Skip to content
Nelum
Laws of Azerbaijan

Law No. 232-IIIQ ratifying the Convention on establishment of European and Mediterranean Plant Protection Organization

Made 2007-02-01 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu № 232-IIIQ.
Language
Azerbaijani
Kind
Act
Country
Azerbaijan
Subjects
Cultivated plants
Keywords
plant protection, institution, international agreement-implementation, ratification, governance
Categories
agriculture

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. "Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında" Konvensiyaya qoşulmaq barəsində AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Azərbaycan Respublikası "Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında" Konvensiyaya Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun. II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 fevral 2007-ci il № 232-IIIQ Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında K O N V E N S İ Y A 1951-ci il aprelin 18-də yaradılmış Şuranın təklifi ilə 1955-ci il 27 aprel, 1962-ci il 9 may, 1968-ci il 18 sentyabr, 1973-cü il 19 sentyabr, 1982-ci il 23 sentyabr, 1988-ci il 21 sentyabr, 1999-cu il 15 sentyabr tarixlərində düzəlişlər edilmiş mətn Maddə I - Məqsədlər Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO[1]) tərəfindən qəbul olunmuş Beynəlxalq bitki karantini və mühafizəsi üzrə Konvensiyanın müddəalarına müvafiq olaraq, Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (bundan sonra "Təşkilat") bitki karantini və mühafizəsi üzrə tanınmış regional təşkilat kimi yaradılır. Təşkilatın məqsədləri: a. heyvan və insan sağlamlığının, habelə ətraf mühitin qorunmasına müvafiq olaraq bitki mühafizəsini təmin etmək üçün üzv dövlətlərin səylərinin dəstəklənməsi; b. bitki və bitki mənşəli məhsulların zərərverici orqanizmlərdən mühafizəsi, habelə onların yayılmasının, xüsusilə təhlükə altında olan ərazilərə introduksiyasının qarşısının alınması üzrə üzv dövlətlər arasında əməkdaşlığın davam və inkişaf etdirilməsi; c. bitki karantini və mühafizəsinə dair beynəlxalq səviyyədə razılaşdırı lmış fitosanitar və digər rəsmi tədbirlərin işlənib hazırlanması və lazım gəldikdə, bu məqsədlə müvafiq standartların hazırlanması; http://www.e-qanun.az/alpidata/framework/data/13/f 13180.htm# ftn1 d. FAO, WTO və bitki karantini və mühafizəsi üzrə digər regional təşki latlara, habelə oxşar funksiyalar daşıyan istənilən digər instansiyalara beynəlxalq standartların, habelə üzv dövlətlərin müvafiq kollektiv rəylərinin təqdim olunmasıdır. Maddə II – Anlayışlar Bu Konvensiyada verilən terminlər aşağıdakı mənalan daşıyır : "Beynəlxalq standartlar" - Bitki karantini və mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya müvafiq müəyyən edilmiş beynəlxalq standartlar (və ya normalar); "Bitkilər" - canlı bitkilər, toxum və hermoplazma daxil olmaqla, onların hissələri; "Bitki məhsulları" - emal edilməmiş bitki mənşəli materiallar (toxum daxil olmaqla), habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin introduksiyası və ya yayılması üçün risk yarada bilən emal edilmiş məhsullar; "Fitosanitar riskin analizi" - zərərli orqanizmlərin tənzimlənməsinin vacibliyi və ona qarşı tətbiq edilən fitosanitar tədbirlərin ciddiliyinin