تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Resolution No. 21Q of the Ministry of Agriculture on approval of the Charter of the State Seed Fund

صدر في 2015-10-26 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi Qərari № 21Q.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Agricultural and rural development, Cultivated plants
الكلمات المفتاحية
crops, hazards, financial agricultural measures, food security, institution, internal trade, special fund, equipment, governance, seeds/planting material, plant production
الفئات
agriculture

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ QƏRARI № 21Q Bakı şəhəri 26 oktyabr 2015-ci il Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 18.5-ci bəndini rəhbər tutaraq QƏRARA ALIRAM: 1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur). 2. Kənd Təsərrüfatı Nazirliyinin aparatının Hüquq, kadr və yerli orqanlarla iş şöbəsi bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. 3. Bu Qərarın icrasına nəzarəti öz üzərimə götürürəm. Əsas: “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəliSərəncamı Nazir Heydər Əsədov Azərbaycan Respublikası kənd təsərrüfatı Nazirinin 2015-ci il 26 oktyabr tarixli 21Q nömrəli qərarı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu haqqında ƏSASNAMƏ http://e-qanun.az/framework/29448 http://e-qanun.az/framework/29448 1. Ümumi müddəalar 1.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu (bundan sonra - Fond) “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamı ilə yaradılmışdır və ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz edən, habelə təbii fəlakətə (sel, yanğın, quraqlıq və s.) məruz qalmış bölgələrdə toxuma olan ehtiyacın aradan qaldırılması, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısının alınması ilə bağlı məsələləri tənzimləyən idarə statusuna malik qurumdur. 1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra Nazirlik) hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur. 1.3. Fond bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının ərazisində bilavasitə həyata keçirir. 1.4. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir. 1.5. Fond müstəqil balansa, istifadəsində olan dövlət əmlakına və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. 1.6. Fondun saxlanılması xərcləri Fondun öz vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. 1.7. Fond Bakı şəhərində yerləşir. 2. Fondun fəaliyyətinin istiqamətləri 2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. Fonda toxumun tədarükünü, saxlanmasını, yenilənməsini və istifadəsini təmin etmək; 2.1.2. Toxumçuluq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək; 2.1.3. kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz olunması ilə bağlı tədbirlər görmək; 2.1.4. təbii fəlakətə (sel, yanğın, quraqlıq və s.) məruz qalmış bölgələrdə toxuma olan ehtiyacın aradan qaldırılması və daxili bazarda toxum çatışmazlığının, habelə toxumun qiymət artımının qarşısının alınmasında iştirak etmək; 2.1.3. xarici dövlətlərin aidiyyəti təşkilatları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq sahədə təcrübəsini öyrənmək. 3. Fondun vəzifələri 3.1. Tədarük olunan dövlət reyestrinə daxil edilmiş müxtəlif kənd təsərrüfatı bitki sortları üzrə toxumların həcmi, tədarükü, idarə olunması, yenilənməsi və istifadəsi (satışı) ilə bağlı təkliflər hazırlayır və ya hazırlanmasında iştirak edir; 3.2. Ölkədə toxuma olan ehtiyacı nəzərə almaqla toxum tədarükünü həyata keçirir; 3.3. Toxum ehtiyatlarım yaradılması məqsədi ilə tədarük olunacaq toxumun çeşidi, həcmi və cari təsərrüfat ilində onun satışı barədə təkliflər hazırlayaraq Nazirliyə təqdim edir; 3.4. Tədarük edilmiş toxumun saxlanmasını və satışını təşkil edir; 3.5. Orta bazar qiymətləri nəzərə alınmaqla Fonda toxum tədarükü barədə kütləvi informasiya vasitələrində elanlar dərc etdirir; 3.6. Tədarük edilən toxumların dövlət standartlara uyğun olaraq sortlar və reproduksiyalar üzrə qablaşdırılmasını və etiketləşdirilməsini təmin edir; 3.7. Saxlanma məntəqələrində (anbarlarında) toxumun keyfiyyətli və təhlükəsiz saxlanılmasına nəzarət edir; 3.8. Fonda tədarük edilmiş toxumun yenidən işlənilməsini (toxumun qurudulması, kimyəvi və bioloji preparatlarla işlənilməsi, soyudulması, təmizlənməsi və s.) həyata keçirir; 3.9. Təbii itkilər (quruma, yerdəyişmə və digər səbəblərdən yaranan itkilər nəzərdə tutulur) nəticəsində Fondda saxlanılan toxumun miqdarında azalma barədə Nazirliyi məlumatlandırır; 3.10. Təbii itkilər nəticəsində balansından silinən, habelə xəstəlik və zərərvericilərin sirayət etməsi ilə əlaqədar xarab olma təhlükəsi yaranan toxumun yenisi ilə əvəz olunmasını təmin edir; 3.11. Fondda