State Standard No. AZS 855-2015 for Food Products. Rules for marking with the sign “Contains no GMO”. Basic concepts
صدر في 2015-12-14 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Azərbaycan Respublikasinin Dövlət Standarti Qida məhsulları. “Tərkibində GMO yoxdur” nişanı ilə markalanma qaydaları. Əsas müddəalar AZS 855-2015.
- اللغة
- Azerbaijani
- النوع
- أخرى
- الدولة
- أذربيجان
- الموضوعات
- Food and nutrition
- الكلمات المفتاحية
- standards, food safety and quality, genetically modified organism (GMO), inspection, consumer protection, packaging/labelling
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI Q Ə R A R № 150111500015 Bakı şəhəri “14” dekabr 2015-ci il Dövlət standartlarının təsdiq edilməsi haqqında “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2015-ci il tarixli 609 nömrəli Fərmanlarının icrası məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 3 və 7-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır: 1. Aşağıdakı dövlət standartları təsdiq edilsin: 1.1 AZS 745-2015 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” 1.2 AZS 855 -2015 (ТКП 131-2008 (30220) “Qida məhsulları.“Tərkibində GMO yoxdur” nişanı ilə markalanma qaydaları. Əsas müddəalar” 1.3 SSAZ 005-2015 “Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri” 2. SSAZ 005-2007 “Avtomobil nəqliyyatı vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri” standartının təsdiq edilməsi ilə bağlı Komitənin 15.05.2007-ci il tarixli 060 nömrəli əmri ləğv edilsin. 3. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (E. Cəbrayılov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. 4. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin. 5. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (X. Məmmədov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin. 6. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin. 7. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. Kollegiyanın sədri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “14” dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilmişdir. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI QİDA MƏHSULLARI “TƏRKİBİNDƏ GMO YOXDUR” NİŞANI İLƏ MARKALANMA QAYDALARI Əsas müddəalar AZS 855 -2015 (ТКП 131-2008 (30220) MÜQƏDDİMƏ 1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən İŞLƏNİB HAZIRLANIB, “Yeyinti və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitədə (ТК-02) müzakirə olunub və TƏQDİM EDİLİB. 2. Bu standart Belarus Respublikasının “Tехнический кодекс установившейся практики “Пищевые продукты. Правила маркировки знаком «Не содержит ГМО». Основные положения” normativ sənədinin əsasında hazırlanıb. 3. İlk dəfə tətbiq edilir. 4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir. MÜQƏDDİMƏ 1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən İŞLƏNİB HAZIRLANIB, “Yeyinti və kənd məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitədə (ТК-02) müzakirə olunub və TƏQDİM EDİLİB. 2. Bu standart Belarus Respublikasının “Tехнический кодекс установившейся практики “Пищевые продукты. Правила маркировки знаком «Не содержит ГМО». Основные положения” normativ sənədinin əsasında hazırlanıb. 3. İlk dəfə tətbiq edilir. 4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI Qida məhsulları “Tərkibində GMO yoxdur” nişanı ilə markalanma qaydaları Əsas müddəalar Пищевые продукты ПРАВИЛА МАРКИРОВКИ ЗНАКОМ «Не содержит ГМО» Основные положения Food products Rules for marking with the sign «Сontains no GMO» Basic concepts AZS 855 -2015 (ТКП 131-2008 (30220) 1 İstifadə sahəsi Bu standartda qida məhsullarının könüllü “Tərkibində GMO yoxdur” nişanı ilə markalanmasının və istehsalçıların, idxalçıların və istehsalçının səlahiyyətli nümayəndəsi tərəfindən istifadəsinin tətbiqi üçün nəzərdə tutulur. 