təsdiq edilmiş gəlir və xərclər smetası əsasında "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vəhşi heyvanların, o cümlədən nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi, artırılması və bərpasına, heyvanlar aləmi obyektlərinin dövlət uçotu, kadastrı və monitorinqinin təşkilinə və keçirilməsinə sərf olunur. [1] 4. Bu Təlimatda nəzərdə tutulan məqsədlər üçün vəsaitlərin səmərəli istifadə olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edirlər. http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5709.htm# edn1

Ministerial Decree No. 176 on approval of Instructions on fees for efficient use of wildlife and imposing fines for illegal hunting of wild animals · Nelum