müəyyənləşdirilməsi üçün bioloji və ya digər elmi və iqtisadi məlumatların dəyərləndirilməsi prosesi; "Fitosanitar tədbir" - zərərli orqanizmlərin introduksiyasına və yayılmasına qarşı yönəldilmiş qanunvericilik, reqlamentasiya və ya rəsmi prosedur; "İntroduksiya" - zərərli orqanizmlərin uyğunlaşma ilə nəticələnən daxil olması; "Karantin altında olan orqanizm" - təhlükəyə məruz qalan ərazi (areal) üçün potensial iqtisadi əhəmiyyət kəsb edən, həmin ərazidə mövcud olmayan və ya olan, lakin məhdud yayılan və rəsmi mübarizə obyekti olan zərərli orqanizm; "Regional standartlar" - bitki karantini və mühafizəsi üzrə regional təşkilat tərəfindən bu təşkilatın üzvləri üçün təlimat kimi müəyyən olunmuş standartlar; "Təhlükəyə məruz ərazi (areal)" - ciddi iqtisadi itkilərlə nəticələnə bilən, zərərli orqanizmin uyğunlaşması üçün ekoloji amillərin əlverişli olduğu ərazi; "Tənzimlənən qeyri-karantin zərərli orqanizm" - bitkilərin əkin üçün güman edilən istifadəsini iqtisadi cəhətdən yolverilməz edən və bu səbəbdən idxal edən ölkənin ərazisində tənzimlənən qeyri-karantin zərərli orqanizm; "Tənzimlənən zərərli orqanizm" - karantin zərərli orqanizm və ya tənzimlənən qeyri karantin zərərli orqanizm; "Zərərli orqanizm" - bitkilərin, heyvanların və ya patogen agentlərin bitkilər və bitki məhsulları üçün zərərli olan istənilən növü, ştamı və ya biotipi. Maddə III – Üzvlük a) Təşkilata üzvlük aşağıda sadalanan subyektlərin: 1. II Əlavədə göstərilən dövlətlərin hökumətlərinin; 2. Təşkilat Şurasının üzv kimi dəvət edə biləcəyi istənilən dövlətin hökumətinin Konvensiyanın XX maddəsinin müddəalarına müvafiq olaraq ona qoşulması yolu ilə mümkündür. b) XXI maddənin müddəalarına uyğun olaraq barəsində bəyanat verilmiş hər hansı ərazinin Hökuməti yalnız belə bəyanat vermiş üzv dövlətin təklifi ilə Təşkilat Şurası tərəfindən üzv olaraq qəbul edilə bilər. İstənilən belə qərar üçdə iki səs çoxluğu ilə qəbul olunur. Bu qaydada qəbul edilmiş ərazilər Şuranın rəyinə əsasən, Təşkilatın işinə fərdi və konkret töhfə vermək iqtidarında olmalıdır. Maddə IV - Mənzil-qərargah a) Təşkilatın qərargahı Parisdədir. b) Təşkilatın inzibati xarakter daşıyan müşavirələri, bir qayda olaraq, mənzil qərargahda keçirilir. Maddə V – Funksiyalar Təşkilat aşağıdakı funksiyaları yerinə yetirir: a) aşağıdakıları işləyib hazırlayır: 1. bütövlükdə bitki karantini və mühafizəsində fitosanitar tədbirlərin tətbiqində səmərəli təcrübə prinsiplərini; 2. regional standartları; b) aşağıdakılara kömək edir: 1. bitki karantini və mühafizəsi üzrə fitosanitar və digər rəsmi tədbirlərin uyğunlaşdırılmasına; 2. fitosanitar reqlament və sertifikatların sadələşdirilməsinə və unifikasiyasına; c) üzv dövlətlərə aşağıdakılar barədə məsləhətlər verir: 1. tənzimlənən zərərli orqanizmlərin introduksiyasının və yayılmasının qarşısını almaq üçün zəruri olan texniki tədbirlər, xüsusilə onların təftişi, analizləri, sertifikatlaşdırılması, işlənməsi, müayinə və məhv edilməsi; 2. tənzimlənən zərərli orqanizmlərin introduksiyasının və yayılmasının qarşısını almaq üçün zəruri olan inzibati və qanunverici tədbirlər, xüsusilə fitosanitar riskin analizi, habelə tənzimlənən zərərli orqanizmlərin siyahısının tərtib edilməsi və lazım gəldikdə