Skip to content
Nelum
Laws of Azerbaijan

Law No. 541-IQ on energy

Made 1998-11-24 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

research.laws.repealedOn

About this law

Original title
Energetika haqqında Azərbaycan Respublikasinin Qanunu № 541-IQ.
Language
Azerbaijani; English
Kind
Act
Country
Azerbaijan
Subjects
Energy
Keywords
contracts, authorization/permit, energy conservation/energy production, financing, governance, inspection, institution, local government, natural gas, oil, policy/planning, protection of environment, risk assessment/management, transport/storage, subsidy/incentive, business/industry/corporations, internal trade, international trade, investment, renewable energy
Categories
*, energy

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. 1. Bu Qanun aşağıdakı sahələri əhatə edir: energetika sahəsində fəaliyyət növlərini (1 və 2 saylı Əlavədə göstərilən energetika materialları və məhsulları üzrə); bu fəaliyyətlərin həyata keçirilməsi üçün qurğuların yerləşdirilməsini, tikintisini və istismarını; enerjinin qorunması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə tədbirləri. [2]

  2. 2. Bu Qanun energetikanın neft, qaz və elektroenergetika sahələrinin dövlət tənzimlənməsinin ən ümumi hüquqi əsaslarını özündə birləşdirir. Ayrı- ayrı sahələr üzrəqəbul edilmiş digər qanunlarda xüsusi qaydalar nəzərdə tutula bilər. II fəsil DÖVLƏT ENERGETİKA SİYASƏTİ M a d d ə 3 . Dövlət energetika siyasətinin məqsədləri Dövlət energetika məqsədləri siyasətinin aşağıdakıları təmin və tənzim etməkdən ibarətdir:

  3. 1. Energetika materiallarının və məhsullarının səmərəli hasilatı, istehsalı, nəqli, ötürülməsi, paylanması, saxlanılması, istifadəsi və təhlükəsizliyinin təminatı. [3]

  4. 2. Aşağıdakıları nəzərə alaraq bütün tələbatçıları enerji ilə səmərəli və etibarlı təchiz edəcək infrastrukturun və yeni iş yerlərinin yaradılması: energetika sahəsində fəaliyyət növləri üzrə rəqabət və minimal inhisar şəraitinin yaradılması; energetika sahəsində fəaliyyətlərin müxtəlif mülkiyyət növləri, uzunmüddətli müqavilələr və bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazələr əsasında qurulması; [4] yüksək keyfiyyətli məhsullar istehsal edən yerli müəssisələrə əlverişli şəraitin yaradılması; enerjiyə qənaət edən və ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqi üçün əlverişli şəraitin yaradılması. [5]

  5. 3. Enerji resurslarının konservasiyası, tullantıların səviyyəsinin aşağı salınması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, bərpa olunan enerji mənbələrindən istifadə. [6]

  6. 4. Ətraf mühitə mənfi təsirin azaldılması.

  7. 5. Enerji çatışmazlığı şəraiti yarandıqda, energetikanın səmərəliliyini artırmaq üçün istehsalçı və istehlakçılara dotasiyaların verilməsi.

  8. 6. İnvestisiyalar üçün əlverişli hüquqi və iqtisadi şəraitin yaradılması.

  9. 7. Dövlət energetika proqramlarının tərtib edilməsi. M a d d ə 4 . Dövlət energetika proqramları

  10. 1. Bu Qanunda müəyyən edilmiş məqsədlərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müntəzəm olaraq energetikanın təşkili və inkişafı üzrə uzunmüddətli dövlət proqramları tərtib edir.

  11. 2. Energetikanın inkişaf proqramları Azərbaycan Respublikasının dövlət büdcəsi, enerji resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xarici investisiyalar hesabına maliyyələşdirilir. Bu proqramların “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirilməsi aparılır. [7]

  12. 3. Bu proqramlar 5 ildən bir müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilir və dövlət energetika strategiyasının vacib tərkib hissəsi kimi qanunvericilikləmüəyyən edilmiş qaydada təsdiq olunur. III fəsil ENERGETİKA SAHƏSİNDƏ MÜSTƏSNA HÜQUQLAR VƏ NƏZARƏT M a d d ə 5 . Energetika sahəsində dövlətin müstəsna hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq dövlət bu Qanunun 6- cı maddəsində göstərilən hər hansı fiziki və hüquqi şəxslərin müstəsna hüquqlarına xələl gətirmədən bütün ilkin enerji materiallarının yataqları üzrə müstəsna mülkiyyət hüququna malik olmaqla: kəşfiyyat; yataqların işlənməsi və energetika materiallarının və məhsullarının hasilatı; yeraltı anbarların tikintisi və istismarı; baş enerji nəqletmə və ya ötürmə sistemlərinin tikintisi və idarə edilməsi; [8] qanunvericiliyə müvafiq olaraq dövlətin təhlükəsizliyini və müstəqilliyini təmin etmək məqsədilə energetika ilə bağlı digər fəaliyyət sahələrində müstəsna hüquqlardan istifadə edir. M a d d ə 6 . Energetika sahəsində fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları Fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları yalnız bu Qanunun 5-ci fəslinin müddəalarına uyğun olaraq bağlanılan energetika müqaviləsindən və ya energetika sahəsinin müəssisələrinə qanunvericiliklə verilən hüquqlardan irəli gələ bilər. M a d d ə 7 . Energetika sahəsində idarəçilik və nəzarət Müvafiq icra hakimiyyəti orqanları bu Qanunun məqsədlərinə, tətbiq olunan qanunlara və qərarlara uyğun olaraq aşağıdakı səlahiyyətlərə malikdir: energetika sahəsində fəaliyyətin həyata keçirilməsinin tənzimlənməsi və ona nəzarət; energetika materiallarının və məhsullarının istifadəsinin tənzimlənməsi və ona nəzarət; energetika fəaliyyətinin ətraf mühitin qorunmasına və təhlükəsizliyə dair aspektlərinin tənzimlənməsi və ona nəzarət; energetika fəaliyyəti üçün qanunvericiliyə uyğun olaraq torpaq, su və yerin təki sahələrinin ayrılması. Maddə 7-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq [9] Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. IV fəsil ENERJİ RESURSLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ, ƏTRAF MÜHİTİN QORUNMASI, TƏHLÜKƏSİZLİK VƏ SAĞLAMLIQ ÜZRƏ VƏZİFƏLƏR, XÜSUSİİCAZƏLƏR, SIĞORTA VƏ ZİYAN [10] M a d d ə 8 . Enerji resurslarının, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə tələblər [11]

  13. 1. Hər hansı bir hüquqi və fiziki şəxs qanunvericiliyə müvafiq olaraq enerjinin, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə, enerji resurslarından səmərəli istifadə qaydalarına və enerji effektivliyi üzrə öhdəliklərə riayət edilməsinə və normadan artıq tullantılara yol verilməməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyət eyni dərəcədə enerji aqreqatlarının və qurğularının layihələşdirilməsinə, quraşdırılmasına və istismarına da aid edilir. [12]

  14. 2. Müvafiq icra hakimiyyəti orqanı enerji resurslarından səmərəli istifadə sahəsində iqtisadi, texniki və təşkilati tələbləri müəyyən edir. Yenidən istismara verilən hər bir enerji qurğusu bu tələblərə uyğun olmalıdır. Müvafiq icra hakimiyyəti orqanının mövcud enerji qurğuları barəsində aşağıda göstərilən qərarlar qəbul etmək hüququ vardır:[13] yeni tələblərə uyğunlaşdırılması və ya yeni qurğularla əvəz olunması üçün lazımi müddətin verilməsi barədə; bu müddət qurtardıqda və qurğular yeni tələblərə uyğun olmadıqda görüləcək tədbirlər və qanunvericiliklə nəzərdə tutulmuş sanksiyalar barədə. Effektivlik potensialının qiymətləndirilməsi və enerji effektivliyi üzrə öhdəliklərlə bağlı münasibətlər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir. [14]

  15. 3. Hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar: paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir; sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyəmüvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir); müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerji sərfiyyatının fərdi sayğaclarının sertifikatlaşdırılması və yoxlanmasıqaydaları haqqında əsasnamələr qəbul edir. M a d d ə 9 . Ətraf mühitin qorunmasına, təhlükəsizliyə və sağlamlığa dair vəzifələr

  16. 1. Energetika sahəsində fəaliyyət göstərən, habelə energetika materiallarını və məhsullarını istifadə edən hər bir şəxs ətraf mühiti çirklənmədən qorumalıdır. Ətraf mühitin çirklənməsi qanunvericiliyə müvafiq norma və normativlərə uyğun olaraq məhdudlaşdırılır.

