تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Resolution No. 25 of the Food Safety Agency on sanitary rules on foods intended for use in energy-restricted diets for weight reduction and daily diet replacement

صدر في 2021-11-10 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
“Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qararı № 25.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Food and nutrition
الكلمات المفتاحية
food safety and quality, nutrition, packaging/labelling, special dietary uses, standards

أين تقرؤه

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. AZƏRBAYCAN RESPUBLİKASI QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN KOLLEGİYASININ QƏRARI № 25 Bakı şəhəri 10 noyabr 2021-ci il “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın və “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 – 2025-ci illər üçün Dövlət Proqramı”nın “Tədbirlər Planı”nın 10.1.2-ci və 10.6.7-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərini və 5.10 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası QƏRARA ALIR: 1. Agentliyin fəaliyyət istiqamətləri üzrə aşağıdakı texniki normativ hüquqi aktlar təsdiq edilsin: 1.1. “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları” (Əlavə 1);[1] 1.2. “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları” (Əlavə 2).[2] https://e-qanun.az/framework/48615# edn1 https://e-qanun.az/framework/48615# edn2 2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. 3. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin. 4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. Əsas: Agentliyin Kollegiyasının 2021-ci il 10 noyabr tarixli 25 nömrəli iclas protokolu. Kollegiyanın sədri, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmişdir. GÜNDƏLİK QİDA RASİONUNUN TAM DƏYİŞDİRİLMƏSİNİ TƏMİN EDƏN, BƏDƏN KÜTLƏSİNİN AZALDILMASI BAXIMINDAN ENERJİNİN MƏHDUDLAŞDIRILMASI ÜÇÜN İSTİFADƏ EDİLƏN DİYETİK QİDA MƏHSULLARINA DAİR SANİTARİYA NORMALARI VƏ QAYDALARI[3] 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarınının (bundan sonra – diyetik qida məhsulları) minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edir.[4] 1.2. Bu Qaydalar Avropa İttifaqının 2 iyun 2017-ci il tarixli 2017/1798 nömrəli (Commission Delegated Regulation (EU) 2017/1798 of 2 June 2017) və 12 iyun 2013 tarixli 609/2013 nömrəli (Regulation (EU) No 609/2013 of the European Parliament And of the Council of 12 June 2013) sənədləri əsasında hazırlanmışdır. 1.3. diyetik qida məhsulları bu Qaydaların tələblərinə cavab verdiyi təqdirdə onların dövriyyəsinə yol verilir.[5] https://e-qanun.az/framework/48615# edn3 https://e-qanun.az/framework/48615# edn4 https://e-qanun.az/framework/48615# edn5 1.4. diyetik qida məhsulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər. 2. Tərkibə dair tələblər 2.1. diyetik qida məhsullarına bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş maddələr qrupu üzrə yalnız həmin əlavədə göstərilən maddələr əlavə edilə bilər. 2.2. diyetik qida məhsullarından alınan enerji dəyərinin gündəlik norması 2 510 kC-dan (600 kkal) az və 5 020kC-dan (1200 kkal) çox olmamalıdır. 2.3. diyetik qida məhsullarından ibarət qida rasionu ilə qəbul edilən zülalın (PDCAAS[1] – 1-ə bərabər olan) gündəlik miqdarı 75 q-dan az və 105 q-dan çox olmamalıdır.[6] 2.4. Aminturşuların əlavə edilməsinə yalnız zülalların qidalandırıcı dəyərini yaxşılaşdırmaq məqsədilə icazə verilir. 2.5. diyetik qida məhsullarından alınan xolinin gündəlik norması 400 mq-dan az olmamalıdır. 2.6. diyetik qida məhsullarından alınan linol turşusunun gündəlik norması 11 q dan az olmamalıdır. 2.7. diyetik qida məhsullarından alınan alfa-linolen turşusunun gündəlik norması 1.4 q-dan az olmamalıdır. 