Resolution No. 18 of the Board of the Food Safety Agency on approving the Regulations of the Registry Department of the Office of the Food Safety Agency
صدر في 2020-08-06 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin Əsasnaməsi” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qararı № 18.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Livestock, Food and nutrition, Cultivated plants
- الكلمات المفتاحية
- animal feed/feedstuffs, animal health, drugs, registration, business/industry/corporations, capacity building, data collection/reporting, enforcement/compliance, food safety and quality, inspection, institution, internal trade, international trade, monitoring, pesticides, processing/handling, governance, biological control agents, plant protection
- الفئات
- *, agriculture
أين تقرؤه
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
AZƏRBAYCAN RESPUBLİKASI QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN KOLLEGİYASININ QƏRARI № 18 Bakı şəhəri “06” avqust 2020-ci il Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının struktur bölmələrinin Əsasnamələrinin və strukturuna daxil olan regional bölmələrinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 5.5.3-cü və 5.11.5-ci yarımbəndlərini və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 6 noyabr 2018-ci il tarixli 652 nömrəli Sərəncamını rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası QƏRARA ALIR: 1. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qida təhlükəsizliyi şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur). 2. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur).[1] 3. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur).[2] 4. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Maliyyə və təminat şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur). 5. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Beynəlxalq əlaqələr və protokol şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur). https://e-qanun.az/framework/45717# edn1 https://e-qanun.az/framework/45717# edn2 6. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur). 7. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının İnformasiya təminatı və innovativ həllər şöbəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 8. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).[3] 9. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 10. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Daxili nəzarət sektorunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 11. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Strateji təhlil və planlaşdırma sektorunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 12. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Satınalmalar sektorunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 13. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 14. Hüquq, kadr və icraya nəzarət şöbəsinə (İbrahim Babayev) tapşırılsın: 14.1. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin; 14.2. Bu Qərardan irəli gələn digər məsələləri həll etsin. 15. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 27 aprel 2019-cu il tarixli 05 nömrəli Qərarının 3-cü bəndi ləğv edilsin. 16. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin. 17. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. https://e-qanun.az/framework/45717# edn3 Əsas: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 6 avqust 2020-ci il tarixli iclasının protokolu. Kollegiyanın sədri Qoşqar Təhməzli Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 6 avqust 2020-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin[32] Ə S A S N A M Ə S İ 1. Ümumi müddəalar 1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Aparatının Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin (bundan sonra – Şöbə) əsas vəzifə və funksiyalarını, hüquqlarını, fəaliyyətinin təşkili qaydalarını müəyyən edir. 1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”ni, digər normativ hüquqi aktları, Agentliyin Kollegiyasının qərarlarını, Agentliyin sədrinin (bundan sonra ismin müvafiq hallarında – Sədr) qərarlarını, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentlik Aparatının struktur bölmələri, strukturuna daxil olan qurumların və strukturuna daxil https://e-qanun.az/framework/45717# edn32 olmayan tabeliyindəki qurumların, təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Agentliyə həvalə edilmiş hüquqi şəxslər, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, özəl sektor ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 2. Şöbənin fəaliyyət istiqamətləri 2.0. Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 2.0.1. qida təhlükəsizliyi üzrə sahənin inkişafının təmin edilməsində və qida təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında, normativ hüquqi bazanın təkmilləşdirilməsində və prioritet istiqamətlərin müəyyənləşdirilməsində iştirak edir; 2.0.2. qida zənciri obyektlərinin (subyektlərinin), qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra -Qanun) ilə müəyyən edilmiş qaydada qeydiyyatı və təsdiqinin, habelə həmin Qanunun 25.1-ci maddəsində müəyyən edilmiş məhsulların (bundan sonra – qeydiyyata alınmalı olan məhsullar) qeydiyyatının həyata keçirilməsini təşkil edir və Qida Təhlükəsizliyi Reyestrini (bundan sonra – Reyestr) aparır.