Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 13 on approval of rules on inventory of wastes arising from production process

Made 2008-01-25 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
«İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 13.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Waste and hazardous substances
Keywords
classification/declassification, hazardous substances, hazardous waste, inspection, international agreement-implementation, inventory, monitoring, risk assessment/management, standards, transboundary movement of waste, waste management

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. «İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası»nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007 ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. «İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası» təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 25 yanvar 2008-ci il № 13 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmişdir İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Q A Y D A S I 1. Ümumi müddəalar 1.1. Bu Qayda «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması qaydasını müəyyən edir. 1.2. Tullantıların inventarlaşdırılması «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına və «Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında» Bazel Konvensiyasının (bundan sonra - Bazel Konvensiyası) prinsiplərinə əsaslanmaqla, təhlükəli tullantıların idarə olunması sahəsində beynəlxalq standartlara uyğun yeni təsnifat sisteminin tətbiqi və tullantının əmələ gəlməsi üzərində monitorinqə ətraflı nəzarət mexanizminin təmin edilməsi məqsədi ilə aparılır. 1.3. Bu Qayda inventarlaşdırılma prosesinin həyata keçirilməsinin aşağıdakı ardıcıllığını müəyyən edir: tullantının müəyyən edilməsi; tullantının təhlükəliliyinin təyin edilməsi; tullantının identifikasiyası və təsnifat sisteminin tətbiqi. 2. Tullantının identifikasiyası 2.1. İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılmasını aparmaq məqsədi ilə müəssisə rəhbəri səlahiyyətli şəxsi və inventarlaşdırma vaxtını təyin edir. İstehsalçı inventarlaşdırmanı müqavilə ilə hər hansı bir ixtisaslaşdırılmış təşkilata da həvalə edə bilər. 2.2. İnventarlaşdırma aparan şəxs müəssisənin ərazisinə baxış keçirdikdən sonra bu ərazidə tullantı əmələ gələ bilən mənbələri müəyyən etmək üçün müəssisədə mövcud olan bütün texnoloji reqlamentləri və digər normativ sənədləri nəzərdən keçirir. 2.3. Tullantının əmələ gəlmə mənbəyi bir texnoloji reqlamentlə təsvir edilmiş sənaye müəssisəsi və ya onun sahəsi (sexi) ola bilər. 2.4. Əgər müəssisə bir reqlament üzrə işləyirsə və bu reqlamentdə bütün istehsal qurğuları təsvir edilmişdirsə, bu müəssisə tullantıların müəyyən olunma mənbəyi kimi göstərilir. 2.5. İstehsal prosesində istifadə olunan xammala, köməkçi materiallara, qurğulara, digər texniki sənədlərə və reqlamentdəki göstəricilərə görə material balansı tərtib edilir və nəticədə qurğularda əmələ gələn tullantıların dəqiq miqdarı müəyyən olunur. 