تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Resolution No. 19 of the Food Safety Agency on hygiene requirements for foodstuffs

صدر في 2020-11-03 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
“Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qararı № 19.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Food and nutrition
الكلمات المفتاحية
business/industry/corporations, Codex Alimentarius, consumer protection, food loss and waste, food safety and quality, good practices, HACCP, hygiene/sanitary procedures, packaging/labelling, processing/handling, public health, residues, risk assessment/management, standards, toxicity/poisoning, transport/storage
الفئات
*

أين تقرؤه

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. AZƏRBAYCAN RESPUBLİKASI QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN KOLLEGİYASININ QƏRARI № 19 Bakı şəhəri 03 noyabr 2020-ci il “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”in, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq sanitariya normaları və qaydaları”nın, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın və “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın “Tədbirlər Planı”nın 10.1.2-ci yarımbəndinin icrası məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2 ci və 4.0.1-ci yarımbəndlərini və 5.10 - 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası QƏRARA ALIR: 1. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri üzrə aşağıdakı texniki normativ hüquqi aktlar təsdiq edilsin: 1.1. “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” (Əlavə 1); 1.2. “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər” (Əlavə 2); 1.3. “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları” (Əlavə 3); 1.4. “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” (Əlavə 4); 1.5. “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar” (Əlavə 5); 1.6. “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” (Əlavə 6); 2. Bu Qərarın 1.2 - 1.6-cı bəndləri ilə təsdiq edilən texniki normativ hüquqi aktlar 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir. 3. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Elşad Cəbrayılov bu Qərarın “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. 4. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin. 5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. Kollegiyanın sədri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əlavə 5 Qida məhsulları üzrə gigiyena tələblərinə dair QAYDALAR 1. Ümumi müddəalar 1.1. “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində - ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir.[15] https://e-qanun.az/framework/46825# edn15 1.2. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyinin 852/2004 (EC) saylı “Qida məhsullarının gigiyenası” Reqlamentinə və Kodeks Alimentarius Komissiyasının CXC 1-1969 saylı “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanmışır. 1.3. Bu Qaydalar aşağıdakılara tətbiq edilmir: 1.3.1. şəxsi istehlak üçün nəzərdə tutulan qida məhsullarının ilkin istehsalına; 1.3.2. qida məhsullarının şəxsi istehlak üçün məişət şəraitində hazırlanmasına və saxlanmasına, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda müəyyən edilən miqdarda fiziki şəxslər tərəfindən və poçt göndərişləri vasitəsilə gətirilən qida məhsullarına. 1.4. Qida zənciri subyektləri qida zəncirinin bütün mərhələlərinin bu Qaydalarla müəyyən edilən gigiyena tələblərinə uyğunluğunu təmin etməlidirlər.[16] 1.5. Bu Qaydaların əsas məqsədləri aşağıdakılardır: 1.5.1. qida zəncirinin bütün mərhələlərində insanlar tərəfindən qida məhsullarının təhlükəsizliyinə və yararlılığına nail olunması üçün qida gigiyenasının vacib prinsiplərinin müəyyənləşdirilməsi; 1.5.2. gigiyena tələblərinin təmin edilməsi üçün qida zəncirinin ayrı-ayrı mərhələləri, texnoloji proseslər, yaxud qida məhsullarının təhlükəsizliyi ilə bağlı hazırlanacaq və qəbul ediləcək konkret texniki normativ hüquqi aktların tətbiqi üzrə rəhbər sənəd qismində istifadə edilməsi. 2. Əsas anlayışlar 2.0. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.1. qida gigiyenası - qida zəncirinin bütün mərhələlərində qida məhsulunun insan istehlakı üçün yararlılığını və təhlükəsizliyini təmin etmək üçün zəruri olan tələblər; 2.0.2. qida məhsullarının təhlükəsizliyi - qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən, ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu; 2.0.3. qida təhlükəsizliyi - qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı (qəbulu) zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyəti; 2.0.4. uşaq qida məhsulları - uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş xüsusi təyinatlı qida məhsulları;[17] https://e-qanun.az/framework/46825# edn16 https://e-qanun.az/framework/46825# edn17 2.0.5. tibbi məqsədlər üçün hazırlanan qida məhsulları - insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən xüsusi təyinatlı qida məhsulları; 2.0.6. məişət (təsərrüfat)-içməli su - yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan su; 2.0.7. soyuq zəncir - qida zəncirinin bütün mərhələlərində qida məhsullarının optimal temperaturda saxlanmasının davamlılığını əhatə edən şərtlərin məcmusu; 2.0.8. qida xammalı - qida məhsullarının emalı üçün istifadə olunan bitki, heyvan, mikrobioloji, mineral, süni və biotexnoloji mənşəli maddələr və qida məhsullarının ilkin istehsalı, istehsalı və emalı zamanı onlara əlavə edilən su; 2.0.9. ilkin istehsal - heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla ilkin istehsal məhsullarının yığılması, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılması; 2.0.10. ilkin istehsal məhsulları - ilkin istehsaldan, o cümlədən torpaqdan və diri heyvandan, habelə arıdan alınan qida və yem məhsulları, dəniz məhsulları, o cümlədən balıq və balıq kürüsü, ovlanmış çöl heyvanları və yığılmış yabanı bitki məhsulları; 2.0.11. qida zəncirində fəaliyyət - qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi ilə bağlı həyata keçirilən fəaliyyət; 2.0.12. qida zənciri subyektləri (bundan sonra – qida subyektləri) - qida zəncirində fəaliyyətlə məşğul olan fiziki və ya hüquqi şəxslər, bələdiyyə, dövlət orqanları (qurumları); 2.0.13. qida zənciri obyekti (bundan sonra - qida obyekti) - qida zəncirində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsi və digər modul tipli (daşına bilən) obyektlər;[18] 2.0.14. hermetik qablaşdırma - qida məhsulunun çirklənməsinə və ya bütövlüyünün pozulmasına səbəb olan təhlükələrin keçməsindən mühafizəni təmin edən konstruksiyaya malik olan tutum, tara, qab və s; 2.0.15. tez xarab olan məhsullar - özünəməxsus təbiəti və ya emal mərhələlərindən asılı olaraq ilkin istehsal, istehsal və ya emal edildikdən sonra 30 günə qədər yararlılıq müddəti olan və yararlılıq müddəti ərzində daşınması, saxlanması və satışının həyata keçirilməsi üçün bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən tələblərə uyğun olan qida məhsulları; 2.0.16. çirklənmə - qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi zamanı, onların təhlükəsizliyinə və ya yararlığına təhlükə yarada bilən, tərkibinə məqsədli şəkildə daxil edilməyən və