تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Resolution No. 44 of the Ministry of Ecology and Natural Resources on fire safety in forests

صدر في 2003-04-16 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları № 44.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Forestry
الكلمات المفتاحية
business/industry/corporations, capacity building, ecofriendly products/ecofriendly processes, enforcement/compliance, fire management, forest management/forest conservation, forestry protection measures, governance, institution, protection of environment, hazards
الفئات
*, energy

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. “Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat N 2976 “08” may 2003-cü il Nazir F. Məmmədov “Təsdiq edirəm” Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Əmr N 44 “16” aprel 2003-cü il Rəis M.Q. Hüseynov “Razılaşdırılmışdır” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “15” aprel 2003-cü il Nazir H.S. Bağırov Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi QAYDALARI 1. Ümumi müddəalar. 1.1. Bu qaydalar “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmış və Azərbaycan Respublikası Meşələrində yanğın təhlükəsizliyi qaydalarını müəyyən edir. Meşələrdə və meşə zolaqlarında yerləşən təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq ictimai iaşə müəssisələrinə, məişət xidmətlərinə, sağlamlıq ocaqlarına və digər obyektlərə bu qaydalarla yanaşı, həmin obyektlər üçün onların spesifik xüsusiyyətlərini nəzərə alan digər yanğın təhlükəsizliyi qaydaları da şamil edilir. 1.2. Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin üzərinə düşür. yerlərdə bu qaydalara əməl olunmamasına görə məsuliyyət Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının direktorlarının və mühəndislərinin üzərinə düşür. bundan başqa digər nazirliklərin, komitələrin, idarələrin tabeçiliyində olan meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi həmin təşkilatların üzərinə düşür. Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının direktorları və mühəndisləri, meşələrdə bu qaydaların tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, meşə mühafizə mühəndisləri bu qaydaları bilməli və ona əməl etməlidirlər. 1.3. Meşə Mühafizəsi və Bərpası müəssisələrinin kollektivi, o cümlədən mühəndis-texniki işçilər yerli Dövlət Yanğın Nəzarəti Orqanı (sonradan DYNO) ilə razılaşdırılmış xüsusi proqram üzrə yanğın təhlükəsizliyi qaydalarının tədrisi kursunu keçməlidirlər. 1.4. Yanğın baş verən zaman Meşə Mühafizəsi və Bərpası müəssisəsinin hər bir əməkdaşının birinci növbədə vəzifə borcları yanğının geniş sahəyə yayılmasının qarşısını almaqdan ibarətdir. 1.5. Meşə Mühafizəsi və Bərpası müəssisələrinin rəhbərləri borcludurlar: 1.5.1. Bu qaydaların öyrənilməsi və yerinə yetirilməsi üzrə cavabdeh şəxs təyin etmək; 1.5.2. Meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etmək və ona ciddi riayət olunmasını daima nəzarətdə saxlamaq; 1.5.3. Yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daima yoxlamaq, kollektivin iş fəaliyyətinə nəzarət etmək; 1.5.4. Meşələrdə və meşə zolaqlarında müvəqqəti tikililərin aparılmasını qadağan etmək; 1.5.5. Yanğınsöndürmə texnikalarının və vasitələrinin (yanğınsöndürən avtomobil, yanğınsöndürən su nasosu, odsöndürənlər) texniki xidmətini, təmirini və daima işlək vəziyyətdə saxlanılmasını təmin etmək; 1.5.6. Yanğın texniki komissiya və könüllü yanğın dəstəsi yaradaraq, onların fəaliyyətini qüvvədə olan mövcud qanunvericiliyə uyğun olraq təşkil etmək; 1.5.7. Mütəmadi olaraq kollektivin yanğınla əlaqədar (yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqların düzgün istifadə edilməsi) təlim məşqlərini təşkil etmək; 1.5.8. Meşə Mühafizəsi və Bərpası müəssisəsinin kollektivi ilə yanğına qarşı təlimatların, eləcə də yanğın texniki minimum üzrə dərslərin keçirilməsini təşkil etmək; 1.5.9. DYNO-nın və onun bölmələrinin vəzifəli şəxslərinin tələbinə əsasən müəssisənin yanğın təhlükəsizliyi vəziyyəti barədə, o cümlədən ərazidə baş vermiş yanğınlar və onların nəticələri barədə məlumatlar və sənədlər vermək. 