təzələnməsi; 3. bitki mühafizəsinin səmərəli təcrübəsinin prinsiplərinə, habelə imkan daxilində onların ərazilərində həmin preparatların kommersiya satışı və istifadəsinə nəzarət üçün, bitki inteqrir mübarizəsi prinsiplərinə müvafiq olaraq, bitki mühafizəsi üzrə preparatların qeydiyyata alınması və ya icazəsi üçün zəruri tədbirlərin görülməsi; d) praktiki mümkün hallarda üzv dövlətlərin zərərli orqanizmlərlə mübarizə üzrə təşkil etdiyi beynəlxalq kampaniyaların koordinasiyası və həvəsləndirilməsi; e) zərərli orqanizmlərə və onlarla mübarizə metodlarına münasibətdə elmi tədqiqatlar sahəsində, habelə müvafiq elmi informasiyanın mübadiləsi sahəsində əməkdaşlığa yardım edilməsi; f) informasiyanın aşağıdakı yollarla yayılması: 1. üzv dövlətlərdən zərərli orqanizmlərin mövcudluğu, ocaqları və ya yayılması barədə informasiyanın alınması və bu informasiyanın üzv dövlətlərə çatdırılması; 2. tənzimlənən zərərli orqanizmlərin siyahısına və ya bitki və bitki mənşəli məhsulların sərbəst dövriyyəsinə toxunan digər tədbirlərə dair milli fitosanitar qanunvericilik üzrə informasiya mübadiləsinin təmin edilməsi; 3. sənədlər və informasiya xidmətinin yaradılması, habelə texniki və ya elmi inkişaf üçün nəzərdə tutulmuş materialların lazımi qaydada nəşri; g) Təşkilatın məqsədlərinə nail olunması üçün bütövlükdə bütün zəruri və faydalı tədbirlərin görülməsi. Maddə VI - Üzv dövlətlərin vəzifələri a) Təşkilatı təmsil edən üzv dövlətlər öz funksiyalarını həyata keçirmək üçün Təşkilatın məntiqə əsaslanaraq tələb edə biləcəyi bütün informasiyanı, xüsusən V.f. 1 və V.f. 2-ci maddələrində göstərilən məlumatı, imkan daxilində, ona təqdim edirlər. b) Üzv dövlətlər Təşkilat Şurasının qəbul etdiyi tövsiyələrə, o cümlədən Regional Standartlara riayət etməyə çalışmalıdırlar. Maddə VII - Digər təşkilatlarla qarşılıqlı münasibətlər Mövcud Konvensiyanın məqsədlərinə nail olmaq üçün Təşkilat FAO və bitki karantini və mühafizəsi üzrə digər regional təşkilatlarla əməkdaşlıq etməlidir, o, həmçinin WTO və müvafiq fəaliyyətin həyata keçirilməsində ox-şar məsuliyyət daşıyan digər instansiyalarla əməkdaşlıq edə bilər. Bu fəaliyyət bitki karantini və mühafizəsinə dair fitosanitar və digər rəsmi tədbirlər üzrə standartların müəyyən olunmasını, habelə, imkan daxilində, Təşkilatın regional standartlarının dünya standartları layihələrinə çevrilməsini əhatə edir. Təşkilat fəaliyyətinin təkrarlanmaması üçün bütün səylərini əsirgəməməlidir. Maddə VIII - Təşkilatın strukturu Təşkilatın tərkibinə daxildir: a) Şura; b) administrasiya; buraya İcraiyyə Komitəsi, Baş direktor və xidmət heyəti daxildir; c) hesablan yoxlama komissiyası; d) XIII.a.5-ci maddəsinə müvafiq olaraq Şuranın təsis etdiyi orqanlar. Maddə IX – Şura a) Təşkilatın Şurası üzv dövlətlərin nümayəndələrindən ibarətdir. Hər bir üzv dövlət Şuraya bir nümayəndə və bir nümayəndə müavini təyin etmək hüququna malikdir. Üzv dövlət tərəfindən təyin olunmuş nümayəndə və onun müavini, köməkçilər və müşavirlərlə müşayiət oluna bilərlər. b) Şurada hər bir üzv dövlət bir səs hüququna malikdir. Maddə X - Şuranın sessiyası a) Bir qayda olaraq, Şura növbəti sessiyaya ildə bir dəfə toplaşır. b) Şuranın fövqəladə sessiyası, istənilən vaxt, üzv dövlətlərin azı üçdə