2.8. diyetik qida məhsullarından alınan karbohidratların gündəlik norması 30 q dan az olmamalıdır. 2.9. diyetik qida məhsullarından alınan vitamin və mineralların gündəlik norması bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən miqdardan az olmamalıdır. 2.10. diyetik qida məhsullarından alınan maqneziumun gündəlik norması 250 mq dan çox olmamalıdır. 2.11. diyetik qida məhsullarında əvəzolunmayan aminturşuların miqdarı bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən miqdarlara uyğun olmalıdır. 3. Etiketlənməyə dair tələblər 3.1. diyetik qida məhsullarının etiketində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi nəzərə alınmaqla, əlavə olaraq aşağıda göstərilən məlumatlar öz əksini tapmalıdır:[7] 3.1.1. “Diyetik qida məhsulu” ifadəsi;[8] 3.1.2. məhsulun yalnız bədən kütləsinin azaldılması məqsədilə sağlam artıqçəkili və ya piylənmədən əziyyət çəkən şəxslər üçün nəzərdə tutulmasına dair məlumat; https://e-qanun.az/framework/48615# ftn1 https://e-qanun.az/framework/48615# edn6 https://e-qanun.az/framework/48615# edn7 https://e-qanun.az/framework/48615# edn8 3.1.3. məhsulu hamilə qadınların, süd verən anaların, yeniyetmələrin və ya hər hansı xəstəliyi olan şəxslərin həkim məsləhəti olmadan qəbul etməməsinə dair xəbərdarlıq; 3.1.4. məhsulun istehlakı ilə yanaşı gündəlik normaya uyğun maye qəbul edilməsinin vacibliyinə dair məlumat; 3.1.5. məhsulun istifadə təlimatına uyğun istehlak olunduğu halda, zəruri qida maddələrinə olan gündəlik tələbatı ödəməsinə dair ifadə; 3.1.6. sağlam artıqçəkili şəxslərin və ya piylənmədən əziyyət çəkən şəxslərin həkim məsləhəti olmadan sözügedən məhsulları 8 həftədən çox (fasiləsiz və ya fasilələrlə) istifadə etməməsi barədə xəbərdarlıq; 3.1.7. istifadə təlimatı və yalnız həmin təlimata uyğun hazırlandıqdan sonra istehlak olunmasının zəruriliyi barədə məlumat; 3.1.8. məhsul istifadə təlimatına uyğun olaraq istehlak olunduğu halda, gündəlik 20 qr-dan artıq poliol qəbulunu təmin edirsə, məhsulun işlədici təsir göstərməsi barədə məlumat; 3.1.9. məhsulun tərkibində qida lifi olmadığı təqdirdə, həkim məsləhəti ilə qida rasionuna qida lifinin əlavə olunmasının zərurəti barədə məlumat; 3.1.10. məhsulun tərkibində olan və bu Qaydaların 2 nömrəli əlavəsində qeyd olunan hər bir vitamin və mineralın miqdarı; 3.1.11. məhsulun tərkibində olan xolin və mövcud olduğu halda qida lifinin miqdarı; 3.1.12. məhsulun tərkibində olan zülallar, karbohidratlar, yağlar və onların komponentlərinin miqdarı. 3.2. diyetik qida məhsullarının etiketində həmin məhsulların istifadəsi nəticəsində bədən kütləsinin azaldılması sürəti və ya azaldılacaq bədən kütləsinin miqdarı barədə məlumat verilməsi yolverilməzdir. “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 1 nömrəli əlavəsi Diyetik qida məhsullarının tərkibinə daxil edilən maddələrin SİYAHISI[9] Maddələr qrupu Maddələr altqrupu Maddələr https://e-qanun.az/framework/48615# edn9 Vitaminlər Vitamins Vitamin A Vitamin A Retinol retinol Retinol asetat Retinyl acetate Retinol palmiat Retinyl palmitate Beta-karotin Beta-carotene Vitamin D Vitamin D Erqokalsiferol ergocalciferol Xolekalsiferol cholecalciferol Vitamin E Vitamin E D-alfa tokoferol d-alpha tocopherol DL-alfa tokoferol dl-alpha tocopherol D-alfa tokoferil asetat D-alpha tocopheryl acetate DL-alfa tokoferil asetat DL-alpha tocopheryl acetate D-alfa-tokoferil suksinat turşusu D-alpha-tocopheryl acid succinate Vitamin K Vitamin K Filloxinon (fitomenadion) phylloquinone (phytomenadione) Menaxinon Menaquinone Vitamin C Vitamin C L-askorbin turşusu L-ascorbic acid Natrium-L-askorbat sodium-L-ascorbate Kalsium-L-askorbat calcium-L-ascorbate Kalium-L-askorbat potassium-L-ascorbate L-askorbil 6-palmitat L-ascorbyl 6-palmitate Tiamin Thiamin