2.6. Müəssisənin ərazisində başqa tullantı mənbəyi kimi digər müəssisədən gətirilən tullantı ola bilər. Əgər ərazidə digər müəssisədən gətirilmiş tullantı olarsa, onda daşınma barədəki nəqliyyat sənədləri yoxlanılır və həmin tullantının növü, miqdarı və tərkibi haqqında qeydlər aparılır. 2.7. Müəssisədə tullantıların bir hissəsinin əmələ gəlmə mənbəyi ərazidə emal və ya utilizasiya edilmək üçün saxlanılması ola bilər: 2.7.1. əgər tullantı əmələ gəlmə ərazisində emal və ya utilizasiya edilirsə, onda emal sahələrində olan bütün qurğular müəyyən olunur, tullantı keyfiyyətinə və kəmiyyətinə görə identifikasiya edilir; 2.7.2. emala və utilizasiyaya yararlı olmayan, ya da emal oluna bilməyən tullantının müəssisədən kənarlaşdırılması və yaxud başqa müəssisəyə verilməsi araşdırılır. 2.8. Tullantının müxtəlif səbəblərə görə müəssisənin ərazisində və əmələ gəlmə sahəsində saxlanılması araşdırılır. Əgər tullantı daşınma, emal və ya təkrar istifadə üçün ərazilərdə saxlanılırsa, onda ərazidə müvafiq qurğuların olması, saxlanılma sahəsinin statusu, tullantının xüsusiyyəti və müəssisədə mövcud şəraitin səviyyəsi yoxlanılır. 2.9. Müəssisənin ərazisindən tullantıların daşınması nəqliyyat sənədlərinin yoxlanılması yolu ilə müəyyən edilir. 2.10. Bu Qaydanın 2.2-2.9-cu bəndlərinə uyğun olaraq, inventarlaşdırılmanı aparan şəxs müəssisədə əmələ gələn tullantının mənbəyini, növünü (xüsusiyyətini), miqdarını, emal metodunu, saxlanılmasını və daşınmasını əks etdirən sənəd (cədvəl şəklində) tərtib edir. 2.11. Sabit texnoloji reqlamentlə işləyən istehsalatda tullantıların inventarlaşdırılması 5 ildə bir dəfədən az olmayaraq aparılır. 2.12. İstehsalçı aparılmış inventarlaşdırma və tullantıların dövriyyəsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməlidir. 3. Təhlükəli tullantının identifikasiyası 3.1. Müəssisədə əmələ gələn tullantı üzrə ümumi nəticə əldə edildikdən sonra tullantının təhlükəli olması və onun ətraf mühitə və insan sağlamlığına təsiri müəyyən edilir. 3.2. Tullantının təhlükəli olmasını sübut etmək üçün onun tərkibini təşkil edən maddələrin fiziki-kimyəvi xassələri, toksiklik sinfi, yanma qabiliyyəti və s. xüsusiyyətləri araşdırılır. 3.3. Tullantının identifikasiyası bu tullantının pasport məlumatları və ya tullantının hansı növə və xüsusiyyətə aidiyyətini müəyyənləşdirən yoxlama sınaqları əsasında həyata keçirilir. Bundan əlavə tullantının identifikasiyası üçün aşağıdakı mənbələrdən də istifadə oluna bilər: prosesdə istifadə olunan xammal haqqında məlumatlardan; oxşar növ tullantıları olan başqa müəssisənin məlumatlarından; mövcud normativ-texniki sənədlərdəki məlumatlardan; kimyəvi-sorğu ədəbiyyatındakı məlumatlardan; oxşar tullantılarla əlaqədar baş vermiş qəza halları haqqındakı tarixi məlumatlardan. 3.4. Əgər tullantı bir neçə kimyəvi maddənin qarışığından ibarətdirsə, bu halda ilk növbədə əsas ekoloji əhəmiyyətli komponentin tərkibdə olan miqdarı və onun təhlükəli xüsusiyyəti nəzərə alınmalıdır. 3.5. Əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasında təhlükəli tullantının tərkibində olan hər hansı bir komponentin ətraf mühitə göstərdiyi ekoloji cəhətdən ən zərərli xassəsi əks olunur. 