ətraf mühitdən keçən fiziki, kimyəvi və bioloji maddələrə məruz qalması; 2.0.17. çarpaz çirklənmə - mikroorqanizmlərin çirklənməyə məruz qalmış səthlərdən (qida məhsulları, avadanlıqlar və s.) digər səthlərə ötürülməsi; https://e-qanun.az/framework/46825# edn18 2.0.18. təmizləmə - qızdırılma, sərt fırça ilə təmizləmə, suyu istisna edən tozsoran və ya digər üsullarla turbulent axın kimi fiziki üsulların və yuyucu vasitələrin, qələvi və ya turşuların köməyi ilə kimyəvi üsulların ayrı-ayrı və ya birlikdə tətbiqinə əsaslanan proses və ya proseslərin məcmusudur; 2.0.19. dezinfeksiya proqramları - qida obyektlərində parazitlərin, xəstəliklərin və zərərli mikroorqanizmlərin yaranmasının və ya yayılmasının qarşısının alınması məqsədilə qida obyektinin rəhbəri tərəfindən təmin olunan, dövri təmizlik (kimyəvi vasitələrlə) işlərinin məcmusu; 2.0.20. qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan - qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi; 2.0.21. qabaqcıl gigiyena təcrübəsi (GHPs - Good Hygiene Practices) istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə, qida məhsullarının çirklənəsinin qarşısının alınmasıa yönəlmiş tədbirlərin məcmusu; 2.0.22. Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) - qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi. 3. Qida məhsulları üzrə gigiyena tələblərinə dair prinsiplər 3.1. Bu Qaydalar aşağıdakı prinsiplərə uyğun olaraq, qida subyektləri üçün qida məhsulları üzrə gigiyena tələblərini müəyyən edir: 3.1.1. qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinin və yararlılığının təmin edilməsi - qida məhsullarının mikrobioloji, kimyəvi və fiziki çirklənməsinin qarşısının alınması, qida məhsullarının xarakterinə uyğun temperatur rejiminə riayət olunması; 3.1.2. ekvivalentliliyin (qida məhsullarının qüvvədə olan digər texniki normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə cavab verməsi) təmin edilməsi qabaqcıl gigiyena təcrübəsinə dair təlimatlar, qida gigiyenası qaydalarına və HACCP prinsiplərinə uyğunluğunun təmin edilməsi; 3.1.3. insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınması qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş risk qiymətləndirilməsinə əsaslanan mikrobioloji göstəricilər və temperatura nəzarət tələblərinə əməl edilməsi; 3.1.4. qida təhlükəsizliyi sahəsində istehlakçıların hüquqlarının müdafiəsi - qida məhsullarının ilkin istehsalından istehlakçıya çatdırılanadək təhlükəsizliyinin təmin olunması. 4. Qida subyektləri və obyektləri üçün gigiyena tələbləri 4.1. Qida məhsulları özünəməxsus orqanoleptik və fiziki-kimyəvi parametrlərə cavab verməli, indiki və gələcək nəsillərin sağlamlığı üçün təhlükə yaradan, kimyəvi, radioaktiv, bioloji aktivmaddələrin və onların birləşmələrinin, mikroorqanizmlərin, digər bioloji orqanizmlərin yol verilən miqdarının təminatı üçün mövcud texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.[19] 4.2. Qida obyektlərinin ilkin istehsal və əlaqəli fəaliyyətləri ilə bağlı gigiyena tələbləri bu Qaydaların 1 nömrəli əlavəsində göstərilmişdir. 4.3. Bu Qaydaların 4.2-ci bəndində göstərilən qida obyektlərinin ilkin istehsal və əlaqəli fəaliyyətləri ilə bağlı gigiyena tələbləri istisna olmaqla digər qida obyektləri üçün gigiyena tələbləri bu Qaydaların 2 nömrəli əlavəsində göstərilmişdir. 4.4. Qida subyektləri tərəfindən eyni zamanda qida məhsulları üçün müəyyən edilmiş mikrobioloji göstəricilərə uyğunluğun və ətraf mühit temperaturunda təhlükəsiz saxlanması mümkün olmayan qida məhsullarında “soyuq zəncir” prinsipinin qorunmasının təmin edilməsi ilə bağlı gigiyena tələblərinə əməl edilməlidir. 4.5. Qida subyektləri qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərində onların izlənilməsini təmin etməli, bu məqsədlər üçün tələb olunan sənədləri saxlamalı və qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqana təqdim etməlidir.[20] 1 nömrəli əlavə İLKİN İSTEHSAL VƏ ƏLAQƏLİ FƏALİYYƏTLƏRLƏ BAĞLI GİGİYENA TƏLƏBLƏRİ 1. Əhatə dairəsi 1.0. Bu Əlavə ilkin istehsala və aşağıdakı əlaqəli fəaliyyətlərə tətbiq olunur: 1.0.1. ilkin istehsal məhsullarının istehsal ərazisində daşınması, saxlanması və ilkin xüsusiyyətlərinə əhəmiyyətli dəyişiklik edilmədən emalı (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən); 1.0.2. diri heyvanların daşınması; 1.0.3. məhsulun ilkin xüsusiyyətinə əhəmiyyətli dəyişiklik etmədən ilkin istehsal məhsulların istehsal yerindən digər qida obyektlərinə daşınması. 2. Gigiyena tələblərinə dair müddəalar https://e-qanun.az/framework/46825# edn19 https://e-qanun.az/framework/46825# edn20 2.1. Sonradan həyata keçirilən emal prosesi nəzərə alınmaqla, qida subyektləri tərəfindən ilkin istehsal məhsulunun çirklənmədən qorunması təmin edilməlidir. 2.2. Bu Əlavənin 2.1-ci bəndində müəyyən edilmiş tələblə yanaşı, qida subyektləri ilkin istehsal və bununla əlaqəli fəaliyyətlər zamanı ilkin istehsal məhsullarının çirklənməsinə səbəb ola bilən təhlükələrə nəzarətlə bağlı aşağıdakıları etməlidir: 2.2.1. ilkin istehsal məhsullarının təhlükəsizliyini ətraf mühit amillərinin mümkün mənfi təsirlərindən qorumaq məqsədilə kənar ərazilərdə fəaliyyət göstərməli; 2.2.2. ilkin istehsalla məşğul olan qida subyektləri istehsal etdikləri ilkin istehsal məhsullarının hava, torpaq, su, yem məhsulları, baytarlıq preparatları, aqrokimyəvi maddələr və bitki mühafizəsi vasitələri ilə çirklənməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirməli; 2.2.3. yem əlavələrindən, baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən texniki normativ hüquqi aktların tələblərinə uyğun istifadə etməli; 2.2.4. ilkin istehsalla əlaqəli olan infrastrukturu, anbarları və digər obyektləri, ilkin istehsal məhsulu ilə təmasda olan avadanlıqları, konteynerləri, nəqliyyat vasitələrini və digər daşıyıcıları təmiz saxlamalı və dezinfeksiya etməli; 2.2.5. qida məhsulunun çirklənməsinin qarşısının alınması məqsədi ilə ilkin istehsal zamanı yaranan tullantıların kənarlaşdırılmasını və zərərli maddələrin həmin məhsullardan kənar (izolə edilməsini) və təhlükəsiz saxlanmasını təmin etməli; 2.2.6. qida vasitəsilə yoluxucu xəstəliklərin insanlara keçməsinin qarşısını almalı və belə hallar aşkarlandıqda dərhal qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqana məlumat verilməsini təmin etməli; 2.2.7. heyvanlardan, bitkilərdən, heyvan və bitki mənşəli məhsullardan götürülən nümunələr üzərində aparılmış analizlərin nəticələrini öz fəaliyyətində nəzərə almalı; 2.2.8. insanların qidalanması üçün yararsız olan məhsulları ayırmaq üçün onların çeşidlənməsini təşkil etməli və belə məhsulların gigiyena tələblərini gözləməklə utilizasiyasını, yaxud məhv edilməsini təmin etməli; 2.2.9. bütün hallarda çirklənmənin qarşısının alınması üçün məişət (təsərrüfat) içməli su istifadə etməli; 2.2.10. qida məhsulları ilə təmasda olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini, habelə onlara gigiyenik təlimlərə cəlb olunmasını təmin etməli.