biri Prezidentə yazılı surətdə müraciət etdiyi halda çağırılmalıdır. M a d d ə XI – Qaydalar Şura Təşkilatın Prosedur Qaydalarını, eyni zamanda Təşkilatın Maliyyə Qaydalarını müəyyən edir. Maddə XII - Müşahidəçilər Şuranın icazəsi ilə, Təşkilatın üzvü olmayan istənilən dövlət, habelə fəaliyyəti Təşkilatın fəaliyyəti ilə əlaqədar olan istənilən hökumətlərarası təşkilat Şuranın sessiyasında səsvermə hüququ olmadan bir və ya bir neçə müşahidəçi ilə təmsil oluna bilər. Maddə XIII - Şuranın funksiyaları Şura: a) aşağıdakıların müzakirəsindən sonra qərar çıxarır: 1. Şuranın son növbəti sessiyasından keçən müddət ərzində Təşkilatın fəaliyyəti barədə Baş direktorun hesabatı; 2. Təşkilatın işinin istiqamətləri və fəaliyyət proqramları; 3. büdcə; 4. illik hesablar və hesabat balansı; 5. Təşkilatın işini təmin etmək məqsədilə təsis edilmiş xüsusi və ya daimi orqanların yaradılması və buraxılması; 6. bu orqanların hesabatları; 7. İcraiyyə Komitəsi tərəfindən təqdim edilən təkliflər; b) nizamnamənin müddəalarına müvafiq seçkiləri keçirir; c) özünün müəyyən etdiyi şərtlərlə Baş direktoru təyin edir. Maddə XIV - Prezident və vitse-Prezident a) Şura üzv dövlətlərin nümayəndələrindən Prezident və vitse-Prezident seçir. b) Prezident və vitse-Prezident üç il müddətinə seçilirlər. Onlar təkrar olaraq, yeni mandat üçün öz namizədliklərini irəli sürə bilərlər. c) Prezident və vitse-Prezident Şura və İcraiyyə Komitəsi çərçivəsində eyni funksiyaları yerinə yetirirlər. d) Seçildikdən sonra Prezident və vitse-Prezident öz dövlətlərini təmsil etməyi dayandırırlar. Maddə XV - İcraiyyə Komitəsi a) İcraiyyə Komitəsi Prezident və vitse-Prezidentdən, habelə üzv dövlətlərin Şura tərəfindən seçilən yeddi nümayəndəsindən ibarətdir. b) İcraiyyə Komitəsi üzvlərinin mandatı müddəti, bir qayda olaraq, üç illik müəyyən olunur və onlar təkrar seçilə bilərlər. c) İcraiyyə Komitəsində mandatın normal bitmə müddətinə qədər vakansiya açıldığı halda, İcraiyyə Komitəsi üzv dövlətlərə qalan müddətə bu vakansiyanı tutmağı təklif edir. d) İcraiyyə Komitəsi ildə bir dəfədən az olmayaraq toplaşır. Maddə XVI - İcraiyyə Komitəsinin səlahiyyətləri İcraiyyə Komitəsi: a) Şuraya Təşkilatın iş və fəaliyyəti proqramının istiqamətlərini təklif edir; b) VII maddəyə müvafiq olaraq digər təşkilatların təqdim etdiyi tövsiyələri nəzərdən keçirir və onlardan irəli gələn təklifləri Şuraya verir; c) Şuranın qərarlarına müvafiq Təşkilatın fəaliyyətini təmin edir; d) Şuraya büdcə layihəsini, habelə illik hesablan və balanslan təqdim edir; İcraiyyə Komitəsi Şura tərəfindən baxılanadək öz qüvvəsini saxlayan müvəqqəti büdcəni təsdiq edə bilər; e) Konvensiyaya müvafiq olaraq onun öhdəsinə qoyula biləcək və ya Şura tərəfindən ona həvalə oluna biləcək digər məsələləri icra edir; f) öz xüsusi proseduralarını təsdiq edir. Maddə XVII - Baş direktor Baş direktor: a) Təşkilatın Katibliyinə rəhbərlik edir və onun işi üçün məsuliyyət daşıyır; b) Şura tərəfindən təsdiq edilmiş proqramı, habelə İcraiyyə Komitəsi tərəfindən ona həvalə olunmuş məsələləri həyata keçirir; c) Şuranın hər növbəti sessiyasına Təşkilatın fəaliyyəti və maliyyə vəziyyəti barədə hesabat təqdim edir. Maddə XVIII - Maliyyə a) Təşkilatın xərcləri üzv dövlətlərin illik