3.6. Tullantı haqqında müəyyən edilən hər bir təhlükəlilik xüsusiyyətinin növü Bazel Konvensiyasının müvafiq əlavələrinə uyğun olaraq identifikasiya (eyniləşdirmə) edilir. 3.7. İdentifikasiya (eyniləşdirmə) üçün aşağıdakı dörd əsas nəticə əldə olunur: təhlükəli tullantının növü; təhlükəli tullantının miqdarı; əsas təhlükəlilik; yanaşı təhlükəlilik. 3.8. Tullantının təhlükəlilik xüsusiyyəti identifikasiya edildikdən sonra tullantının növü təsnif olunur (siniflərə ayrılır). Bunun üçün qarışıqda olan ən təhlükəli kimyəvi maddələrdən başlanmalı və 1 nömrəli əlavədə göstərilən prioritet qaydaya uyğun düzülüş gözlənilməlidir. Bu düzülüşə görə təhlükəlilik xüsusiyyətləri ilə sağlamlığa və təhlükəsizliyə tez təsiredici xüsusiyyətlərə (partlayış, yanma) malik olan maddələrə uzunmüddətli təsir göstərən maddələrə nisbətən daha çox üstünlük verilir. 3.9. Tullantıların toksiklik əmsalının hesablanması müvafiq qaydaya uyğun olaraq aparılır. Nəzərə alınmalıdır ki, toksiklik əmsalı aşağı olduqca, zərərli təsir riski bir o qədər yuxarı olur. 3.10. Bütün bunlardan sonra müəssisənin təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlmiş hər bir təhlükəli tullantı növü üzrə 2 nömrəli əlavəyə uyğun olaraq inventarlaşdırma blankı tərtib edilir. 4. Təhlükəli tullantıların təsnifat sistemi və ondan istifadə 4.1. Təhlükəli tullantıların 3 nömrəli əlavədəki təsnifat sistemi Bazel Konvensiyasının 3 nömrəli əlavəsinə əsasən H-kodlarına uyğun təhlükəlilik xüsusiyyətlərini və tullantıların kodunu, növünü, xassələrini və tövsiyə olunan zərərsizləşdirmə üsullarını ifadə edir. 4.2. Nəzərdə tutulan emalın və zərərsizləşdirmənin ətraf mühitə təsirinin qiymətləndirilməsi və təhlükəli tullantıların ayrı-ayrı qruplar üzrə növlərə bölünməsi əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasına əsaslanır. 4.3. Əgər tullantının tərkibində iki təhlükəli komponent vardırsa və birinci komponentin birdən çox təhlükəli xassəsi olarsa, bu halda tullantının kodu təsnifat üçün istifadə olunan təhlükəlilik xüsusiyyətlərinin prioritet qaydasına müvafiq təyin olunur. 4.4. Təhlükəli tullantıların təsnifat sisteminin ümumi strukturunda aşağıdakı ardıcıllıq gözlənilir: təhlükəli tullantılar qrupu (H - kodları əsasında); üzvi tullantı; halogen tərkibli; azot tərkibli; kükürd tərkibli; digər üzvi tərkibli; qeyri-üzvi tullantı; təklif olunan emal üsulu və əsas ekoloji əhəmiyyətli komponentə müvafiq bölünmə; təhlükəli tullantılarla çirklənmiş materiallar. 4.5. Təsnifat sistemində təsvir olunan birləşmələrin aid edildiyi kodlar aşağıdakı qaydada tərtib edilir: kodun tiredən əvvəlki hissəsi (məsələn: H 4.1-) təhlükəlilik xüsusiyyətlərinin kodlaşdırılmasını – yəni «təhlükəli tullantı qrupu»nu müəyyən edir; tiredən sonra birinci rəqəm (məsələn:-1) təhlükəli tullantının yarımqrupunu, sonuncu iki rəqəm isə (məsələn:-1.02) təhlükəli tullantının spesifik növünü müəyyən edir. 4.6. Təhlükəli tullantının qrupu əsas təhlükəliliyi H kodundan istifadə edilməklə təyin olunur. 