1.6. Meşə Mühafizəsi və Bərpası müəssisəsinin mühəndisləri borcludurlar: 1.6.1. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirə salınmaz tədbirləri həyata keçirmək; 1.6.2. Yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsini təşkil etmək; 1.6.3. Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirmək; 1.6.4. Meşə Mühafizəsi və Bərpası müəssisəsinin tabeliyində olan meşə sahəsində keçidlərin, yolların, su mənbələrinin vəziyyətinə nəzarət etmək; 1.6.5. Yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görmək və dərhal yanğının söndürülməsini mövcud vasitələrlə təşkil etmək. 2. Yanğın təhlükəsizliyinin əsas tələbləri. 2.1. Meşədə aşağıdakılar qadağan edilir: 2.1.1. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi; 2.1.2. Sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı, və digər yanar mayelərə bulaşmış əsgi və digər materialların atılması; 2.1.3. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması və s; 2.1.4. Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılması; 2.1.5. Aparılmış hər hansı tikinti işləri yerində, tikinti materiallarının qalıqlarının atılması və yandırılması; 2.1.6. Yanacaq və sürtkü yağlarının açıq şəkildə saxlanılması. 2.2. Dövlət meşə fondunda yol, qaz kəməri, neft kəməri, yüksək gərginlikli elektrik xətləri (sonradan YGEX), rabitə xətləri və digər kommunikasiyaların tikintisini aparan, habelə neft-qaz çıxaran müəssisələr, təşkilatlar və idarələr tərəfindən iş görüləcək sahə və onun ətrafları ağac, kol və digər yanan materiallardan Meşə Mühafizəsi və Bərpası müəssisəsinin müəyyən etdiyi vaxtda təmizlənməlidir. 2.3. Meşə sahələrində YGEX çəkilərkən həmin xətlərin çəkildiyi yerlərdə ağaclar kəsilərək cığırlar açılmalıdır. Cığırların eni müəyyən edilərkən ağacların elektrik xəttinin üzərinə düşməsi, yıxılması təhlükəsi baxımından və YGEX-nin istismarı şəraiti, habelə meydana çıxan hər hansı bir nasazlığın tez bir zamanda aradan qaldırılması imkanları nəzərə alınmalıdır. 2.4. Meşə massivlərində və yaşıllıq salınan yerlərdə YGEX-nin çəkilməsi üçün nəzərdə tutulan cığırların eni aşağıdakı qaydada müəyyən edilməlidir: Hündürlüyü 4 metrə qədər alçaq boylu ağac növləri olan sahələrdə: YGEX-nin qıraq naqilləri arasındakı məsafə daxil olmaqla 6-metrdən az olmamalıdır (YGEX-nin dirəyindəki, ən qıraqdakı naqillərdən hər tərəfə 3 metr). Hündürlüyü 4 metrdən yuxarı ağac növləri olan sahələrdə: 330 kvt-dan - 500 kvt-a qədər olan bütün YGEX-nin, habelə istehlakçı üçün yeganə cərəyan mənbəyi kimi xidmət göstərən 220 kvt və aşağı gərginlikli elektrik xətləri çəkilərkən YGEX-nin qıraq naqillərinin hər tərəfində meşə massivindəki ağacların əsas hündürlüyünə bərabər olan məsafə daxil olmaqla qıraq naqillər arasındakı məsafədən az olmamalıdır. Əgər YGEX üçün meşədə salınan cığırların qıraqlarında bitən ayrı-ayrı ağacların və ya ağaclar qrupunun hündürlüyü üfüqi vəziyyətdə elektrik xəttindən ağaclara qədər olan məsafədən artıq olarsa, onda onlar kəsilməlidir. 2.5. Meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə aşağıdakı qaydada yığılıb saxlanılmalıdır: 2.5.1. Meşə materialları yığılan yerin sahəsi 8 hektara qədərdirsə, onda enliyarpaqlı meşə massivi kənarından həmin sahəyə qədər olan məsafə 20 metr, 8 hektar və ondan artıq olduqda isə məsafə 30 metr olmalıdır; 2.5.2. Meşə materialları yığılan yerin sahəsi 8 hektara qədərdirsə, onda iynəyarpaqlı və qarışıq meşə massivi kənarından həmin sahəyə qədər olan məsafə 40 metr, 8 hektar və ondan artıq olduqda isə məsafə 60 metr olmalıdır; 2.5.3. Meşə materialları yığılan yerlər və yanğına qarşı ara məsafələr yanar materiallardan təmizlənməli və eni 1,4 metrdən az olmayaraq minerallaşdırılmış zolaqlarla haşiyələnməlidir. 