  17. 2. Ətraf mühitin qorunması, təhlükəsizlik və sağlamlıq sahəsində görüləcək tədbirlərin, aparılacaq bütün lazımi tədqiqatların və ekspert rəylərinin alınması üzrə xərclər energetika sahəsində fəaliyyət göstərən müəssisə tərəfindən ödənilir.

  18. 3. Energetika sahəsində aşağıdakı fəaliyyət növləri üzrə müqavilələrin bağlanılması və bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazənin alınması üçün ərizəyə aşağıdakı sənədlərlə yanaşı, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi də əlavə edilir: [15] karbohidrogen ehtiyatlarının axtarışı, kəşfiyyatı, işlənilməsi, hasilatı və nəqlinə dair layihələr; neft və qaz emalı zavodlarının layihələndirilməsi; neft, qaz və ya kimyəvi məhlulların nəqli üçün uzunluğu 20 km və daha çox, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi; neft, neft-kimya və kimyəvi məhsullar üçün əsas anbar obyektlərinin layihələndirilməsi; gücü 300 MVt və daha çox olan istilik elektrik stansiyalarının, eləcə də gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksəkgərginlikli elektrik xətlərinin layihələndirilməsi; atom elektrik stansiyalarının və nüvə reaktorları olan digər obyektlərin layihələndirilməsi; gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal və digər elektrik stansiyalarının layihələndirilməsi; gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarının (külək generatorları parklarının) layihələndirilməsi. Ətraf mühitə təsirin müvafiq normalara uyğun olaraq aradan qaldırılması üçün tədbirlər fiziki və ya hüquqi şəxs tərəfindən təqdim edilməzsə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müqaviləyə və energetika fəaliyyətinə icazə vermir. [16]

  19. 4. Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilir.

  20. 5. Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri ilə bağlı mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. [17] Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri ilə bağlı mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri ilə bağlı obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur. M a d d ə 1 0 . Energetika sahəsində fəaliyyətlərə xüsusi icazələrin verilməsi [18]

  21. 1. Energetika sahəsində fəaliyyətlə məşğul olmaq istəyən hər bir fiziki və ya hüquqi şəxs fəaliyyətə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə almalıdır. Energetika sahəsində fəaliyyət müddəti xüsusi icazədə göstərilmiş müddətlə məhdudlaşdırılır. [19]

  22. 2. Enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsirin təhlükəsi yarandıqda müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılmasına və ya tam dayandırılmasına yönəlmiş tədbirlər həyata keçirmək hüququ vardır.

  23. 3. Müvafiq icra hakimiyyəti orqanı xüsusi icazə almaq üçün ərizələrin ayrı-seçkiliyə yol verilmədən baxılmasını təmin edir.

  24. 4. İcazələr, onların verilmə proseslərini asanlaşdırmaq məqsədilə energetika sahəsində fəaliyyətlərin və (və ya) enerji qurğularının bir neçə növlərinə və ya qruplarına verilə bilər. [20]

  25. 5. Hər hansı bir fiziki və hüquqi şəxs energetika sahəsində yeni fəaliyyətə başlamaq və ya mövcud fəaliyyətini əsaslı genişləndirmək istədikdə yeni bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə almalıdır. Bu icazə energetika materiallarının və məhsullarının səmərəli istifadəsinin, təhlükəsizliyinin, sağlamlığın və ətraf mühitin qorunmasının səviyyəsini artıran və eyni zamanda əsassız əlavə xərclərə gətirməyən müasir texnologiyaların istifadəsi şərti ilə verilə bilər. [21]

  26. 6. Fiziki və hüquqi şəxsin fəaliyyəti icazə şərtlərinə uyğun olmadıqda, ona verilən icazə bu Qanunla və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dayandırıla və ya ləğv edilə bilər. [22]

  27. 7. İcazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının aşağıdakı səlahiyyətləri vardır: [23] fiziki və hüquqi şəxslərə və enerji qurğularına tətbiq edilən tələblər barədə, habelə nəzarətin həyata keçirilməsi və xüsusi icazələrin təqdim edilməsi qaydaları haqqında qərarlar qəbul etmək; normativ aktlar olmadığı halda beynəlxalq normativlərin və standartların tətbiq edilməsi barədə qərar qəbul etmək; xüsusi tələblərin yerinə yetirilməsi məqsədilə xüsusi icazəyə müvafiq şərtləri daxil etmək; qəzalara yol verilməməsi, habelə onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsi barədə sərəncamlar vermək; “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində nəzərdə tutulan digər hüquq və vəzifələri həyata keçirmək. M a d d ə 1 1 . Vurulmuş ziyanın ödənilməsi üzrə öhdəliklər

  28. 1. Enerji qurğusunun təsiri insan ölümü və ya bədən xəsarəti, habelə ətraf mühitə ziyan vurulması ilə nəticələndiyi halda bu enerji qurğusunu istismar edən şəxs (onun sahibi) dəymiş ziyanın ödənilməsi, onun qarşısının alınması, azaldılması və aradan qaldırılması üzrə məsuliyyət daşıyır. Bu müddəalar enerji qurğusunun quraşdırılması, istismarı, texniki xidməti zamanı tətbiq olunur.

  29. 2. Qurğu sahibinin başqa hüquqi və ya fiziki şəxs olduğunu və bu şəxsin sahib kimi öz vəzifələrini yerinə yetirmədiyini sübut edənə qədər enerji qurğusunun mülkiyyətçisi qurğunun sahibi hesab olunur.

  30. 3. Vurulmuş ziyanın səbəbi enerji qurğusunun sahibinin fəaliyyəti ilə əlaqədar olmadıqda və bu ziyanın qarşısının alınması və ya nəticələrinin aradan qaldırılmasımümkün olmadıqda (fors-major halları), o, vurulmuş ziyanın ödənilməsi vəzifəsindən azad olunur. 4. vurulmuş ziyan bir neçə enerji qurğusunun birgə fəaliyyəti nəticəsində baş verərsə, bu hadisənin yaranmasında vaxt, yer, mühit və başqa fərqləndirici xüsusiyyətlərəgörə ən çox təsir göstərmiş enerji qurğusu vurulmuş ziyanın əsas səbəbi hesab olunur və ziyanın ödənilməsi mütənasib şəkildə bölünür.

  31. 5. Enerji qurğusunun vurulmuş ziyana səbəb olduğu sübuta yetirildikdə, bu qurğunun sahibi müvafiq icra hakimiyyəti orqanına, habelə zərər çəkmiş şəxslərə və başqa əlaqəli enerji qurğularının sahiblərinə ziyana görə ödəmələrin məsuliyyətinin müəyyən edilməsi üçün lazımi məlumatlar təqdim etməlidir.

  32. 6. Ödəmə haqqında başqa razılaşma olmadıqda vurulmuş ziyan pul şəklində ödənilməlidir. Ziyan çəkmiş tərəf ilkin ödəməni tələb etmək hüququna malikdir.

  33. 7. Ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq müddəaları tətbiq olunur. M a d d ə 1 2 . Sığorta

  34. 1. Ətraf mühitə, yerin təkinə, insanların təhlükəsizliyinə və sağlamlığına təsadüfi vurula biləcək ziyanla əlaqədar sığortalanması məcburi olan fəaliyyət növlərinin vəenerji qurğularının siyahısı sığorta şərtləri, haqqları və məbləğləri qanunla tənzimlənir. Sığortalanma ilə əlaqədar vəzifələr icazə şərtlərindən və ya energetika müqavilələrinin şərtlərindən irəli gələ bilər. [24]

  35. 2. Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının tələbi ilə siyahıya daxil edilmiş enerji qurğusunun sahibi bu qurğunun istismarı başa çatdıqdan sonra onun zərərli təsirinin təhlükəsi saxlanıldığı müddət ərzində sığortalanma davam etdirilir. V fəsil ENERGETİKA MÜQAVİLƏLƏRİ M a d d ə 1 3 . Ümumi müddəalar

  36. 1. Energetika müqavilələri müvafiq icra hakimiyyəti orqanı ilə podratçılar arasında bağlanılır. Podratçıların bu Qanunun müddəalarında və energetika müqavilələrindəmüəyyən edilmiş müddət və şərtlərə uyğun olaraq fəaliyyət göstərmək hüququ vardır.