4.7. Təhlükəli tullantıların fiziki-kimyəvi xassələrinə görə yarımqrupu təyin edilir. Yarımqruplara ayrılmış birləşmələr aşağıdakı ardıcıllıqla tərtib edilir: üzvi birləşmələr; qeyri-üzvi birləşmələr; bu birləşmələrlə çirklənmiş materiallar. 4.8. Təhlükəli tullantıların hər yarımqrupuna bir neçə növə aid tullantı daxil olarsa, tullantı növünün təyini zamanı prioritet qaydaya uyğun düzülüş gözlənilməlidir. 4.9. Təhlükəli tullantıların identifikasiyası və təsnifat sistemi bu Qaydaya uyğun olaraq aparıldıqdan sonra, əldə edilmiş məlumatlar təhlükəli tullantının pasportuna və inventarlaşdırılması üzrə blanka (illik hesabat da daxil olmaqla) daxil edilir. tullantıların inventarlaşdırılması Qaydası»na 1 nömrəli əlavə Bazel Konvensiyasının 3-cü əlavəsinə uyğun təhlükəli tullantıların növlərinin siyahısı Sıra №-si Bazel Konvensi yasının kodu Təhlükəli tullantıların növü 1. H1 Partlayıcı maddələr 2. H3 Tezalışan mayelər 3. H4.1 Tezalışan bərk maddələr 4. H4.2 Öz-özünə alışma qabiliyyətli maddələr 5. H4.3 Su ilə təmasda tez alışan qazlar əmələ gətirən maddələr 6. H5.1 Oksidləşdirici maddələr 7. H5.2 Üzvi peroksidlər 8. H6.1 Çox zəhərli (toksiki) maddələr 9. H6.2 Yoluxdurucu maddələr 10. H8 Korroziv maddələr 11. H10 Su, hava və ya turşularla təmasda toksik qazlar ayıran maddələr 12. H11 Toksik maddələr (uzunsürən və ya xroniki xəstəliklər əmələ gətirən) 13. H12 Ekotoksik maddələr 14. H13 Kənarlaşdırıldıqdan sonra yuxarıda göstərilən xüsusiyyətlərin birinə malik olan başqa materiallar əmələ gətirə bilmə qabiliyyəti olan maddələr «İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası»na 2 nömrəli əlavə İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırma blankı Blank №-si Doldurulma tarixi Tullantının adı Tullantının növü Müəssisənin adı Ünvan VÖİN kodu Telefon Tullantının yaranma mənbəyi İ T D X B Kodu Müəssisədə əmələ gələn tullantı-nın miqdarı Başqala rından alınan tullantı-nın miqdarı Başqa larına verilən tullan tının miqdarı Kənarlaşdırma müəssisə daxilində başqa təşkilata verilən tullantılar imza miq darı istifa də meto du sax lanıl ma miq darı təşkila-tın adı və ünvanı Qeyd. Blankda tullantının yaranma mənbəyini göstərən şərti işarələr aşağıdakıları ifadə edir: İ - istehsal prosesində; T - toplanılma yerində; D - daşınma zamanı; X - xidmət sahəsində; B - basdırılma yerində. « İ s t e h s a l p r o s e s i n d ə ə m ə l ə g ə l ə n t u l l a n t ı l a r ı n i n v e n t a r l a ş d ı r ı l m a s ı Q a y d a s ı » n a 3 n ö m r ə l i ə l a v ə TƏHLÜKƏLİ TULLANTILARIN TƏSNİFAT SİSTEMİ Bazel Konvensiyasının kodu Təhlükəli tullantıların kodu Təhlükəli tullantıların xassələri Təklif olunan (nəzərdə tutulan) zərərsizləşdirilmə üsulu 1 2 3 4 H 1 H 1.0-0.00 Partlayıcı maddələr: H 1.0-1.00 partlayıcılar H 1.0-1.01 əgər qurudurlarsa, partlayıcı olan maddələr ancaq nəzarət olunan partlayış yolu ilə H 1.0-1.02 silkələnmədən, sürtünmədən, yanğından və ya başqa alışma mənbələrindən partlaya bilən maddələr ancaq nəzarət olunan partlayış yolu ilə H 1.0-1.03 çox həssas partlayıcı metal birləşmələri ilə əmələ gələ bilən