Presidential Decree No. 969 on additional measures for the implementation of Law No. 759-IG “On foodstuffs”
صدر في 2003-10-23 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Yeyinti məhsulları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmani.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Food and nutrition
- الكلمات المفتاحية
- certification, food safety and quality, food security, internal trade, international trade
- الفئات
- *
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Müəyyən edilsin ki: "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini gigiyenik sertifikatının verilməsində - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; fitosanitar sertifikatının və baytarlıq şəhadətnaməsinin verilməsində - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; uyğunluq sertifikatının verilməsində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi; Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilənyeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsində - Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;[1] həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin beşinci hissəsində və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir; həmin Qanunun 8-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, sanitariya tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, ekoloji tələblərə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, baytarlıq və fitosanitar tələblərə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, gömrük nəzarəti ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;[2] həmin Qanunun 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; həmin Qanunun 16-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər; http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# edn2 həmin Qanunun 19-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;[3] həmin Qanunun 20-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının İqtisadiyyat və SənayeNazirliyi, ikinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[4] həmin Qanunun 21-ci maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər.[5] 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, normalaşması, saxlanması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik, fitosanitar sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasını və verilməsi qaydalarını müəyyən etsin; bu Fərmandan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin. 3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 oktyabr 2003-cü il № 969 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# edn4 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# edn5 1. 6 iyul 2005-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 iyul 2005-ci il № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 07, maddə 592) 2. 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) 3. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) 4. 20 iyul 2009-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 528) 5. 20 aprel 2010-cu il tarixli 256 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 aprel 2010-cu il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 296) 6. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) 7. 31 oktyabr 2014-cü il tarixli 333 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1218) 8. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178) FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 6 iyul 2005-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 iyul 2005-ci il № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 07, maddə 592) ilə 1-ci bəndinin ikinci abzasında “Dövlət Agentliyi” sözlərindən sonra “; Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən balıq və digər dəniz məhsullarına keyfiyyət sertifikatının verilməsində - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri əlavə edilmişdir. 20 aprel 2010-cu il tarixli 256 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 aprel 2010-cu il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 296) ilə 1-ci bəndinin ikinci abzasında “balıq və digər dəniz” sözləri “yeyinti” sözü ilə əvəz edilmişdir. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178) ilə 1-ci hissəsinin birinci, dördüncü, altıncı, səkkizinci və doqquzuncu bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır. [2] 31 oktyabr 2014-cü il tarixli 333 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1218) ilə 1-ci hissəsinin beşinci abzasında “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan http://e-qanun.az/framework/10434 http://e-qanun.az/framework/15256 http://e-qanun.az/framework/16821 http://e-qanun.az/framework/18139 http://e-qanun.az/framework/19459 http://e-qanun.az/framework/27678 http://e-qanun.az/framework/28542 http://e-qanun.az/framework/33518 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# ednref1 http://e-qanun.az/framework/10434 http://e-qanun.az/framework/19459 http://e-qanun.az/framework/33518 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# ednref2 http://e-qanun.az/framework/28542 Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində” sözləri “istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, sanitariya tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, ekoloji tələblərə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, baytarlıq və fitosanitar tələblərə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, gömrük nəzarəti ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri ilə əvəz edilmişdir. 20 aprel 2010-cu il tarixli 256 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 aprel 2010-cu il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 296) ilə 1-ci bəndinin ikinci abzasında “balıq və digər dəniz” sözləri “yeyinti” sözü ilə əvəz edilmişdir. [3] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 1-ci bəndinin səkkizinci abzasında “Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir. [4] 20 iyul 2009-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 528) ilə 1-ci bəndinin doqquzuncu abzası yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: həmin Qanunun 20-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrütatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirirlər; [5] 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 1-ci bəndinin ikinci, beşinci, yeddinci və onuncu abzaslarında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci hissəsinin ikinci, beşinci, yeddinci, doqquzuncu və onuncu abzaslarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir. http://e-qanun.az/framework/19459 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# ednref3 http://e-qanun.az/framework/15256 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# ednref4 http://e-qanun.az/framework/18139 http://www.e-qanun.az/alpidata/framework/data/2/c f 2373.htm# ednref5 http://e-qanun.az/framework/16821 http://e-qanun.az/framework/27678