Tiamin hidroxlorid thiamin hydrochloride Tiamin mononitrate thiamin mononitrate Riboflavin Riboflavin Riboflavin riboflavin Riboflavin 5-fosfat, natrium riboflavin 5’-phosphate, sodium Niasin Niacin Nikotin turşusu nicotinic acid Nikotinamid nicotinamide Vitamin B6 Vitamin B6 Piridoksin hidroxlorid pyridoxine hydrochloride Piridoksin 5-fosfat pyridoxine 5’-phosphate Piridoksin dipalmit pyridoxine dipalmitate Fol turşusu Folate Fol turşusu folic acid (pteroylmonoglutamic acid) Kalsium-L-metilfolat calcium-L-methylfolate Vitamin B12 Sianokobalamin Vitamin B12 cyanocobalamin Hidroksokobalamin hydroxocobalamin Biotin Biotin D-biotin D-biotin Pantoten turşusu Pantothenic Acid Kalsium D-pantotenat D-pantothenate, calcium Natrium D-pantotenat, D-pantothenate, calcium Dekspantenol dexpanthenol Minerallar Minerals Kalium Potassium Kalium bikarbonat potassium bicarbonate Kalium karbonat potassium carbonate Kalium xlorid potassium chloride Kalium sitrat potassium citrate Kalium qlukonat potassium gluconate Kalium qliserofosfat potassium glycerophosphate Kalium laktat potassium lactate Kalium hidroksid potassium hydroxide Ortofosfor turşusunun kalium duzları potassium salts of orthophosphoric acid Maqnezium kalium sitrat magnesium potassium citrate Kalsium Calcium Kalsium karbonat calcium carbonate Kalsium xlorid calcium chloride Limon turşusunun kalsium duzları calcium salts of citric acid Kalsium qlukonat calcium gluconate Kalsium qliserofosfat calcium glycerophosphate Kalsium laktat calcium lactate Ortofosfor turşusunun kalsium duzları calcium salts of orthophosphoric acid Kalsium xlorid calcium hydroxide Kalsium oksid calcium oxide Kalsium sulfat calcium sulphate Kalsium biqlisinat calcium bisglycinate Kalsium sitrat malat calcium citrate malate Kalsium malat calcium malate Kalsium L-pidolat calcium L-pidolate Maqnezium Maqnezium-asetat Magnesium magnesium acetate Maqnezium-karbonat magnesium carbonate Maqnezium-xlorid magnesium chloride Limon turşusunun maqnezium duzları magnesium salts of citric acid Maqnezium qlukonat magnesium gluconate Maqnezium qliserofosfat magnesium glycerophosphate Ortofosfor turşusunun maqnezium duzları magnesium salts of orthophosphoric acid Maqnezium laktat magnesium lactate Maqnezium hidroksid magnesium hydroxide Maqnezium oksid magnesium oxide Maqnezium sulfat magnesium sulphate Maqnezium bisqlisinat magnesium bisglycinate Maqnezium L-pidolat magnesium L-pidolate Maqnezium kalium sitrat magnesium potassium citrate Dəmir İron Dəmir karbonat ferrous carbonate Dəmir sitrat ferrous citrate Dəmir ammonium sitrat ferric ammonium citrate Dəmir qlukonat ferrous gluconate Dəmir fumarat ferrous fumarate Dəmir natrium difosfat ferric sodium diphosphate Dəmir laktat ferrous lactate Dəmir sulfat ferrous sulphate Dəmir ammonium fosfat ferrous ammonium phosphate Trilon B dəmir duzu ferric sodium EDTA Dəmir difosfat (ferrit pirofosfat) ferric diphosphate (ferric pyrophosphate) Dəmir saxarat ferric saccharate Elementar dəmir (karbonil + elektrolit + hidrogen azalmışdır) elemental iron (carbonyl + electrolytic + hydrogen reduced) Dəmir bisqlukonat ferrous bisglycinate Dəmir L-pidolat ferrous L-pidolate Sink Sink asetat Zinc zinc acetate Sink xlorid zinc chloride Sink sitrat zinc citrate Sink qlukonat zinc gluconate Sink laktat zinc lactate Sink oksid zinc oxide Sink karbonat zinc carbonate Sink sulfat zinc sulphate Sink bisqlukonat zinc bisglycinate Mis Copper Mis karbonat cupric carbonate Mis sitrat cupric citrate Mis qlukonat cupric gluconate Mis sulfat cupric sulphate Mis lizin kompleksi copper lysine complex Manqan Manganese Manqan karbonat manganese carbonate Manqan xlorid manganese chloride Manqan sitrat manganese citrate Manqan qlukonat