maddələr ancaq nəzarət olunan partlayış yolu ilə H 1.0-1.04 qızdırılma (qızma) vaxtı partlaya bilən maddələr ancaq nəzarət olunan partlayış yolu ilə H 1.0-1.05 hava və ya su ilə təmasda partlaya bilən maddələr ancaq nəzarət olunan partlayış yolu ilə H 3 H 3.0-0.00 tez alışan mayelər: H 3.0-1.00 tez alışan mayelər H 3.0-1.01 halogen tərkibli üzvi mayelər təhlükəli tullantıların yandırılması H 3.0-1.02 azot tərkibli üzvi mayelər sement sobalarında yandırma H 3.0-1.03 kükürd tərkibli üzvi mayelər sement sobalarında yandırma H 3.0-1.04 digər üzvi mayelər sement sobalarında yandırma H 4.1 H 4.1-0.00 Tez alışan bərk maddələr: H 4.1-1.00 tez alışan bərk maddələr H 4.1-1.01 halogen tərkibli üzvi bərk maddələr sement sobalarında yandırma H 4.1-1.02 azot tərkibli üzvi bərk maddələr sement sobalarında yandırma H 4.1-1.03 kükürd tərkibli üzvi bərk maddələr sement sobalarında yandırma H 4.1-1.04 digər üzvi bərk maddələr sement sobalarında yandırma H 4.1-1.05 qırmızı fosfor və fosforun bəzi birləşmələri sement sobalarında yandırma H 4.1-2.00 Tərkibində tez alışan mayelər olan bərk maddələr: H 4.1-2.01 çirklənmiş torpaqlar təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma 1 2 3 4 H 4.1-2.02 tikinti və söküntü vaxtı əmələ gələn tullantılar təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma H 4.1-2.03 adsorbentlər, qablaşdırma və süzgəc materialları təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma H 4.2 H 4.2-0.00 Öz-özünə alışma qabiliyyətli maddələr: H 4.2-1.00 öz-özünə yanmağa meyilli maddələr H 4.2-1.01 pirafosfor metallar, narın dispersiyalı təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma H 4.2-1.02 metalların alkilləri təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma H 4.2-1.03 ağ fosfor (sarı fosfor) sement sobalarında yandırma H 4.2-1.04 digərləri sement sobalarında yandırma H 4.3 H 4.3-0.00 Su ilə təmasda tez alışan qazlar əmələ gətirən maddələr: sement sobalarında yandırma H 4.3-1.00 qələvi metallar, qələvi torpaq metallar sement sobalarında yandırma H 4.3-1.01 metalların fosfidləri sement sobalarında yandırma H 4.3-1.02 qələvi metalların hidridləri sement sobalarında yandırma H 4.3-1.03 kalsium-karbid sement sobalarında yandırma H 4.3-1.04 digərləri, məsələn alüminium posası sement sobalarında yandırma H 5.1 H 5.1-0.00 Oksidləşdirici maddələr: H 5.1-1.00 oksidləşdirici maddələr (azot turşusunun 70 %-i və ya N2O2-nin 60 %-i kimi və ya daha güclü effekti olanlar) H 5.1-1.01 halogen və onların duzları-əsaslı turşular fiziki-kimyəvi emal H 5.1-1.02 azot və onun duzları-əsaslı turşular fiziki-kimyəvi emal H 5.1-1.03 kükürd və onun duzları-əsaslı turşular fiziki-kimyəvi emal H 5.1-1.04 xrom birləşmələri fiziki-kimyəvi emal H 5.1-1.05 digər turşular və onların duzları fiziki-kimyəvi emal H 5.1-1.06 qələvi metalların/qələvi-torpaq metalların qeyri-üzvi peroksidləri fiziki-kimyəvi emal H 5.1-1.07 digər oksidləşdirici maddələr fiziki-kimyəvi emal H 5.2 H 5.2-0.00 Üzvi peroksidlər: H 5.2-1.00 üzvi peroksidlər H 5.2-1.01 peroüzvi turşular, persollar, peroksidlər və ya