üzvlük haqlan, habelə Şura və İcraiyyə Komitəsi tərəfindən bəyənilmiş digər daxilolmalar hesabına ödənilir. b) Üzv dövlətlərin üzvlük haqqının miqdarı I Əlavədə göstərilmiş cədvəl üzrə müəyyən olunur. c) Konvensiyaya qoşulma zamanı yeni üzv dövlətlər, yalnız FAO-nun üzvü olduqları halda, I Əlavədə göstərilən üzvlük haqlan cədvəlində müvafiq kateqoriyalara aid edilirlər. Əks təqdirdə Şura onların kateqoriyasına dair qərar qəbul edir. I Əlavə və I Əlavə cədvəlindəki üzv dövlətlərin kateqoriyaları Şuranın üzvü olan dövlətlərin üçdə iki hissəsinin çıxardığı qərar əsasında dəyişdirilə bilər. d) İcraiyyə Komitəsinin tövsiyəsinə əsasən Şura, I Əlavədə müəyyən olunmuş əsas üzvlük haqqına, təşkilatın fəaliyyətinə və yaxud yaranmış iqtisadi şəraitə onun uyğunlaşması məqsədilə düzəliş əmsalının tətbiq olunması haqqında qərar qəbul edə bilər. Bu halda qərar, səsvermədə iştirak edən və səs verən üzv dövlətlərin üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul olunur. e) İllik üzvlük haqlan Təşkilatın maliyyə ilinin əvvəlində ödənilir. f) İcraiyyə Komitəsi marağı olan üzv dövlətlərin razılığı ilə üzvlük haqlarının ödəniləcəyi valyutanı müəyyən edir. g) Yeni üzv dövlət XX maddənin şərtlərinə müvafiq olaraq, qoşulması qüvvəyə minən maliyyə ili üçün öz birinci illik üzvlük haqqını ödəyir. h) Əlavə üzvlük haqları ayrı-ayrı dövlətlər və ya dövlətlər qrupu tərəfindən Təşkilatın bu dövlətin və ya dövlətlər qrupunun maraqlan çərçivəsində apardığı xüsusi layihələr və ya mübarizə kampaniyaları ilə əlaqədar ödənilə bilər. i) Üç üzv dövlətin nümayəndələrindən ibarət hesablan yoxlama komissiyası Şura tərəfindən seçilir. Bu komissiyanın üzvləri üç il müddətinə seçilirlər və sonrakı üç il müddətinə seçilə bilməzlər. j) İcraiyyə Komitəsi Şura tərəfindən bəyənildikdə, Təşkilatın illik hesablarını yoxlamaq üçün auditor təyin edir. k) Hesablan yoxlama komissiyası hər il auditorla birlikdə Təşkilatın hesablarını və idarə edilməsini müzakirə edir. Bu haqda Şura qarşısında hesabat verir. Maddə XIX - Düzəlişlər a) Konvensiyaya və I Əlavəyə düzəlişlərə dair təkliflərin mətni onlara Şurada baxılmasından ən azı üç ay əvvəl Baş direktor tərəfindən üzv dövlətlərə göndərilir. b) Konvensiyaya edilən düzəlişlər iştirak edən və səs verən üzvlərin üçdə iki hissəsinin səs çoxluğu olduqda Şura tərəfindən təsdiq edilir; bununla belə, əgər bu düzəlişlər üzv dövlətlər üçün yeni öhdəliklər yaradırsa (I Əlavənin c bəndində nəzərdə tutulmuş düzəlişlər istisna olmaqla), onlardan hər biri konkret dövlət üçün yalnız həmin dövlət onu qəbul etdikdən sonra qüvvəyə minir. c) I Əlavəyə edilən düzəlişlər Şura tərəfindən üzv dövlətlərin üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul edilir. d) Düzəlişlərin qəbul edilməsi haqqında bildiriş Fransa Hökumətinə göndərilir, öz növbəsində o, bütün üzv dövlətlərə razılığın alınması, habelə müxtəlif düzəlişlərin qüvvəyə minməsi haqqında məlumat verir. Maddə XX - İmzalanma və qoşulma a) Bu Konvensiya III maddənin müddəalarına müvafiq olaraq ona üzv olan dövlətlərin imzalaması və ya qoşulması üçün aşağıdakı hallarda açıq qalır: 1. ratifikasiya, qəbul etmə, yaxud təsdiq etmə haqqında qeyd-şərtsiz imzalama zamanı; 2. sonradan ratifikasiya , qəbul, yaxud təsdiq