2.6. Geoloji axtarış işləri aparan təşkilatlar dövlət meşə fondu torpaqlarında geoloji axtarış işlərinə başlamazdan əvvəl, ərazisində iş aparılacaq Meşə Mühafizəsi və Bərpası müəssisəsində qeydiyyatdan keçməlidir. İş marşrutu, yaradılacaq müvəqqəti düşərgə yeri onlarla razılaşdırılmalıdır. 2.7. Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpağında keçirilən kütləvi tədbirlərin vaxtı Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə razılaşdırılmalıdır. Tonqalların yandırılması Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ayırdığı xüsusi yerlərdə aparılmalıdır. 2.8. Tullantıların yandırılması bütün hallarda Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə razılaşdırılmalıdır. 2.9. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməlidir. 2.10. Meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. 2.11. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə meşə tör-töküntülərindən, yanar materiallardan təmizlənməli və yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. 2.12. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə və meşə ilə həmsərhəd olan yaylaq otlaqlarında çobanlar, ov mövsümü zamanı ovçular arasında odla ehtiyatlı olmaq və yanğın baş verərsə onun söndürülməsi qaydaları barədə izahat işi aparılmalıdır. 2.13. Meşəyə yaxın olan yaşayış yerlərində, yol kənarlarında, meşədə müvəqqəti istirahət yerlərində, meşə ilə həmsərhəd olan və meşədə yerləşən bütün obyektlərdə odla ehtiyatlı olmaq və meşədə yanğın təhlükəsizliyi qaydalarının pozulması barədə məsuliyyət haqda dövlət standartına uyğun olaraq xəbərdaredici lövhələr qoyulmalıdır. 2.14. Meşə yanğınının söndürülməsi üçün Meşə Mühafizəsi və Bərpası müəssisəsinin işçilərindən könüllü yanğın dəstəsi yaradılmalı və onların siyahısı gözlə görünən yerlərdə asılmalı, habelə orada hər könüllünün ev ünvanı, telefon nömrəsi qeyd olunmalıdır. 3. Meşə Mühafizəsi və Bərpası müəssisələrinə olan tələblər. 3.1. Yanğın təhlükəsizliyi sahəsində Meşə Mühafizəsi və Bərpası müəssisələrinin borcudur: 3.1.1. Yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 3.1.2. Meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3.1.3. Yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi qaydalarını öyrətmək; 3.1.4. Yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vəsaitlərini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək; 3.1.5. Meşədə müvəqqəti istirahət yerlərində siqaret çəkənlər üçün xüsusi yer düzəldilməsini təşkil etmək; 3.1.6. Yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini, şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsirli olan şəxslərin aşkar edilməsinə yanğın təhlükəsizliyi orqanlarına və bölmələrinə köməklik göstərmək; 3.1.7. Meşədə baş vermiş yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğın təhlükəsizliyi xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtkü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 3.1.8. Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 3.1.9. Baş vermiş yanğınlar, eləcə də mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və keçidlərin vəziyyətindəki dəyişikliklər barədə DYN orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. 3.2. Meşə Mühafizəsi və Bərpası müəssisəsi meşə sahələrində baş verə biləcək yanğınların söndürülməsi üçün ərazidə yerləşən dövlət, kooperativ, şəxsi, idarə və müəssisələrin, mülki müdafiə birləşmələrinin, hərbi hissələrinin və dövlət yanğın təhlükəsizlik xidmətlərinin texnikasının və şəxsi heyətinin cəlb edilməsi planını işləyib hazırlamalıdır. Bu plan yerli İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilməlidir. 3.3. Meşə yanğınlarının təhlükəsi olan mövsümdə bir ədəd avtomobil, traktor, buldozer iş yerlərində tam hazır vəziyyətdə saxlanılmalı və meşəbəyilərinin növbə çəkmələri barədə müəssisə direktoru tərəfindən əmr verilməlidir. 