Law No. 287-VQD amending the Seed Act No. 257-IQ of the Republic of Azerbaijan
Made 2016-06-14 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu № 287-VQD.
- Language
- Azerbaijani
- Kind
- Act
- Country
- Azerbaijan
- Subjects
- Cultivated plants
- Keywords
- biotechnology, genetic resources, genetically modified organism (GMO), plant production, seeds/planting material
- Categories
- agriculture
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır: “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 354; 2001, № 12, maddə 736; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 7; 2005, № 11, maddə 997; 2007, № 3, maddə 205, № 5, maddə 398; 2008, № 2, maddə 49; 2013, № 11, maddə 1289) 26-cı maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin: “Toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.” İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 iyun 2016-cı il № 287-VQD http://e-qanun.az/framework/3819