Skip to content
Nelum
Laws of Azerbaijan

Law No. 96-IIQD making amendments and additions to some legislative acts in connection with the application of the Land Code dated June 25, 1999

Made 2001-02-27 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu № 96-IIQD.
Language
Azerbaijani
Kind
Act
Country
Azerbaijan
Subjects
Land and soil
Keywords
agricultural land, land tenure, ownership, public land, property rights

Where to read it

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. YÜKLƏ Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 2, maddə 22) qüvvədən düşmüş hesab edilsin. II. “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 9, maddə 216; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; № 5, maddə 387; 1998-ci il, № 1, maddə 16) aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 1. 7-ci maddənin: “b” bəndi aşağıdakı redaksiyada verilsin: “b) “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən və xüsusi mülkiyyətə verilən torpaqları;”; həmin maddəyə aşağıdakı məzmunda “ğ” bəndi əlavə edilsin: “ğ) bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan və qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınan torpaqlar.”. 2. 12-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin: “Kəndli təsərrüfatına torpağın istifadəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, icarəyə verilməsi isə habelə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”. 3. 17-ci maddənin 1-ci bəndinin: “ğ” və “d” yarımbəndləri aşağıdakı redaksiyada verilsin: “ğ) torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olaraq yaşayış evləri, istehsal, mədən-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək; d) torpağın geri alındığı və torpaq sahəsindən könüllü imtina edildiyi hallarda torpağın keyfiyyətinin yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzini, torpağın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada hesablanmış dəyərini və ya onun naturada əvəzini almaq;“; “j” yarımbəndi “və vəsiyyət etmək” sözləri, “nizamnamə (pay) fonduna, habelə vərəsəliyə və irsən vermək və torpaqla əlaqədar qanunvericiliklə qadağan edilməmiş digər əqdlər bağlamaq və fəaliyyətlə məşğul olmaq.” sözləri ilə əvəz edilsin. 4. 19-cu maddə aşağıdakı redaksiyada verilsin: “Kəndli təsərrüfatının torpaq sahəsinə olan mülkiyyət hüquqlarına Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.”. 5. 20-ci maddəyə “dövlət” sözündən sonra “, bələdiyyə” sözü əlavə edilsin. III. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 203; Azərbaycan Respublikasının 2000-ci il 29 dekabr tarixli, 53-IIQD saylı Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 1. 4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.”. 2. - 6-cı maddənin birinci hissəsinin: 4-cü bəndində “sovxoz və kolxozların” sözləri “dövlət kənd təsərrüfatı müəssisələrinin” sözləri ilə əvəz edilsin; 5-ci bəndi aşağıdakı redaksiyada verilsin: “5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları;”; 8-ci bəndindən “və digər torpaqlar” sözləri çıxarılsın; həmin hissəyə aşağıdakı məzmunda 9-cu bənd əlavə edilsin: “9) dövlət ehtiyat fondu torpaqları.”. 3. 7-ci maddənin: 1-ci bəndinin: üçüncü hissəsində “yolların” və “yaşayış məntəqələri arası” sözləri müvafiq olaraq “parkların” və “yerli əhəmiyyətli” sözləri ilə əvəz edilsin, həmin hissədən “bağların” və “və sair” sözləri çıxarılsın; dördüncü hissəsində “uzunmüddətli” sözü “müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində” sözləri ilə əvəz edilsin; beşinci hissəsinin: üçüncü və dördüncü abzasları müvafiq olaraq aşağıdakı redaksiyada verilsin: “hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.”; həmin hissədən beşinci və altıncı abzaslar çıxarılsın; həmin maddənin 2-ci bəndinin: ikinci hissəsinin: ikinci abzasında “sovxozun və kolxozun ərazisində” sözləri “müvafiq ərazidə” sözləri ilə əvəz edilsin; altıncı abzası aşağıdakı redaksiyada verilsin: “əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrin hüquqi şəxsləri.”. 4. 8-ci maddə aşağıdakı redaksiyada verilsin: “ M a d d ə 8 . Xüsusi mülkiyyətdə olan torpaqlar Xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir.”. 5. 19-cu maddənin: beşinci hissəsi aşağıdakı redaksiyada verilsin: “Dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan bütün torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahələrinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaqların alqı-satqısının digər xüsusiyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.”. IV. “Girov haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 490) aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 1. 42-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Torpaq sahəsinin bir hissəsi girov qoyulduqda, həmin hissənin sərhədləri girov qoyulmazdan əvvəl müəyyən edilməlidir.”. 2. 47-ci maddənin: adında “satışının” sözü “özgəninkiləşdirilməsinin” sözü ilə əvəz edilsin; həmin maddəyə aşağıdakı məzmunda 4-cü və 5-ci bəndlər əlavə edilsin: “4. Girovsaxlayan, girovqoyanın öz öhdəliyini yerinə yetirmədiyi hallarında, girov qoyulmuş torpaq sahəsini bilavasitə, hərrac və ya müsabiqə yolu ilə sata, bağışlaya, dəyişdirə və torpaqla bağlı digər əqdlər bağlaya bilər. 5. Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda və girovla təmin edilmiş öhdəlik icra edilmədikdə, ipoteka müqaviləsində girov qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə müddəa əks olunmalıdır.”. [1] V. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 154) aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 1. Müvafiq olaraq 8-ci maddənin birinci hissəsindən və 28-ci maddənin üçüncü hissəsindən “xarici investorlara məxsus müəssisələr və” sözləri çıxarılsın. 2. 10-cu maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “və ya bələdiyyənin” sözləri əlavə edilsin. 3. 12-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir.”. 4. 13-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin: “Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.”. 5. 25-ci maddənin ikinci hissəsinin ikinci cümləsində “borcludur” sözü “borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.” sözləri ilə əvəz edilsin. VI. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 27 fevral 2001-ci il № 96-IIQD İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 26 dekabr 2006-ci il tarixli 219-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, №1, maddə 3) QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 26 dekabr 2006-ci il tarixli 219-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, №1, maddə 3) ilə IV hissə ləğv edilmişdir.

Law No. 96-IIQD making amendments and additions to some legislative acts in connection with the application of the Land Code dated June 25, 1999 · Nelum