Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 145 on measures to prevent violations to the forest laws

Made 2004-09-30 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 145.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Forestry
Keywords
afforestation/reforestation, agro-forestry, enforcement/compliance, forest management/forest conservation, forestry protection measures, pastoralism, offences/penalties

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və bu pozuntularda təqsirkar olan şəxslərin maddi məsuliyyətinin meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə əkinlərinin, meşə bərpa işləri üçün nəzərdə tutulan sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a, "Meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacar və tinglərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün mrx"a, "Meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, biçənəklərin və otlaq yerlərinin korlanması nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a, "Ağac və kolların boy atmasının dayandırılmasına səbəb olmadan zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a, "Qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletlərinə əsasən icazə verilən sahələrdə özbaşına meşə məhsullarının tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın hesablanması üçün nırx"a, "Meşələrdə məhdudlaşdırıcı nişanların məhv edilməsi və korlanması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a və "Ağacların və kolların qanunsuz qırılması və zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a görə beş yüksəldici əmsal tətbiq edilsin. 2. "Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş "Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxları"nda işlik oduncağa (qabıqsız) görə altı yüksəldici əmsal və oduna (qabıqla) görə on yüksəldici əmsal tətbiq edilsin. 3. "Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarının 2-ci bəndi, həmin qərarla təsdiq edilmiş "Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxları"nın qeydi və "Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxlarına yüksəldici əmsalın tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 aprel tarixli 85 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 30 sentyabr 2004-cü il № 145

Ministerial Decree No. 145 on measures to prevent violations to the forest laws · Nelum