Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 117 on environmental safety standards and limits for acquisition of wild animals

Made 2000-07-13 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 117.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Wild species and ecosystems
Keywords
wild fauna, wild flora, protection of habitats, standards, protection of environment, management/conservation, pests/diseases, animal health, protection of species, registration, allocation/quota, risk assessment/management, environmental impact assessment (EIA), biodiversity

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilər heyvan növlərinin sənədlərinin forması və siyahısı", "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları", "Vəhşi heyvanlardan onların həyata fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 iyul 2000-ci il № 117 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi LİMİTLƏRİ I. ÜMUMİ MÜDDƏALAR 1. Bu sənəd «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitlərinin qaydalarını müəyyən edir. 2. Ekoloji təhlükəsizlik — insanın və cəmiyyətin vacib həyati maraqlarının antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsidir. 3. Ekoloji təhlükəsizlik normativləri, ətraf mühitə atılan və axıdılan çirkləndirici kimyəvi maddələrin, zərərli fiziki və bioloji təsirin yol verilə bilən son hədləri hazırlanarkən və müəyyən edilərkən, heyvanlar aləminin və heyvanların yaşayış mühitinin mühafizəsi tələbləri nəzərə alınmalıdır. 4. Hər növ məişət və təsərrüfat mənşəli tullantıların və digər amillərin təsiri nəticəsində heyvanların yaşayış mühitinin qismən və yaxud tamamilə yararsız hala düşməsi ekoloji təhlükə sayılır. II. EKOLOJİ TƏHLÜKƏSİZLİK NORMATİVLƏRİ 1. Heyvanların yaşayış mühitinin yararlığı ekoloji təhlükə normativləri əsasında müəyyən edilir. 2. Heyvanların yaşayış mühitinə təsir edən və ekoloji təhlükə amilləri yarada bilən aşağıdakı fəaliyyət növləri qadağan edilir: a) qatılıq həddi təsdiq edilməmiş, normalardan artıq olan zərərli maddələrin və tullantıların heyvanların yaşayış mühitinə atılması (axıdılması); b) neft kəmərləri və neft mədənlərindən heyvanların yaşayış mühitinə sızmaların yol verilməsi; c) sənaye və kənd təsərrüfatı müəssisələrindən, məişət obyektlərindən təmizlənməmiş tullantıların heyvanların yaşayış mühitinə atılması (axıdılması); ç) qüvvədə olan radiasiya təhlükəsizliyi qaydalarına və normalarına riayət edilmədən tərkibində radioaktiv maddələr olan tullantıların heyvanların yaşayış mühitinə atılması (axıdılması). 3. Heyvanların yaşayış mühitinin ekoloji təhlükəsizlik normativləri (ətraf mühitə atılan və axıdılan çirkləndirici kimyəvi maddələrin, zərərli fiziki və bioloji təsirin yol verilə bilən son hədləri) 1 və 2 nömrəli əlavələrə əsasən müəyyən edilir. 4. «Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmişdir.[8] III. VƏHŞİ HEYVANLARIN ƏLDƏ EDİLMƏSİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI 1. Vəhşi heyvanların əldə edilməsi limitləri müəyyən müddətlərdə ayrı-ayrı növlərin təbii mühitdən götürülmə miqdarını müəyyən edir. Bu limitlər müəyyən edilərkən vəhşi heyvanların təbiətdə olan sayı və təbii bərpa imkanı nəzərə alınmalıdır. 2. Vəhşi heyvanların əldə edilməsi limitlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin uçotu aparılır. 3. Heyvanlar aləmi obyektlərinin istifadəçiləri hər il vəhşi heyvan növlərinin sayının və əldə edilmiş həcminin uçotunu aparmalı, məlumatları Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə təqdim etməlidirlər. http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn8 4. Vəhşi heyvanların əldə edilməsi limitləri heyvanlar aləmi obyektlərinin aparılmış uçotunun yekunlarına əsasən və heyvanların bioloji xüsusiyyətlərini nəzərə almaqla müəyyən edilir. Vəhşi heyvanların əldə edilməsi limitləri müəyyən edildikdə, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun və Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun rəyləri nəzərə alınmalıdır. [9] 5. Vəhşi heyvanların əldə edilməsi limitləri aşağıdakı təşkilatlar tərəfindən müəyyən edilir: a) ov obyektlərinə aid edilmiş vəhşi heyvanlar üzrə — Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən (hər il ov mövsümü üçün). Ov obyektinə aid edilməyən vəhşi heyvanlara sifariş olduqda — Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən; b) balıq və digər su bioresursları üzrə:[10] nərə cinsli balıqlar, kilkə və suiti üçün — Xəzərətrafı dövlətlərin Xəzərin bioloji resurslarının istifadəsi Komissiyasının ayırdığı kvotaya əsasən «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən; c) axçalı və siyənək balıq növləri üçün (Xəzərdə və daxili su hövzələrində) — «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən (Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun və Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun proqnozlarına əsasən); ç) digər su heyvanları üzrə sifariş olduqda — «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun və Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun rəyinə əsasən. 6. Əhalinin sağlamlığını və təhlükəsizliyini mühafizə etmək, kənd təsərrüfatı və başqa ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədi ilə bəzi vəhşi heyvanların sayı Səhiyyə Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin təkliflərinə və Azərbaycan Milli Elmlər Akademiyasının rəyinə əsasən, zərurət olan limit həddində Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən tənzimlənə bilər. http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn9 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn10

Ministerial Decree No. 117 on environmental safety standards and limits for acquisition of wild animals · Nelum