Resolution No. 16-Q of the Ministry of Agriculture approving the Charter of the provincial administration of agriculture
صدر في 2015-03-30 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) kənd təsərrüfatı idarəsinin əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Qərari № 16-Q.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Agricultural and rural development
- الكلمات المفتاحية
- agricultural development, business/industry/corporations, capacity building, crops, governance, processing/handling, institution, integrated management, local government, policy/planning, research, soil conservation/soil improvement, subsidy/incentive, sustainable development, urban and peri-urban agriculture
- الفئات
- *
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ Q Ə R A R № 16-Q Bakı şəhəri 30 mart 2015-ci il Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) kənd təsərrüfatı idarəsinin əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 18.5-ci bəndini rəhbər tutaraq QƏRARA ALIRAM: 1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) kənd təsərrüfatı idarəsinin əsasnaməsi təsdiq edilsin (əlavə olunur). 2. Hüquq, kadr və yerli orqanlarla iş şöbəsi (Xudayət Həsənli) bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin. Əsas: Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xudayət Həsənlinin nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbovla razılaşdırılmış 2015-ci il 13 mart tarixli 12/M-18 nömrəli Təhriri məruzəsi. Nazir Heydər Əsədov Azərbaycan Respublikası kənd təsərrüfatı Nazirinin 2015-ci il 30 mart tarixli 16-Q nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Rayon (Şəhər) Kənd Təsərrüfatı İdarəsi haqqında Ə S AS N AM Ə I. Ümumi müddəalar 1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra Nazirlik) Rayon (Şəhər)Kənd Təsərrüfatı İdarəsi (bundan sonra-Kənd Təsərrüfatı İdarəsi) “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq yaradılmışdır və Nazirliyin müstəqil struktur qurumudur. 2. Kənd Təsərrüfatı İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları, Nazirliyin Əsasnaməsini və Kollegiyasının qərarlarını, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin (bundan sonra-Nazir) əmr və qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur. 3. Kənd Təsərrüfatı İdarəsi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, strukturuna daxil olan qurumlar və tabeliyindəki təşkilatlar (bundan sonra Nazirliyin qurumları), hüquqi şəxslər, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 4. Kənd Təsərrüfatı İdarəsi müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Nazirliyin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. 5. Kənd Təsərrüfatı İdarəsinin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. II. Kənd təsərrüfatı idarəsinin fəaliyyətinin istiqamətləri 6. Kənd Təsərrüfatı İdarəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 6.1. rayonda (şəhərdə) aqrar siyasətin həyata keçirilməsini təmin edir; 6.2. bitkiçilik və heyvandarlıq sahələrinin intensiv inkişafının təmin edilməsi üçün həyata keçirilən tədbirlərdə iştirak edir, yeni texnika və texnologiyaların, innovativ inkişaf üsullarının tətbiq edilməsi barədə Nazirliyə təkliflər verir; 6.3. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə müəssisələrin yaradılması və yenidən qurulması barədə təkliflər verir, onların fəaliyyətinin dəstəklənməsi üzrə səlahiyyətləri çərçivəsində tədbirlər görür; 6.4. yerli icra və özünüidarəetmə orqanları ilə birlikdə rayon (şəhər) ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlardan, o cümlədən yay və qış otlaq sahələrindən səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində iştirak edir, torpaqların münbitliyinin bərpası və mühafizəsi üçün tədbirlər görür və bu sahədə Nazirliyə təkliflər verir; 6.5. rayonda (şəhərdə) kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərini təşkil edir, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi, onların mineral gübrələrə, kənd təsərrüfatı texnikalarına, habelə qüvvəli və şirəli yemlərə olan ehtiyaclarının ödənilməsi və bu sahədə qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə edə bilmələri üçün Nazirliyin digər qurumları ilə birlikdə tədbirlər həyata keçirir; 6.6. rayonda (şəhərdə) aqrar sahə ilə bağlı problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlıq qurur; 6.7. aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin göstərilməsinə köməklik edir; 6.8. Nazirliyin rayonda (şəhərdə) fəaliyyət göstərən yerli qurumlarının fəaliyyətini əlaqələndirir; 6.9. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. III. Kənd təsərrüfatı idarəsinin vəzifələri 7. Kənd Təsərrüfatı İdarəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1. torpaqların münbitliyinin bərpası və mühafizəsi sahəsində, səmərəli aqrotexniki, fitosanitar və eroziyaya qarşı mübarizə tədbirlərinə dair təkliflər vermək, onların həyata keçirilməsində iştirak etmək; 7.2. kənd təsərrüfatına yararlı torpaqlardan yüksək məhsul əldə olunması və həmin torpaqların mühafizəsinin təmin edilməsi məqsədilə mütərəqqi torpaqbecərmə işlərinin aparılması, texnika və texnologiyaların tətbiqi ilə bağlı tədbirlərdə, habelə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin identifikasiyası əməliyyatlarının aparılmasında iştirak etmək; 7.3. kənd təsərrüfatı məhsulları istehsalçılarına torpağın münbitliyinin bərpa edilməsi, gübrə və digər kimyəvi preparatlardan düzgün və səmərəli istifadə edilməsi, habelə aqrokimyəvi xidmətin təşkili ilə bağlı qabaqcıl təcrübə barədə məlumat (bilgilər) vermək, bunları kitabçalar formasında nəşr etdirərək onlara pulsuz çatdırmaq; 7.4. rayon (şəhər) üzrə kənd təsərrüfatı ilə bağlı məlumat bazası yaratmaq, o cümlədən müvafiq informasiya sistemi və proqram təminatları texnologiyalarından istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaqlar, torpaqların keyfiyyət və kəmiyyət göstəriciləri, uqodiyası, torpaq və bitki örtüyü və digər kateqoriyadan olan torpaqlar haqqında coğrafi məlumatlar, kənd təsərrüfatı məhsullarının istehsal və satış qiymətləri haqqında məlumat bazası yaratmaq, məlumatların yenilənməsi, müvafiq təhlillərin aparılması və hesabatların hazırlanması üçün tədbirlər görmək; 7.5. kənd təsərrüfatı sahəsində rayonda (şəhərdə) investisiya layihələrinin həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək; 7.6. rayonda (şəhərdə) genetik modifikasiya olunmuş bitkilər istisna olmaqlayeni bitki sortlarının yetişdirilməsi və yayılması üçün tədbirlər görmək; 7.7. kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək; 7.8. əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatların aparılmasına, su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında iştirak etmək; 7.9. heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikası, diaqnostikası, epizootiya əleyhinə tədbirlərin həyata keçirilməsində, dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyasında, baytarlıq preparatlarının ehtiyatının yaradılmasında iştirak etmək; 7.10. heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın müəyyən edilməsi, götürülməsi və məhv edilməsi ilə bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək; 7.11. rayonda (şəhərdə) bitki mühafizəsi və karantini sahəsində tədbirlərin, pestisidlərin ehtiyatının yaradılması və saxlanması ilə bağı tədbirlərin həyata keçirilməsində iştirak etmək; 7.12. rayonda (şəhərdə) aqrar sahədə yeni istehsal və emal sahələrinin yaradılması ilə bağlı araşdırmalar aparmaq və bununla əlaqədar təkliflər hazırlayıb Nazirliyə təqdim etmək; 7.13. yerli icra hakimiyyəti orqanları ilə birlikdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün tədbirlər görmək və bu barədə Nazirliyə təkliflər vermək; 7.14. rayonda (şəhərdə) ailə kəndli təsərrüfatlarının və aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafını dəstəkləmək; 7.15. Azərbaycan Respublikasının digər rayon(şəhər)kənd təsərrüfatı idarələri ilə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, qabaqcıl təcrübənin öyrənilməsi və rayonda tətbiqi üçün tədbirlər görmək; 7.16. rayonda(şəhərdə) kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin fəaliyyətinin təşkilində iştirak etmək və bu sahədə xidmətlərin təkmilləşdirilməsi üçün Nazirliyə təkliflər vermək; 7.17. rayonda (şəhərdə) kənd təsərrüfatı kooperativlərinin, iri fermer təsərrüfatlarının yaradılmasını və inkişafını təşviq etmək; 7.18. aqrar sahədə rayon (şəhər) əhalisinin məlumatlandırılması üçün idarənin elektron informasiya ehtiyatının (internet saytının) yaradılmasını və onun daimi yenilənməsini təmin etmək; 7.19. Nazirliyin strukturuna daxil olan dövlət xidmətlərinin və tabeliyindəki