  37. 2. Energetika müqaviləsi podratçıların bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazəsi olan halda onların ərizəsi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada tender yolu ilə və ya xüsusi hallarda mövcud qanunvericiliklə müəyyən edilmiş xüsusi qaydalar əsasında aparılan danışıqlar nəticəsində bağlanıla bilər. [25]

  38. 3. Müvafiq icra hakimiyyəti orqanı energetika müqavilələrinin bu Qanuna uyğun olaraq bağlanılmasına və həyata keçirilməsinə nəzarəti həyata keçirir. M a d d ə 1 4 . Kəşfiyyat üzrə müqavilələr

  39. 1. Kəşfiyyat üzrə müqavilələr dəqiq və aydın surətdə müvafiq enerji materialının və müqavilə ərazisinin, habelə icazə verilmiş kəşfiyyat üsullarının və kəşfiyyatın nəticələrinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilmə qaydalarını müəyyən etməlidir.

  40. 2. Əgər başqa hallar müvafiq qanunlarda müəyyən edilməyibsə, kəşfiyyat üzrə müqavilələr bağlayan podratçıya aşağıda göstərilən hüquqlar şamil edilmir: müqavilə ərazisi hüdudlarında kəşfiyyata müstəsna hüquq; işlənmə, hasilat və yeraltı anbarlar üzrə bağlanmış müqavilələr ərazisində kəşfiyyat işləri hüququ; işlənmə, hasilat və ya başqa məqsədlər üçün müqavilələrin bağlanmasına üstünlük hüququ.

  41. 3. Hər bir tədqiqatın sonunda podratçı yataqlar haqqında əldə edilən bütün məlumatları və izahatları, habelə nümunələri və çəkilişin nəticələrini müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

  42. 4. Kəşfiyyat üzrə müqavilənin ilkin müddəti müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 2 ildən artıq olmamalıdır. Bu müddət tərəflərin razılığı ilə 1 ilə qədər uzadıla bilər. M a d d ə 1 5 . İşlənmə və hasilat üzrə müqavilələr

  43. 1. İşlənmə və hasilat üzrə podratçının müqavilədə müəyyən edilmiş energetika materialları və məhsulları, habelə müqavilə ərazisi ilə əlaqədar aşağıda göstərilən hüquq və vəzifələri vardır: müqavilədə razılaşdırılmış iş proqramına uyğun olaraq işlənməni həyata keçirmək; enerji materialları yataqlarının aşkar edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat vermək və bu yatağın lazımi qiymətləndirilməsini həyata keçirmək; podratçı tərəfindən kommersiya kəşfi elan edilmiş hər bir kəşfin inkişafı və hasilatı üzrə ətraflı iş proqramını razılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etmək; elan edilmiş kommersiya kəşfinin ərazisi istisna olmaqla bütün müqavilə ərazisini müvafiq icra hakimiyyəti orqanına təhvil vermək; işlərin aparılmasından əvvəl müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış iş proqramına uyğun olaraq kommersiya kəşfinin inkişafı və hasilatı dövründəmüqavilədə müəyyən edilmiş, mövcud qanunvericiliyə uyğun ilkin enerji materiallarını hasil etmək; müqavilədə və ya iş proqramında qeyd olunan bütün qurğuları və baş enerji nəqletmə və ya ötürmə sistemlərini inşa etmək və onlardan istifadə etmək; [26] resursları hasil etmək və tətbiq olunan sahə üzrə qanunvericilik aktlarının müddəalarına və ya müqaviləyə uyğun olaraq hasil olunan resursların müəyyən hissəsinəsahib olmaq.

  44. 2. İşlənmə və hasilat üzrə podratçının fəaliyyəti zərərsiz olmalı və onun müstəsna hüquqları başqa şəxslərin elmi məqsədlərlə kəşfiyyat işlərinin aparılmasına, enerji materiallarının işlənməsi və hasilatı üzrə müqavilənin məqsədlərinə uyğun olmayan qurğuların yerləşdirilməsinə və istifadəsinə mane olmamalıdır.

  45. 3. Podratçı ona məxsus energetika materiallarının və məhsullarının müqavilə ərazisindən daşınması üçün mövcud baş enerji nəqletmə və ya ötürmə sistemlərindən istifadəyə üstünlük verməlidir. Podratçının baş enerji nəqletmə və ya ötürmə sistemlərinə qoşulması üçün əlverişli şərait yaradılmalı və o, bu sistemlərdən üçüncü şəxslərə aid olunan şərtlərlə istifadə etməlidir. Bu sistemlər olmadığı halda və ya onlardan podratçını qane edən şərtlərlə istifadə edilməsi mümkün olmadıqda podratçı öz vəsaiti hesabına lazımi nəqletmə və ya ötürmə vasitələrini quraşdırıb istismar etmək hüququna malikdir. Bu qurğulara hasilat müddətinin iş proqramını tamamlayan energetika müqaviləsinin müddəaları tətbiq edilir. Belə nəqletmə və ya ötürmə sistemləri üzrə xərcləri yalnız podratçı daşıdıqda, bu Qanunun 13-cü maddəsinin müddəaları tətbiq edilmir.

  46. 4. Milli tələbatın ödənilməsi məqsədilə energetika müqaviləsində hasil edilmiş energetika materiallarının və məhsullarının dünya bazar qiymətləri ilə əldə edilməsindədövlətin üstün hüququ vardır.

  47. 5. İşlənmə və hasilat üzrə energetika müqaviləsində nəzərdə tutulmuş işlənmə müddəti bir neçə dövrlərə bölünə bilər və ya müqavilənin qüvvəyə mindiyi tarixdən, ümumiyyətlə 8 ildən çox olmayan müddətə qədər uzadıla bilər. M a d d ə 1 6 . Baş enerji nəqletmə və ya ötürmə sistemləri üzrə müqavilələr [27]

  48. 1. Baş enerji nəqletmə və ya ötürmə sistemləri üzrə müqavilələrin şərtlərinə, müddəalarına və iş proqramına müvafiq olaraq podratçının aşağıda göstərilən hüquq vəvəzifələri vardır: [28] energetika materiallarının və məhsullarının müəyyən edilmiş marşrutlarla nəql edilməsi və ötürülməsi məqsədilə baş enerji nəqletmə və ya ötürmə sistemlərini quraşdırmaq və istismar etmək; energetika müqaviləsində müəyyən edilmiş fəaliyyətlə bağlı əlavə qurğular, o cümlədən anbarlar tikmək, quraşdırmaq və istismar etmək; müvafiq daşınmaz əmlakın sahibi olmaq və ondan istifadə etmək hüququnu başqa şəxsə vermək; müvafiq icra hakimiyyəti orqanının tələbilə və müqavilə fəaliyyətinə heç bir xələl gətirmədən təhlükəsizliyi artıran, nəqletmə və ya ötürmə xərclərini azaldan “sinerji” effektinə (qüvvələrin birləşməsi effekti) nail olmaq məqsədilə öz fəaliyyətini üçüncü tərəfin baş enerji nəqletmə və ya ötürmə sistemləri ilə əlaqələndirmək.

  49. 2. Baş enerji nəqletmə və ya ötürmə sistemləri üzrə müqavilələr nəqletmə və ya ötürmə vasitələri arasında və (və ya) energetika materialları və məhsulları arasında rəqabətin olmasını nəzərə alaraq bağlanılır. Baş enerji nəqletmə və ya ötürmə sistemləri üzrə müstəsna müqavilələr energetika materiallarının və məhsullarının yalnız bir növü üzrə xərclərin ödənilməsinin və müqavilənin bağlanmasından sonra podratçı tərəfindən investisiyanın mükafatlandırılmasının çətin olmasına əsaslı səbəblərin mövcud olduğu halda bağlanıla bilər. Müqavilə müstəsna xarakter daşıdıqda podratçı hər bir zaman üçüncü tərəfin nəqletmə və ya ötürmə tələblərinin ödənilməsini təmin etməlidir. Əks təqdirdə podratçı bu sistemlər üzrə müstəsna hüququ itirir və onun baş enerji nəqletmə və ya ötürmə sistemləri üzrə əlavə müqavilənin bağlanmasına qarşıetiraz etmək hüququ olmur. [29]

  50. 3. Üçüncü tərəfə məxsus olan energetika materiallarının və məhsullarının baş enerji nəqletmə və ya ötürmə sistemləri ilə nəql edilməsini və ya ötürülməsini nəzərdə tutan müqavilənin podratçısı aşağıdakı tələbləri ödəməlidir: [30] energetika materiallarının və məhsullarının nəqlinin və ya ötürülməsinin qiymət və tariflərini, habelə kommersiya və texniki şərtlərini müəyyən etmək; energetika materiallarının və məhsullarının mənşəyindən, təyinat məntəqəsindən və ya məxsusluğundan asılı olmayaraq onların nəqli və ya ötürülməsi barədə hər bir sifarişi qəbul etmək, habelə əsassız ləngitmələrə, məhdudiyyətlərə və rüsumlara yol vermədən bu sifarişlər üzrə ayrı-seçkiliyə yol vermədən qiymətlər müəyyən etmək; ona məxsus istifadə olunmayan nəqliyyat qurğularını nəqletmə və ya ötürmə məqsədləri üçün təqdim etmək.

