Skip to content
Nelum
Laws of Azerbaijan

Law № 775-IVQD amending the Law No. 759-IG On Foodstuffs

Made 2013-10-22 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

research.laws.repealedOn

About this law

Original title
Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu.
Language
Azerbaijani
Kind
Act
Country
Azerbaijan
Subjects
Food and nutrition
Keywords
food safety and quality, food security, genetically modified organism (GMO)

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257) aşağıdakı dəyişikliklər edilsin: 1. 7-ci maddənin beşinci hissəsinə “maddələr” sözündən sonra “və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materialları” sözləri əlavə edilsin; 2. 9-cu maddənin beşinci hissəsinə “preparatların” sözündən sonra “, habelə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının” sözləri əlavə edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 oktyabr 2013-cü il № 775-IVQD

Law № 775-IVQD amending the Law No. 759-IG On Foodstuffs · Nelum