Ministerial Decree No. 152 on agricultural census
Made 2003-11-28 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıya alınmasının keçirilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 152.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Agricultural and rural development
- Keywords
- access-to-information, agricultural development, business/industry/corporations, data collection/reporting, registration, research, institution, governance
- Categories
- *
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Ölkə iqtisadiyyatının bazar münasibətləri əsasında yenidən qurulması ilə əlaqədar olaraq onun mühüm tərkib hissəsi sayılan aqrar sahədə 1995-ci ildən başlayaraq uğurla həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatının sosial və sahə strukturunda köklü dəyişikliklər baş vermişdir. İri təsərrüfatların yerində müxtəlif təşkilati-hüquqi formalı çoxsaylı təsərrüfat subyektlərinin-kənd təsərrüfatı müəssisələrinin, kəndli və fermer təsərrüfatlarının yaradılması ilə əlaqədar olaraq torpaqların, çoxillik əkmələrin, kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin, mal-qara və quşların sayının, kənd təsərrüfatı texnikasının, kənd təsərrüfatı binaları və tikililərinin, kənd təsərrüfatında işçi qüvvəsinin və s. dəqiq statistik uçotunun aparılmasında ciddi çətinliklər yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"nın təsdiq edilməsi haqqında" 2001-ci il 2 mart tarixli, 640 nömrəli Sərəncamına və "2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı haqqında" 2003-cü il 20 fevral tarixli, 853 nömrəli Fərmanına uyğun olaraq, habelə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının müvafiq tövsiyəsini rəhbər tutaraq, ölkənin kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və statistik işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq müvafiq informasiya bazasının yaradılması üçün kənd təsərrüfatının mövcud vəziyyətinə dair dolğun və hərtərəfli məlumatın əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikasında 2004-cü ilin iyun ayında sınaq, 2005-ci ilin iyun ayının 1 dən 30-dək ümumi kənd təsərrüfatı siyahıyaalınması keçirilsin. 2. Kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşr edilməsi Dövlət Statistika Komitəsinə tapşırılsın. Bu məqsədlə Dövlət Statistika Komitəsi: 2005-ci il yanvarın 1-dək kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi üçün zəruri olan nəşr materiallarının siyahısını, həcmini, sifarişin verilmə və hazırlanma müddətlərini və digər məsələləri müvafiq qaydada razılaşdırıb müəyyənləşdirsin; kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi və materiallarının işlənməsi üçün tələb olunan təşkilat planını, təlimat və göstərişləri, habelə əhalinin məlumatlandırılması üçün lazım olan əyani təbliğat vasitələrinin və materiallarının nəşr edilməsini təmin etsin; aidiyyəti nazirlik, komitə, idarə və təşkilatların iştirakı ilə kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi üzrə proqramın layihəsini hazırlayaraq, 2005-ci il yanvarın 1-dək təsdiq etsin; 2005-ci ildə kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi qaydalarını hazırlayıb təsdiq etsin; kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi proqramı və metodoloji qaydaların işlənib hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası və müvafiq elmi tədqiqat institutlarının mütəxəssislərindən ibarət Siyahıyaalmaya yardım komissiyasının yaradılması barədə 2 ay müddətində təklif versin; kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi ilə əlaqədar müvafiq kömək göstərilməsi məqsədi ilə hökumət adından BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına müraciət məktubunun layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin. 3. Müəyyən edilsin ki, kənd təsərrüfatı siyahıyaalınması mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı istehsalı ilə məşğul olan bütün təsərrüfatlarda müvafiq uçot formaları əsasında aparılır. 