Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 117 on approval of the rules on creation of zoological collections and enrichment, storage, use, state registration and trade thereof

Made 2000-07-13 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 117.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Wild species and ecosystems
Keywords
collecting/harvesting, wild fauna, wildlife products, internal trade, international trade, captive wild animals, local government, registration, trade in species, transport/storage, sustainable use
Categories
*

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilər heyvan növlərinin sənədlərinin forması və siyahısı", "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları", "Vəhşi heyvanlardan onların həyata fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 iyul 2000-ci il № 117 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması QAYDALARI I. ÜMUMİ MÜDDƏALAR 1. Bu Qaydalar «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması qaydalarını müəyyən edir. 2. Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən yaradılmış zooparklar, zoobağlar, okeanariumlar və s. canlı kolleksiyalar, habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları şəklində kolleksiyalar zooloji kolleksiyalar adlanır. 3. Zooloji kolleksiyalar dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. 4. Bu Qaydalar Azərbaycan Respublikasının bütün ərazisinə, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinə aiddir və Azərbaycan Respublikasının və xarici ölkələrin bütün hüquqi və fiziki şəxsləri üçün icrası məcburidir. II. ZOOLOJİ KOLLEKSİYALARIN DÖVLƏT UÇOTU 1. Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyəri olan zooloji kolleksiyalar (mülkiyyət formasından asılı olmayaraq) dövlət uçotuna alınmalıdır. 2. Azərbaycan Respublikasında zooloji kolleksiyalar dövlət uçotuna Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən dövlət reyestrinə daxil edilməklə alınır və zooloji kolleksiyaların canlı obyektləri barədə məlumatlar heyvanların dövlət uçotu sənədlərində və dövlət kadastrında öz əksini tapır (1 nömrəli Əlavə). 3. Zooloji kolleksiyaların elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərinin qiymətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin mütəxəssislərindən ibarət zooloji kolleksiyalara dair ekspert qrupu yaradılır. Ekspert qrupunun tərkibi aidiyyəti təşkilatların razılığı ilə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən təsdiq edilir. [6] 4. Zooloji kolleksiyaların dövlət reyestrinə daxil edilməsi üçün aşağıdakılar təqdim edilməlidir: a) kolleksiya mülkiyyətçisinin (sahibinin) ərizəsi və kolleksiyanın ona məxsus olmasını təsdiq edən sənəd; b) elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərə malik olması barədə zooloji kolleksiyalar üzrə ekspert qrupunun rəyi; c) kolleksiyaya daxil olan obyektlərin, kolleksiya materiallarının siyahısı, sayı və qanuni əldə edilməsi barədə sənədlər. 5. Zooloji kolleksiyaların dövlət reyestrinə daxil edilməsi (ekspertizaya təqdim olunan zooloji kolleksiyaya dair mütəxəssis-ekspertin yazılı rəyi ekspert qrupunun yığıncağında müzakirədə səs çoxluğu ilə təsdiq olunandan sonra) Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin əmri ilə həyata keçirilir. 6. Zooloji kolleksiyaların dövlət uçotuna alınması və dövlət reyestrinə daxil edilməsi barədə onun mülkiyyətçisinə (sahibinə) şəhadətnamə verilir (2 nömrəli Əlavə). http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn6 7. Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərinə malik olması barədə ekspert qrupunun mənfi rəyi olduğu halda, zooloji kolleksiya dövlət uçotuna alınmır və bu barədə ərizəçiyə səbəbləri göstərilməklə müvafiq cavab göndərilir. Təqdim edilən zooloji kolleksiyada olan canlı heyvanların qanuni əldə edilməsi barədə sənədlər olmadıqda bu kolleksiya dövlət uçotuna alınmır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülür. Bu barədə zooloji kolleksiyanın mülkiyyətçisinə (sahibinə) müvafiq məlumat verilir. 