Law No 1100-IVQD amending the Law No. 898-IQ on grain
Made 2014-10-28 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu.
- Language
- Azerbaijani
- Kind
- Act
- Country
- Azerbaijan
- Subjects
- Cultivated plants
- Keywords
- cereals/grains/rice, plant production, plant protection, risk assessment/management, special fund, transport/storage, crops, agricultural commodities
- Categories
- agriculture
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır: “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 491; 2004, № 2, maddə 57; 2007, № 5, maddə 397; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin: 1. 6.4-cü maddənin ikinci cümləsində “girov qanunvericiliyinə” sözləri “Mülki Məcəlləsinə” sözləri ilə əvəz edilsin; 2. 8.1-ci maddənin birinci cümləsindən “lazım gəldikdə” sözləri və ikinci cümləsi çıxarılsın; 3. 8.4-cü maddədə “zəruriyyət yarandıqda” sözləri “taxıl məhsullarına tələbat yerli istehsal hesabına ödənilmədikdə” sözləri ilə əvəz edilsin; 4. 11.1-ci maddədə “İdxal hesabına dövlət taxıl fondu üçün taxıl məhsullarının tədarükünə zərurət yarandıqda, alınası” sözləri “Dövlət taxıl fondu üçün taxıl məhsulları idxal hesabına tədarük edildikdə, gətirilən” sözləri ilə əvəz edilsin; 5. 15.2-ci maddədə “öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər” sözləri “müvafiq icra hakimiyyəti orqanı həyata keçirir” sözləri ilə əvəz edilsin; 6. 15.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin; 7. 15.3.8-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 15.3.9-cu maddə ləğv edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 oktyabr 2014-cü il № 1100-IVQD http://e-qanun.az/framework/631