Ministerial Decree No. 10 on the approval of rules regarding the inspection and analysis, registration and inclusion in the permitted substances list of pesticides, biological preparations and agrochemical substances
Made 2007-01-22 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi qaydalarinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərari № 10.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Cultivated plants
- Keywords
- inspection, registration, pesticides, plant production, plant protection, international trade, biological control agents, business/industry/corporations, certification, governance, integrated pest management-IPM/pest management strategies
- Categories
- *, agriculture
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı, 1.17-ci, 1.25-ci, 1.26-cı və 1.27-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları", "İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və yaməhv edilməsi Qaydaları", "Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları", "Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları" və "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq normativ hüquqi aktların təsdiqedilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 120 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci il 31 may tarixli 97 nömrəli qərarının 1-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə" 2004-cü il 10 mart tarixli 27 nömrəli qərarının 5-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə" 2005-ci il 7 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı"nın 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006 -cı il 22 may tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına edilən əlavələr və dəyişikliklər "in 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 22 yanvar 2007-ci il № 10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Q A Y D A L A R I 1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılmasını, qeydiyyata alınmasını və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsini tənzimləyir. 2. Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq standartlara cavab verməyən, habelə bu Qaydalara uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalına, idxalına, ixracına, saxlanmasına, satışına və tətbiqinə yol verilmir. 3. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı və qeydiyyatı onların bioloji, gigiyena-toksikoloji və ekoloji cəhətdən qiymətləndirilməsi və istifadə reqlamentlərinin işlənib hazırlanması məqsədilə aparılır. 4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra ərizəçi) Azərbaycan Respublikasında və xarici ölkələrdə istehsal edilmiş və dövlət qeydiyyatına alınmamış pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət etməlidirlər. 5. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı; fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı). Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır: hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti; fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi orqanları tərəfindən uçota alınması haqqında" şəhadətnamənin surəti; pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr (bundan sonra preparat) barədə məlumat: preparatın adı və kimyəvi forması; istehsalçının adı; təsiredici maddənin adı; preparatın satış adı; preparatda təsiredici maddənin təyin olunma metodikası; preparatın toksikoloji və gigiyenik cəhətdən qiymətləndirilməsinə dair materiallar və ondan istifadə olunma reqlamenti; preparatın təyinatı və bioloji qiymətləndirilməsi barədə məlumat. 6. Ərizəçi preparatın sınaq təcrübəsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi miqdarı kiçik qablarda təqdim etməlidir. 7. Dövlət sınağına təqdim olunmuş preparat aşağıdakı tələblərə cavab verməlidir: məqsədli təyinatı üzrə yüksək bioloji təsirə malik olmalı; müəyyən olunmuş reqlamentlərə əməl olunması şərti ilə insanların sağlamlığına təhlükə yaratmamalı, ətraf mühitin, flora və faunanın təhlükəsizliyini təmin etməli; dövlət standartlarının tələblərinə və sanitariya-gigiyena normalarına uyğun olmalıdır. 8. Ərizəçinin müraciəti və bu Qaydaların 5-ci bəndində nəzərdə tutulmuş sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində xüsusi kitabda qeydə alınmaqla qəbul edilir. 9. Preparatın dövlət sınağını və qeydiyyatını təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti təşkilatların iştirakı ilə Ekspert Şurası yaradır. 