manganese gluconate Manqan qliserofosfat manganese glycerophosphate Manqan sulfat manganese sulphate Flüor Fluoride Kalium flüorid potassium fluoride Natrium flüorid sodium fluoride Selen Selenium Natrium selenat sodium selenate Natrium hidrogen selenit sodium hydrogen selenite Natrium selenit sodium selenite Selenlə zənginləşdirilmiş maya selenium enriched yeast Xrom Chromium Xrom (III) xlorid və onun heksahidratı chromium (III) chloride and its hexahydrate Xrom (III) sulfat və onun heksahidratı chromium (III) sulphate and its hexahydrate Xrom pikolinat chromium picolinate Molibdenium Molybdenum Ammonium molibdat ammonium molybdate Natrium molibdat sodium molybdate Yod Iodine Kalium yodid potassium iodide Kalium yodat potassium iodate Natrium yodid sodium iodide Natrium yodat sodium iodate Natrium Sodium Natrium bikarbonat sodium bicarbonate Natrium karbonat sodium carbonate Natrium xlorid sodium chloride Natrium sitrat sodium citrate Natrium qlukonat sodium gluconate Natrium laktat sodium lactate Natrium hidroxlorid sodium hydroxide Ortofosfor turşusunun natrium duzları sodium salts of orthophosphoric acid Bor Boron Natrium borat sodium borate Bor turşusu boric acid Aminturşular Amin acids L-alanin L-alanine L-arginin L-arginine L-sistein L-cysteine Sistin Cystine L-histidin L-histidine L-qlutamin turşusu L-glutamic acid L-qlutamin L-glutamine L-izoleytin L-isoleucine L-leytin L-leucine L-lizin L-lysine L-lizin asetat L-lysine acetate L-metionin L-methionine L-ornitin L-ornithine L-fenilalanin L-phenylalanine L-sreonin L-threonine L-triptofan L-tryptophan L-tirozin L-tyrosine L-valin L-valine Karnitin və taurin Carnitine and taurine L-karnitin L-carnitine L-karnitin hidrogen xlorid L-carnitine hydrochloride Taurine taurine L-karnitin-L-tartrat L-carnitine-L-tartrate Nukleotidlər Nucleotides Adenozin 5-fostat turşusu adenosine 5’-phosphoric acid (AMP) Adenozin fosfatın natrium duzları sodium salts of AMP Sitidin 5-monofosfor turşusu cytidine 5’-monophosphoric acid (CMP) Sitidin 5-monofosfor turşusunun natrium duzu sodium salts of CMP Quanozin 5-fosfor turşusu guanosine 5’-phosphoric acid (GMP) Quanozin 5-fosfor turşusunun natrium duzu sodium salts of GMP İnozin 5-fosfor turşusu inosine 5’-phosphoric acid (IMP) İnozin 5-fosfor turşusunun natrium duzu sodium salts of IMP Uridin 5-fosfor turşusu uridine 5’-phosphoric acid (UMP) Uridin 5-fosfor turşusunun natrium duzu Sodium salts of UMP Xolin və inositol Choline and inositol Xolin choline Xolin xlorid choline chloride Xolin bitartarat choline bitartrate Xolin sitrat choline citrate İnozitol inositol “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 2 nömrəli əlavəsi Diyetik qida məhsullarından alınan vitamin və mineralların gündəlik norması Vitamin A ((µq) RE)[2] 700 Vitamin D (µq) 10 https://e-qanun.az/framework/48615# ftn2 Vitamin E (mq)[3] 10 Vitamin C (mq) 110 Vitamin K (µq) 70 Tiamin (mq) 0,8 Riboflavin (mq) 1,6 Niasin (mg-NE)[4] 17 Vitamin B6 (mq) 1,6 Folat (µq DFE)[5] 330[10] Vitamin B12 (µq) 3 Biotin (µq) 40 Pantoten turşusu (mq) 5 Kalsium (mq) 950 Fosfor (mq) 730 Kalium (q) 3,1 Dəmir (mq) 9 Sink (mq) 9,4 Mis (mq) 1,1 Yod (µq) 150 Molibden (µq) 65 Selen (µq) 70 Natrium (mq) 575 Maqnezium (mq) 150 https://e-qanun.az/framework/48615# ftn3 https://e-qanun.az/framework/48615# ftn4 https://e-qanun.az/framework/48615# ftn5 https://e-qanun.az/framework/48615# edn10 Manqan (mq) 3 Xlorid (mq) 830 “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 3 nömrəli əlavəsi Diyetik qida məhsullarında əvəzolunmayan aminturşuların miqdarı q/100 q zülal Sistin+metionin 2,2 Histidin 1,5 İzoleysin 3,0 Leysin 5,9 Lizin 4,5 Fenilalanin+tirozin 3,8 Treonin 2,3 Triptofan 0,6 Valin 3,9 