Skip to content
Nelum
Laws of Azerbaijan

Law № 970-IVQD amending the Law No. 723-IQ on water supply and effluent wastewater

Made 2014-05-30 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu № 970-IVQD.
Language
Azerbaijani
Kind
Act
Country
Azerbaijan
Subjects
Water
Keywords
business/industry/corporations, certification, authorization/permit, institution, risk assessment/management, water supply, effluent waste water/discharge, pollution control, freshwater pollution, governance
Categories
*

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №1, maddə 2; 2007, №5, maddə 436; 2008, №5, maddə 348; 2009, №10, maddə 768; 2010, №5, maddə 374; 2011, №4, maddə 263; 2012, №6, maddə 505) aşağıdakı dəyişikliklər edilsin: 1. 1-ci maddənin on ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin: “su təsərrüfatı pasportu – əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət, istismar və texniki xüsusiyyətlərindən asılı olaraq istifadə etdikləri (edəcəkləri) suyun, kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq) tullantı sularının normativ həcmini və tərkibindəki çirkləndirici maddələrin yol verilən qatılıq həddini müəyyənləşdirən texniki sənəddir.”. 2. 2-ci maddədə “əhalinin, müəssisə, idarə və təşkilatların” sözləri “istehlakçıların” sözü ilə əvəz edilsin. 3. 12-ci maddənin “a” yarımbəndində “lazımi miqdarda” sözləri çıxarılsın, “məqsədlər üçün” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda” sözləri əlavə edilsin. 4. 20-ci maddənin 1-ci hissəsində “lazımi” sözü “bu Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq müəyyən edilən” sözləri ilə əvəz edilsin. 5. 23-cü maddə üzrə: 5.1. 2-ci hissənin “a” yarımbəndinə “məlumatların” sözündən sonra “, habelə su təsərrüfatı pasportunun” sözləri əlavə edilsin; 5.2. 5-ci hissəyə “verilməsi” sözündən sonra “, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması” sözləri əlavə edilsin. 6. 24-cü maddənin 1-ci hissəsinin “c” yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “d” yarımbəndi əlavə edilsin: http://e-qanun.az/framework/74 “d) su təsərrüfatı pasportunun tərtib edilməsini.”. 7. 37-ci maddənin 1-ci hissəsinin “a” yarımbəndinə “müraciət etməli” sözlərindən sonra “, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli” sözləri əlavə edilsin. 8. 38-ci maddənin 1-ci hissəsinin “a” yarımbəndinin birinci cümləsinə “(layihəsini)” sözündən sonra “və su təsərrüfatı pasportunu” sözləri, üçüncü cümləsində “təsdiqlənmiş plana” sözlərindən sonra “və razılaşdırılmış su təsərrüfatı pasportuna” sözləri əlavə edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 may 2014-cü il № 970-IVQD

Law № 970-IVQD amending the Law No. 723-IQ on water supply and effluent wastewater · Nelum