təşkilatların yerli bölmələrində işin təşkili ilə bağlı vəziyyəti öyrənmək, ümumiləşdirmək və nəticələr üzrə Nazirliyə təkliflər vermək; 7.20. kənd təsərrüfatı məsələləri üzrə vətəndaşların qəbulunu aparmaq, onların müraciətlərinə baxmaq və nəticələr barədə Nazirliyə məlumat vermək; 7.21. hüquqi maarifləndirmə işini həyata keçirmək, idarənin fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq; 7.22. “elektron kənd təsərrüfatı” informasiya sistemlərinin tətbiqi üzrə tədbirlər görmək, o cümlədən Nazirliyin təqdim etdiyi elektron xidmətlərin təşviq edilməsi və onlardan istifadə sahəsində kənd təsərrüfatı məhsulları istehsalçıları və emalçılarının bacarıqlarının artırılması, onların təlimatlandırılması məqsədi ilə fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək; 7.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. IV. Kənd təsərrüfatı idarəsinin hüquqları 8. Kənd Təsərrüfatı İdarəsi bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 8.1. rayonda (şəhərdə) kənd təsərrüfatının inkişaf etdirilməsinə dair Nazirliyə təkliflər vermək və Nazirliklə razılaşdırmaqla rayonun aidiyyəti orqanları qarşısında məsələ qaldırmaq; 8.2. rayonda (şəhərdə) aqrar sahənin inkişafına dövlət dəstəyi mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 8.3. rayonda (şəhərdə) kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi üçün dövlət orqanlarının yerli bölmələri ilə birlikdə tədbirlər həyata keçirmək; 8.4. müvafiq sahədə mütəxəssislərin hazırlanması, peşəkarlığının və ixtisasının artırılması, habelə İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi barədə Nazirliyə təkliflər vermək; 8.5. səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı məhkəmələrdə iddiaçı və cavabdeh qismində iştirak etmək; 8.6. fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı dövlət orqanlarının yerli bölmələri, özünüidarəetmə qurumları, aqrar sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə sorğular göndərmək, təhlillər və ümumiləşdirmələr, habelə tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, onların nəticələrinə uyğun olaraq Nazirliyə məlumatlar və təkliflər vermək; 8.7. yığıncaqlar, seminarlar və digər tədbirlər keçirmək, sərgilər təşkil etmək; 8.8. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; 8.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. V. Kənd təsərrüfatı idarəsinin fəaliyyətinin təşkili 9. İdarənin strukturu və ştat vahidlərinin sayı Nazir tərəfindən müəyyən edilir və təsdiq olunur. 10. İdarənin fəaliyyətinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəis bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə şəxsən məsuliyyət daşıyır. 11. Rəisin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır. 12. İdarə rəisi məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud digər üzürlü səbəblərdən öz vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətlərini müəyyən olunmuş qaydada rəisin müavini həyata keçirir. 13. Kənd Təsərrüfatı İdarəsinin rəisi: 13.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 13.2. Kənd Təsərrüfatı İdarəsinin işçilərini (rəis müavini istisna olmaqla) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq Nazirliklə razılaşdırılmaqla vəzifəyə təyin edir və vəzifədən azad edir. 13.3. idarənin işçiləri arasında vəzifə və iş bölgüsü aparır; 13.4. İdarə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyənləşdirərək, bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, bu Əsasnamənin 2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin icrasını təmin edir; 13.5. İdarədə çalışan işçilər (rəis müavini istisna olmaqla) barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 13.6. Nazirliyin rəhbərliyinin etibarnaməsi (vəkalətnaməsi) əsasında məhkəmələrdə Nazirliyi təmsil edir; 13.7. İdarəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliyə uyğun qaydada baxılmasını təşkil edir; 13.8. İdarədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir; 13.9. İdarəni rayonun (şəhərin) dövlət və yerli özünüidarəetmə qurumlarında, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə və məhkəmələrdə etibarnaməsiz təmsil edir. 13.10. İdarədə çalışan işçilər tərəfindən icrası məcburi olan əmrlər və göstərişlər verir, onların icrasına nəzarəti həyata keçirir; 14. İdarənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.