[21] 3. İlkin istehsala dair qeydlərin aparılması ilə bağlı fəaliyyət 3.1. Qida subyektləri fəaliyyət istiqamətindən və həcmindən asılı olaraq, istehsal prosesinə nəzarət məqsədilə həyata keçirdiyi tədbirlərlə əlaqədar kağız və ya elektron qaydada sənədləşmə aparmalı və tələb olunduqda qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqana təqdim etməlidir. https://e-qanun.az/framework/46825# edn21 3.2. Heyvan yetişdirən yaxud heyvan mənşəli qida xammalı istehsal edən qida subyektləri aşağıdakıların qeydlərini aparmalıdır:[22] 3.2.1. heyvanlara verilən yemin xüsusiyyətləri və mənşəyi; 3.2.2. heyvanlara tətbiq edilən müalicə üsulları və baytarlıq preparatları, o cümlədən onların orqanizmə daxil edilmə və daxil edilmənin dayandırıldığı tarixləri; 3.2.3. heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinə təsir edə biləcək xəstəliklərin baş verməsi; 3.2.4. diaqnostika məqsədilə heyvanlardan götürülmüş nümunələrdə insan sağlamlığı üçün əhəmiyyət kəsb edən müvafiq sınaqların nəticələri; 3.2.5. heyvanlar və heyvan mənşəli qida məhsulları ilə bağlı aparılmış baytarlıq nəzarəti tədbirləri (yoxlamalar və hesabatlar). 3.3. Bitki mənşəli qida məhsulları istehsal edən yaxud yetişdirən (yığımını həyata keçirən) qida subyektləri aşağıdakıların qeydlərini aparmalıdır: 3.3.1. bitki mühafizəsi vasitələrinin tətbiqi nəticələrini; 3.3.2. bitki mənşəli məhsulların təhlükəsizliyinə təsir edə biləcək hər hansı zərərvericilərin və ya xəstəliklərin baş vermə hallarını; 3.3.3. insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bitki və bitkiçilik məhsullarından götürülmüş nümunələr və ya zərərvericilər üzərində aparılmış sınaqların və təhlillərin nəticələri. 2 nömrəli əlavə QİDA OBYEKTLƏRİNƏ DAİR GİGİYENA TƏLƏBLƏRİ 1. Qida obyektlərinə dair ümumi gigiyena tələbləri 1.1. Qida obyektləri təhlükəsizlik tədbirlərindən sonra da, məhsulun yararlılıq və təhlükəsizliyini şübhə altına ala biləcək aşağıda göstərilmiş ərazilərdən kənar yerlərdə yerləşdirilməlidir: 1.1.1. qida məhsullarının çirklənməsi üçün təhlükə kəsb edən çirkli ətraf mühitə malik ərazilər, yüksək sənaye aktivliyinə malik ərazilər; 1.1.2. təhlükəsizlik tədbirləri görülməmiş sel sularına məruz qalmış ərazilər; 1.1.3. parazitlərlə yoluxmaya məruz qalmış ərazilər; 1.1.4. bərk və ya maye tullantıların kənarlaşdırılması mümkün olmayan ərazilər. 1.2. Qida obyektləri sanitariya-gigiyenik cəhətdən qənaətbəxş, təmiz və texniki işlək vəziyyətdə saxlanılmalıdır. https://e-qanun.az/framework/46825# edn22 1.3. Qida obyektlərində sahələrin layihələndirilməsi, quruluşu və yerləşməsi aşağıdakı qaydada təmin edilməlidir: 1.3.1. texniki xidmətə, təmizlik və dezinfeksiya işlərinin aparılmasına imkan yaratmaq, hava vasitəsi ilə çirklənməyə yol verməmək və ya belə halların baş verməsini minimuma endirmək, həmçinin qida məhsulları sahəsində bütün fəaliyyətlərin gigiyena tələblərinə uyğun aparılmasına imkan verən iş sahəsi ilə təmin etmək; 1.3.2. əsas və yardımçı sahələrin çirklənməsini, toksiki materiallarla təmasları, kənar hissəciklərin qidaya qarışmasını, həmçinin kondensatın və səthdə kifin əmələ gəlməsini istisna etmək; 1.3.3. qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və xüsusilə zərərvericilərlə mübarizə üçün münasib şəraiti təmin etmək; 1.3.4. qida məhsullarının müvafiq temperatur şəraitində saxlanması üçün temperatur rejiminə nəzarət etməyə imkan verən müvafiq həcmdə saxlanma və emal şəraitinə malik olmaq, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilməli, temperaturun monitorinqi və qeydiyyatının aparılmasına imkan vermək; 1.3.5. ayrıca kanalizasiya xəttinə malik sanitar qovşaq(lar)la təchiz etmək. Bu zaman sanitar qovşaqların qapıları qida məhsullarının emal olunduğu sahələrə və otaqlara birbaşa açılmamalıdır. 1.4. Əllərin yuyulması üçün sahələr müvafiq qaydada yerləşdirilmiş və əlyuma çanaqları ilə təchiz olunmalı, isti və soyuq su, yuyucu maddələr, həmçinin gigiyena tələblərinə cavab verən qurutma vasitələri ilə təmin edilməlidir. Qida məhsullarının yuyulması üçün nəzərdə tutulan çanaqlar əl yuyulan yerlərdən kənarda olmalıdır.[23] 1.5. Qida obyektlərinin istilik, havalandırma, işıqlandırma sistemləri ilə təchizatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları”nın tələblərinə uyğun olmalıdır. 1.6. Qida obyektlərinin istehsal və yardımçı sahələrində müvafiq qaydada yerləşdirilmiş və təbii, ümumi mübadiləli və öz-özünə (avtonom) mexaniki havalandırma sistemləri qurulmalıdır. Havanın çirkli zonadan təmiz zonaya mexaniki axınına yol verilməməlidir. Havalandırma sistemlərinin filtrləri, təmizləmə və ya əvəzləmə tələb edən digər hissələri əlçatan səviyyədə yerləşdirilməlidir. 1.7. Sanitar məişət otaqlarında (istirahət, qida qəbulu və soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş kabinələri və s.) profilə müvafiq təbii və ya mexaniki havalandırma sistemləri qurulmalıdır. Sanitar qovşaqlarda tullantılar saxlanan otaqlarda öz-özünə (avtonom) mexaniki havalandırma sistemləri qurulmalıdır. 1.8. Qida obyektlərinin bütün otaqları və iş yerləri təbii və süni üsullarla işıqlandırılmalıdır. Süni işıqlandırma lampaları qoruyucu örtüklərlə təchiz edilməlidir. https://e-qanun.az/framework/46825# edn23 1.9. Kanalizasiya qurğuları çirklənmə riskinin yaranmasını istisna edəcək vəziyyətdə qurulmalıdır. Kanalizasiya xətləri tam, yaxud qismən açıq olduğu təqdirdə, tullantıların çirkli ərazidən təmiz əraziyə, xüsusilə də qida məhsullarının emalı məkanlarına tərəf və ya bu ərazilərin içərisinə axmasına imkan verməyəcək tərzdə layihələndirilməlidir. 1.10. İşçi heyət dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub geyinmə otaqları ilə təmin edilməlidir. 1.11. Yuyucu maddələr və dezinfeksiyaedici vasitələr qida məhsullarının istehsal sahələrində və anbar otaqlarında saxlanmamalıdır. Onların ayrıca saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməlidir. 2. Qida obyektlərinə xüsusi gigiyena tələbləri 2.0. Qida obyektlərinin quruluşu və yerləşmə vəziyyəti qabaqcıl gigiyena təcrübəsinin tətbiqini və istehsal prosesinin ardıcıllığını təmin etməklə yanaşı, əməliyyatlar zamanı çarpaz çirklənmənin baş verməsinin qarşısını almalıdır, o cümlədən: 2.0.1. Döşəmə və divar səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. Həmçinin döşəmənin və divarın səthlərində su keçirməyən, özünə su çəkməyən (qeyri hopdurucu), yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan, qida məhsullarının hazırlanması, emalı həyata keçirilən qida obyektlərində tətbiqinə icazə verilən (müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunmalıdır) qeyri-toksik inşaat materiallarından istifadə edilməlidir. Döşəmə səthləri drenajın aparılmasına imkan verməlidir. Divarlar isə həyata keçirilən əməliyyat növünə uyğun olaraq, münasib hündürlükdə hamar səthə malik olmalıdırlar (yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı və müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunan inşaat materialları ilə üzlənməlidir);[24] 2.0.2. Tavan (yaxud, tavanın olmadığı yerlərdə damın daxili səthi) və tavanda olan qurğular tozun və çirkin toplanması və kondensatın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerlərinə düşməsinin qarşısını alan formada qurulmalıdır; 2.0.3. Pəncərə və digər açılan hissələr çirkin toplanmasının qarşısını alacaq formada qurulmalıdır. Xaricə açılan pəncərələr həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmalıdır. Açıq pəncərələrin çirklənməyə səbəb olacağı hallarda pəncərələr qida məhsulları sahəsində fəaliyyət zamanı bağlı saxlanmalıdır; 2.0.4. Qapılar təmizlənmə və dezinfeksiya işlərinə yararlı olan hamar səthə və quruluşa malik olmalıdır; https://e-qanun.az/framework/46825# edn24 2.0.5. Qida məhsullarının emalı sahələrində səthlər (avadanlıqların səthləri də daxil olmaqla), xüsusilə də qida ilə təmasda olan səthlər təmirli vəziyyətdə olmalı, asan təmizlənməni və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə olmalıdır. Səthlərin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilməlidir; 2.0.6. İstifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün korroziyaya davamlı materiallardan qurulmuş, asanlıqla təmizlənən və axar isti və soyuq su ilə təchiz olunmuş yuma sahələri təşkil edilməlidir; 2.0.7. Qida obyekti qida məhsullarının ayrıca yuyulması üçün müvafiq avadanlıqla təmin edilməlidir. Qida məhsullarının yuyulması üçün istifadə edilən yuma çanağı və ya oxşar avadanlıqlar müvafiq qaydada axar isti və soyuq içməli su ilə təmin edilməli, təmiz saxlanmalı və dezinfeksiya edilməlidir. 3. Qida obyektlərində istifadə olunan avadanlıqlara dair gigiyena tələbləri 3.1. Qida məhsulu ilə təmasda olan bütün alətlər, avadanlıqlar və ləvazimatlar: 3.1.1. təmiz saxlanılmalı və dezinfeksiya edilməli; 3.1.2. çirklənmə hallarının baş verməsinin qarşısını alan materiallardan hazırlanmalı və yararlı vəziyyətdə saxlanmalıdır; 3.1.3. təkrar istifadə edilməyən (birdəfəlik istifadə üçün nəzərdə tutulan) konteyner, qablaşdırma vasitələri və materialları istisna olmaqla, bütün alət, avadanlıq və ləvazimatlar təmizlik və dezinfeksiyaya imkan verəcək materiallardan hazırlanmalı və işlək vəziyyətdə saxlanmalıdır; 3.1.4. avadanlıqlar iş yerinin və ətraf ərazinin təmizlənməsinə şərait yaradan tərzdə yerləşdirilməlidir; 3.2. Qida obyektləri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz edilməlidir. 3.3.Qida obyektlərində istifadə edilən qida məhsulları ilə təmasda olan material və məmulatlar qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.[25] 3.4. Avadanlıqların və qabların korroziyaya uğramasının qarşısının alınması məqsədilə istifadə edilən kimyəvi vasitələr qabaqcıl gigiyena təcrübəsi əsasında tətbiq edilməlidir. 4. Səyyar və ya müvəqqəti qurğulara dair gigiyena tələbləri[26] 4.1. Səyyar və/və ya müvəqqəti qurğulara - bazarda çadırlar, köşklər, piştaxtalar, digər səyyar ticarət vasitələri, bazarlarda satılması üçün qida məhsullarının hazırlandığı məkanlar, ticarət avtomatları, nəqliyyat vasitələri və digər səyyar qurğular aiddir. https://e-qanun.az/framework/46825# edn25 https://e-qanun.az/framework/46825# edn26 4.2. Səyyar və ya müvəqqəti qurğularda qida məhsullarının saxlanması, hazırlanması, tədarükü, emalı və satışı bu Əlavənin 4.3 - 4.11-ci bəndlərində göstərilən tələblərə əməl edilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə uyğun təşkil olunmalı və həyata keçirilməlidir. 4.3. Səyyar qurğular layihələndirildikdə, qurulduqda və ya təchiz olunduqda, istismar zamanı mümkün çirklənmə risklərinin qarşısını almaq məqsədilə (xüsusilə heyvanlar və zərərvericilər tərəfindən) həmin qurğular təmiz, əlverişli sanitariya gigiyena vəziyyətində və işlək vəziyyətdə saxlanmalıdır. 4.4. Səyyar qurğular əllərin gigiyena qaydalarına uyğun yuyulması və qurudulması üçün müvafiq avadanlıqlarla təchiz edilməli, gigiyena tələblərinə uyğun olaraq işçi heyətin xüsusi geyimin (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) dəyişdirilməsi təmin olunmalıdır. 4.5. Qida məhsulları ilə təmasda olan səthlər saz vəziyyətdə olaraq asan təmizlənməli, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olmalıdır. Səthlərin üzlənməsi zamanı hamar, yuyula bilən, korroziyaya davamlı və tətbiqinə icazə verilən (müvafiq sənədlə - sertifikatla müşayiət olunmalıdır) qeyri toksik materiallardan istifadə edilməlidir.[27] 4.6. İstifadə edilən qablar, alətlər və avadanlıqların təmizlənməsi və dezinfeksiya işlərinin aparılması üçün şərait yaradılmalıdır. 4.7. Emal zamanı qida məhsullarının yuyulub təmizlənməsi zərurəti yarandığı hallarda ayrıca yuma sahəsi, yuma avadanlığı, alətlər, yuyucu və dezinfeksiyaedici vasitələr təmin edilməlidir. 4.8. Emal sahələri və iş yerləri yetərli miqdarda axar isti və soyuq məişət (təsərrüfat)-içməli su ilə təchiz edilməlidir. 4.9. Təhlükəli, yaxud qeyri-qida maddələrinin və tullantıların (maye və ya bərk maddə şəklində) əlverişli gigiyenik şəraitdə saxlanması və zərərsizləşdirilməsi üçün müvafiq profilaktik tədbirlər görülməlidir. 4.10. Qida məhsullarının xüsusiyyətlərinə uyğun olaraq münasib temperatur şəraitinin saxlanılması və izlənməsi üçün emal sahələri müvafiq qurğular və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilməlidir. 4.11. Qida məhsulları çirklənmə təhlükəsinin qarşısını maksimum alacaq formada yerləşdirilməlidir. 5. Qida obyektlərində istifadə olunan qida məhsullarına dair gigiyena tələbləri 5.1. Qida subyektləri diri heyvanlar və ya qida məhsullarının emalında istifadə olunan materiallar istisna olmaqla, son hazır məhsulu insan istehlakı üçün yararsız https://e-qanun.az/framework/46825# edn27 vəziyyətə salan, habelə parazitlər, patogen mikroorqanizmlər və ya toksinlərlə çirklənmiş və ya kənar maddələrlə çirklənmə ehtimalı müəyyən edilmiş xammal (qida xammalı, qablaşdırma materialları və s.), inqrediyentlər və ya məhsulları qəbul etməməlidir.[28] 5.2. Qida obyektində bütün xammal və inqrediyentlər xarab olma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmalıdır. 5.3. Qida məhsulları qida zəncirinin bütün mərhələlərində, onu insan istehlakı üçün yararsız, sağlamlıq üçün zərərli və ya insan tərəfindən istehlakını qeyri-mümkün edəcək çirklənmədən mühafizə olunmalıdır. 5.4. Ev heyvanlarının, zərərvericilərin qida məhsullarının hazırlandığı, istifadə olunduğu və ya saxlandığı yerlərə girişinin qarşısını almaq üçün nəzarət tədbirləri həyata keçirilməlidir. 5.5. Xammal, inqrediyentlər, aralıq və hazır məhsullar insan sağlamlığı üçün risk yarada biləcək, eləcə də patogen mikroorqanizmlərin çoxalmasına, yaxud toksinlərin formalaşmasına şərait yaradan temperaturda saxlanmamalıdır. 5.6. Qida məhsullarının aşağı temperaturda saxlanması, servis edilməsi (xidmət göstərilməsi) hallarında və ya heç bir termiki emal prosesi tətbiq edilmədikdə, məhsullar yekun hazırlıq mərhələsindən sonra insan sağlamlığı üçün təhlükə yaratmayacaq temperatura qədər soyudulmalıdır. 5.7. Dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donun açılması nəticəsində yaranan maye emal sahəsindən kənarlaşdırılmalıdır. 6. Hermetik qablaşdırılmış qida məhsullarının istiliklə emalı (termiki emal) ilə bağlı gigiyena tələbləri 6.1. Emal olunmamış məhsulun emal edilməsi, yaxud emal edilmiş məhsulun növbəti emalı üçün istifadə olunan termiki emal prosesi zamanı aşağıdakılar təmin olunmalıdır: 6.1.1 emal olunan qida məhsulunun temperaturunun tənzimlənməsi; 6.1.2. emal zamanı qida məhsulunun çirklənməsinin qarşısının alınması. 