10. Ekspert Şurası tərəfindən 15 gün müddətində ərizəçinin təqdim etdiyi sənədlər təhlil edilir, çatışmazlıqlar və imtina üçün əsas olmadıqda, ərizəçiyə preparatın dövlət sınağına qəbul edilməsi barədə məlumat verilir. 11. Bu Qaydalarda göstərilən əsaslarla preparatın dövlət sınağının aparılmasından imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir. 12. Preparatın dövlət sınağının aparılmasından aşağıdakı hallarda imtina edilir: bu Qaydaların 5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə; ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda. 13. Ekspert Şurası preparatın dövlət sınağının bu Qaydalara uyğun aparılması üçün müvafiq elmi tədqiqat müəssisəsini müəyyənləşdirir. 14. Preparatın dövlət sınağı üç mərhələdə aparılır: ekspertiza - preparatın laboratoriya şəraitində analizi və tətbiq reqlamentlərinin hazırlanması; [1] tarla sınağı - preparatın istifadədə olan preparatlara nisbətən bioloji səmərəliliyinin müəyyən edilməsi və tətbiq reqlamentinin işlənib hazırlanması; istehsalat sınağı - respublikanın müxtəlif təbii iqlim zonalarında preparatın bioloji, təsərrüfat və iqtisadi səmərəliliyinin təsdiqlənməsi, sanitariya gigiyena və ekoloji normativlərinin dəqiqləşdirilməsi, qalıq miqdarının və təhlükəli xüsusiyyətlərinin (metobolitlərinin) müəyyən edilməsi metodikasının işlənib hazırlanması və təkmilləşdirilməsi. Preparatın ekspertizası, tarla və istehsalat sınaqları müvafiq normativ sənədlər və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təlimatı əsasında aparılır. 15. Preparatın dövlət sınağının aparılması və qeydiyyata alınmasının ümumi müddəti iki ildən artıq olmamalıdır. 16. Toksikoloji xüsusiyyətindən, tətbiq olunduğu bitkinin növündən və tətbiq üsullarından asılı olaraq, preparatın sınaq müddəti müvafiq qaydada Ekspert Şurası tərəfindən təyin edilir. 17. Preparatın dövlət sınağında iştirak edən elmi tədqiqat müəssisəsi Ekspert Şurasına preparatın sınağının nəticələri haqqında tam hesabat təqdim etməlidir. 18. Ekspert Şurasının rəyi əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Qaydalara uyğun preparatın dövlət sınağından keçməsi barədə müvafiq qərar qəbul edir. Qəbul olunmuş qərarın surəti preparatın dövlət sınağının aparılmasının nəticələri haqqında elmi tədqiqat müəssisəsinin hesabatı ilə birlikdə preparatın qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra-Dövlət Xidməti) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilir. [2] Bu barədə ərizəçiyə rəsmi məlumat verilir. 19. Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə razılaşmadığı halda mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti məhkəməyə müraciət edə bilər. 20. Bu Qaydalara uyğun dövlət sınağından keçmiş preparat qanunvericiliklə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır. 21. Bu Qaydalara uyğun dövlət sınağından keçmiş və müəyyən olunmuş qaydada sertifikatlaşdırılmış preparatın qeydiyyatı və Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Dövlət Xidməti tərəfindən həyata keçirilir. http://www.e-qanun.az/alpidata/framework/data/12/c f 12729.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/12/c f 12729.htm# edn2 22. Preparatın qeydiyyatının məcburi şərti onun mənşəyi və keyfiyyəti barədə sertifikatın, təhlükəsiz tətbiqi, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində həmin preparatın qalıq miqdarının müəyyən edilməsi metodikası üzrə təlimatların olmasıdır. 23. Dövlət Xidməti Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatların siyahısını hər yarımillikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat üçün təqdim etməlidir. 24. Preparatın qeydiyyatı haqqında ərizəçiyə Dövlət Xidməti tərəfindən müvafiq şəhadətnamə verilir. Şəhadətnamənin nümunəvi forması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilir. 25. Preparatın qeydiyyat müddəti beş ildir və bu müddət başa çatdıqdan sonra preparat müəyyən olunmuş qaydada yenidən qeydiyyatdan keçirilməlidir 26. Preparatın təhlükəsizliyi barədə yeni məlumatlar daxil olduğu hallarda Dövlət Xidməti onun tətbiqini tamamilə və ya müvəqqəti dövr üçün qadağan edir. [3] 27. Preparatın dövlət sınağı, qeydiyyatı və ekspertizası ərizəçinin vəsaiti hesabına aparılır. Ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. http://www.e-qanun.az/alpidata/framework/data/12/c f 12729.htm# edn3