saxlanan toxumun sığortalanmasını təşkil edir; 3.12. Dövlət reyestrinə daxil edilmiş yüksək məhsuldar bitki sortlarının toxumlarının toxumçuluq təsərrüfatları və toxumçuluq üzrə ixtisaslaşdırılmış elmi tədqiqat müəssisələri tərəfindən istehsal edilməsi ilə bağlı təkliflər hazırlayır; 3.13. Təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacın ödənilməsi, daxili bazarda toxum çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması sahəsində təkliflərin hazırlanmasında və tədbirlərin həyata keçirilməsində iştirak edir; 4. Fondun hüquqları 4.1. Tədarük üçün təklif olunan toxumun idxalı və keyfiyyəti ilə bağlı sənədləri satıcıdan (malgöndərəndən) tələb etmək; 4.2. Tədarük üçün təklif olunan toxumun partiyalarına baxış keçirmək; 4.3. Dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli toxumların tədarükü məqsədi ilə toxum istehsalçılarının toxumluq əkinlərinə baxış keçirmək; 4.4. Toxumçuluq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə, hərraclarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq digər tədbirlərdə iştirak etmək; 4.5. Toxum bazarını öyrənmək və təhlil etmək; 4.6. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 5. Fondunun fəaliyyətinin maliyyə təminatı 5.1. Fond aşağıdakı mənbələr hesabına maliyyələşdirilir: 5.1.1. Fondun fəaliyyətinin təmin edilməsi məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsait; 5.1.2. Fondda saxlanılan toxumun istifadəsindən əldə olunan vəsait; 5.1.3. dövlət və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslər tərəfindən könüllü olaraq verilən ianələr; 5.1.4. qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxilolmalar. 5.2. Fondun vəsaiti Fondun hesablaşma hesabında yığılır və Nazirliyin təsdiq etdiyi xərc smetası əsasında istifadə olunur. 5.3. Fondun vəsaitlərinin xərc istiqamətləri aşağıdakılardır: 5.3.1. Fonda toxumun tədarük edilməsi və saxlanılması; 5.3.2. Fond işçilərinin əmək haqqının ödənilməsi; 5.3.3. Fondun fəaliyyətində iştirak edən işçilərin mükafatlandırılması (Fondun vəsaitinin 5 faizindən çox olmamaq şərti ilə); 5.3.4. ştatdankənar ekspertlərin və məsləhətçilərin əməyinin ödənilməsi və stimullaşdırılması; 5.3.5. Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq işlərin yerinə yetirilməsi üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər avadanlıqların alınması; 5.3.6. Fondun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində digər xərclərin ödənilməsi. 5.4. Tədarük edilmiş toxumdan istifadə barədə hər ilin yekunlarına görə Fond tərəfindən hesabat hazırlanır və Nazirliyə təqdim olunur. 5.5. Fondun il ərzində istifadə olunmamış vəsaiti növbəti ilin hesabına keçirilir 6. Fondun fəaliyyətinin təşkili 6.1. Fondun strukturu, ştat vahidlərinin sayı və xərc smetası Nazirlik tərəfindən müəyyən edilir. 6.2. Fonda Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. 6.3. Fondun sədri Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır. 6.4. Fondun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. 6.5. Fondun sədr müavini Fondun sədri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır. 6.6. Fondun sədri: 6.6.1. Fondun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 6.6.2. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Fondu təmsil edir; 6.6.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Fondun strukturunu, ştat cədvəlini və xərclər smetasının layihələrini hazırlayıb təsdiq edilmək üçün Nazirliyə təqdim edir; 6.6.4. Fondun sədr müavininin və struktur bölmələrinin rəhbərlərinin vəzifələrini müəyyən edir və həmin vəzifələrin həyata keçirilməsinə nəzarət edir; 6.6.5. Fondun struktur bölmələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edilməsi, barələrində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi ilə bağlı Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinə təqdimat verir; 6.6.6. Fondun işçilərini (Fondun sədr müavini və struktur bölmələrinin rəhbərləri istisna olmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, barələrində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür və Fond tərəfindən icrası məcburi olan əmr və göstərişlər verir; 6.6.7. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Nazirliyə təqdim edir; 6.6.8. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir; 6.6.9. Fondda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir; 6.6.10. Fonda dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir; 6.6.11. Fondun fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir; 6.6.12. Fondun xərclər smetasına uyğun olaraq ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.

Resolution No. 21Q of the Ministry of Agriculture on approval of the Charter of the State Seed Fund · Nelum