Law No. 289-VQD amending the Law No. 402-IIQ on tea production
Made 2016-06-14 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu № 289-VQD.
- Language
- Azerbaijani
- Kind
- Act
- Country
- Azerbaijan
- Subjects
- Food and nutrition, Cultivated plants
- Keywords
- biotechnology, coffee/cocoa/tea, food safety and quality, genetically modified organism (GMO), international trade, agricultural commodities, beverages, genetic resources, plant production, seeds/planting material
- Categories
- *, agriculture, softs
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
“Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır: “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 881; 2007, №12, maddə 1218) aşağıdakı dəyişikliklər edilsin: 1. Aşağıdakı məzmunda 10.3-cü maddə əlavə edilsin: “10.3. Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”. 2. 18.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.”. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 iyun 2016-cı il № 289-VQD http://e-qanun.az/framework/5525