4. Yanğınsöndürmə vasitələri. 4.1. Meşə Mühafizəsi və Bərpası müəssisələri 1 saylı qoşmaya yüğun olaraq yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdırlar. 4.2. Yanğın texnikasının və ilk yanğınsöndürmə vasitələrinin təyinatına uyğun olmayaraq istifadə edilməsi qəti qadağandır. 4.3. Meşədə baş verən yanğınların söndürülməsinə cəlb ediləcək yanğın avtomobillərinin meşəyə kifayət qədər yaxın olan su mənbəyindən tez bir zamanda istifadə etməsi məqsədi ilə rayon ərazisində yerləşən çayların, göllərin və süni su mənbələrinin yerləşdiyi yerləri göstərməklə xəritə tərtib olunmalı və ilin hər bir fəslində suyun götürülməsi üçün həmin su mənbələrinin üzərlərində bərk örtüklü meydançası olan pirslər (körpülər) quraşdırılmalıdır. 5. Yanğın zamanı hərəkətlər. 5.1. Yanğın aşkar edilən zaman aşağıdakılar tələb olunur: 5.1.1. Tez bir zamanda yanğından mühafizə orqanlarına xəbər vermək, habelə yanğının dəqiq yerini və orada insanların olması haqqında məlumat vermək; 5.1.2. Yanğınsöndürmə xidməti gələnə qədər mövcud vasitələrlə yanğının söndürülməsini təşkil etmək. 5.2. Meşədə yanğın baş verən zaman Meşə Mühafizəsi və Bərpası müəssisəsinin rəhbəri aşağıdakı vəzifələri yerinə yetirməlidir: 5.2.1. Yanğın təhlükəsizliyi xidmətinin çağrılmasını yoxlamalı; 5.2.2. Yanğın təhlükəsizliyi xidməti gələnə qədər yanğının söndürülməsinə rəhbərliyi öz üzərinə götürməli; 5.2.3. Yanğın təhlükəsizliyi xidmətini qarşılamaq üçün meşədə yolları, keçidləri yaxşı tanıyan şəxsi ayırmalı. 5.3. Yanğın zamanı könüllü yanğınsöndürmə dəstəsinin üzvləri öz aralarında bölüşdürülmüş vəzifələri yerinə yetirirlər. 5.4. Yanğın Təhlükəsizliyi xidməti yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsinə rəhbərlik edən şəxs yanğın təhlükəsizliyi xidmətinin yüksək vəzifəli şəxsinə yanğın haqqında məlumat verməlidir (yanğının mənbəyi, yanğının ləğv edilməsinə yönəldilmiş işlər haqqında məlumat). 5.5. Meşədə baş vermiş hər bir yanğın faktı üzrə Meşə Mühafizəsi və Bərpası müəssisəsinin nümayəndələri yanğının baş verməsinə səbəb ola bilən bütün amilləri aydınlaşdırmalı və belə halların təkrar olunması ehtimalını aradan qaldıran profilaktiki tədbirlər həyata keçirməlidirlər. 6. Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət. 6.1. Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə: 6.1.1. Odvurma və ya odla ehtiyatsız davranma nəticəsində meşənin məhv edilməsinə və ya qismən yandırılmasına, habelə bu qaydada göstərilmiş yanğın təhlükəsizliyi tələblərinin pozulmasına, bununla da meşə yanğını törədilməsinə, yaxud onun geniş sahəyə yayılmasına görə təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müvafiq məsuliyyət daşıyırlar; 6.1.2. Bu Qaydaların 6.1.1 yarımbəndini pozan vətəndaşlar və vəzifəli şəxslərin hərəkətlərində cinayət tərkibi olarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 6.2. Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydalarını pozan təşkilat, idarə, vətəndaş və vəzifəli şəxslərin cərimə verməsi onları dəyən ziyanın bərpa edilməsindən azad etmir. 6.3. Bu Qaydaların tələblərinin pozulması qanunvericiliklə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Əlavə 1 Meşə Mühafizəsi və Bərpası müəssisəsində tələb olunan yanğınsöndürmə texnikası və vasitələrinin SİYAHISI Sıra sayı Yanğının söndürülməsində istifadə olunan texnika və vasitələrinin adları Ölçü vahidi Meşə mühafizəsi və bərpası müəssisəsində QEYD 1 2 3 4 5 1 Yanğınsöndürən avtomobil ədəd 1 2 Motopompa - 2 3 Gəzdirilən radiostansiya 5 4 Kimyəvi odsöndürənlər 10 5 Yanğın şlanqı m-lə 500 6 Yanacaqla işləyən odun kəsən ədəd 2 7 Lapatka - 30 8 Çalğı - 9 Dırmıx - 10 10 Əlcək - 50 11 Vedrə - 10 12 Yanğı lövhəsi (şit) - 2 13 Balta - 10 14 Qoruyucu eynək - 30 15 Xüsusi geyim - 10 16 İlk tibbi yardım çantası - 10

Resolution No. 44 of the Ministry of Ecology and Natural Resources on fire safety in forests · Nelum