Law № 606-VQD amending the Law No. 759-IG on Foodstuffs
Made 2017-04-14 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu № 606-VQD.
- Language
- Azerbaijani
- Kind
- Act
- Country
- Azerbaijan
- Subjects
- Food and nutrition
- Keywords
- certification, food safety and quality, inspection
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257; 2013, № 11, maddə 1290; 2014, № 11, maddə 1365; 2015, № 11, maddə 1252) 6-cı maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1. Birinci cümlədə “standartlar və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə yeyinti məhsulları müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə yeyinti məhsulları müvafiq icra hakimiyyəti orqanlarının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumları və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin. 2. İkinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 aprel 2017-ci il № 606-VQD http://e-qanun.az/framework/28108 http://e-qanun.az/framework/28108 http://e-qanun.az/framework/98