2 Normativ istinadlar Bu standartda aşağdakı standartlara istinadlar olunmuşdur: AZS 843-2015 (ГОСТ Р 51074-2003) Qida məhsulları. İstehlakçılar üçün məlumat. Ümumi tələblər. Qeyd: Bu standartdan istifadə edərkən cari ilin 1 yanvar tarixində tərtib edilmiş və cari ildə müvafiq məlumat göstəriciləri ilə çap edilmiş kataloq üzrə texniki tənzimlənmə və standartlaşdırma sahəsində texniki normativ hüquqi aktların (TNHA) fəaliyyətini yoxlamaq məqsədəuyğundur. Əgər ТNHA-da istinadlar əvəz olunarsa (dəyişdirilərsə), onda bu standartdan istifadə edərkən əvəzedilmiş (dəyişdirilmiş) ТNHA-dan istifadə edilməlidir. Əgər TNHA istinadları əvəz edilmədən ləğv edilibsə, onda istinadda verilmiş müddəa istinada aidiyyatı olmayan hissələrdə tətbiq olunur. 3 TERMİN VƏ TƏRİFLƏR Bu standartda AZS 843-2015 (ГОСТ Р 51074-2003) təsbit olunmuş terminlər, və eyni zamanda müvafiq təriflərlə aşağıdakı terminlər istifadə olunur: 3.1 “Tərkibində GMO yoxdur” markalanma nişanı: Qida məshulunun istehlak tarasının üzərinə vurulan və verilmiş qida məhsulunun tərkibində genetik modifikasiyaya uğramış orqanizmin saxlamadığını və gen mühəndisliyi üsulları tətbiq olunmadan istehsal edildiyi barədə məlumatı istehlakçıya çatdırmaq üçün qrafik təsvir 3.2 Genetik modifikasiya olunmuş orqanizm (GMO): gen mühəndisliyi üsulları alınmış və tərkibində gen materialının yeni kombinasiyası olan canlı orqanizm. 3.3 Ərizəci: Könüllü ardıcıllıqla bu bu standartda verilmiş bütün şərt və tələbləri yerinə yetirən, “Tərkibində GMO yoxdur” nişanını qida məhsullarına markalanmasını həyata keçirməyə hazırlaşan istehsalçı. 4 Qida məhsulların markalanma qaydaları 4.1 Könüllü markalanmanın məqsədləri: qida məhsulları haqqında geniş və həqiqi məlumatların alınması üçün istehlakçının hüquqların reallaşdırması; qida məhsulların bilikli seçimində istehlakçılara yardım göstərilməsi; qida məhsulların rəqabət qabiliyyətinin artırılması. 4.2 Üzərində “Tərkibində GMO yoxdur” nişanı olan ərzaq məhsullarının tərkibində GMO olmamalı və bu məhsullar genetik mühəndislik metodlarından istifadə etmədən hazırlanmalıdırlar. 4.3 Məhsulların könüllü markalanması, GMO-nun olmamasına dair genetik mühəndislik metodlarından istifadə etməklə alınan genetik modifikasiya tərkiblərinin (komponentlərin) olub-olmamasına qüvvədə olan qanunvericiliyə uyğun olaraq nəzarət olunmalı yeyinti məhsullarına aid edilir. 4.4 Könüllü markalanma ərizə verənin şəxsi vəsaiti hesabına Milli Akkreditasiya Sistemində akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır. 4.5 “Tərkibində GMO yoxdur” nişanının vurulmasına əsas yeyinti məhsullarının GMO olmamasına dair keyfiyyət analizlərinin lobarotariya tədqiqatlarının nəticələrini əks etdirən sənədlərin olmasıdır. 4.6 Tədqiqatlar Azərbaycan Resplikasının akkreditasiya sistemi üzrə akkreditasiya olunmuş laboratoriyalarda aparılmalıdır. 4.7 Könüllü markalanma birbaşa istehlak taralarına “Tərkibində GMO yoxdur” nişanını vurulmaqla yerinə yetirilir. “Tərkibində GMO yoxdur” nişanı həmçinin etiketə, yarlıka, kontretiketə, kolyeretkaya vurula bilər. Nişanın konkret vurulma yerini məlumat verən müəyyənləşdirir. 4.8 “Tərkibində GMO yoxdur” nişanının forması Əlavə A-da verilmişdir. Nişan ağ rəngli ovaldan ibarət olub, üzərinə açıq-yaşıl rənglə “GMO yoxdur” yazısı çəkilir. Oval açıq-yaşıl haşiyədən, özünü sağa və sola mərkəz ilə ovalın böyük hissəsi kimi göstərən, sola və yuxarı qarışan nisbətən aşağı sağ seqmentlərə üst-üstə düşən sərhəddən ibarətdir. Hərflərin hündürlüyü 2 mm-dən az olmamalıdır “GMO yoxdur” nişanı tipoqrafik çap üsulu ilə və ya holoqrafik etiket halında vurula bilər. 4.9 Markalanan yeyinti məhsullarına lobarotariya tədqiqatlarının nəticələrinə əsasən “GMO yoxdur” nişanının vurulmasının düzgünlüyünə cavabdehliyi ərizə verən daşıyır. Əlavə A “Tərkibində GMO yoxdur” nişanının forması UDK 664:366.64(083.74)(476) MKС 67.040 KП 01 Açar sözlər: qida məhsulları, markalanma qaydaları, genetik modifikasiya olunmuş orqanizm, “GMO yoxdur” nişanı. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “14” dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilmişdir.