Presidential Decree No. 844 on the privatization of small hydro power plants
صدر في 2001-12-21 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 844.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Energy, Land and soil, Water
- الكلمات المفتاحية
- property rights, risk assessment/management, waterworks, hydropower generation, energy conservation/energy production, business/industry/corporations, renewable energy
- الفئات
- *
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
1. "Azərenerji" Səhmdar Cəmiyyətinin bu Sərəncamının əlavəsində göstərilən kiçik su elektrik stansiyaları özəlləşdirməyə açıq elan edilsinlər.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi kiçik su elektrik stansiyalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsini təmin etsin.[1]
3. Müəyyən edilsin ki, kiçik su elektrik stansiyalarının özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.
4. "Azərenerji" Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu Sərəncamın əlavəsində göstərilən kiçik su elektrik stansiyaları özəlləşdirilənədək onların idarə olunmasına və əmlakının qorunub saxlanılmasına məsuliyyət daşıyır.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 21 dekabr 2001-ci il № 844 Azərbaycan Respublikası Prezidentinin 2001-ci il "21"dekabr tarixli 844 №-li Sərəncamına ƏLAVƏ Özəlləşdirməyə açıq elan edilən kiçik su elektrik stansiyalarının SİYAHISI
1. "Quba" kiçik su elektrik stansiyası
2. "Qusar" kiçik su elektrik stansiyası
3. "Şəki" kiçik su elektrik stansiyası
4. "Çiçəkli (Zurnabad)" su elektrik stansiyası
5. "Muğan" kiçik su elektrik stansiyası
6. "Zeyxur" kiçik su elektrik stansiyası
7. "Nügədi" kiçik su elektrik stansiyası
8. "Balakən" kiçik su elektrik stansiyası
9. "Çinarlı" kiçik su elektrik stansiyası İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) 2. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan [1] Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bəndində “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 2-ci bəndində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.