edilməklə imzalama zamanı; 3. qoşulma zamanı. b) Ratifikasiya, qəbul etmə, yaxud təsdiq etmə, habelə qoşulma sənədləri Fransa Hökumətinə təqdim olunur. O, həmin dövlətlərdən hər birinin sənədi imzaladığı və ya təhvil verdiyi tarix barədə bütün üzv dövlətlərə məlumat verir. Maddə XXI - Əraziyə tətbiq a) İstənilən hökumət istənilən vaxtda bəyanat verə bilər ki, onun Konvensiyada iştirakı bütün ərazini və ya onun, beynəlxalq münasibətləri üçün məsuliyyət daşıdığı hissəsini əhatə edir. Belə bəyanat Fransa Hökumətinə təqdim olunur. b) Əvvəlki yarımbəndə müvafiq olaraq, üzv dövlətlər tərəfindən verilmiş istənilən bəyanat Fransa Hökuməti onu aldıqdan otuz gün sonra qüvvəyə minir. c) Fransa Hökuməti bu maddəyə müvafiq verilmiş bəyanatlar haqqında Konvensiyanın iştirakçısı olan bütün üzv dövlətlərə dərhal xəbər verir. Maddə XXII - Konvensiyadan çıxma a) İki il iştirakdan sonra istənilən üzv dövlət Fransa Hökumətinə bildiriş göndərməklə, istənilən vaxt bu Konvensiyadan çıxa bilər. Konvensiyadan çıxma bildirişin alındığı tarixdən bir il sonra qüvvəyə minir. b) Ardıcıl olaraq iki il üzvlük haqqının ödənilməməsi, adətən, həmin üzv dövlətin öhdəliyə riayət etmədiyi üçün Konvensiyadan çıxmasını tələb edir. c) XXI maddəyə müvafiq olaraq Konvensiyanın bir və ya bir neçə əraziyə tətbiqi bu ərazini və ya ərazilərin beynəlxalq münasibətləri üçün məsuliyyət daşıyan üzv dövlətin Fransa Hökumətinə ünvanlanmış bildirişi ilə dayandırıla bilər. Bildiriş alındıqdan bir il sonra qüvvəyə minir. d) Fransa Hökuməti bu maddəyə müvafiq olaraq göndərilmiş bildirişlər barədə bütün üzv dövlətləri dərhal məlumatlandırır. Maddə XXIII - Qüvvəyə minmə a) Bu Konvensiya XX maddənin müddəalarına müvafiq olaraq, beş dövlətin Konvensiyaya üzv olduğu tarixdən qüvvəyə minir. b) Fransa Hökuməti Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətləri qüvvəyə minmə tarixi barədə dərhal məlumatlandırır. c) Ratifikasiya, qəbul etmə və təsdiq etmə, yaxud qoşulma sənədləri hər bir ölkə üçün Konvensiyanın bu maddəsinin (a) bəndinə müvafiq olaraq qüvvəyə minir. Konvensiya bu dövlətin ratifikasiya, qəbul etmə və ya təsdiq etmə, yaxud qoşulmaya dair öz sənədlərini təqdim etməsindən sonra qüvvəyə minir. ƏLAVƏ I İllik ödənişlər cədvəli 1966-1967-ci illər üçün FAO-nun büdcəsinə üzv dövlətlər tərəfindən ödənilən pay əsasında 1968-ci il 18 sentyabr tarixində Şuranın funt sterlinqlə təsdiq etdiyi şkaladan törəmələr Fransa frankı ilə ifadə edilmişdir. (bax. Maddə XVIII) Kateqoriya FAO-ya ödəniş payı, faizlə Fransa frankı ilə illik ödənişlər (əsas) 1 0,01 - dən az 4 590 2 0,01 - 0,15 9 180 3 0,16 - 0,45 13 770 4 0,46 - 0,75 18 360 5 0,76 - 1,35 22 950 6 1,36 - 2,00 27 540 7 2,01 - 2,50 32 130 8 2,51 - 5,00 36 720 9 5,01 - 7,50 41 310 10 7,51 - 10,00 45 900 ƏLAVƏ II A. 1951-ci ildə Konvensiyaya qoşulmaq üçün dəvət olunan Avropa və Aralıq dənizi regionu ölkələri: Avstriya Albaniya Belorusiya SSR Belçika Bolqarıstan Macarıstan Yunanıstan Danimarka Misir İsrail İrlandiya İslandiya İspaniya İtaliya Livan Lixtenşteyn Lüksemburq Monako Niderland Norveç Polşa Portuqaliya Rumıniya San-Marino Suriya Birləşmiş Krallıq SSRİ Türkiyə Ukrayna SSR Almaniya Federativ Respublikası Finlandiya Fransa (həmçinin Əlcəzair, Tunis və Mərakeş