hidroperoksidlər sement sobalarında yandırma H 6.1 H 6.1-0.00 Çox zəhərli (toksiki) maddələr: H 6.1-1.00 yüksək toksikli üzvi maddələr H 6.1-1.01 halogen tərkibli üzvi maddələr təhlükəli tullantıların yandırılması H 6.1-1.02 azot tərkibli üzvi maddələr sement sobalarında yandırma H 6.1-1.03 digər üzvi maddələr sement sobalarında yandırma 1 2 3 4 H 6.1-2.00 Yüksək toksikli qeyri-üzvi maddələr: H 6.1-2.01 sərbəst sianidlər fiziki-kimyəvi emal H 6.1-2.02 talliumun, berilliumun və civənin birləşmələri fiziki-kimyəvi emal H 6.1-2.03 digər yüksək toksikli qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H 6.1-3.00 Üzvi toksik maddələr: H 6.1-3.01 halogen tərkibli üzvi maddələr yüksək temperaturda yandırma H 6.1-3.02 azot tərkibli üzvi maddələr sement sobalarında yandırma H 6.1-3.03 kükürd tərkibli üzvi maddələr sement sobalarında yandırma H 6.1-3.04 digər üzvi maddələr sement sobalarında yandırma H 6.1-4.00 Qeyri-üzvi toksik maddələr: H 6.1-4.01 civə və onun birləşmələri fiziki-kimyəvi emal və ya poliqon H 6.1-4.02 arsen və onun birləşmələri fiziki-kimyəvi emal və ya poliqon H 6.1-4.03 ağır metalların birləşmələri fiziki-kimyəvi emal H 6.1-4.04 digər qeyri-üzvi toksik maddələr fiziki-kimyəvi emal H 6.1-5.00 Tərkibində H 6.1-1, H 6.1-2, H 6.1-3 və H 6.1-4 siniflərinin materialı olan tullantılar: H 6.1-5.01 müddəti keçmiş dərmanlar və digər əczaçılıq maddələri sement sobalarında yandırma H 6.1-5.02 yerqazan maşınla qazma vaxtı çıxarılan torpaq və ya qrunt poliqon H 6.1-5.03 tikinti və ya söküntü vaxtı əmələ gələn tullantılar poliqon H 6.1-5.04 oduncaq (ağac) və oduncaq məhsulları poliqon H 6.1-5.05 absorbentlər, qablaşdırma və süzgəc materialları poliqon H 6.1-5.06 doğranmış və ya xırdalanmış tullantılar poliqon H 6.2 H 6.2-0.00 Yoluxdurucu maddələr: H 6.2-1.00 yoluxucu maddələr H 6.2-1.01 insan və ya heyvan dərisi, qan, sarğı materialları tibbi (klinik) tullantıların yandırılması H 6.2-1.02 iti kəsici-deşici alətlər (iynələr, cərrah bıçağı və s.) tibbi (klinik) tullantıların yandırılması H 6.2-1.03 istifadə olunmuş tibb preparatları (məsələn, vaksinlər) və yoluxucu laboratoriya tullantıları tibbi (klinik) tullantıların yandırılması H 6.2-1.04 yuxarıda göstərilən maddələrin qarışığı tibbi (klinik) tullantıların yandırılması H 8 H 8.0-0.00 Korroziv maddələr: H 8.0-1.00 üzvi korroziv maddələr H 8.0-1.01 halogen tərkibli üzvi maddələr təhlükəli tullantıların yandırılması H 8.0-1.02 azot tərkibli üzvi maddələr sement sobalarında yandırma H 8.0-1.03 kükürd tərkibli üzvi maddələr sement sobalarında yandırma H 8.0-1.04 digər üzvi maddələr sement sobalarında yandırma H 8.0-2.00 Qeyri-üzvi maddələr: H 8.0-2.01 turşular fiziki-kimyəvi emal H 8.0-2.02 hidroksidlər fiziki-kimyəvi emal 1 2 3 4 H 8.0-2.03 turş qudronlar və yağlar neytrallaşdırma və ya imkan daxilində sement sobalarında yandırma H 8.0-2.04 halogenlər və onların birləşmələri fiziki-kimyəvi emal H 8.0-2.05 fosfor birləşmələri fiziki-kimyəvi emal H 8.0-2.06 digər qeyri-üzvi korroziv maddələr fiziki-kimyəvi emal H 8.0-3.00 Tərkibində H 8.0-1 və H 8.0-2 