[33] 2.0.2-1. baytarlıq preparatlarının, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını həyata keçirir;[34] 2.0.3. Qida məhsullarının ixracı məqsədilə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərə müvafiq təsdiqedici kodlar verir;[35] 2.0.4. Reyestrə daxil edilmiş subyektlər üzrə vahid məlumat bazasını yaradır və onun idarə olunmasını təşkil edir;[36] 2.0.5. qida təhlükəsizliyi qeydiyyatına alınmış qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin reytinqini müəyyən edir; 2.0.6. fəaliyyət istiqaməti üzrə Agentliyin regional bölmələrinin işinin təşkilini və fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir və onların bu sahədə fəaliyyətinə nəzarət edir.[37] 2.0.7. qida zənciri obyektləri (subyektlərin) fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür;[38] 2.0.8. qida zənciri obyektlərinə (subyektlərinə) fəaliyyət istiqaməti üzrə hüquqi və texniki dəstək göstərir və onların qida təhlükəsizliyi üzrə maarifləndirilməsi istiqamətində tədbirlər görür;[39] 2.0.9. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 3. Şöbənin vəzifələri https://e-qanun.az/framework/45717# edn33 https://e-qanun.az/framework/45717# edn34 https://e-qanun.az/framework/45717# edn35 https://e-qanun.az/framework/45717# edn36 https://e-qanun.az/framework/45717# edn37 https://e-qanun.az/framework/45717# edn38 https://e-qanun.az/framework/45717# edn39 3.0. Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır: 3.0.1. qida zənciri obyektlərinin (subyektlərinin), qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin Qanunla müəyyən edilmiş qaydada qeydiyyatı və təsdiqinin (o cümlədən müəyyən şərtlərlə təsdiqinin), habelə qeydiyyata alınmalı olan məhsulların qeydiyyatının həyata keçirilməsini təşkil etmək vəReyestrini aparmaq; 3.0.2. Qanunla müəyyən olunmuş hallarda və qaydada ölkəyə idxal edilən qida və yem məhsullarının istehsal və emal edildiyi qida zənciri obyektlərini təsdiq etmək və ya təsdiqindən imtina etmək;[40] 3.0.3. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək; 3.0.4. dövlət qeydiyyatına alınmış qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin reytinqini müəyyənləşdirmək; 3.0.5. Qeydiyyat məlumatları əsasında dövri statistik və analitik hesabatlar hazırlamaq; 3.0.6. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə qida subyektlərinə dövlət reyestrindən çıxarışlar vermək; 3.0.7. dövlət reyestrinə daxil edilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Agentliyin aidiyyəti struktur bölmələri tərəfindən aparılmış qiymətləndirmələrin nəticələri əsasında qeydiyyatını ləğv etmək və ya reyestr məlumatlarına dəyişiklik etmək; 3.0.7-1. aidiyyəti struktur bölmələr tərəfindən verilmiş müsbət rəy (qərar) əsasında baytarlıq preparatlarını, pestisidləri, bioloji preparatları, aqrokimyəvi maddələri dövlət qeydiyyatına alaraq qeydiyyat şəhadətnaməsi vermək, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil etmək və baytarlıq preparatlarının dövlət reyestrini aparmaq; 3.0.7-2. baytarlıq preparatlarının, pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qeydiyyat şahadətnamələrinin və “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ın dublikatlarını vermək, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin sənədlərin yenidən rəsmiləşdirilməsini, qüvvəsinin dayandırılmasını, bərpa və ləğv edilməsini həyata keçirmək;[41] 3.0.7-3. aidiyyəti struktur bölmə tərəfindən verilmiş müsbət rəy (qərar) əsasında heyvanlar üçün bioloji preparatların istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatını həyata keçirmək;[42] https://e-qanun.az/framework/45717# edn40 https://e-qanun.az/framework/45717# edn41 https://e-qanun.az/framework/45717# edn42 3.0.8. Qanunvericilikdə müəyyənləşdirilmiş qaydada sorğu əsasında Reyestrdən məlumatların verilməsini təmin etmək;[43] 3.0.9. qida təhlükəsizliyi sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək; 3.0.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və aidiyyəti üzrə Agentliyin rəhbərliyinə təkliflər vermək; 3.0.11. Agentlik rəhbərliyinin müvafiq göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasını təşkil etmək; 3.0.12. Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək; 3.0.13. Qeydiyyat məlumatları, həmçinin subyektlərin fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı toplanılmış informasiyalar əsasında qida zənciri obyektləri (subyektlərin) məlumat bazasını yaratmaq və ondan istifadəni təmin etmək; 3.0.14. Qida zənciri boyu fəaliyyət göstərən sahibkarların hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirmək; 3.0.15. Sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və metodiki dəstək tədbirləri təşkil etmək; 3.0.16. Sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin (HACCP, İSO 22000 və s.) və qabaqcıl fəaliyyət kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi ilə bağlı aidiyyəti struktur bölmələrlə birlikdə dəstək tədbirlərini təşkil etmək;[44] 3.0.1.7. fəaliyyət istiqamətləri üzrə institusional və təşkilati inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, o cümlədən siyasətinin formalaşdırılmasında ictimai iştirakçılığın artırılması, dövlət-özəl əməkdaşlığın qurulması üçün təhlil və qiymətləndirmələrin həyata keçirilməsi məqsədi ilə araşdırmaların aparılmasını təşkil etmək; 3.0.18. fəaliyyət istiqamətləri üzrə Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; 3.0.19. Sahibkarlar tərəfindən daxil olan müraciətlərin Agentliyin müxtəlif struktur bölmələri tərəfindən qaldırılan məsələlərin vaxtında və qanuni şəkildə cavalandırılması ilə bağlı təhlillər aparmaq və nəticəsi ilə bağlı təkliflər vermək; https://e-qanun.az/framework/45717# edn43 https://e-qanun.az/framework/45717# edn44 3.0.20. Qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların mənafeyinin qorunması, müvafiq hüquqi və texniki dəstəklə təmin edilməsi sahəsində fəaliyyət istiqaməti üzrə tədbirləri həyata keçirmək;[45] 3.0.21. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq bu Əsasnamə ilə şöbəyə verilmiş səlahiyyətlərin təkmilləşdirilməsi, genişləndirilməsi və ya dəyişdirilməsi üzrə təkliflər hazırlamaq; Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək; 3.0.22. fəaliyyət istiqaməti üzrə Agentliyin regional bölmələrinin işinin təşkilini və fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirmək, onların bu sahədə fəaliyyətinə nəzarət etmək, müvafiq hesabatları tələb etmək, iş prosesində ortaya çıxan problemlərin və baş vermiş nöqsanların araşdırılması və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq; 3.0.23. fəaliyyət istiqaməti üzrə Agentliyin regional bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin regional bölmələrdə fəaliyyət göstərən əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, təlimlərə cəlb edilməsinin zəruriliyi haqqında Agentliyin rəhbərliyinə təkliflər vermək və bu təlimlərin təşkilində iştirak etmək;[46] 3.0.23-2. fəaliyyət istiqaməti üzrə Agentliyin regional bölmələrinin fəaliyyətinə dair aparılmış qiymətləndirmənin nəticələri barədə ümumiləşdirmə aparmaq, hesabatlar hazırlamaq və təkliflər vermək;[47] 3.0.24. rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq; 3.0.25. rəhbərlik tərəfindən şöbəyə tapşırılmış vəzifələri yerinə yetirmək; 3.0.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 4. Şöbənin hüquqları 4.0. Şöbənin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır: 4.0.1. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, Agentliyin Aparatının struktur bölmələrinə, strukturuna daxil olan qurumlara və strukturuna daxil https://e-qanun.az/framework/45717# edn45 https://e-qanun.az/framework/45717# edn46 https://e-qanun.az/framework/45717# edn47 olmayan tabeliyindəki qurumlara məlumatlar (sənədlər) barədə sorğular ünvanlamaq və onlardan belə məlumatları (sənədləri) almaq; 4.0.2. şöbənin fəaliyyət istiqamətləri üzrə rəylərin verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların aparılmasında, analitik materialların hazırlanmasında iştirak etmək; 4.0.3. Müstəqil ekspertlərin və mütəxəssislərin, məsləhətçi şirkətlərin, elmi təşkilatların müəyyən edilmiş qaydada Agentliyin fəaliyyətinə cəlb edilməsi ilə bağlı təkliflər hazırlamaq; 4.0.4. şöbənin fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanlarına təkliflərin verilməsində iştirak etmək; 4.0.5. xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığın təşkilində və həyata keçirilməsində, danışıqların aparılmasında, habelə beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək; 4.0.6. Qida təhlükəsizliyi sahəsində islahatların aparılmasına dair təkliflər vermək; 4.0.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 5. Şöbənin fəaliyyətinin təşkili 5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı Sədr tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə sədrə tabedir və onun qarşısında hesabat verir. Sədr tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz. 5.2. Şöbənin fəaliyyətinə Sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (bundan sonar ismin müvafiq hallarında - Şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini Sədr tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.[48] 5.3. Şöbə müdirinin Sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya Sədr tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir. 5.4. Şöbənin digər əməkdaşları Sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. 5.5. Şöbə müdiri: 5.5.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir; https://e-qanun.az/framework/45717# edn48 5.5.3. Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir; 5.5.4. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir; 5.5.5. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir; 5.5.6. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Agentliyin digər strukturlarından məlumat və sənədləri alır; 5.5.7. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir; 5.5.8. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir; 5.5.9. Şöbəni təmsil edir. 5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.