üçün) Çexoslovakiya İsveçrə İsveç Yuqoslaviya B. 1996-cı ildə Konvensiyaya qoşulmaq üçün Şura tərəfindən dəvət olunan ölkələr: Azərbaycan Liviya Ermənistan Litva Bosniya və Herseqovina Moldova Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Tacikistan Gürcüstan Türkmənistan İordaniya Özbəkistan Qazaxıstan Yuqoslaviya (İttifaq Respublikası) Qırğızıstan Orijinal mətnə imzalar Hökumətləri tərəfindən lazımi səviyyədə səlahiyyətlər verilmiş aşağıda imza edənlər Konvensiyanı və onun əlavələrini imzalamışlar. 1951-ci il aprelin 18-də Parisdə bir nüsxədə imzalanmışdır, həmin nüsxə Fransa Hökumətinin arxivində saxlanılacaqdır.  Danimarka Halvor Skov P.Bovien Belçika Guillaume H.Van Orshoven İspaniya Miguel Benlloch Fransa R.Protin İrlandiya D.Delaney İtaliya A.Melis Lüksemburq E.Wirion Hollandiya C.J.Briejer Portuqaliya s Francisco Aranha Almaniya FR H.Drees Böyük Britaniya J.Hensley İsveçrə A. Chaponnier Yuqoslaviya G.Nonveiller Avstriya F.Beran Yunanıstan D.Koulopoulos Nüsxə Fransa Respublikasının arxivlərində saxlanılan müvafiq orijinalla təsdiq olunur. Səlahiyyətli nazir Protokol xidmətinin rəisi Eduard dö li Şovine 1999-cu il 14 sentyabr tarixinə BİTKİ KARANTİNİ VƏ MÜHAFİZƏSİ ÜZRƏ AVROPA VƏ ARALIQ DƏNİZİ TƏŞKİLATINA ÜZV HÖKUMƏTLƏR http://www.e-qanun.az/alpidata/framework/data/13/f 13180.htm# ftn2 Və I Əlavə kateqoriyalar Ölkə Dərəcə Ölkə Dərəcə Avstriya 4 Litva 2 Albaniya 2 Lüksemburq 2 Əlcəzair 2 Malta 2 Belarus 2 Mərakeş 2 Belçika 6 Niderland 6 Bolqarıstan 3 Norveç 4 Keçmiş Yuqoslaviya Respublikası Makedoniya 2 Polşa 6 Macarıstan 3 Portuqaliya 3 Almaniya 10 Rusiya Federasiyası 9 Qemsi 2 Rumıniya 4 Yunanıstan 3 Slovakiya 2 Danimarka 5 Sloveniya 2 Cersi 2 Birləşmiş Krallıq 10 İsrail 3 Tunis 2 İordaniya 2 Türkiyə 4 İrlandiya 3 Ukrayna 6 İspaniya 5 Finlandiya 4 İtaliya 8 Fransa 10 Kipr 2 Xorvatiya 2 Qazaxıstan 2 Çex Respublikası 3 Qırğızıstan 2 İsveçrə 5 Latviya 2 İsveç 6 Estoniya 2 "Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında Konvensiya"ya dair Azərbaycan Respublikasının B Ə Y A N A T I Azərbaycan Respublikası bəyan edir ki, bu Konvensiyanın müddəalarının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində həyata keçirilməsinə həmin ərazilərin işğaldan azad edilməsinədək zəmanət verə bilməyəcəkdir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur). [1] Bitki karantini və mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın VIII maddəsi, 6.12.1951; Konvensiyanın FAO Konfransının 1997-ci ilin noyabrında keçirilmiş iyirmi doqquzuncu sessiyasının 12/97 nömrəli qətnaməsi ilə təsdiq olunmuş yenidən baxılmış mətninin IX maddəsi.  Konvensiyanın çap olunmuş yenidən baxılmış mətni, düzəlişlər də daxil olmaqla, Təşkilatın Şurası tərəfindən 1955-ci il 27 aprel, 1962-ci il 9 may, 1968-ci il 18 sentyabr, 1973-cü il 19 sentyabr, 1982-ci il 23 sentyabr, 1988-ci il 21 sentyabr və 1999-cu il 15 sentyabr tarixlərində qəbul edilmiş mətbəə nüsxələri Fransa Hökumətinə depozitə verilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/13/f 13180.htm# ftnref1 http://www.e-qanun.az/alpidata/framework/data/13/f 13180.htm# ftnref2

Law No. 232-IIIQ ratifying the Convention on establishment of European and Mediterranean Plant Protection Organization · Nelum