siniflərinin materialları olan tullantılar: H 8.0-3.01 yerqazan maşınla qazma vaxtı çıxarılan torpaq və ya qrunt poliqon H 8.0-3.02 tikinti və ya söküntü vaxtı əmələ gələn tullantılar poliqon H 8.0-3.03 oduncaq (ağac) və oduncaq məhsulları poliqon H 8.0-3.04 absorbentlər, qablaşdırma və süzgəc materialları poliqon H 8.0-3.05 doğranmış və ya xırdalanmış tullantılar poliqon H 10 H 10.0-0.00 Su, hava və ya turşularla təmasda toksik qazlar ayıran maddələr: H 10.0-1.00 su, hava və turşularla təmasda toksik qazlar əmələ gətirən maddələr H 10.0-1.01 hipoxloridlər fiziki-kimyəvi emal H 10.0-1.02 qeyri-üzvi sulfidlər və polisulfidlər fiziki-kimyəvi emal H 10.0-1.03 qeyri-üzvi arsenidlər və fosforidlər fiziki-kimyəvi emal H 10.0-1.04 digər qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H 10.0-1.05 üzvi maddələr fiziki-kimyəvi emal H 11 H 11.0-0.00 Toksik maddələr ( uzunsürən və ya xroniki xəstəliklər əmələ gətirən): H 11.0-1.00 üzvi mənşəli konserogen maddələr H 11.0-1.01 halogenləşdirilmiş turş qudronlar və kub qalıqları təhlükəli tullantıların yandırılması H 11.0-1.02 halogen tərkibli yağlar təhlükəli tullantıların yandırılması və ya sement sobalarında yandırma H 11.0-1.03 digər halogenləşdirilmiş üzvi maddələr təhlükəli tullantıların yandırılması və ya sement sobalarında yandırma H 11.0-1.04 kömür və oduncaq qətranları sement sobalarında yandırma H 11.0-1.05 neft qətranları və kub qalıqları sement sobalarında yandırma H 11.0-1.06 neft tərkibli qazma palçıqları (məhlulları) fiziki-kimyəvi emal və ya sement sobalarında yandırma H 11.0-1.07 işlənmiş yağlar və neft şlamları fiziki-kimyəvi emal və ya sement sobalarında yandırma H 11.0-1.08 kreozit və polisiklik aromatik karbohidrogenlər sement sobalarında yandırma H 11.0-1.09 su-yağ qarışıqları fiziki-kimyəvi emal və ya sement sobalarında yandırma H 11.0-1.10 digər üzvi maddələr sement sobalarında yandırma H 11.0-2.00 Qeyri-üzvi mənşəli konserogen maddələr: H 11.0-2.01 ağır metalların qeyri-üzvi birləşmələri fiziki-kimyəvi emal 1 2 3 4 H 11.0-2.02 asbest poliqon H 11.0-2.03 bərkidilmiş (möhkəmləndirilmiş) asbest poliqon H 11.0-2.04 digər qeyri-üzvi mənşəli konserogen maddələr fiziki-kimyəvi emal H 11.0-3.00 Teratogenlər: H 11.0-3.01 halogen tərkibli üzvi maddələr təhlükəli tullantıların yandırılması H 11.0-3.02 azot tərkibli üzvi maddələr sement sobalarında yandırma H 11.0-3.03 kükürd tərkibli üzvi maddələr sement sobalarında yandırma H 11.0-3.04 ağır metal tərkibli üzvi maddələr sement sobalarında yandırma və ya fiziki kimyəvi emal H 11.0-3.05 digər üzvi maddələr sement sobalarında yandırma və ya fiziki kimyəvi emal H 11.0-3.06 ağır metal tərkibli qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H 11.0-3.07 digər qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H 11.0-4.00 Mutagenlər: H 11.0-4.01 halogen tərkibli üzvi maddələr təhlükəli tullantıların yandırılması H 11.0-4.02 azot tərkibli üzvi maddələr sement sobalarında yandırma H 11.0-4.03 kükürd tərkibli üzvi maddələr sement sobalarında yandırma H 11.0-4.04 ağır metal tərkibli üzvi maddələr