4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri və onların yerli ərazi nümayəndəlikləri 2005-ci il yanvarın 1-nə kimi: inzibati vahidlərinin sərhədlərini dəqiqləşdirsinlər və kənd ərazi vahidlərində təsərrüfat başına uçot sənədlərində məlumatların dürüstləşdirilməsini təmin etsinlər; ad və ünvanları göstərilməklə, yaşayış məntəqələrinin ərazisində yerləşən bütün kateqoriyalardan olan təsərrüfatların reyestr üzrə dəqiqləşdirilmiş siyahısını yerli statistika orqanlarına təqdim etsinlər və onların tam dolğunluğuna nəzarəti həyata keçirsinlər; 2005-ci il aprelin 1-nə qədər məşğulluq xidmətlərində iş axtaran və işsiz kimi qeydə alınmış vətəndaşları kənd təsərrüfatı siyahıyaalınması ilə bağlı hazırlıq işlərinə və onun keçirilməsinə cəlb etməklə yerli statistika orqanlarının kadrlara olan tələbatının ödənilməsinə kömək göstərsinlər; kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi və siyahıyaalma materiallarının qəbul edilib saxlanması üçün siyahıyaalınma məntəqələrini zəruri avadanlıqlarla və telefon rabitəsi ilə təchiz olunmuş binalarla təmin etsinlər; siyahıyaalınma ilə əlaqədar hazırlıq işlərinin və nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması və onun mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavininin, rayon (şəhər) icra hakimiyyəti başçıları müavinlərinin, ərazi kənd təsərrüfatı idarələri rəislərinin rəhbərliyi ilə kənd təsərrüfatı siyahıyaalınmasına yardım komissiyaları yaratsınlar. 5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Statistika Komitəsinin təqdimatına əsasən 2 ay müddətində kənd təsərrüfatı siyahıyaalınmasını keçirmək üçün cəlb ediləcək işçilərin əməyinin ödənilməsi məbləğlərini və qaydalarını hazırlayıb təsdiq etsinlər. 6. Kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi, materialların işlənməsi və yekunlarının nəşr edilməsini təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsinə 2004 2005-ci illərdə müvəqqəti işçilər cəlb etməyə icazə verilsin. Müvəqqəti cəlb ediləcək işçilərin sayı və əmək haqqı fondu Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan hesablamalar əsasında Maliyyə Nazirliyi ilə razılaşdırılsın. 7. Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesablamalar əsasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi, materialların işlənməsi və yekunlarının nəşr edilməsini təmin etmək üçün zəruri avadanlıq, hesablama texnikası və digər texniki vasitələrin alınmasını və təşkilati məsələlərin həll edilməsini təmin etmək məqsədi ilə 2004 2006-cı illərin dövlət büdcələrində müvafiq məbləğdə vəsait nəzərdə tutulsun. 8. Kənd təsərrüfatı siyahıyaalınması və sınaq siyahıyaalınması məşğulluq xidmətləri vasitəsi ilə iş axtaran ali və orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssislərinin, kənd təsərrüfatı ixtisası üzrə təhsil alan ali və orta ixtisas təhsili müəssisələrinin tələblərinin və digər peşə ixtisası olan vətəndaşların cəlb edilməsi ilə həyata keçirilsin və bu məqsədlə: siyahıyaalınma keçirilən müddətdə hər sayıcı üçün 100 təsərrüfat müəyyən edilsin. Bundan başqa, əlavə olaraq 15 faiz miqdarında ehtiyat, o cümlədən əməyi ödənilən 5 faiz sayıcı nəzərdə tutulsun; hər 5 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin edilsin; hər 8 təlimatçı-nəzarətçi üçün 1 siyahıyaalınma şöbəsi yaradılsın. 9. Müəyyən edilsin ki, kənd təsərrüfatı siyahıyaalınmasına və sınaq siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üçün cəlb edilən şəxslər aşağıdakı müddətlərdə müvəqqəti işə qəbul edilirlər: sayıcılar – 30 təqvim günü; təlimatçı-nəzarətçilər – 45 təqvim günü; siyahıyaalınma şöbələrinin müdirləri və onların müavinləri – 60 təqvim günü; yerli statistika orqanlarının kənd təsərrüfatının siyahıyaalınması üzrə rəis müavinləri – 75 təqvim günü. 10. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi öz yardımçı təsərrüfatlarında kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə müvafiq işlər aparsınlar. 11. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2005-ci il yanvarın 1-dək Dövlət Statistika Komitəsinin sifarişi əsasında rayonların sxematik xəritələrinin işlənib hazırlanmasını başa çatdırsın. 12. Dövlət Televiziya və Radio Verilişləri Şirkəti Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mütəmadi olaraq xüsusi verilişlər təşkil etsin və siyahıyaalınmasına ilə əlaqədar həyata keçirilən tədbirlərin geniş işıqlandırılmasını təmin etsin. 13. Rabitə Nazirliyi kənd təsərrüfatı siyahıyaalınması ilə bağlı poçt-teleqraf göndərişlərinin hökumət poçt-teleqraf göndərişləri üçün nəzərdə tutulmuş qayda əsasında birinci növbədə ünvanlara çatdırılmasını təmin etsin. 14. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq dövründə və siyahıyaalınmanın keçirildiyi vaxtda Dövlət Statistika Komitəsinə lazımi kömək göstərsinlər. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 28 noyabr 2003-cü il № 152