6.2. Tətbiq olunan istehsal prosesləri üzrə əməliyyatlar beynəlxalq standartlara (məsələn: pasterizasiya, UHT-ultrayüksək temperatur, yaxud sterilizasiya) uyğun olmalıdır. 7. Qida məhsullarının qablaşdırılması və etiketlənməsinə dair tələblər 7.1. Məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməlidir. https://e-qanun.az/framework/46825# edn28 7.2. Eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələri xüsusi xassələr kimi təqdim edilməməlidir;[29] 7.3. Qida məhsullarına xas olmayan təsir və ya xassələrin onlara aid edilməsi qadağandır. 7.4. Kimyəvi və bioloji preparatlarla işlənilmiş qida məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazıları və nişanları görülə bilən olmalıdır. 7.5. Bükmə və qablaşdırmada istifadə olunan materiallar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməli və məhsullar üçün çirklənmə mənbəyi olmamalıdır. Bükmə və qablaşdırmada istifadə olunan materialların saxlanması şəraiti, məhsullarda çirklənmə riski yaratmamalıdır. Bükmə və qablaşdırma əməliyyatları məhsulun çirklənməsinin qarşısını alacaq formada həyata keçirilməlidir. Tənəkə və şüşə qablardan istifadə edildiyi təqdirdə, onların tamlığı və təmizliyi təmin edilməlidir.[30] 7.6. Ölkəyə idxal edilən qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir. 7.7. Qida məhsullarının bükülməsində və qablaşdırılmasında təkrar istifadə üçün nəzərdə tutulmuş materiallar asanlıqla təmizlənən və dezinfeksiya edilə bilən xassəyə malik olmalıdır. 7.8. Uşaq və tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının etiketlənməsi zamanı etiketin üzərində və ya açıq, qabsız daşınan mallarda qoşma sənədlərinin mətnində aşağıdakı məlumatlar göstərilməlidir:[31] 7.8.1. tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının etiketlənməsində əlavə olaraq təyinatı və istifadə qaydaları, əks göstərişlər də qeyd olunmalıdır; 7.8.2. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsi nəzərə alınmaqla, uşaq qida məhsullarının etiketlənməsində əlavə olaraq aşağıdakı məlumatlar əks olunmalıdır: 1. üzərində əmtəə nişanının şriftindən kiçik olmayan şriftlə “UŞAQ QİDASI” yazısı; 2. altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarında məhsulun məqsədli təyinatı barədə dəqiq göstərişlər, onun tərkibi, xüsusiyyətləri və istifadəsi üzrə məsləhətlər; 3. istifadəsi məsləhət görülən yaş qrupları; 4. istehlak qablaşdırması açıldıqdan sonra yararlılıq müddəti və şəraitinə dair tələblər.[32] 8. Qida məhsullarının daşınmasına dair tələblər https://e-qanun.az/framework/46825# edn29 https://e-qanun.az/framework/46825# edn30 https://e-qanun.az/framework/46825# edn31 https://e-qanun.az/framework/46825# edn32 8.1. Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitariya-gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməli və çirkləndiyi halda təmizlənmə və dezinfeksiya tədbirləri aparılmalıdır. Qida məhsullarının daşınması üçün yalnız həmin məqsədlər üçün təchiz olunmuş xüsusi nəqliyyat vasitələri istifadə edilir. Daşınma əməliyyatları istehlakçılar üçün qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qorunmasını tam təmin edən şəraitdə aparılmalıdır. 8.2. Nəqliyyat vasitələrinin və/və ya konteynerlərin yük bölmələri qida məhsullarından başqa digər məhsulların və əşyaların daşınması üçün istifadə edilməməlidir. 8.3. Qida məhsulları daşınan nəqliyyat vasitələri və ya konteynerlər digər qida məhsullarının daşınması üçün və ya müxtəlif qida məhsullarının eyni zamanda daşınması üçün istifadə olunarsa, çirklənmə riskinə yol verilməməsi üçün daşıma vasitələri yükləmələr arasındakı müddətdə tam təmizlənməlidir. 8.4. Müxtəlif qida məhsullarının eyni zamanda nəqliyyat vasitələri və ya konteynerlərlə birlikdə daşınması zamanı fərqli məhsulların bir-biri ilə təmasına, qida məhsulunun çirklənməsinə və orqanoleptik xüsusiyyətlərinin dəyişməsinə səbəb olan şəraitin yaranmasına qadağandır. 8.5. Nəqliyyat vasitələri və ya konteynerlərdə olan qida məhsulları çirklənmə risklərini minimuma endirəcək formada yerləşdirilməli və mühafizə olunmalıdır. 8.6. Maye, doğranmış, dənəvər və ya toz formasında olan qablaşdırılmamış açıq vəziyyətdə olan qida məhsulları bu məqsəd üçün nəzərdə tutulan qablarda, konteynerlərdə və ya tankerlərdə aparılmalıdır. Belə qabların, konteynerlərin və ya tankerlərin qida məhsullarının daşınması üçün nəzərdə tutulmasını göstərmək məqsədilə onların üzərində aydın və pozulmayacaq formada Azərbaycan dilində “Yalnız qida məhsulları üçün” sözləri həkk olunmalıdır. 8.7. Qida məhsullarının daşınması üçün istifadə olunan qablar, konteynerlər və ya tankerlər qida məhsullarının müvafiq temperatur, rütubət və digər zəruri mikroiqlim şəraitində daşınmasına, həmçinin temperatur və rütubətin izlənilməsinə imkan verməlidir. Tez xarab olan məhsullar yalnız xüsusi izolyasiya edilmiş qablarda və xüsusi temperatur şəraiti olan avadanlıqlarda daşınmalıdır. 8.8. Qida subyektlərinə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işləri aparılmalıdır. 9. Qida məhsullarının saxlanmasına dair tələblər 9.1. Qida obyektləri qida məhsullarının, onların inqrediyentlərinin, qida xammalının, o cümlədən qablaşdırma materiallarının və kimyəvi maddələrin (məsələn, yuyucu vasitələr, sürtkü maddələri, yanacaq və s.) saxlanması üçün bu Qaydaların tələblərinə uyğun avadanlıqlarla təmin edilməlidir.[33] 9.2. Qida obyektləri qida məhsullarının saxlanılması üçün aşağıdakı tələblərə cavab verən formada quraşdırılmış avadanlıqlarla təhciz edilməlidir: 9.2.1. müvafiq qulluq və təmizləməyə imkan yaradan; 9.2.2. parazitlərin daxil olması və çoxalmasına yol verməyən; 9.2.3. məhsulların saxlanması zamanı effektiv müdafiəni təmin edən; 9.2.4. qida məhsulunun xarab olmasının qarşısını alan mühiti təmin edən (məsələn, temperatur və rütubətə nəzarət). 9.3. Qida məhsulları, qablaşdırma materialları və kimyəvi maddələr hər biri ayrı ayrı avadanlıq daxilində saxlanılmalıdır. Onlardan hər hansı birinin digəri ilə eyni avadanlığın daxilində birlikdə saxlanılması qadağandır. 9.4. Saxlama avadanlığının tipi məhsulun xüsusiyyətləri ilə məyyən edilir. Yuyucu vasitələrin və təhlükəli maddələrin saxlanması üçün təhlükəsiz avadanlıqların olması təmin edilməlidir. 10. İşçi heyətin sağlamlığının qorunması və şəxsi gigiyena qaydalarına dair tələblər 10.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı”na əsasən qida zəncirinin (qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi) müxtəlif mərhələlərində işləyən şəxslər işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi müayinədən keçməli və tibbi arayışlarla təmin olunmalıdırlar.[34] 10.2. Qida obyektlərində çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi diqqət yetirməli, təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə təmin edilməlidir. 10.3. Xəstəliyi qida vasitəsilə keçə bilən və ya belə xəstəlik daşıyıcısı olan, yaxud infeksiyalı yaralar, dəri infeksiyaları, irin və ya diareya, sarılıq, qusma, titrəmə kimi şikayətləri olan şəxslərin hər hansı bir formada birbaşa, yaxud dolayısıyla qida ilə təması, işləməsi və ya qida emalı ərazisinə daxil olması qadağandır. 