fiziki-kimyəvi emal və ya sement sobalarında yandırma H 11.0-4.05 digər üzvi maddələr sement sobalarında yandırma H 11.0-4.06 ağır metal tərkibli qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H 11.0-4.07 digər qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H 11.0-5.00 Tərkibində H 11.0-1, H 11.0-2, H 11.0-3 və H 11.0-4 siniflərin materialları olan tullantılar: H 11.0-5.01 yerqazan maşınla qazma vaxtı çıxarılan torpaq və ya qrunt poliqon H 11.0-5.02 tikinti və ya söküntü vaxtı əmələ gələn tullantılar poliqon H 11.0-5.03 oduncaq (ağac) və oduncaq məhsulları poliqon H 11.0-5.04 absorbentlər, qablaşdırma və süzgəc materialları poliqon H 11.0-5.05 doğranmış və ya xırdalanmış tullantılar poliqon H 12 H 12.0-0.00 Ekotoksik maddələr H 12.0-1.00 Üzvi maddələr: H 12.0-1.01 polixlorlaşdırılmış benefillər və terfinillər (PXB və PXT) təhlükəli tullantıların yandırılması H 12.0-1.02 xlorftorkarbohidrogenlər təhlükəli tullantıların yandırılması H 12.0-1.03 halogen tərkibli üzvi maddələr təhlükəli tullantıların yandırılması H 12.0-1.04 azot tərkibli üzvi maddələr sement sobalarında yandırma 1 2 3 4 H 12.0 1.05 kükürd tərkibli üzvi maddələr sement sobalarında yandırma H 12.0 1.06 digər üzvi maddələr sement sobalarında yandırma H 12.0 2.00 Qeyri-üzvi maddələr: H 12.0 2.01 ağır metal tərkibli qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H 12.0 2.02 berillium və onun birləşmələri fiziki-kimyəvi emal H 12.0 2.03 digər qeyri-üzvi maddələr fiziki-kimyəvi emal H 12.0 3.00 Tərkibində H 12.0-1 və H 12.0-2 siniflərin materialları olan tullantılar: H 12.0 3.01 yerqazan maşınla qazma vaxtı çıxarılan torpaq və ya qrunt poliqon H 12.0 3.02 tikinti və ya söküntü vaxtı əmələ gələn tullantılar poliqon H 12.0 3.03 oduncaq (ağac) və oduncaq məhsulları poliqon H 12.0 3.04 absorbentlər, qablaşdırma və süzgəc materialları poliqon H 13 H 13.0 0.00 Kənarlaşdırıldıqdan sonra yuxarıda göstərilən xüsusiyyətlərin birinə malik olan, başqa materiallar əmələ gətirə bilmə qabiliyyəti olan maddələr : H 13.0 1.00 yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuyulma, yuyulub çıxardılma) tullantılar təhlükəli tullantıların yandırılması və ya sement sobalarında yandırılması H 13.0 1.01 yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuyulma, yuyulub çıxardılma) üzvi tullantılar təhlükəli tullantıların yandırılması və ya sement sobalarında yandırma H 13.0 2.00 Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuyulma, yuyulub çıxardılma) qeyri-üzvi maddələr H 13.0 2.01 yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuyulma, yuyulub çıxardılma) qeyri üzvi maddələr fiziki-kimyəvi emal Təhlükəli tullantıların təsnifat sistemi Dünya Bankının dəstəyi ilə JacobsGİBB Ltd (İngiltərə), İntegrated Skills Ltd (İngiltərə və Azərbaycan) və AzSpetsProminvest (Azərbaycan) kompaniyaları tərəfindən hazırlanmış «Təhlükəli tullantıların idarə olunması sistemi» layihəsinin (2002-ci il) 1-ci cildinə əsasən tərtib olunmuşdur.

Ministerial Decree No. 13 on approval of rules on inventory of wastes arising from production process · Nelum