تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

State Standard No. AZS 809-2-2015 for Water quality -- Biological classification of rivers -- Part 2: Guidance on the presentation of biological quality data from surveys of benthic macro-invertebrates

صدر في 2015-07-10 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Azərbaycan Respublikasinin Dövlət Standarti Suyun Keyfiyyəti - Çayların Bioloji Təsnifatı Hissə II: Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd AZS 809-2-2015.
اللغة
Azerbaijani
النوع
أخرى
الدولة
أذربيجان
الموضوعات
Fisheries and aquaculture, Water
الكلمات المفتاحية
aquatic animals, classification/declassification, data collection/reporting, enforcement/compliance, water resources management, inland waters, inspection, risk assessment/management, water quality standards, standards

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYA QƏRARI № 006 Bakı şəhəri 10 iyul 2015 Dövlət standartlarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.12 və 8.45-cibəndləri rəhbər tutularaq qərara alınır: 1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin. 1.1. AZS 807-2015 (ISO5666-1999) “Suyun keyfiyyəti. Civənin təyini” (1 nömrəli əlavə). 1.2 AZS 808-9-2015 (ISO 6107-9-1997) “Suyun Keyfiyyəti – Lüğət Hissə 9. Əlifba sırası üzrə siyahı və mövzuların cədvəli” (2 nömrəli əlavə). 1.3 AZS 809-1-2015 (ISO 8689-1:2000) “Suyun keyfiyyəti – Çayların bioloji təsnifatı. Hissə 1: Bentik (suyun dibindəki) makroonurğasızların tədqiqi əsasında alınan bioloji keyfiyyət məlumatının təfsiri üzrə təlimat” (3 nömrəli əlavə). 1.4 AZS 809-2-2015 (ISO 8689-2:2000) “Suyun Keyfiyyəti - Çayların Bioloji Təsnifatı Hissə II:Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd” (4 nömrəli əlavə). 1.5 AZS 832-2015 (ISO 14015-2001) “Ətraf mühitin idarə edilməsi. İstehsal sahələrinin və təşkilatların ekoloji qiymətləndirilməsi. Prinsiplər və struktur sxem” (5 nömrəli əlavə). 1.6 AZS 833-1-2015 (ISO 10304-1:2007) “Suyun keyfiyyəti - İonların maye xromatoqrafiya üsulu ilə həll olmuş anionların təyini. Hissə I: Bromid, xlorid, flüorid, nitrat, nitrit, fosfat və sulfatın təyinatı” (6 nömrəli əlavə). 1.7 AZS 834-5-2015 (ISO 10381-5-2005) “Torpağın keyfiyyəti Nümunə götürmə. Hissə 5: Torpağın çirklənməsi ilə əlaqədar olaraq şəhər və sənaye sahələrinin tədqiqatına dair prosedurlar haqqında təlimat” (7 nömrəli əlavə). 1.8 AZS 834-6-2015 (ISO 10381-6-2009) “Torpağın keyfiyyəti Nümunə götürmə.Hissə 6 - Laboratoriyada mikrobioloji proseslərin, biokütlənin və müxtəlifliyin təhlili məqsədi ilə aerob şəraitdə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması üzrə tövsiyələr” (8 nömrəli əlavə). 1.9 AZS 835-2015 (ISO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri.İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” (9 nömrəli əlavə). 1.10 AZS 836-2015 (ISO 14004-2004) “Ətraf mühitin idarəetmə sistemləri. Prinsiplər, sistemlər və fəaliyyət üsullarına dair ümumi təlimat qaydaları” (10 nömrəli əlavə). 2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. 3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin. 4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin. 5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin. 6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. Kollegiyanın sədri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının ― ‖ 2015-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əlavə 4 AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI Suyun Keyfiyyəti -Çayların Bioloji Təsnifatı Hissə II:Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd AZS 809-2- 2015 (ISO 8689-2:2000 ) MÜQƏDDİMƏ 1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB. 2. Bu standart ISO 8689-2:2000 ―Water quality - Biological classification of rivers Part 2: Guidance on the presentation of biological quality data from surveys of benthic macroinvertebrates‖beynəlxalq standartının autentik tərcüməsidir. 3. İlk dəfə tətbiq edilir. 4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI Suyun Keyfiyyəti - Çayların Bioloji Təsnifatı Hissə II: Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd AZS 809-2- 2015 (ISO 8689-2:2000) Water quality - Biological classification of rivers Part II: Guidance on the presentation of biological quality data from surveys of benthic macroinvertebrates 1 TƏTBİQ SAHƏSİ Bu standartda Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlar əsasında axar sulara dair bioloji keyfiyyət məlumatlarının təqdimatına dair rəhbər sənədi verilmişdir. Bu rəhbər sənəd nümunələrin götürülməsi üçün standart metodlardan və ISO 8689-1-də verilən təsnifat prosedurlarından istifadə etməklə tədqiqatların nəticələrinə aid edilə bilər. Qeyd etmək lazımdır ki, ekoloji statusun tam qiymətləndirilməsi üçün bioloji keyfiyyətə dair digər elementlər də qiymətləndirilməlidir. Qeyd: Bentik makroonurğasızların tədqiqi üzrə aparılan analizlərdə istifadə edilən müxtəlif indekslərin müqayisəli izahı İSO 8689-1-də verilmişdir. 