8. Zooloji kolleksiyaların reyestrə daxil edilməsi barədə verilən şəhadətnamənin tarixi həmin kolleksiyanın dövlət uçotuna alınma tarixi hesab edilir. 9. Dövlət uçotuna alınmış kolleksiyaların mülkiyyətçiləri (sahibləri) tərəfindən hər il (20 yanvar tarixinə kimi) kolleksiyanın vəziyyəti və dövriyyəsi barədə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə məlumat verilməlidir. Təqdim olunan məlumatda il ərzində zooloji kolleksiya üçün əldə edilmiş yeni, dəyişdirilmiş, respublikanın hüdudlarından kənara göndərilmiş və sıradan çıxmış obyektlər barədə məlumatlar öz əksini tapmalıdır. Bütün dəyişikliklər reyestrdə göstərilməlidir. III. ZOOLOJİ KOLLEKSİYALARIN YARADILMASI VƏ ZƏNGİNLƏŞDİRİLMƏSİ 1. Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi (canlı heyvanlar üçün qanunvericilikdə digər tələblər müəyyən edildikdə və bu tələblər yerinə yetirildikdən sonra) Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin icazəsi ilə həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilməsi barədə sənədləri olmayan fiziki və hüquqi şəxslərdən vəhşi heyvanların alınması qadağandır. Ovçular tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ovlanmış ov heyvanlarından (ov qənimətlərindən) zooloji kolleksiyaların yaradılmasına icazə tələb olunmur. 2. Xüsusi təbii mühafizə (Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilməmiş, lakin kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növlərindən), elmi (relikt və endemik) və estetik (ərazi üçün xas olan oxuyan və bəzəkli) dəyərli heyvanlar aləmi obyektlərindən, habelə Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan növlərindən (qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə edilmiş heyvan növlərindən başqa) bələdiyyələr və ya xüsusi mülkiyyətçilər tərəfindən zooloji kolleksiyaların yaradılmasına yol verilmir. Bu bəndin birinci abzasında göstərilən heyvanlar aləmi obyektlərindən və heyvan növlərindən yalnız dövlət tərəfindən təsis edilmiş hüquqi şəxslər zooloji kolleksiyalar yarada bilərlər. 3. Zooloji kolleksiyaların yaradılması məqsədi ilə icazə almaq üçün fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə müvafiq ərizə (məktub) təqdim edilməlidir. Ərizədə (məktubda) zooloji kolleksiyanın yaradılmasının və zənginləşdirilməsinin məqsədi, heyvanların növü, miqdarı, saxlanılması üçün müvafiq şəraitin olması barədə məlumatlar öz əksini tapmalıdır. 4. Zooloji kolleksiyaların yaradılmasına icazə (razılıq məktubu) Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən verilir. Heyvan növləri obyektləri məhdud olduqda və canlı heyvanların bərpası mümkün olmadıqda zooloji kolleksiyaların yaradılmasına icazə verilmir. 5. Canlı heyvanları təbii mühitdən ayırmaq şərti ilə zooloji kolleksiyanın yaradılması (icazə verildiyi təqdirdə) və zənginləşdirilməsi fəaliyyət növünə alınmış icazə əsasında həyata keçirilməlidir.[7] IV. ZOOLOJİ KOLLEKSİYALARIN SAXLANMASI VƏ İSTİFADƏSİ 1. Dövlət uçotuna alınmış zooloji kolleksiyaların mülkiyyətçiləri (sahibləri) heyvanların (habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları) saxlanması üçün müvafiq şərait yaratmalı və daşınma zamanı onların qorunmasını təmin etməlidirlər. 2. Fiziki və hüquqi şəxslər onlara məxsus zooloji kolleksiyalarda olan heyvanların (habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları) qorunub saxlanılmasına və düzgün istifadəsinə məsuliyyət daşıyırlar. 3. Dövlət uçotuna alınmış zooloji kolleksiyaların saxlanma şəraitinə və istifadəsinə nəzarət Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və onun yerli təşkilatları tərəfindən həyata keçirilir. 4. Zooloji kolleksiyalar tələb olunan şəraitdə saxlanılmadıqda və yaxud düzgün istifadə edilmədikdə, mülkiyyətçi (sahibkar) qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 5. Zooloji kolleksiyalardan istifadə hüququ ləğv edildikdə və ya mülkiyyət hüququna xitam verildikdə kolleksiya qanunvericilikdə nəzərdə tutulmuş qaydada özgəninkiləşdirilir. V. ZOOLOJİ KOLLEKSİYALARIN TİCARƏTİ, HABELƏ AZƏRBAYCAN RESPUBLİKASINA GƏTİRİLMƏSİ, ONUN HÜDUDLARINDAN KƏNARA GÖNDƏRİLMƏSİ VƏ APARILMASI 1. Zooloji kolleksiyaların ticarəti, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları» və «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin «Nərə balıqlarının qorunmasına dair» Qətnaməsinə qoşulmaq barədə» Azərbaycan Respublikasının 1998-ci il 23 iyun tarixli, 507-IQ nömrəli Qanununa əsasən həyata keçirilir. 2. Zooloji kolleksiyaların obyekti yuxarıda adı çəkilən Konvensiyanın və Fərmanın təsir dairəsinə düşmədikdə onların ticarəti, habelə respublikaya gətirilməsi və respublikadan kənara göndərilməsi və aparılması bu bölmənin 3 — 6-cı bəndlərinə əsasən həyata keçirilir. 3. Dövlət uçotunda olan zooloji kolleksiyaların, onların hissələrinin və ya ayrı-ayrı obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin müvafiq icazəsi ilə həyata keçirilir (3 nömrəli Əlavə). 4. Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların Azərbaycan Respublikasının hüdudlarından kənara göndərilməsi və aparılması üçün Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin müvafiq icazəsini almaq məqsədi ilə aşağıdakı sənədlər təqdim edilməlidir: a) ərizə http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn7 fiziki şəxslər üçün — pasport məlumatı (adı, atasının adı, soyadı və ünvanı); hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması və ünvanı; b) zooloji kolleksiyanın reyestrə daxil edilməsi barədə şəhadətnamə; c) zooloji kolleksiyaya daxil olan obyektlərin (taksonomik qrupların) Azərbaycan və latın dillərində adları, miqdarı və qanuni əldə edilməsi barədə sənədlər; ç) zooloji kolleksiya üzrə ekspert qrupunun kolleksiyaların ticarəti, respublikaya gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılmasına dair rəyi; d) zooloji kolleksiyanın bir ildən artıq olmamaq şərti ilə nümayiş etdirildiyi ölkənin hüquqi tərəfi ilə əməkdaşlıq haqqında müqavilə (kontrakt). 5. Bu bölmənin 4-cü bəndində göstərilən icazənin alınması respublika qanunvericiliyində nəzərdə tutulan digər icazələrin alınması zərurətini əvəz etmir. 6. Dövlət uçotuna alınmamış zooloji kolleksiyaların kənara göndərilməsi və aparılması bu Qaydaların V bölməsinin 4-cü bəndində nəzərdə tutulan qaydada həyata keçirilir. Lakin belə hallarda fiziki və hüquqi şəxslər verdikləri ərizə və sənədlərdə zooloji kolleksiyanın dövlət uçotuna daxil olması haqqındakı Şəhadətnamənin əvəzinə kolleksiyanın və yaxud ayrı-ayrı obyektlərin onların mülkiyyətində olması barədə sənəd təqdim edirlər. 7. «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləmi obyektlərinin zooparklarda, zoobağlarda, zoomuzeylərdə və şirkətlərdə elmi tədqiqat, mədəni-maarif, təlim-tərbiyə və estetik məqsədlər üçün istifadə olunması məqsədi ilə Azərbaycan Respublikasına daimi gətirilməsi idxal hesab edilmir. 8. Azərbaycan Respublikasının daxilində zooloji kolleksiyaların ticarəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydalarına 1 NÖMRƏLİ ƏLAVƏ Dövlət uçotuna daxil edilmiş zooloji kolleksiyanın REYESTR FORMASI Dövlət uçotunun nömrəsi. Uçot tarixi. Kolleksiyanın adı. Sahibi. Sahibinin ünvanı və kolleksiyanın yerləşdiyi ünvan. Mülkiyyət forması (dövlət təşkilatları üçün — tabe olduğu təşkilat). Kolleksiyanın dəyəri (elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik). Kolleksiyanın yaradılma tarixi. Kolleksiyaya daxil olan obyektlərin siyahısı və sayı. Kolleksiyanın mənşəyi. Kolleksiyanın təsviri (canlı orqanizmlər, heyvanların müqəvvaları, preparatları, hissələri, qalıqları və s.). Nadir obyektlərin olması (beynəlxalq və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş növlər). Kolleksiyanın tərkibində olan dəyişikliklər və dəyişikliklərin edilmə tarixi. Kolleksiyanın saxlanma və qorunma şəraiti. Zooloji kolleksiyalar üzrə ekspert qrupunun rəyi.

Ministerial Decree No. 117 on approval of the rules on creation of zoological collections and enrichment, storage, use, state registration and trade thereof · Nelum