10.4. Qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini yerinə yetirməyən şəxslər işdən kənarlaşdırılmalıdır. https://e-qanun.az/framework/46825# edn33 https://e-qanun.az/framework/46825# edn34 10.5. Qida obyektində qida məhsulları ilə təmasda işləyən hər hansı bir şəxsdə bu Qaydaların 10.3-cü bəndində qeyd edilən simptomlar müəyyən olunarsa, həmin şəxs, bilavasitə rəhbəri və ya iş yoldaşları obyektin rəhbərliyinə dərhal məlumat verməlidir. Bu halın pozulması işçinin intizam məsuliyyətinə cəlb olunmasına səbəb olur. 10.6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 15 may tarixli 24/2 saylı “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”nın və “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimat”ın təsdiq edilməsi barədə” Qərarı ilə icbari tibbi müayinələrin keçirilməsi qaydası və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 13 dekabr tarixli 46 saylı “İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə” Qərarı ilə icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin siyahısı təsdiq edilmişdir. 11. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər 11.1. Qida məhsullarının çirklənməsinin qarşısının alınması məqsədilə qida obyektləri, hər zaman istifadəyə hazır yetərli miqdarda axar məişət (təsərrüfat)-içməli su təminatı və tullantı suların kənarlaşdırılması (kanalizasiya-drenaj) sistemləri ilə təchiz olunmalıdır. 11.2. Yanğına qarşı, buxar hazırlanması, soyutma və digər texniki məqsədlər üçün içməli olmayan su istifadə edildiyi hallarda, bu suyun müvafiq şəkildə müəyyən edilmiş ayrı bir sistemdə dövr etdirilməsi və içməli su sistemi ilə hər hansı əlaqəsi və ya içməli su sisteminə qarışması yolverilməzdir. 11.3. Qida məhsullarının emalı prosesində və ya qida məhsulunun komponenti kimi istifadə olunan su çirklənmə riski yaratmamalıdır. Bu su yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və içməli suyun keyfiyyət parametrlərinə uyğunluğu və son məhsulun təhlükəsizliyinə mənfi təsir etmədiyi halda istifadə edilir. 11.4. Qida məhsulları ilə təmasda olan buz içməli sudan hazırlanmalı, həmçinin bütöv halda olan balıqçılıq məhsullarının soyudulması zamanı məişət (təsərrüfat) və ya içməli sudan hazırlanan buzdan istifadə olunmalıdır. Buz çirklənmədən qorunacaq şəkildə istehsal və emal edilməlidir. 11.5. Qida məhsulları ilə birbaşa təmasda istifadə olunan buxarın tərkibində sağlamlıq üçün təhlükəli olan və ya qida məhsulunun çirklənməsinə səbəb ola biləcək hər hansı kənar maddələr olmamalıdır. 11.6. Hermetik qablaşdırmalarda qida məhsullarının termiki (istilik) emalı həyata keçirildikdə, termiki emaldan sonra qablaşdırmaların soyudulması üçün istifadə olunan suyun qida məhsulları üçün çirklənmə mənbəyi olmaması təmin edilməlidir. 11.7. Fəaliyyət zamanı yaranan tullantı suların kənarlaşdırılması, çirklənmə riskinin profilaktikası məqsədilə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qida obyektlərində istehsalat və məişət tullantı sularının axıdılması üçün kanalizasiya sistemləri qurulmalıdır. Tullantı suları kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq üsulla (mexaniki, bioloji) ilkin təmizlənməlidir. 12. Təmizləmə üsulları və prosedurları 12.0. Təmizləmə proseduru aşağıdakılardan ibarət olmalıdır: 12.0.1. səthlərdən böyük qırıntıların kənarlaşdırılması; 12.0.2. torpaq və bakteriya təbəqəsinin yumşaldılması üçün yuyucu vasitə məhlulunun səthə çəkilməsi və həmin səthin üzərində yuyucu vasitə məhlulunun saxlanılması; 12.0.3. yumşaldılmış torpağın və yuyucu vasitələrin qalıqlarının təmizlənməsi üçün bu Əlavənin 11-ci hissəsində göstərilmiş tələblərə uyğun olan su ilə yuyulması; 12.0.4. quru təmizləmə və ya qırıntıların təmizlənməsi və yığılması üçün digər fiziki və mexaniki üsullar; 12.0.5. istehsalçının təlimatında yuyulma tələb edilməməsi elmi əsaslandırılmışdırsa, sonradan yumaqla dezinfeksiya. 13. Təmizləmə tədbirləri 13.1. Təmizləmə və dezinfeksiya tədbirləri qida obyektlərinin bütün sahələrinin müvafiq şəkildə təmiz olmasına təminat verməli və təmizləyici qurğunun təmizlənməsini də ehtiva etməlidir. 13.2. Təmizləmə və dezinfeksiya proqramları daim yararlılıq və effektivliyinə görə nəzarət altında saxlanılmalı və sənədləşdirilməlidir. 13.3. Yazılı təmizləmə və ya dezinfeksiya proqramları istifadə edilən yerlərdə, aşağıdakılar təyin edilir: 13.3.1. təmizlənəcək və ya dezinfeksiya ediləcək sahələr, əşyalar və qab qacaq; 13.3.2. ayrı-ayrı tapşırıqlara görə cavabdehlik; 13.3.3. təmizlənmə və ya dezinfeksiya üsulları və tezlikləri; 13.3.4. nəzarət mexanizmləri. 14. Parazitlərlə yoluxmanın qarşısının alınması 14.1. Məhsulların minimum keyfiyyətinin və təhlükəsizliyinin, o cümlədən yararlılığının təmin edilməsi məqsədilə məhsulların saxlandığı və paylandığı yerlərdə parazitlərlə yoluxma və ya parazitlər üçün əlverişli şəraitin yaranmasının qarşısını almaq üçün beynəlxalq standartlara uyğun qabaqcıl gigiyena təcrübələri tətbiq edilməlidir. 14.2. Parazitlərin daxil ola və yayıla biləcəyi yerlərin yaranması imkanlarının azaldılması üçün tikililər yaxşı şəraitdə və təmir olunmuş vəziyyətdə saxlanılmalıdır. Parazitlərin daxil ola biləcəyi deşiklər, novlar və digər yerlər düzəldilməlidir. 14.3. Məhsullar üçün xammal parazitlərin daxil olmasını istisna edən konteynerlərdə və/və ya yerdən və divarlardan aralı məsafədə saxlanılmalıdır. Qida obyektlərinin daxili və obyektin yerləşdiyi zonalara bitişik ərazilər təmiz saxlanmalıdır. 15. Qida tullantıları ilə bağlı tələblər 15.1. Qida tullantıları, yararsız qida məhsulları və qida məhsulları ilə əlaqədar digər (qablaşdırma ləvazimatları və s.) tullantıların saxlanması, daşınması və zərərsizləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na uyğun həyata keçirilir. 15.2. Qida obyektlərində iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalı və kənarlaşdırılmalıdır. Digər maddələrin saxlanıldığı qablardan fərqlənməsi üçün tullantı qabları işarələnməlidir. 15.3. Qida obyektlərinin yaxınlığında tullantıların toplanması üçün və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda qablarda qalan tullantılar boşaldılaraq təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr qida məhsullarının emal və saxlanma yerlərindən kənarda yerləşdirilməli, təmiz saxlanılmalı və əvvəlcədən müəyyənləşdirilmiş dezinfeksiya proqramlarına uyğun qaydada dezinfeksiya edilməlidir. 15.4. Qida tullantıları gigiyena tələblərinə uyğun və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmaq şərtilə kənarlaşdırılmalı, onlar birbaşa və ya dolayı yolla çirklənmə mənbəyi olmamalıdır. 16. Gigiyena tələblərinə dair qaydalara əməl edilməsi ilə bağlı təlim 16.0. Qida subyektləri aşağıdakıları təmin etməlidirlər: 16.0.1. qida məhsulları ilə təmasda olan işçilərin icra etdikləri işə uyğun olaraq gigiyenik təlimlərə cəlb etmək və onlara nəzarət etmək; 16.0.2. qida məhsulları üzrə fəaliyyətin müxtəlif sahələrində işləyən şəxslər üçün mövcud qanunvericiliyin tələblərinə və qabaqcıl təcrübəyə uyğun olaraq təlim proqramlarını təşkil etmək. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) 2. 