  51. 4. Podratçı istifadə olunmayan nəqliyyat güclərinin başqa maraqlı tərəfə energetika materialları və məhsullarının nəql edilməsi və ya ötürülməsi üçün təqdim etməyəborcludur. Başqa maraqlı tərəfin energetika materiallarının və məhsullarının nəqli və ya ötürülməsi podratçının energetika materiallarının və məhsullarının nəql olunmasına və ya ötürülməsinə xələl gətirməməlidir. [31]

  52. 5. Bu Qanunun 15-ci maddəsinin 2-ci bəndi müvafiq olaraq baş enerji nəqletmə və ya ötürmə sistemlərinə tətbiq olunur. Bundan başqa, əgər dövlət və ya başqa podratçıbaş enerji nəqletmə və ya ötürmə sistemlərinin yaxınlığında müqavilə fəaliyyətinə zərərli təsiri olmayan və dövlətin infrastrukturlarına aid olan hər hansı qurğular yerləşdirdikdə və onlardan istifadə etdikdə podratçının etiraz etmək hüququ yoxdur. [32]

  53. 6. Baş enerji nəqletmə və ya ötürmə sistemləri yalnız bu Qanunun 17-ci maddəsinə uyğun olaraq bağlanılmış müqavilələrin şərtləri əsasında enerjinin paylanması üçün istifadə edilə bilər.

  54. 7. Baş enerji nəqletmə və ya ötürmə sistemləri üzrə müqavilənin ilkin müddəti onun qüvvəyə mindiyi tarixdən etibarən 20 ildən artıq olmamalıdır. Tərəflərin razılığı iləbu müddət 10 ilə qədər uzadıla bilər. M a d d ə 1 7 . Enerjinin paylanması üzrə müqavilələr

  55. 1. Enerjinin paylanması üzrə müqavilənin podratçısının aşağıdakı hüquqları vardır: müqavilə ərazisi sərhədlərində bütün istehlakçılara müqavilədə müəyyən edilmiş enerji məhsullarını paylamaq və tədarük etmək; bu Qanunun 16-cı maddəsinin 1-ci bəndində təqdim edilən hüquqlardan istifadə etmək; müqavilədə müəyyən edilən və ya müqavilə fəaliyyəti üçün lazım olan bütün qurğuları quraşdırmaq və istismar etmək.

  56. 2. Müqavilə ərazisi hüdudlarında enerji paylayıcısı aşağıdakı vəzifələri daşıyır: enerji paylayıcı qurğularına qoşulmanın qiymət və tariflərini, habelə ümumi şərtlərini müəyyən etmək; müqavilə ərazisində sifariş vermiş hər bir şəxsə müəyyən edilmiş qiymət, tarif və şərtlər əsasında vaxtlı-vaxtında qoşulma imkanları yaratmaq və müqavilə üzrə enerji ilətəmin etmək; paylayıcının şəbəkəsinə qoşulmuş istehlakçıların tələblərini ödəmək üçün müqavilədə müəyyən edilmiş enerji məhsullarının lazımi miqdarda və keyfiyyətdə alınmasınıvə paylanmasını təşkil etmək, eyni zamanda başqa istehsalçılar, nəql edənlər, ötürücülər və paylayıcılar ilə birlikdə “sinerji” effektini yaratmaq və ondan istifadə etmək; [33] sənaye müəssisələri və istehlakçılar tərəfindən xüsusi sərfiyyatdan əlavə istehsal edilən enerji məhsullarını müəyyən edilmiş həcmdə satın almaq.

  57. 3. Podratçı xüsusi hallarda istehlakçını öz şəbəkəsinə qoşmaqdan imtina etdikdə, podratçının müstəsna hüquqlarının olmasına baxmayaraq, belə istehlakçıların enerji təchizatı enerji istehsal edən, ötürən və ya paylayan başqa müəssisə tərəfindən həyata keçirilə bilər. Belə hallarda müvafiq icra hakimiyyəti orqanı enerji paylayıcısını həmin istehlakçının onun şəbəkəsinə qoşulması və onu enerji ilə təchiz edilməsi vəzifələrindən azad edilməsi barədə qərar qəbul edə bilər.

  58. 4. Bu Qanunun 16-cı maddəsinin 2-ci, 3-cü, 4-cü və 6-cı bəndləri eyni qaydada enerjinin paylanmasına tətbiq olunur. M a d d ə 1 8 . Yeraltı anbarlar üzrə müqavilələr

  59. 1. Yeraltı anbarlar üzrə müqavilənin podratçısının aşağıdakı hüquq və vəzifələri vardır: yeraltı anbarlar üçün yararlı geoloji yeraltı strukturların müvafiq qaydada işlənməsi; müəyyən edilmiş energetika materiallarının və məhsullarının saxlanılması üçün müqavilə ərazisi sərhədlərində müvafiq qaydada yeraltı anbarların quraşdırılması; müqavilə fəaliyyəti üçün zəruri olan bütün yeraltı və yerüstü qurğuların müvafiq qaydada quraşdırılması və istifadəsi.

  60. 2. Bu Qanunun 15-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci bəndləri, 16-cı maddəsinin 3- cü və 6-cı bəndləri eyni qaydada yeraltı anbarlar üzrə müqavilələrə tətbiq olunur. M a d d ə 1 9 . Energetika müqavilələrindəki hüquqların qeydiyyatı

  61. 1. Müvafiq icra hakimiyyəti orqanı bu qanunun 5-ci maddəsində qeyd olunan fəaliyyət növləri üzrə bütün hüquqların qeydiyyatını qanunvericiliklə müəyyən edilmişqaydada həyata keçirir.

  62. 2. Qeydiyyat müvafiq hüquq daşıyıcısının ərizəsi, habelə bu hüququn əsasını təşkil edən müqavilənin və ya aktın təsdiq edilmiş nüsxəsi təqdim edildikdə aparılır.

  63. 3. Qeydiyyatda müvafiq energetika materiallarının və məhsullarının növləri, fəaliyyətin növləri və müddəti, müstəsna hüquqlar (əgər verilibsə), habelə hüquq daşıyıcılarının və onların rəsmi nümayəndələrinin tam adı və hüquqi ünvanı əks etdirilir. M a d d ə 2 0 . Mübahisəli energetika müqavilələri, mübahisəli fəaliyyət

  64. 1. Müəyyən şəxslərə bir sıra energetika müqavilələri ilə fəaliyyət növləri və (və ya) müddətləri kəsişən müstəsna hüquqlar verildikdə daha gec qeydiyyata alınan müqavilə öz qüvvəsini itirir və etibarsız hesab edilir.

  65. 2. Enerji yataqlarının, yaxud yeraltı anbarların kommersiya kəşfi üzrə işlər müqavilə ərazisinin hüdudlarından kənar əraziyə çıxdıqda, onlar göstərilən ərazilərdəenergetika müqavilələrinin podratçıları ilə birgə həyata keçirilir. Yataqlar və yeraltı anbarlar qüvvədə olan başqa energetika müqaviləsinin ərazisinə yayıldıqda, müvafiq icra hakimiyyəti orqanı podratçı (podratçılar) ilə razılaşdırılmış şərtlərlə göstərilən ərazi üzrə energetika müqaviləsinin (müqavilələrinin) tətbiq sahəsini genişləndirə və ya göstərilən ərazi üzrə yeni energetika müqaviləsinin bağlanmasına icazə verə bilər.

  66. 3. Podratçı üçüncü tərəfin fəaliyyəti nəticəsində müqavilə fəaliyyətini həyata keçirə bilmədikdə və podratçı ilə bu üçüncü tərəf arasında birbaşa heç bir razılıq əldəedilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəflərdən birinin müraciəti əsasında yaranmış mübahisənin həll edilməsi barədə müvəqqəti qərar qəbul etməlidir. Bu halda ziyanın ödənilməsi barədə iddialar da daxil olmaqla bütün iddialar qüvvədə qalır və məhkəmə qaydasında həll edilə bilər. M a d d ə 2 1 . İş proqramı

  67. 1. Podratçı müqavilə fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış iş proqramı üzrə həyata keçirir.

