Ministerial Decree № 115 amending the Ministerial Decree No. 41 on approval of the Charter of the State Fund for protection of environment
Made 2017-03-31 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 115.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Environment
- Keywords
- environmental fees/charges, offences/penalties
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
“Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət ekoloji ekspertizasının maliyyələşdiril-məsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 398-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 2555 nömrəli Sərəncamının 1.2-ci və 1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 119; 2002, № 7, maddə 451, № 11, maddə 675; 2003, № 4, maddə 215; 2004, № 9, maddə 745; 2005, № 1, maddə 49, № 7, maddə 667; 2008, № 9, maddə 856; 2011, № 9, maddə 865; 2016, № 9, maddə 1598) ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1. 2-ci hissəyə “aradan qaldırılması” sözlərindən sonra “və kompensasiya verilməsi” sözləri, “habelə” sözündən sonra “yaşıllıqları mühafizə tədbirlərinin və” sözləri əlavə edilsin. 2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin: “3. Fond aşağıdakı daxilolmalar hesabına formalaşdırılır: 3.1. təbiətdən istifadəyə görə ödəmələr; 3.2. ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr; 3.3. müsadirə olunan ovçuluq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər; 3.4. yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri; 3.5. qrantlar, könüllü ianələr; 3.6. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar.”. 3. 6-cı hissəyə “təbiət abidələrinin mühafizəsinə,” sözlərindən sonra “yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə,” sözləri əlavə edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 31 mart 2017-ci il № 115 http://e-qanun.az/framework/34482 http://e-qanun.az/framework/34482 http://e-qanun.az/framework/2651 http://e-qanun.az/framework/2651