20 sentyabr 2023-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309200037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2023-cü il) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] Dövlət fitosanitar müfəttişləri nümunə götürmə tam başa çatmayana qədər bu materialı yükün üzərinə qaytarmır. [1] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın 10-cu hissəsinin adında “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilmişdir. [2] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”in 2.0.3-cü yarımbənddən “yem və yem əlavələri,”, “yem məqsədilə işlədilən kənd təsərrüfatı və sənaye tullantıları,” sözləri çıxarılmışdır. [3] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə 6.11-ci https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/55315 https://e-qanun.az/framework/46825# ftnref1 https://e-qanun.az/framework/46825# ednref1 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref2 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref3 https://e-qanun.az/framework/54618 bənddə birinci cümlədə “yemlərlə” sözü “yem məhsulları ilə” sözləri ilə, ikinci cümlədə “yemlər” sözü “yem məhsulları” sözləri ilə əvəz edilmişdir. [4] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.6-cı yarımbənddə “ət və” sözləri çıxarılmışdır. [5] 20 sentyabr 2023-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309200037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.8-ci yarımbənddə və 7.8-ci bənddə “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilmişdir. [6] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 6.3-cü və 6.15-ci bəndlərdə “qeyri-ərzaq” sözləri “qeyri-qida” sözləri ilə əvəz edilmişdir. [7] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 6.11-ci bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 6.11. Müəssisədə qida təhlükəsizliyi tələblərinə cavab verməyən və yararlılıq müddəti bitmiş ət və ət məhsullarının satışına yol verilmir. [8] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 6.12-ci bənddə “istehsalı və son istifadə tarixi və ya yararlılıq müddəti” sözləri “qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar” sözləri ilə əvəz edilmişdir. [9] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı https://e-qanun.az/framework/46825# ednref4 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref5 https://e-qanun.az/framework/55315 https://e-qanun.az/framework/46825# ednref6 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref7 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref8 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref9 https://e-qanun.az/framework/54618 müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 8.3-cü bənddə ikinci cümlə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Müəssisə işçilərinin tibbi müayinədən keçməsi və sağlamlığına dair sənədi olmalı və onlar azı ildə bir dəfə dövri tibbi müayinədən keçməlidirlər. [10] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.9-cu yarımbənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.9. Heyvan mənşəli qida məhsulu - insanların qidalanması üçün yararlı olan ət (heyvan və quş əti), balıq və balıq kürüsü, molyuska, xərçəngkimilər və digər suda yaşayan onurğasızlar (dəniz məhsulları) və sub məhsullar (heyvan və quş kəsimi zamanı əldə edilən və istehlak üçün yararlı olan qida məhsulları (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.)); [11] 20 sentyabr 2023-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309200037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2023-cü il) ilə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.10 cu yarımbənddə və 6.19-cu bənddə “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilmişdir. [12] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.12-ci yarımbənddə “çirkləndiricilərin” sözü “çirkləndirici maddələrin” sözləri ilə əvəz edilmişdir, “, elmi cəhətdən əsaslandırılmış və normalaşdırılmış” sözləri çıxarılmışdır. [13] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.19-cu yarımbənddə “qanunvericiliyin tələblərinə” sözləri “mövcud olan tələblərə” sözləri ilə, “nəzərdə tutulmuş təyinatından başqa digər bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı” sözləri “ilkin nəzərdə tutulmuş təyinatından başqa bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı, yaxud digər məqsədlərlə istifadəsi” sözləri ilə əvəz edilmişdir. [14] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Heyvan https://e-qanun.az/framework/46825# ednref10 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref11 https://e-qanun.az/framework/55315 https://e-qanun.az/framework/46825# ednref12 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref13 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref14 https://e-qanun.az/framework/54618 və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.21-ci yarımbənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.21. Qida təhlükəsizliyi - qida məhsullarının qida təhlükəsizliyi göstəricilərinə riayət edilməklə ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı insanların həyat və sağlamlığına zərər vurulması ilə bağlı təhlükənin olmaması; [15] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 1.1-ci bənddə “tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları)” sözləri “istehsalı, emalı, dövriyyəsi” sözləri ilə əvəz edilmişdir. [16] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 1.4-cü bənddə “məhsulları sahəsində fəaliyyət göstərən subyektlər” sözləri “zənciri subyektləri” sözləri ilə əvəz edilmişdir. [17] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2.0.4-cü, 2.0.5-ci, 2.0.8-2.0.12-ci, 2.0.22-ci yarımbəndlər yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.4. uşaq qida məhsulları - uşaq orqanizminin fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılmış xüsusi qida məhsulları; 2.0.5. pəhriz qida məhsulları - profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları; 2.0.8. ərzaq xammalı - bitki, heyvan, mikrobioloji və mineral mənşəli məhsullar, habelə qida məhsullarının istehsalında istifadə edilən sular; 2.0.9. ilkin istehsal - məhsulun yığılması, südün sağılması, həmçinin heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla ilkin istehsal məhsullarının istehsalı, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılması; 2.0.10. ilkin istehsal məhsulları - ilkin istehsaldan, o cümlədən torpaqdan və diri heyvandan alınan qida və yem məhsulları, o cümlədən balıq və balıq kürüsü, dəniz məhsulları, bal, ovlanmış çöl heyvanları və yığılmış yabanı bitki məhsulları; 2.0.11. qida məhsulları sahəsində fəaliyyət - qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi ilə bağlı həyata keçirilən fəaliyyət; 2.0.12. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra – qida subyektləri) - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr; https://e-qanun.az/framework/46825# ednref15 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref16 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref17 https://e-qanun.az/framework/54618 2.0.22. Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP- Hazard analysis and critical control points) - qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi. [18] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2.0.13-cü yarımbənddə “qida məhsulları sahəsində fəaliyyətin obyekti” sözləri “qida zənciri obyekti”, “qida məhsulları sahəsində” sözləri “qida zəncirində” sözləri ilə əvəz edilmişdir. [19] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 4.1-ci bənddə “fəal” sözü “aktiv” sözü ilə əvəz edilmişdir. [20] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ına yeni məzmunda 4.5-ci bənd əlavə edilmişdir. [21] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 1 nömrəli əlavə - “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”nin 2.2.10-cu yarımbənddə “sağlam olmasını və sağlamlıq riskləri ilə bağlı təlimlərdə iştirakını təmin etməli” sözləri “ilkin və dövri tibbi müayinədən keçməsini, habelə onlara gigiyenik təlimlərə cəlb olunmasını təmin etməli” sözləri ilə əvəz olunmuşdur. [22] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 1 nömrəli əlavə - “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”nin 3.2-ci bəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz olunmuşdur. [23] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 1.4-cü bəndin birinci cümləsində “və” sözü çıxarılmışdır. [24] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 2.0.1-ci yarımbəndin ikinci cümləsindən “tətbiqinə icazə verilən (müvafiq təsdiqedici https://e-qanun.az/framework/46825# ednref18 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref19 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref20 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref21 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref22 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref23 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref24 https://e-qanun.az/framework/54618 sənədlə - sertifikatla müşayiət olunmalıdır)” sözləri, dördüncü cümləsindən “və müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunan” sözləri çıxarılmışdır. [25] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 3.3-cü bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 3.3. Qida obyektlərində uyğunluq sertifikatları ilə təmin edilmiş avadanlıqlardan istifadə edilməlidir. [26] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 4-cü hissənin adında “Qida obyektlərində istifadə olunan səyyar” sözləri “Səyyar” sözü ilə əvəz olunmuşdur. [27] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 4.5-ci bənddə “(müvafiq sənədlə - sertifikatla müşayiət olunmalıdır)” sözləri çıxarılmışdır. [28] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 5.1-ci bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir. [29] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 7.2-ci bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 7.2. İstehlakçıların aldadılması, o cümlədən eyni xassəli oxşar qida məhsullarının xüsusi xassələrə malik olması haqqında yanlış məlumat verməklə istehlakçıların aldadılması qadağandır. [30] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 7.5-ci bəndin birinci cümləsində “müvafiq qaydada uyğunluq sertifikatları ilə təmin https://e-qanun.az/framework/46825# ednref25 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref26 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref27 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref28 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref29 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref30 https://e-qanun.az/framework/54618 edilməli” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməli” sözləri ilə əvəz edilmişdir. [31] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 7.8-ci bənddə, 7.8.1-ci yarımbənddə “pəhriz” sözü “tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. [32] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 7.8.2-ci yarımbəndin 3-cü abzasında “pəhriz qidalarında” sözü “tibbi məqsədlər üçün hazırlanan qida məhsullarında” sözləri ilə, 5-ci abzasında “saxlama” sözü “yararlılıq” sözü ilə əvəz edilmişdir. [33] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 9.1-ci bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir. [34] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 10.1-ci bənddə “(qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi)” sözləri “(qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi)” sözləri ilə əvəz edilmişdir. [35] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 1.1-ci bənddə “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin” sözləri “qida zənciri subyektlərinin” sözləri ilə əvəz edilmişdir. [36] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 2.0.5-ci yarımbənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.5. partiya - eyni zaman kəsiyində, eyni şərtlər altında, eyni yerdə istehsal edilən, emal olunan, texnoloji proses nəticəsində əldə edilən identifikasiya olunmuş məhsul qrupu; https://e-qanun.az/framework/46825# ednref31 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref32 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref33 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref34 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref35 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref36 https://e-qanun.az/framework/54618 [37] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 2.0.6-cı yarımbənddə “çirkləndiricilərin” sözü “çirkləndirici maddələrin” sözləri ilə əvəz edilmişdir, “, elmi cəhətdən əsaslandırılmış və normalaşdırılmış” sözləri çıxarılmışdır. [38] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 2.0.7-2.0.9-cu və 2.0.16-cı yarımbəndlər yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.7. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra – qida subyektləri) - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr; 2.0.8. uşaq qida məhsulları - uşaq orqanizminin fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılmış xüsusi qida məhsulları; 2.0.9. pəhriz qidaları - profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları; 2.0.16. Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP- Hazard analysis and critical control points) - qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi. [39] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 5.5-ci bənddə “pəhriz qidaları” sözləri “tibbi məqsədlər üçün hazırlanan qida məhsulları” sözləri ilə əvəz edilmişdir. [40] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”na 1 nömrəli əlavə Qida məhsullarının təhlükəsizlik göstəricilərinin 1.14.9-cu yarımbəndində “Bioloji fəallığa malik qida əlavələri (BFMQƏ)” sözləri “Bioloji aktiv qida məhsulları (BAQM)” sözləri ilə əvəz edilmişdir. [41] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”na 2 nömrəli əlavə https://e-qanun.az/framework/46825# ednref37 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref38 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref39 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref40 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref41 https://e-qanun.az/framework/54618 İstehsal gigiyenası göstəricilərinin 2.2.9-cu yarımbəndində və “Müayinə nəticələrinin dəyərləndirilməsi” hissəsində üçüncü və onuncu abzaslarında “pəhriz qidaları” sözləri “tibbi məqsədlər üçün hazırlanan qida məhsulları” sözləri ilə əvəz edilmişdir.

Resolution No. 19 of the Food Safety Agency on hygiene requirements for foodstuffs · Nelum