Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 10 on approval of rules regarding import and use of non-registered pesticides and biological preparations

Made 2007-01-22 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi qaydalarinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərari № 10.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Cultivated plants
Keywords
biological control agents, pesticides, plant protection, seeds/planting material, registration, inspection, institution, international trade, research, integrated pest management-IPM/pest management strategies, plant production, governance
Categories
*, agriculture

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı, 1.17-ci, 1.25-ci, 1.26-cı və 1.27-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları", "İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və yaməhv edilməsi Qaydaları", "Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları", "Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları" və "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq normativ hüquqi aktların təsdiqedilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 120 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci il 31 may tarixli 97 nömrəli qərarının 1-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə" 2004-cü il 10 mart tarixli 27 nömrəli qərarının 5-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə" 2005-ci il 7 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı"nın 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006 -cı il 22 may tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına edilən əlavələr və dəyişikliklər "in 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 22 yanvar 2007-ci il № 10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Q A Y D A L A R I 1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqini tənzimləyir. 2. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqinə aşağıdakı hallarda yol verilir: [7] 2.1. elmi tədqiqat işlərində istifadə olunduqda və satış hüququ olmadan sərgilərdə nümayiş etdirildikdə; 2.2. bitki mühafizə vasitələri ilə işlənmiş toxum və əkin materialları gətirildikdə, idxal və ixrac edildikdə; 2.3. fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması məqsədilə onların istehsalçı ölkədə qeydiyyatını və istifadəsini təsdiq edən sənədlər olduqda, idxalına və tətbiqinə dair qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qərar verildikdə. 3. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) nəzarəti altında həyata keçirilir. 4. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra - ərizəçi) bu Qaydaların 2.1-ci və 2.2-ci yarımbəndlərində göstərilən hallarda Dövlət Xidmətinə müraciət etməlidirlər. http://www.e-qanun.az/alpidata/framework/data/12/c f 12729.htm# edn7 Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: hüquqi şəxslər üçün-hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı; fiziki şəxslər üçün-soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı). Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır: hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti; fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti; dövlət qeydiyyatına alınmamış pestisidləri və bioloji preparatları barədə məlumat: idxalı nəzərdə tutulan preparatın növü; preparatın miqdarı; gətirildiyi ölkənin, firmanın adı; saxlandığı yer və tətbiq sahəsi; uyğunluq sertifikatı. 5. Ərizəçinin müraciəti və bu Qaydaların 4-cü bəndində nəzərdə tutulmuş sənədlər Dövlət Xidməti tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən başlayaraq 5 gün müddətində baxılır. İmtina üçün əsas olmadıqda, dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqinə icazə verilir. Bu barədə ərizəçiyə rəsmi məlumat verilir. 6. Bu Qaydalarda göstərilən əsaslarla dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqindən imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 3 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. 7. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqindən aşağıdakı hallarda imtina edilir: bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda. 8. Dövlət Xidməti tərəfindən dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı barədə hər yarımillikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat təqdim edilir.

Ministerial Decree No. 10 on approval of rules regarding import and use of non-registered pesticides and biological preparations · Nelum