Skip to content
Nelum
Laws of Azerbaijan

Law No. 593-IQ on state land cadastre, land monitoring and land survey

Made 1998-12-22 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu № 593-IQ.
Language
Russian; Azerbaijani
Kind
Act
Country
Azerbaijan
Subjects
Land and soil
Keywords
survey/mapping, cadastre/land registration, monitoring, liability/compensation, alternative dispute settlement

Where to read it

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. YÜKLƏ Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikasında dövlət torpaq kadastrı, torpaqların monitorin qi və yerquruluşu işlərinin nizama salınmasının hüquqi əsaslarını müəyyən edir. I f ə s i l ÜMUMİ MÜDDƏALAR M a d d ə 1 . Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi — torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi; yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi. M a d d ə 2 . Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq qanunvericiliyindən və digər qanunvericilik aktlarından ibarətdir. Torpaq kadastrı, monitorinqi və yerquruluşu işlərinin aparılması ilə əlaqədar meydana çıxan yerin təkindən, meşədən, sudan, təbii ehtiyatlardan istifadə üzrəmünasibətlər bu Qanun nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının tərəfdar çıxdığıdövlətlərarası müqavilələrdə torpaq kadastrı, monitorinqi və yerquruluşu barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. M a d d ə 3 . Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsəd və vəzifələri Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin vəzifələri Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin vahid normativ-texniki sənədlər əsasında həyata keçirilməsinə hüquqi baza yaratmaqdır. M a d d ə 4 . Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin əsas prinsipləri Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri aşağıdakı prinsiplərə əsaslanır: dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin sənədləşdirilməsinin vahid sistem üzrə aparılmasının zəruriliyi; dövlət torpaq kadastrı və torpaqların monitorinqi məlumatlarının uçotunun və dövlət qeydiyyatının məcburiliyi; torpaqların monitorinqi üzrə müşahidələrin ardıcıllığı, kompleksliyi və fasiləsizliyi; dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzərində dövlət nəzarəti; yerquruluşu layihələrinin geodezik koordinatlar sistemi əsasında həyata keçirilməsi; dövlət torpaq kadastrının və torpaqların monitorinqinin digər müvafiq kadastr və monitorinq işləri ilə əlaqələndirilməsi və uzlaşdırılması. I I f ə s i l DÖVLƏT TORPAQ KADASTRI M a d d ə 5 . Dövlət torpaq kadastrının aparılması qaydaları Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. [1] M a d d ə 6 . Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. M a d d ə 7 . Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. M a d d ə 8 . Torpaqların texniki uçotu Torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayışməntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir. Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. M a d d ə 9 . Torpaq-kadastr sənədləri sistemi Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq kadastr sənədləri sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlər hüquqi torpaq-kadastr sənədləri hesab olunur. [2] Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə aparılan aşağıdakı sənədlər texniki kadastr sənədləri hesab edilir: torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlərin qeydiyyat kitabları və plan-xəritə materialları; torpaq sahələrinin ölçülərini, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən kənd, qəsəbə, rayon, şəhər, Naxçıvan Muxtar Respublikası vəAzərbaycan Respublikası üzrə torpaq-kadastr kitabları və xəritələri. Torpaq-kadastr sənədlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. M a d d ə 1 0 . Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Torpaq-kadastr işləri yerdə (naturada) aşağıdakı müddətlərdə aparılır: torpaq və geobotaniki tədqiqat — 10 ildə bir dəfə; aqrokimyəvi tədqiqat — 5 ildə bir dəfə; meliorasiya işləri aparılmış, eroziyaya uğramış, duzlaşmış və keyfiyyəti pisləşmiş torpaq sahələrində zəruri hallarda. Torpaq sahələrinin yerdə (naturada) tədqiqi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur. M a d d ə 1 1 . Dövlət torpaq kadastrı məlumatlarından istifadə Dövlət torpaq kadastrının məlumatları aşağıdakı işlərdə istifadə edilir: torpaq ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində; torpaqların səmərəli istifadəsinə, münbitliyinin artırılmasına, qorunmasına, digər torpaq mühafizəsi tədbirlərinə dair kompleks dövlət proqramlarının hazırlanmasında və yerinə yetirilməsində; yerquruluşu layihələrinin və sxemlərinin hazırlanmasında; şəhərsalma, meşəsalma, tikinti, meliorasiya və irriqasiya işlərinin layihələşdirilməsində və aparılmasında; torpaq münasibətlərinin tənzimlənməsində, torpaqların normativ qiymətlərinin