  68. 2. İş proqramı (proqramları) bu Qanunun 6-cı fəslinin tələbləri nəzərə alınmaqla cəlb edilmiş dövlət və ya bələdiyyə orqanları ilə razılaşdırılmaqla yerinə yetirilir.

  69. 3. Müvafiq icra hakimiyyəti orqanı iş proqramının bu qanuna və energetika müqaviləsinə uyğunluğuna, podratçı tərəfindən onun yerinə yetirilməsinə nəzarət edir. M a d d ə 2 2 . Qiymətqoyma, ticarətin kommersiya və texniki şərtləri

  70. 1. Qanunvericilikdə digər hallar nəzərdə tutulmadıqda, bu qanunla podratçılar sifarişçilərlə qiymətlərin, ticarətin kommersiya və texniki şərtlərinin razılaşdırılmasında sərbəstdirlər.

  71. 2. Enerji paylayıcılarının, yaxud energetika müqaviləsi ilə energetika materiallarının və ya məhsullarının nəqli, ötürülməsi, tədarükü və ya saxlanması sahəsindəinhisarçı olan hər hansı digər podratçılar tərəfindən müəyyən olunmuş qiymətlər, tariflər və ticarətin ümumi şərtləri xərclərin azaldılmasına və bazar qiymətlərinəistiqamətləndirilməlidir. Onlar yalnız dövlətin energetika siyasətinin məqsədlərinə uyğun olmasına və podratçının inhisarçı vəziyyətindən sui-istifadə hallarına nəzarət şəraitində və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdə tətbiq edilə bilər. Onlar ayrı-seçkiliyə yol vermədən və ödənişləri əsassız gecikdirmədən, yaxud məhdudlaşdırmadan tətbiq edilməlidir. [34]

  72. 3. Qiymətlərə dövlət subsidiyaları tətbiq edildikdə, onlar müəyyən şərtlərlə və müəyyən müddətə verilmələri qeyd edilməklə ayrıca hesabda göstərilməlidir. M a d d ə 2 3 . Energetika müqavilələrinin başqa şəxslərə verilməsi

  73. 1. Energetika müqaviləsinin başqa şəxslərə verilməsi və ya podratçı tərəfindən törəmə müqavilənin bağlanması tərəflərin qarşılıqlı razılaşması əsasında həyata keçirilir vəqeydiyyata alındıqdan sonra qüvvəyə minir. [35]

  74. 2. Tərəflər qarşılıqlı razılığa gəlmədikdə podratçının dövlət qarşısında olan öhdəliklərinin onun varisi tərəfindən yerinə yetirilməsinə görə ilkin podratçı birgə və ya təkbaşına məsuliyyət daşıyır. [36] Maddə 2 4 . Energetika müqaviləsinin qüvvədə olma müddəti və onun uzadılması

  75. 1. Energetika müqaviləsinin qüvvədə olma müddəti müqavilədə əks olunmalı və qanunla müəyyən edilmiş maksimal müddəti aşmamalıdır. Energetika müqaviləsinin qüvvədə olma müddəti orada göstərilmiş müddət qurtararkən bitir.

  76. 2. Aşağıdakı şərtlərlə podratçının təklifinə əsasən energetika müqaviləsinin qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı və podratçı arasında müqaviləbağlanması yolu ilə hər dəfə uzadıla bilər: birinci müddət ərzində podratçı energetika müqaviləsi üzrə bütün öhdəliklərini yerinə yetirdikdə; ilkin müddət bitənədək uzadılmış müddət üzrə işlər planı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqda; energetika müqaviləsinin ümumi müddəti qüvvədə olan qanunvericiliyə uyğun olduqda.

  77. 3. Energetika müqaviləsinin qüvvədə olma müddətinin bu maddənin 2-ci bəndində nəzərdə tutulan hallardan başqa, bir daha yenidən uzadılmasına yol verilmir, lakin podratçının əvvəlki energetika müqaviləsinin ərazisi və fəaliyyət növü ilə bağlı yeni energetika müqaviləsi ilə əlaqədar tenderdə iştirak etmək hüququ vardır. M a d d ə 2 5 . Energetika müqaviləsinin dayandırılması

  78. 1. Energetika müqaviləsi onun qüvvədə olma müddəti bitənədək yalnız energetika müqaviləsinin özünün şərtlərinə uyğun olaraq və ya aşağıdakı hallarda dayandırıla bilər: energetika müqaviləsindən imtina edilməsinə əsas verən mühüm dəlillər aşkar edildikdə; podratçı öz öhdəliklərini yerinə yetirmədikdə; podratçı energetika müqaviləsi ilə ona verilən hüquqlardan lazımi qaydada istifadə etmədikdə.

  79. 2. Energetika müqaviləsi aşağıdakı hallarda dayandırıla bilməz: podratçı müvafiq icra hakimiyyəti orqanından energetika müqaviləsinin dayandırılması barədə bildiriş alanadək və podratçının fəaliyyətinin energetika müqaviləsi üzrəöhdəliklərə uyğunluğunu sübut etmə müddəti bitənədək; podratçı tərəfindən öhdəliklərin icra edilməməsi onun təsir sahəsindən kənarda olduqda və onun tərəfindən bu halın qarşısının alınması və ya nəticələrin aradan götürülməsi mümkün olmadıqda (fors-major halları).

  80. 3. Qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, energetika müqaviləsi dayandırıldıqda, onun qüvvədə olma müddəti bu dayandırılma qüvvəyə minən vaxtdan bitir.

  81. 4. Qeyri-müəyyən müddətə bağlanılmış energetika müqavilələri hər bir tərəfin arzusu ilə on iki aydan az olmayan müddətə riayət etməklə dayandırıla bilər. M a d d ə 2 6 . Energetika müqaviləsinin qüvvədən düşməsi

  82. 1. Energetika müqaviləsi qüvvədən düşdükdən sonra keçmiş podratçı müqavilə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilir.

  83. 2. Qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanının tələbinə əsasən keçmiş podratçı müqavilə şərtləri ilə nəzərdə tutulan və onun üçün zəruri olan qurulmuş və digər avadanlıqları dövlətə və ya yeni podratçıya ödənişsiz verməlidir. Energetika müqaviləsinin müddətindən artıq olan vaxta fondların amortizasiyasını hesablamaq və beləliklə, podratçının xərclərini azaltmaq üçün xüsusi olaraq baş enerji nəqletmə və ya ötürmə sistemləri, enerjinin paylanması və yeraltıanbarlar üzrə energetika müqavilələri tam amortizasiya olunmamış, lakin qənaətbəxş işçi halına gətirilmiş qurğulara görə dövlət və ya yeni podratçı tərəfindən iqtisadi cəhətdən əsaslandırılmış ödənişlər nəzərdə tutula bilər. Belə ödənişlər müvafiq icra hakimiyyəti orqanının qərarları və energetika müqaviləsi ilə dəqiqləşdirilə bilər. Fikir ayrılığı yarandıqda, belə ödənişlər müstəqil ekspertlərin rəyi əsasında müəyyən edilir. [37]

  84. 3. Keçmiş podratçı dövlətə və ya yeni podratçıya verilmiş qurğulara dair onların ətraf mühitə vura biləcək ziyanın qarşısının alınması və bu qanunun maddələrinəuyğun olaraq bərpa işlərinin aparılması üçün tədbirlər görməlidir. M a d d ə 2 7 . Bərpa işləri

  85. 1. Podratçının fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşən ərazinin bərpası planı hər bir energetika müqaviləsinə daxil edilməlidir. Energetika müqaviləsi bitənədək podratçı bərpa işlərini aparmalıdır.

  86. 2. Texniki cəhətdən mümkün olduqda podratçı müqavilə fəaliyyətində artıq istifadə üçün lazım olmayan müqavilə ərazisinin bərpasını məqbul olan müddət ərzindəaparmalıdır. Energetika müqaviləsində podratçı tərəfindən bu öhdəliklərin icrası qaydası göstərilə bilər.