2 NORMATİV İSTİNADLAR ISO 5667-3 Water quality -Sampling -Part 3: Guidance on the preservation and handling of samples. (Suyun keyfiyyəti – Nümunə götürmə. Hissə 3: Su nümunələrinin saxlanması və idarəçiliyi üzrə Təlimat) ISO 7828 Water quality — Methods of biological sampling — Guidance on handnet sampling of aquatic benthic macro-invertebrates. (Suyun keyfiyyəti- Bioloji nümunə götürmə metodları – Su bentik makroonurğasızlarından əl toru ilə nümunə götürülməsinə dair Təlimat) ISO 8265 Water quality - Methods of biological sampling -Guidance on the design and use of quantitative samplers for benthic macro-invertebrates on stony substrata in shallow waters (Suyun keyfiyyəti – dayaz şirin suların daşlı substratlarındakı makroonurğasızlar üçün kəmiyyətcə nümunə götürülmənin tərtibatı və istifadəsi) ISO 9391 Water quality -Sampling in deep waters for macro-invertebrates Guidance on the use of colonization, qualitative and quantitative samplers (Suyun keyfiyyəti – Dərin sularda makroonurğasızlar üçün nümunə götürülməsi – Məskunlaşma, keyfiyyət və kəmiyyət üzrə nümunə götürülməsinə dair Təlimat) ISO 8689-1 Water quality — Biological classification of rivers — Part 1: Guidance on the interpretation of biological quality data from surveys of benthic macroinvertebrates.( Suyun keyfiyyəti. Çayların bioloji təsnifatı Hissə 1: Bentik (su dibindəki) makroonurğasızların tədqiqi əsasında alınan bioloji keyfiyyət məlumatının təfsiri üzrə təlimat ) . 3 TERMİN VƏ TƏRİFLƏR Bu standartda ISO 5667, ISO 7828, ISO 8265, ISO 9391 standartları üzrə, həmçinin müvafiq təriflə aşağıdakı termindən istifadə olunmuşdur: 3.1 Çayın əsas axını (axın formalaşan zonaya məxsus hissə) Çay hövzəsinin axarlarının uzunluğunun formalaşması fiziki, kimyəvi və hidroloji cəhətlərinə görə müəyyənləşir .Bu da su obyektdə nəticə etibarıyla çayın axın istiqaməti ilə axına qarşı istiqamətdə fərqlilik yaradır. Qeyd: Çay axarlarının tökülmə nöqtəsində ( sərhədində) axın xarakterindən aslı olaraq prinsipial fərq olur. 3.2 Representativ nümunə götürülmə sahəsi Çayın əsas hissəsində suyun bioloji keyfiyyətini tam şəkildə təsvir edə bilən nümunə götürülmə sahəsi. 4 MƏQSƏD Axar sulardakı bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlarla bağlı bioloji keyfiyyətlər haqqında məlumatların təqdimatı tədqiqat aparılan su mənbələrində müxtəlif bioloji keyfiyyətlərin yayıldığı ərazilərin ayrı-ayrı rənglərlə ifadə edildiyi kodlaşdırılmış xəritə əsasında aparılır. 5 NÜMUNƏ GÖTÜRMƏ Bentik makroonurğasızlar sinfinə dair nümunələr İSO 5667-3, İSO 7828, İSO 8265 və İSO 9391-ə uyğun olaraq götürülür. 6 İDENTİFİKASİYA Heyvanların çeşidlənməsi və müəyyənləşdirilməsi onların səciyyələndirilməsində istifadə edilmiş indekslərə uyğun olaraq təyin edilən prosedurlara əsaslanmalıdır. 7 TƏQDİMAT VƏ TƏDQİQAT PROSEDURU 7.1 Tədqiqat planı Su obyektləri təqdim edilərkən, eyni bioloji keyfiyyətə malik hissələrə bölüşdürülməlidir. 7.2 Səciyyələndirmə Səciyyələndirmə İSO 8689-1-də verilən rəhbər sənədə uyğun olaraq aparılmalıdır. 7.3 Təqdimat Su obyektlərinin hər birinin adı xəritədə aydın şəkildə qeyd edilməlidir. Axın istiqamətinin təsviri ilə yanaşı, hər bir çayın əsas hissəsində (axım formalaşan zonaya məxsus hissə) nümunə götürülən sahələrin yerləşməsi də xəritədə təsvir edilməlidir. Xəritədə göstərilən rənglər və siniflərin təsviri cədvəl 1-də göstərilən qaydada olmalıdır. Cədvəl 1. Rənglər və Siniflərin Təsviri Rəng Bentik makroonurğasızlar sinfinin keyfiyyət üzrə təsnifatı Mavi Yüksək Yaşıl Yaxşı Sarı Orta Narıncı Kafi Qırmızı Pis 7.4 İndikator orqanizmləri mövcud olmayan tədqiqat sahələri Bentik makroonurğasızlar sinfinin xəritədə olmadığını göstərmək üçün ―qara‖ rəngdən istifadə edilə bilər. 7.5 Haqqında məlumat göstərilməyən çay dirsəkləri Tədqiqat aparılan bütün əsas çay axını hissələri (axım formalaşan zonaya məxsus hissə) haqqında məlumatların təqdim edilə bilməsi və eləcə də bütün tədqiqat sahəsinin göstərilməsi üçün tədqiqat aparılmayan çay dirsəkləri də xəritədə təsvir edilməlidir. Bu dirsəklər xəritədə qara rənglə göstərilməlidirlər. 7.6 Xəritə İSO 8689-un bu hissəsinə uyğun olaraq xəritə üçün verilən nümunə 1-ci sxemdə göstərilib. Sxem 1 — Bentik tədqiqatlar əsasında Avon çayı və onun qollarındakı suyun bioloji keyfiyyətinin təsvir edildiyi rənglərlə kodlaşdırılmış xəritə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının ― ‖ 2015-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmişdir.

State Standard No. AZS 809-2-2015 for Water quality -- Biological classification of rivers -- Part 2: Guidance on the presentation of biological quality data from surveys of benthic macro-invertebrates · Nelum