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] PDCAAS – Zülaldakı aminturşuların mənimsənilmə əmsalı. PDCAAS hesablanarkən bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən miqdarlar nəzərə alınmalıdır. [2] Retinol ekvivalenti [3] RRR α tokoferolun vitamin E aktivliyi [4] Niasin ekvivalenti [5] Fol turşusunun pəhriz ekvivalenti (DFE): 1mq DFE = 1 mq qida ilə mənimsənilən folat = 0,6 mq Diyetik qida məhsulları ilə mənimsənilən fol turşusu [1] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə adında və 1.1-ci bəndində “edilən” sözündən sonra “diyetik” sözü əlavə edilmişdir. [2] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə adında və 1.2-ci bəndində “Pəhriz” sözü “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. [3] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ftnref1 https://e-qanun.az/framework/48615# ftnref2 https://e-qanun.az/framework/48615# ftnref3 https://e-qanun.az/framework/48615# ftnref4 https://e-qanun.az/framework/48615# ftnref5 https://e-qanun.az/framework/48615# ednref1 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref2 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref3 https://e-qanun.az/framework/54618 il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n adında və 1.1-ci bəndində “edilən” sözündən sonra “diyetik” sözü əlavə edilmişdir. [4] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.1-ci bəndində “bədən kütləsini azaldan” sözləri “diyetik” sözü ilə əvəz edilmişdir. [5] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.3-cü, 1.4-cü, 2.1- 2.3-cü, 2.5- 2.11-ci, 3.1-ci, 3.2-ci bəndlərdə “bədən kütləsini azaldan” sözləri “diyetik” sözü ilə əvəz edilmişdir. [6] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2.3-cü bəndin (PDCAAS [1] ) nömrəli istinadında “2 nömrəli əlavəsində” sözləri “3 nömrəli əlavəsində” sözləri ilə əvəz edilmişdir. [7] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 3.1-ci bənddə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi” sözləri ilə əvəz olunmuşdur. [8] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 3.1.1-ci yarımbənddə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən” sözləri “Diyetik” sözü ilə əvəz olunmuşdur. https://e-qanun.az/framework/48615# ednref4 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref5 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref6 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref7 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref8 https://e-qanun.az/framework/54618 [9] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1 nömrəli əlavəsi – “Bədən kütləsini azaldan qida məhsullarının tərkibinə daxil edilən maddələrin Siyahısı”nın, 2 nömrəli əlavəsi – “Bədən kütləsini azaldan qida məhsullarından alınan vitamin və mineralların gündəlik norması”nın adında və 3 nömrəli əlavəsi – “Bədən kütləsini azaldan qida məhsullarında əvəzolunmayan aminturşuların miqdarı”nın adında “Bədən kütləsini azaldan” sözləri “Diyetik” sözü ilə əvəz olunmuşdur. [10] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2 nömrəli əlavəsi – “Bədən kütləsini azaldan qida məhsullarından alınan vitamin və mineralların gündəlik norması”nın 10-cu sətrində Folat (µq DFE) [5]-nin qeydində “gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən” sözləri “Diyetik” sözü ilə əvəz edilmişdir. [11] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n adında “Pəhriz” sözü “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. [12] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.1-ci bənddə “pəhriz qida məhsullarının” sözləri “insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının (bundan sonra – tibbi məqsədlər üçün hazırlanan qida məhsulları)” sözləri ilə əvəz edilmişdir. [13] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.3-cü, 1.4-cü, 1.6-cı bəndlərində “Pəhriz” sözü “Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları” sözləri ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/48615# ednref9 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref10 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ftn5 https://e-qanun.az/framework/48615# ednref11 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref12 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref13 https://e-qanun.az/framework/54618 [14] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1.5-ci bəndi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 1.5. Pəhriz qida məhsulları dedikdə profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları nəzərdə tutulur. [15] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2-ci hissəsinin mətnində, 3-cü hissəsinin mətnində və adında, 4.1-ci bənddə ismin müvafiq hallarında “pəhriz qida məhsulları” sözləri ismin müvafiq hallarında “tibbi məqsədlər üçün hazırlanan qida məhsulları” sözləri ilə əvəz edilmişdir. [16] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 4.1-ci bənddə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi” sözləri ilə əvəz edilmişdir. [17] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 4.1.1-ci yarımbənddə “Pəhriz” sözü “Tibbi məqsədlər üçün hazırlanan qida” sözləri ilə əvəz edilmişdir. [18] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 4.1.6-cı yarımbənddə “pəhriz məqsədli” sözləri “tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. [19] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 4.1.10-cu yarımbənddə “saxlanılması” sözü “yararlılıq” sözü ilə əvəz edilmişdir. [20] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 1 nömrəli əlavə - “Pəhriz qida məhsullarının tərkibinə daxil edilməsinə icazə verilən maddələrin siyahısının”, 2 nömrəli əlavə - “Körpələr üçün https://e-qanun.az/framework/48615# ednref14 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref15 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref16 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref17 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref18 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref19 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref20 https://e-qanun.az/framework/54618 nəzərdə tutulan pəhriz qida məhsulları üçün vitamin və mineralların miqdarı”nın, 3 nömrəli əlavə – “Körpələr üçün nəzərdə tutulmuş pəhriz qida məhsulları istisna olmaqla, digər pəhriz qida məhsulları üçün vitamin və mineralların miqdarı”nın, 4 nömrəli əlavə - “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın, 5 nömrəli əlavə - “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın adında və mətnində “Pəhriz” sözü “Tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə və “pəhriz” sözü “tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə, əvəz edilmişdir. [21] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2 nömrəli əlavə - “Körpələr üçün nəzərdə tutulan pəhriz qida məhsulları üçün vitamin və mineralların miqdarı”nın adında “pəhriz qida məhsulları üçün” sözləri “tibbi məqsədlər üçün hazırlanan qida məhsulları üzrə” sözləri ilə əvəz edilmişdir. [22] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”n 2 nömrəli əlavə - Körpələr üçün nəzərdə tutulan pəhriz qida məhsulları üçün vitamin və mineralların miqdarı”nın 3-cü qeydində “pəhriz” sözü “tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/48615# ednref21 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/48615# ednref22 https://e-qanun.az/framework/54618

Resolution No. 25 of the Food Safety Agency on sanitary rules on foods intended for use in energy-restricted diets for weight reduction and daily diet replacement · Nelum