  87. 3. Podratçı ilkin bərpa planını müntəzəm olaraq təzələməli və onu müqavilə fəaliyyətinin inkişafına uyğunlaşdırmalıdır. Energetika müqaviləsinin müddətinin bitməsinə bir il qalanadək və ya müqavilədə göstərilən istənilən vaxtda podratçı son bərpa planını təsdiq etməlidir. Bu plan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Cəlb olunmuş bütün tərəfləri dinlədikdən sonra müvafiq icra hakimiyyəti orqanı keçmiş podratçıdan qalmış qurğuların ətraf mühitə vura biləcək zərərinin qarşısını almaq və ya ilkin bərpa planında müəyyən edilmiş nəticələrə nail olmaq üçün son bərpa işləri planına hansı dəyişikliklərin edilməsinin zəruriliyi barədə qərar qəbul edə bilər.

  88. 4. Əgər qanunvericiliyə zidd deyilsə, keçmiş podratçı yalnız yuxarıda göstərilən bərpa işlərinin aparılmasından sonra öz daşınmaz əmlakına dair sərəncam verə bilər.

  89. 5. Müvafiq icra hakimiyyəti orqanı podratçıdan xüsusi hesabda toplanılan ehtiyatların yaradılmasını, yaxud onun bu maddədə göstərilən öhdəliklərinin energetika müqaviləsinin qüvvədə olduğu müddətdə və bu müddət bitdikdən sonra yerinə yetirilməsi üçün zəruri olan məbləğə dair mö'təbər bankın zəmanətinin təqdim edilməsini tələb edə bilər.

  90. 6. Podratçı tərəfindən aparıla bilməyən bərpa işlərinin maliyyələşdirilməsi məqsədilə ayrıca fond yaradılmalıdır. Müvafiq icra hakimiyyəti orqanı göstərilən fonda podratçının ödədiyi haqqın hissəsini və fondun vəsaitlərindən istifadə edilməsinin qaydalarını müəyyən edir.

  91. 7. Müvafiq icra hakimiyyəti orqanı bərpa işləri üzrə daha ətraflı qaydalar qəbul edə bilər. M a d d ə 2 8 . Yanacaq ehtiyatı

  92. 1. Enerji istehsalçıları yanacaq təchizatı sahəsində rəqabət mühitinin yaradılması və enerji istehsalının səmərəliliyinin artırılması məqsədilə yanacaq təchizatımüəssisələrini ölkə daxilində və xaricində sərbəst seçmək hüququna malikdirlər.

  93. 2. Enerji istehsalçısının sərbəst şəkildə seçdiyi yanacaq təchizatçısı ilə bağladığı müqaviləyə əsasən alınan yanacaq inhisar obyektləri olan baş enerji nəqletmə və ya ötürmə sistemləri vasitəsilə maneəsiz, yalnız qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilmiş nəqliyyat, gömrük və digər xərclər ödənilməklə istehsalçıya çatdırılır.

  94. 3. Enerji təchizatının e'tibarlılığını tə'min etmək məqsədilə energetika müəssisələrində yanacaq ehtiyatı yaradılır. Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. VI fəsil DAŞINMAZ ƏMLAKA DAİR HÜQUQLAR M a d d ə 2 9 . Daşınmaz əmlaka dair hüquqların verilməsi

  95. 1. Bu Qanun Torpaq Məcəlləsinə və “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq energetika sahəsində fəaliyyət göstərmək üçün podratçıya torpaqdan və yerin təkindən istifadə etmək hüququ verir.

  96. 2. Torpaq sahəsi sahibinin və ya istifadəçisinin dövlət və ya qeyri-dövlət müəssisəsi olmasından asılı olmayaraq, bu torpaq sahəsinin yerləşdiyi ərazidə (Azərbaycan Respublikasının daxili suları və həmçinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) enerji materiallarının yataqlarında, yaxud bu torpaq sahəsinin üstündə, içində və ya altında podratçının qurğularının cari mövcudluğuna dair dövlətə qarşı hər hansı bir iddia vermək səlahiyyəti yoxdur. M a d d ə 3 0 . Ümumi istifadədə olan daşınmaz əmlakdan istifadənin üstünlüyü

  97. 1. Energetika sahəsində fəaliyyət növlərinin ümumi istifadədə olan əmlaka tə'sirinin məhdudlaşdırılması əməli cəhətdən sərfəli olduqda üçüncü tərəfin xüsusi mülkiyyəti hər hansı tə'sirə mə'ruz qalmamalıdır və onun razılığı olmadan istifadə olunmamalıdır. Dövlət və ya bələdiyyələr bu fəaliyyət növlərinin həyata keçirilməsi üçün ilk növbədə ona məxsus və ümumi istifadədə olan nəqliyyat yollarını, torpaq sahələrini təqdim etməli, yaxud mülkiyyətçinin razılığı ilə onun mülkiyyətindən istifadəetdiyinə görə dövlət öz torpaqlarını kompensasiya şəklində təklif etməlidir.

  98. 2. Baş enerji nəqletmə və ya ötürmə sistemlərinin, enerji paylayıcı şəbəkələrinin marşrutlarının və yaradılma planlarının müəyyən edilməsi üçün energetika müqaviləsinin təqdim edilməsinə qədər və onun icrası zamanı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır.

  99. 3. Podratçının ödədiyi haqqın müəyyən hissəsinin birbaşa bələdiyyəyə və (və ya) dövlətə ödəməsi haqqında energetika müqaviləsində müddəa ola bilər. M a d d ə 3 1 . Daşınmaz əmlakdan istifadə zamanı dəyişikliklər və ictimai mənafe

  100. 1. Energetika sahəsində fəaliyyət nəticəsində mülkiyyət hüququnun və ya daşınmaz əmlakdan istifadənin dəyişməsi və onunla əlaqədar kompensasiyaların ödənilməsi aşağıdakıları nəzərə alaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır: bu qanunun müddəaları; ətraf mühitin qorunması, təhlükəsizlik və texniki tələblərin yerinə yetirilməsi; qurğuların və ya baş enerji nəqletmə və ya ötürmə sistemlərinin yuxarıda göstərilən daşınmaz əmlakda yerləşdirilməsində ayrı-seçkiliyə yol verilməməsi.

  101. 2. Energetika müqaviləsinin təqdim edilməsi başlayanadək mülkiyyət hüququ və ona aid dəyişikliklər dərc edilməli və ictimaiyyətlə məsləhətləşmək üçün açıq olmalıdır. Onlar dərc edildikdən sonra bir ay müddətində vətəndaşlardan, dövlət orqanlarından və bələdiyyələrdən daxil olmuş əsaslandırılmış düzəlişləri nəzərə alaraq layihə uyğunlaşdırılmalı və onların həyata keçirilməlidir. M a d d ə 3 2 . Daşınmaz əmlakdan istifadə zamanı kompensasiyalar və onun əvəzi ödənilməklə alınması

  102. 1. Energetika sahəsində mövcud fəaliyyət üzrə torpaqdan istifadə növlərinə xüsusi icazə müvafiq tələblərə uyğun olaraq kompensasiyasız verilir. [38]

  103. 2. Energetika sahəsində ictimai maraq doğuran və e'lan edilmiş yeni fəaliyyət növlərinin və həmçinin bu qanunun müddəalarına uyğun müvafiq icra hakimiyyəti orqanı tərəfindən görülən bütün tədbirlərin həyata keçirilməsinə aşağıda göstərilən kompensasiya növlərinin vaxtında ödənilməsinə görə mülkiyyətçilər, istifadəçilər vədaşınmaz əmlakla qonşuluqda yerləşənlər tərəfindən imkan verilməlidir: fəaliyyət qısa bir müddət ərzində və müvafiq daşınmaz əmlakın istifadəsinə ciddi maneələr törətmədən aparıldıqda, onun mülkiyyətçisinin, istifadəçisinin və ya qonşusunun yalnız belə fəaliyyətin aparılması nəticəsində onun əmlakına vurulmuş maddi zərərə görə kompensasiya almaq hüququ vardır; fəaliyyət uzun bir müddət ərzində aparıldıqda və ya bununla müvafiq daşınmaz əmlakın normal istifadəsinə ciddi maneələr törədildikdə və bunların nəticəsində iqtisadi çətinliklər yarandıqda çəkilən xərclərə görə daşınmaz əmlakın mülkiyyətçisi, istifadəçisi və ya qonşusu əlavə kompensasiya ala bilər. Belə kompensasiyanın şərtləri vəməbləği qüvvədə olan qanunvericiliyə uyğun qəbul edilmiş qaydalarla müəyyən edilir; göstərilən maneələr ciddi xarakter daşıdıqda və bir ildən çox davam etdikdə daşınmaz əmlakın mülkiyyətçisi, istifadəçisi və ya qonşusu öz mülahizələrinə görə bu maddənin 3-cü bəndinin müddəalarının tətbiq edilməsinə üstünlük verə bilər.