müəyyənləşdirilməsində, torpaq reyestrinin tərtibində və torpaq bazarının formalaşdırılmasında; torpaq vergisi dərəcələrinin və torpaq icarəsi haqqının müəyyənləşdirilməsində və tətbiqində; torpaq informasiyası sisteminin və məlumat bankının yaradılmasında və istifadəsində; torpaqların istifadəsinə, mühafizəsinə və torpaq münasibətlərinin tənzimlənməsinə dövlət nəzarətinin həyata keçirilməsində; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsində; [3] “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsində. [4] Dövlət torpaq kadastrı məlumatlarından istifadə qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur. M a d d ə 1 2 . Dövlət torpaq kadastrı fondu Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələr, müəlliflik və mülkiyyət hüququ saxlanılmaqla, torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzrə hazırlanmış materialların bir nüsxəsini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq kadastrıfonduna verməlidirlər. I I I f ə s i l TORPAQ MONİTORİNQİ M a d d ə 1 3 . Torpaqların monitorinqinin forma və növləri Azərbaycan Respublikasında torpaqların monitorinqi torpaq üzərində müşahidə və təhqiqatların aparılması, məlumatların hazırlanması və ötürülməsi formalarında həyata keçirilir. Torpaqların monitorinqi ətraf mühitin monitorinqinin tərkib hissəsi kimi Azərbaycan Respublikasının vahid torpaq fondunda aparılır və aşağıdakıları nəzərdə tutur: müntəzəm müşahidələr, aerofotogeodezik və kartoqrafik tədqiqatlar əsasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin təyinatının, ölçülərinin, sərhədlərinin, digər kəmiyyət göstəricilərinin dəyişməsi; torpaqlarda baş verən keyfiyyət göstəricilərinin dəyişməsinə nəzarət etmək və qeydə almaq məqsədilə torpaq sahələrində müntəzəm torpaq, iqlim, aqrokimyəvi, geobotaniki, geomorfoloji və digər tədqiqatların aparılması. Torpaqların monitorinqi əsasında torpaqların ekoloji vəziyyəti, istifadəsi və mühafizəsi barədə proqnozlar, proqramlar, xəritə və bülletenlər, digər məlumatlar hazırlanır. Torpaqların monitorinqi respublika, regional və yerli proqramlar əsasında mülkiyyət formasından asılı olmayaraq ixtisaslaşdırılmış layihə-axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən aparılır. M a d d ə 1 4 . Torpaqların monitorinqinin aparılması qaydaları Torpaqların monitorinqi Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə vahid metodologiya əsasında aparılır. Torpaqların monitorinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. M a d d ə 1 5 . Torpaqların monitorinqinin informasiya sistemi Torpaqların monitorinqinin informasiya sistemi dövlət torpaq kadastrı fondunun tərkib hissəsi kimi Azərbaycan Respublikasında bütün torpaqların kəmiyyət vəkeyfiyyət göstəriciləri üzrə məlumat bankının yaradılmasını nəzərdə tutur. Torpaqların monitorinqinin informasiya sistemi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. I V f ə s i l YERQURULUŞU M a d d ə 1 6 . Yerquruluşunun vəzifələri Yerquruluşunun vəzifələri aşağıdakılardır: mülkiyyət formasından asılı olmayaraq bütün kateqoriyalardan olan torpaqların mühafizəsinə və səmərəli istifadəsinin təşkilinə dair dövlət siyasətinin əsaslandırılması və həyata keçirilməsi; torpaq münasibətlərinin tənzimlənməsi və torpaqların bölgüsü nəticələrinin elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması; torpaqdan istifadənin məqsədyönlülüyünün təmin edilməsi, aqrar istehsalatda qiymətli torpaqların qorunub saxlanması; ekoloji və iqtisadi cəhətdən əsaslandırılmış, sahəsinə və landşaft xüsusiyyətlərinə görə torpaqdan istifadənin təşkili; kənd təsərrüfatı təyinatlı torpaqların yaxşılaşdırılmasına, münbitliyinin artırılmasına, landşaftda tarazlığın təmin edilməsinə dair kompleks tədbirlərin hazırlanması; aqrar istehsalatın və iqtisadiyyatın digər sahələrinin səmərəli fəaliyyətləri üçün müvafiq ərazi şəraitlərinin yaradılması; ərazinin təşkilində mövcud infrastrukturların qorunub saxlanılması, ekoloji-təsərrüfat və aqroekoloji xüsusiyyətlərin nəzərə alınması; torpaq qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi. M a d d ə 1 7 . Yerquruluşu işlərinin təyinatı Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyişdirilməsinə dair sənədlərin hazırlanması; mülkiyyət formasından asılı olmayaraq torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınmasılayihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihələrinin hazırlanması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər. [5] M a d d ə 1 8 . Yerquruluşu işlərinin növləri Yerquruluşu təyinatından asılı olaraq kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Kompleks yerquruluşu inzibati-ərazi vahidləri üzrə torpaqların iqtisadiyyatın ayrı ayrı sahələri üzrə və mülkiyyətçilər, istifadəçilər və icarəçilər arasında bölüşdürülməsini və bu işlərin sənədləşdirilməsini nəzərdə tutur. Təsərrüfatdaxili yerquruluşu torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin konkret torpaq sahəsində istehsalatın ərazi üzrə düzgün yerləşdirilməsinə vəistehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadəyə dair hazırlanmış tədbirlər sistemindən ibarətdir. Kompleks və təsərrüfatdaxili yerquruluşu işləri yerquruluşu layihələri əsasında həyata keçirilir. Kompleks yerquruluşu işləri dövlət yerquruluşu xidməti, təsərrüfatdaxili yerquruluşu işləri isə ixtisaslaşdırılmış layihə-axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir. M a d d ə 1 9 . Yerquruluşu işlərinin aparılması qaydaları Yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi iləaparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir. Təsdiq edilmiş yerquruluşu layihələri yerə (naturaya) keçirilir, dövlət torpaq kadastrında qeydiyyata alınır, sənədləşdirilir və hüquqi qüvvəyə malik olur. Yerquruluşu işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. V f ə s i l DÖVLƏT TORPAQ KADASTRI, TORPAQLARIN MONİTORİNQİ VƏ YERQURULUŞU İŞLƏRİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ M a d d ə 2 0 . Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin idarə edilməsi Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin idarə edilməsi müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin xüsusi razılıq tələb edən növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [6] Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzrə idarəetmə orqanlarının səlahiyyətləri Azərbaycan Respublikasının torpaq qanunvericiliyi iləmüəyyən olunur. M a d d ə 2 1 . Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarəti Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. M a d d ə 2 2 . Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin maliyyələşdirilməsi Dövlət torpaq kadastrının aparılması, dövlət sifarişi əsasında həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri dövlət büdcəsindən maliyyələşdirilir. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. [7] V I f ə s i l DÖVLƏT TORPAQ KADASTRI, TORPAQLARIN MONİTORİNQİ VƏ YERQURULUŞU HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ M a d d ə 2 3 . Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. M a d d ə 2 4 . Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. M a d d ə 2 5 . Mübahisələrin həlli Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin aparılması ilə bağlı mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinəuyğun olaraq məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 22 dekabr 1998-ci il № 593-IQ İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) 2. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) 3. 31 may 2018-ci il tarixli 1156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2018-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1387) 4. 30 iyun 2020-ci il tarixli 155-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1016) 5. 29 noyabr 2022-ci il tarixli 648-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 5) QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 157) aşağıdakı əlavə və dəyişikliklər edilmişdit. 5-ci maddənin üçüncü hissəsində "müvafiq kadastrları" sözlərindən sonra "və daşınmaz əmlakın dövlət reyestrini" sözləri əlavə edilmişdir. [2] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 9-cu maddədə, üçüncü hissə yeni redaksiyada verilmişdir. Əvəllki redaksiyada deyilirdi: Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən aşağıdakılar, hüquqi kadastr sənədləri hesab olunur: torpağa mülkiyyət hüququna dair dövlət aktı; torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri. dördüncü hissənin ikinci abzasında "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin, habelə icarə müqavilələrinin" sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlərin" sözləri ilə əvəz edilmişdir. [3] 31 may 2018-ci il tarixli 1156-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2018-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1387) ilə 11-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda onuncu abzas əlavə edilmişdir. [4] 30 iyun 2020-ci il tarixli 155-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1016) ilə 11-ci maddəsinin birinci hissəsinin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on birinci abzas əlavə edilmişdir. [5] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 17-ci maddənin ikinci hissəsinin səkkizinci abzasında "torpağa mülkiyyət, torpaqdan istifadə və icarə hüququnu təsdiq edən sənədlərin" sözləri "qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin" sözləri ilə əvəz edilmişdir. [6] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 20-ci maddəsinin ikinci hissəsi çıxarılmışdır. [7] 29 noyabr 2022-ci il tarixli 648-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 5) ilə 22-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir.

Law No. 593-IQ on state land cadastre, land monitoring and land survey · Nelum