Skip to content
Nelum
Laws of Azerbaijan

Law No. 817-IVQ on the acceptance of the Amendment to the Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes

Made 2013-11-22 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
“Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Qanunu № 817-IVQ.
Language
Azerbaijani
Kind
Act
Country
Azerbaijan
Subjects
Water
Keywords
basin/catchment/watershed, bed, international agreement-implementation, water resources management, inland waters

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nın 25-ci və 26-cı maddələrinə 2003-cü il noyabrın 28-də Madrid şəhərində qəbul edilmiş düzəlişlər təsdiq edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 noyabr 2013-cü il № 817-IVQ Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nın Tərəflərinin Görüşü “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nın 25-ci və 26-cı maddələrinə DÜZƏLİŞLƏR 1. İsveçrə Hökuməti tərəfindən edilmiş 2003-cü il 20 avqust tarixli təklifə əsasən, (MP.WAT/2003/4) “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nın Tərəfləri 2003-cü il 28 noyabr tarixində III/1 nömrəli qərarla həmin Konvensiyanın 25 ci və 26-cı maddələrinə düzəlişlər etdilər. 2. Bu Qərar, düzəlişin mətni daxil olmaqla, əlavə edilir. Əlavə QƏRAR III/1 “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya DÜZƏLİŞLƏR Tərəflərin Görüşü: Sahilyanı dövlətlər arasında sərhəddən keçən su axınları və beynəlxalq göllər üzrə əməkdaşlığın sülhə, təhlükəsizliyə və davamlı su idarəçiliyinə kömək etdiyinə və hər kəsin xeyrinə olduğuna möhkəm inam ifadə edərək, dünyada çay hövzəsi əməkdaşlığının təşviq edilməsini və əldə olunan təcrübənin dünyanın digər regionları ilə bölüşdürülməsini istəyərək, buna görə də artıq BMT-nin Avropa İqtisadi Komissiyasının digər ekoloji konvensiyalarında (yəni ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət mühakiməsinin açıq keçirilməsi haqqında və transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyalarında), eləcə də Transsərhəd sular üzərində sənaye qəzalarının transsərhəd təsirləri səbəbindən əmələ gələn ziyana görə mülki məsuliyyət və kompensasiya haqqında Protokolunda nəzərdə tutulduğu kimi, BMT-nin Avropa İqtisadi Komissiyasının regionundan kənarda yerləşən dövlətlərə Konvensiyanın tərəfi olmaq imkanı yaradılmasını arzulayaraq, 1. Konvensiyaya aşağıdakı düzəlişləri qəbul edir: a) 25-ci maddənin 2-ci bəndindən sonra aşağıdakı redaksiyada yeni bənd əlavə edilsin: “3. Birləşmiş Millətlər Təşkilatının üzvü olan, 2-ci bənddə qeyd edilməyən istənilən dövlət Konvensiyaya Tərəflərin Görüşünün təsdiqi olduqdan sonra qoşula bilər. Bu dövlət qoşulma sənədində Konvensiyaya Tərəflərin Görüşündə əldə edilmiş təsdiq əsasında qoşulduğunu və təsdiqin qəbul olunma tarixini göstərən bəyannamə hazırlayır. Bu bəndin Konvensiyaya 2003-cü il 28 noyabr tarixi üçün qoşulan bütün dövlət və təşkilatlara münasibətdə qüvvəyə minməsinə kimi Birləşmiş Millətlər Təşkilatının üzvləri tərəfindən hər hansı üzvolma müraciəti Tərəflərin Görüşü tərəfindən təsdiq olunma kimi başa düşülməməlidir.”; növbəti bəndlər müvafiq olaraq yenidən nömrələnsin; b) 26-cı maddənin 3-cü bəndində “23-cü maddədə” sözlərindən sonra “və ya 25-ci maddənin 3-cü bəndində” sözləri əlavə edilsin. 2. Konvensiyanın Tərəflərini düzəlişlərin qəbul edilməsinə dair sənədlərini mümkün qədər tez bir zamanda saxlanca verməyə çağırır. 3. Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq edən istənilən dövləti və ya təşkilatı eyni zamanda yuxarıda qeyd edilən düzəlişləri ratifikasiya, qəbul və ya təsdiq etməyə çağırır. 4. BMT-nin Avropa İqtisadi Komissiyasının regionundan kənarda, xüsusilə onunla sərhəddə yerləşən dövlətləri Konvensiyaya qoşulmağa və bu məqsədlə Tərəflərin Görüşünün təsdiqini əldə etməyə çalışmaq üçün həvəsləndirir. 5. Birləşmiş Millətlər Təşkilatının marağı olan üzv dövlətlərini öz görüşlərində müşahidəçi qismində və Konvensiyanın işçi proqramı çərçivəsində fəaliyyətdə iştirak etməyə dəvət edir. 6. Konvensiyanın II hissəsinin müddəalarına uyğun olaraq, BMT-nin Avropa İqtisadi Komissiyasının regionu ilə həmsərhəd olan və hələ də BMT nin Avropa İqtisadi Komissiyasının sahilyanı dövlətləri ilə texniki əməkdaşlıq etməyən və ikitərəfli və ya çoxtərəfli müqavilələr bağlamayan dövlətləri dərhal bunu etməyə dəvət edir.

Law No. 817-IVQ on the acceptance of the Amendment to the Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes · Nelum