  104. 3. Daşınmaz əmlakın mövcud istifadəsi məcburi dayandırıldıqda və ya enerji qurğularının, baş enerji nəqletmə və ya ötürmə sistemlərinin, enerji paylayan şəbəkələrin, habelə yeraltı anbarların tikintisi və ya istifadəsi ilə ona ciddi maneələr törədildikdə Azərbaycan respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə göstərilən daşınmaz əmlak onun sahibindən geri alına bilər. [39] M a d d ə 3 3 . Bu Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 24 noyabr 1998-ci il № 541-IQ ƏLAVƏ 1 ENERGETİKA MATERİALLARI VƏ MƏHSULLARI (Energetika Xartiyasının Avropa Razılaşmasının EM Əlavəsinə uyğun olaraq) Nüvə energetikası materialları

  105. 26. Uran və ya torium filizləri və konsentratları. 12

  106. 26. Uran filizləri və konsentratları. 12. 10

  107. 26. Torium filizləri və konsentratları. 12. 20

  108. 28. Kimyəvi radioaktiv elementlər və radioaktiv izotoplar (bölünən və təkraristehsal 44 olunan kimyəvi elementlər və izotoplar daxil olmaqla) onlarınbirləşmələri; tərki bində bu məhsullar olan qarışıq və qalıqlar.

  109. 28. Təbii uran və onun birləşmələri 44. 10 28. Uran- 44. 235 ilə zənginləşdirilmiş uran və onun birləşmələri; plutonium və onunbirləşməl 20 əri.

  110. 28. Uran- 44. 235 ilə kasadlaşdırılmış uran və onun birləşmələri; torium və onunbirləşmələri. 30

  111. 28. Radioaktiv elementlər, izotoplar və radioaktiv birləşmələr (28.44.10, 44. 28.44.20 və ya 28.44.30 yarımmövqelərində göstərilənlər istisna olmaqla). 40

  112. 28. Nüvə reaktorlarının istifadə olunmuş (işlənmiş) yanacaq elementləri (TVELI). 44. 50

  113. 28. Ağır su (deyteri oksidi). 45. 10 Daş kömür, təbii qaz, neft və neft məhsulları, elektrik enerjisi 27.01 Daş kömür, briketlər, okatışlar və daş kömürdən alınan oxşar bərk yanacaq növləri. 27.02 Qaqatdan başqa, liqnit, qonur kömür, aqlomerasiya edilmiş və ya aqlomerasiya edilməmiş. 27.03 Aqlomerasiya edilmiş və ya aqlomerasiya edilməmiş torf (torf tullantıları daxil olmaqla). 27.04 Daş kömürdən, liqnitdən və ya torfdan koks və yarımkoks, aqlomerasiya edilmiş və ya aqlomerasiya edilməmiş; retorta edilmiş kömür. 27.05 Daş kömür, su, generator qazı və oxşar qazlar (neft qazlarından və digər karbohidrogen qazlarından başqa). 27.06 Daş kömür, liqnit və torf qətranları və digər susuzlaşdırılmış və ya susuzlaşdırılmamış mineral qətranlar, yaxud qismən distillə edilən məhsullar, o cümlədən bərpa olunmuşlar. 27.07 Yağlar və daş kömür qətranının yüksək temperaturda distillə edilməsinin digər məhsulları; ətirli tərkib hissələri kütləsinin ətirsiz tərkib hissələri kütləsindən artıq olduğu oxşar məhsullar (məsələn, benzol, toluol, ksilol, naftalin, digər ətirli karbohidrogenlərin qarışıqları, fenollar, kreozot yağları və digərləri). 27.08 Daş kömür qətranından və digər mineral qətranlardan alınmış pek və pek koksu. 27.09 Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları. 27.10 Bitumlu süxurlardan alınmış neft və neft məhsulları (xam neft və xam neft məhsulları istisna olmaqla). 27.11 Neft qazları və digər karbohidrogen qazları və digər qazaoxşarlar. Qatılaşdırılmışlar: - təbii qaz - propan - butan - etilen, propilen, butilen, butadien və digərləri. Qazaoxşar vəziyyətdə: - təbii qaz və digərləri. 27.13 Neft koksu, neft bitumu və neft emalının digər qalıqları, o cümlədən bitumlu süxurlardan alınan. 27.14 Təbii bitum və asfalt; bitumlu və neftli şistlər və bitumlu qumlar, asfaltitlər vəasfalt süxurları. 27.15 Təbii asfalta, təbii bituma, neft bitumuna, mineral qətranlara və ya mineral qətran peklərinə əsaslanan bitumlu qarışıqlar (məsələn, bitumlu mastikalar, asfalt yol örtükləri). 27.16 Elektrik enerjisi Enerjinin digər növləri

  114. 44. Gövdə kəsikləri, odun parçası, budaq, çırpı şələsi, yaxud oxşar şəkillərdəyanaca 01 q oduncağı.

  115. 44. Ağac kömür (qabıqdan və ya qozalardan alınmış kömür də daxil olmaqla), aqlo 02 merasiya edilmiş və ya aqlomerasiya edilməmiş. Əlavə 2 “Energetika bölməsində təsərrüfat fəaliyyəti” tərifinə tətbiq oluna bilməyən ener getika materialları və məhsulları 2 Yağlar, daş kömür qətranının yüksək temperaturlu distillə edilməsinin digərmater 7 ialları, ətirli tərkib hissələri kütləsinin ətirsiz tərkib hissələri kütləsindənartıq oldu . ğu oxşar məhsullar (məsələn, benzol, toluol, ksilol, naftalin, digər ətirlikarbohidro 0 genlərin qarışıqları fenollar, kreozot yağları və digərləri. 7 4 Gövdə kəsikləri, odun parçası, budaq, çırpı şələsi, yaxud oxşar şəkillərdəyanacaq 4 oduncağı. . 0 1 4 Ağac kömürü (qabıqdan və ya qozalardan alınmış kömür də daxil olmaqla) aqlom 4 erasiya edilmiş və ya aqlomerasiya edilməmiş. . 0 2 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) 2. 13 fevral 2018-ci il tarixli 992-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 378) 3. 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019- cu il, №11, maddə 1689) 4. 27 may 2021-ci il tarixli 337-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 701) 5. 27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 27 [1] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 1-ci maddənin 1-ci hissəsinin ikinci abzasına “nəqli” sözündən sonra “, ötürülməsi” sözü və həmin hissənin səkkizinci abzasına hər iki halda “nəqletmə” sözündən sonra “ və ya ötürmə” sözləri əlavə edilmişdir. 27 [2] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 2-ci maddənin 1-ci hissəsinin dördüncü abzasında “və səmərəli istifadəsi” sözləri “, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi” sözləri ilə əvəz edilmişdir. 27 [3] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 3-cü maddənin 1-ci hissənin birinci abzasına “nəqli” sözündən sonra “, ötürülməsi” sözü əlavə edilmişdir. 22 [4] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 3-cü maddənin 2-ci hissəsində “xüsusi” sözü “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən” sözləri ilə əvəz edilmişdir. 27[5] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 3-cü maddənin 2-ci hissənin beşinci abzasında “səmərəli” sözü “enerjiyə qənaət edən” sözləri ilə əvəz edilmişdir. 27 [6] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 3-cü maddənin 3-cü hissəsində “enerjinin səmərəli istifadəsi və” sözləri “enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi,” sözləri ilə əvəz edilmişdir. 22 [7] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 4-cü maddənin 2-ci hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 4-cü maddənin 2-ci hissəsindən “enerji resurslarından səmərəli istifadə fondu,” sözləri çıxarılmışdır. 27 [8] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 5-ci maddənin 1-ci hissəsinin beşinci abzasına “nəqletmə” sözündən sonra “və ya ötürmə” sözləri əlavə edilmişdir. 13 [9] fevral 2018-ci il tarixli 992-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 378) ilə yeni məzmunda 7-1-ci maddə əlavə edilmişdir. 22 [10] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 4-cü fəslin adından “XÜSUSİ” sözü çıxarılmışdır. 27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə IV fəslin adında “ENERJİNİN SƏMƏRƏLİ İSTİFADƏSİ” sözləri “ENERJİ RESURSLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ” sözləri ilə əvəz edilmişdir. [11]27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 8-ci maddənin adında “Enerjinin” sözü “Enerji resurslarının” sözləri ilə əvəz edilmişdir. 27 [12] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 8-ci maddənin 1-ci hissənin birinci cümləsinə “resurslarından” sözündən sonra “səmərəli” sözü, “qaydalarına” sözündən sonra “və enerji effektivliyi üzrə öhdəliklərə” sözləri əlavə edilmişdir. 27 [13] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 8-ci maddənin 2-ci hissənin birinci abzasının birinci cümləsində “enerjinin səmərəli istifadəsi” sözləri “enerji resurslarından səmərəli istifadə” sözləri ilə əvəz edilmişdir. 27 [14] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 8-ci maddənin 2-ci hissəsinə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir. 27 [15] may 2021-ci il tarixli 337-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 701) ilə 9-cu maddəsinin 3-cü hissəsinin birinci abzasından “aşağıdakı sənədlərlə yanaşı,” sözləri çıxarılmışdır. 22 [16] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 9-cu maddənin 3-cü və 4-cü hissələri yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Energetika müqaviləsinin bağlanması və ya xüsusi icazə alınması üçün hər hansı bir ərizə daxil olduqda müvafiq icra hakimiyyəti orqanı müvafiq fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitə təsirin səviyyəsini və onun səbəblərini müəyyən edən müstəqil ekspertlər tərəfindən keçirilən ekspertiza təyin edir. Bu ekspertizanın keçirilməsi üzrə bütün xərclər ərizəçi tərəfindən qabaqcadan ödənilir. Müvafiq icra hakimiyyəti orqanı və ərizəçi ekspertizanın keçirilməsinə yardım göstərə və öz tədqiqatlarını apara bilər. Ətraf mühitə təsir və onun səbəbləri barədə ekspert rəyi tərəflərin razılığı ilə əsas təsdiqedici sənəd kimi qəbul olunur. Ətraf mühitə mənfi təsirin müvafiq normalara uyğun olaraq aradan qaldırılması üçün tədbirlər fiziki və ya hüquqi şəxs tərəfindən təqdim edilməzsə, müvafiq icra hakimiyyəti orqanı müqaviləyə vəenergetika fəaliyyətinə xüsumi icazə vermir.

  116. 4. Müəssisə tərəfindən energetika materiallarının və məhsullarının hasilatı, istehsalı, paylanması və tədarükü ümumi dövlət əhəmiyyəti daşıdıqda və bu işlərin icrası başqa yolla mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanı beş ildən çox olmayan keçid dövrü müddətində müəssisəni qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tələblərdən azad etmək hüququna malikdir. 22 [17] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 9-cu maddəyə yeni məzmunda 5-ci hissə əlavə edilmişdir. 22 [18] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin adından və 3-cü hissəsindən “xüsusi” sözü çıxarılmışdır. 22 [19] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin 1-ci hissənin birinci cümləsində “orqanından qanunvericiliklə müəyyən edilmiş qaydada energetika müqaviləsi və ya ərizə əsasında xüsusi” sözləri “orqanının müəyyən etdiyi orqandan (qurumdan) bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən” sözləri ilə əvəz edilmişdir və həmin hissədən ikinci cümlə çıxarılmışdır. [20]22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin 4-cü hissəsində “Xüsusi icazələr” sözləri “İcazələr” sözü ilə əvəz edilmişdir. [21]22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin 5-ci hissəsində “xüsusi” sözü “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən” sözləri ilə əvəz edilmişdir. 22 [22] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin 6-cı hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

  117. 6. Fiziki və hüquqi şəxsin fəaliyyəti xüsusi icazədə əks olunmuş şərtlərə uyğun olmadıqda ona verilmiş xüsusi icazə geri götürülə bilər. [23] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin 7-ci hissənin birinci abzasında “Xüsusi icazələrin” sözləri “İcazələrin” sözü ilə əvəz edilmişdir, həmin hissənin ikinci və dördüncü (ikinci halda) abzaslarından “xüsusi” sözü çıxarılmışdır, beşinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda altıncı abzas əlavə edilmişdir. [24]22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 12-ci maddənin 1-ci hissəsində “xüsusi icazələrdən” sözləri “icazə şərtlərindən” sözləri ilə əvəz edilmişdir. 22 [25] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 13-cü maddənin 2-ci hissəsində (birinci halda) “xüsusi” sözü “bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan” sözləri iləəvəz edilmişdir. 27 [26] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 15-ci maddənin 1-ci hissəsinin yeddinci abzasına, 3-cü hissəsinin birinci, ikinci, üçüncü və beşinci cümlələrinə “nəqletmə” sözündən sonra “və ya ötürmə” sözləri əlavə edilmişdir. 27 [27] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 16-ci maddənin adına “nəqletmə” sözündən sonra “və ya ötürmə” sözləri əlavə edilmişdir. [28]27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 16-ci maddənin 1-ci hissənin birinci və ikinci abzaslarına “nəqletmə” sözündən sonra “və ya ötürmə” sözləri əlavə edilsin və həmin hissənin beşinci abzasında “və nəqletmə” sözləri “, nəqletmə vəya ötürmə” sözləri ilə əvəz edilmişdir, “nəqletmə” sözündən sonra “və ya ötürmə” sözləri əlavə edilmişdir. [29]27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 16-ci maddənin 2-ci hissənin birinci cümləsinə (hər iki halda), ikinci, üçüncü və dördüncü cümlələrinə “nəqletmə” sözündən sonra “və ya ötürmə” sözləri əlavə edilmişdir. 27 [30] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 16-ci maddənin 3-cü hissənin birinci abzasına “nəqletmə” sözündən sonra “və ya ötürmə” sözləri, “nəql edilməsini” sözlərindən sonra “və ya ötürülməsini” sözləri, ikinci abzasına “nəqlinin”sözündən sonra “və ya ötürülməsinin” sözləri, üçüncü abzasına “nəqli” sözündən sonra “və ya ötürülməsi” sözləri, dördüncü abzasına “nəqletmə” sözündən sonra “və ya ötürmə” sözləri əlavə edilmişdir. 27 [31] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 16-ci maddənin 4-cü hissənin birinci cümləsinə “nəql edilməsi” sözlərindən sonra “və ya ötürülməsi” sözləri, ikinci cümləsinə “nəqli” sözündən sonra “və ya ötürülməsi” sözləri, “nəql olunmasına” sözlərindən sonra “və ya ötürülməsinə” sözləri əlavə edilmişdir. [32]27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 16-ci maddənin 5-ci hissənin birinci və ikinci cümlələrinə, 6-cı və 7- ci hissələrinə “nəqletmə” sözündən sonra “və ya ötürmə” sözləri əlavə edilmişdir. 27 [33] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 17-ci maddənin 2-ci hissəsinin dördüncü abzasına “nəql edənlər” sözlərindən sonra “, ötürücülər” sözü əlavə edilsin, 3-cü hissəsinin birinci cümləsində “nəql edən” sözləri “ötürən” sözü ilə əvəz edilmişdir. 27 [34] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 22-ci maddənin 2-ci hissəsinin birinci cümləsinə “nəqli,” sözündən sonra “ötürülməsi,” sözü əlavə edilmişdir. 22 [35] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 23-cü maddənin 1-ci hissəsində “müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi ilə” sözləri “tərəflərin qarşılıqlı razılaşması əsasında” sözləri ilə əvəz edilmişdir. 22 [36] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 23-cü maddənin 2-ci hissəsində “Xüsusi icazə olmadıqda” sözləri “Tərəflər qarşılıqlı razılığa gəlmədikdə” sözləri ilə əvəz edilmişdir. 27 [37] may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 26-cı maddənin ikinci hissəsinin ikinci cümləsinə, 28-ci və 30-cu maddələrin ikinci hissələrinə, 31-ci maddənin 1-ci hissəsinin dördüncü abzasına və 32-ci maddənin 3- cü hissəsinə “nəqletmə”sözündən sonra “və ya ötürmə” sözləri əlavə edilmişdir. 22 [38] oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 32-ci maddənin 1-ci hissəsindən “xüsusi” sözü çıxarılmışdır. 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan [39] Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) ilə 32-ci maddəsinin 3-cü bəndinin birinci cümləsində “qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda və qaydada müvafiq kompensasiyanın ödənilməsi ilə” sözləri “Mülki Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə” sözləri ilə əvəz edilmişdir, “(geri)” sözü mötərizəsiz yazılmışdır, ikinci cümləsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: Daşınmaz əmlakın xüsusi mülkiyyətçilərinin razılığı ilə belə kompensasiya oxşar təbiəti və dəyəri olan daşınmaz əmlakın təqdim edilməsindən də ibarət ola bilər.

Law No. 541-IQ on energy · Nelum