تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Presidential Decree No. 796 on approval of the rules regarding negative impacts of noise pollution on the environment and well-being of the population

صدر في 2008-07-08 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmani № 796.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Environment
الكلمات المفتاحية
noise pollution, public health, environmental standards, standards, protection of environment, pollution control

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilsin (əlavə edilir). 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin. 3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 iyul 2008-ci il № 796 Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri NORMALARI 1. Ümumi müddəalar 1.1. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra - normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. 1.2. Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. 1.3. Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. 2. Səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri 2.1. Daimi səs-küyün normalaşdırılan parametrləri (L) orta həndəsi tezlikli 63, 125, 250, 500, 1000, 2000, 4000, 8000 Hs oktava zolaqlarında (səs təzyiqinin oktava səviyyələri), desibellərlə (dB) səs təzyiqinin qiymətləridir. Təxmini qiymətləndirmə məqsədilə (LA, dB) səs səviyyəsindən istifadə edilməsinə icazə verilir. 2.2. Daimi olmayan səs-küyün normalaşdırılan parametrləri dBA ilə səsin ekvivalent enerjisi (L A.ekv ) və maksimal səviyyəsi (L A.maks ) -dır. Daimi olmayan səs-küyün yolverilən səviyyələrə uyğunluğunun qiymətləndirilməsi eyni vaxtda ekvivalent və maksimal səs-küy səviyyələrinə görə təyin edilir. 2.3. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir. 3. Vibrasiyaların normalaşdırılan parametrləri və yolverilən qiymətləri 3.1. Vibrasiyanın normalaşdırılan parametrləri olaraq, vibro təcilinin – La (vibro sürətinin -LV), səviyyələri dB-ilə və yaxud 2, 4, 8, 16, 31, 5, 63 Hs orta həndəsi tezliklərində oktavalı zolaqlarda vibrasiya yerdəyişmələri – S, m qəbul edilmişdir. Təxmini qiymətləndirmələr üçün korreksiya (düzəlişlər) edilmiş vibrasiya təcili akorr m.c-2 , (vibrasiya sürətləri - Vkorr, m.c-1, vibrasiya yerdəyişmələri - Skorr, m) və yaxud La vibrasiya təcilinin korreksiya edilmiş səviyyəsinə (Lv -vibrasiya sürəti) dB ilə istifadə edilməsinə icazə verilir. 3.2. Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri Cədvəl 2-də, binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri Cədvəl 3-də, binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri Cədvəl 4-də verilmişdir. 3.3. Cədvəl 2-də və 3-də verilmiş sabit olmayan vibrasiyalar üçün səviyyələrin yolverilən səviyyələrinə -10dB düzəlişi daxil edilir, Cədvəl 4-də isə verilmiş vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələrinə isə «0,32» əmsalı daxil edilərək düzəliş verilir. Cədvəl 1 Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Sıra sayı Otaqların təyinatı Günün vaxtı Orta həndəsi tezlikli (Hs) oktava zolaqlarında səs təzyiqinin səviyyələri, dB Səs səviyyəsi LA və ekvivalent səs səviyyəsi Maksimal səviyyə, 63 125 250 500 1000 2000 4000 8000 LA.ekv., dBA LA.max dBA 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 1 Binaların (mənzillərin) yaşayış otaqları Gündüz Gecə 59 51 63 55 48 39 52 44 40 31 45 31 34 24 39 29 30 20 35 25 27 17 32 22 25 14 30 20 23 13 28 18 35 25 40 30 50 40 55 45 2 Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin yaşayış otaqları Gündüz Gecə 67 59 57 48 49 40 44 34 40 30 37 27 35 25 33 13 45 35 60 50 3[1] Qocalar və əlillər üçün internat evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları Gündüz Gecə 63 55 52 44 45 35 39 29 35 25 32 22 30 20 38 18 40 30 55 45 4 İnzibati binalarda, konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında iş otaqları və kabinələr Gündüz 71 61 54 49 45 42 40 38 50 65 5 Xəstəxana və sanatoriyaların palataları Gündüz Gecə 59 51 48 39 40 31 34 24 30 20 27 17 25 14 23 13 35 25 50 40 6[2] Xəstəxanaların əməliyyat otaqları Gündüz 55 44 35 29 25 22 20 18 30 45 7 Tibb idarələrin həkimlər otağı Gündüz 59 48 40 34 30 27 25 23 35 50 8[3] Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinetləri, təhsil müəssisələrininauditoriyaları, konfrans zalları, qiraət zalları, müşavirə (müzakirə, görüş) otaqları Gündüz 63 52 45 39 35 32 30 28 40 55 9 Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin xolları Gündüz 71 61 54 49 45 42 40 38 50 60 10 Kafe, restoran, yeməkxanaların zalları Gündüz 75 66 59 54 50 47 45 43 55 65 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 11 Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları Gündüz 79 70 63 58 55 52 50 49 60 70 12 Xəstəxana və sanatoriya binalarına bilavasitə bitişik ərazilər Gündüz Gecə 67 59 57 48 49 40 44 34 40 30 37 27 35 25 33 23 45 35 60 50 13[4] Yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, qocalar və əlillər üçün internat-evlərinə, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər Gündüz Gecə 75 67 66 57 59 49 54 44 50 40 47 37 45 35 44 33 55 45 70 60 14 Mehmanxana və yataqxanalara bilavasitə bitişik ərazilər Gündüz Gecə 79 71 70 61 63 54 59 49 55 45 53 42 51 40 49 39 60 50 75 65 15 Xəstəxana və sanatoriyaların istirahət meydançaları Gündüz 76 59 48 40 34 30 27 25 23 35 16[5] Mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, qocalar və əlillər üçün internat evlərinin istirahət meydançaları, məktəbəqədər , ümumi və digər təhsilmüəssisələrinin meydançaları Gündüz 67 57 49 44 40 37 35 33 45 60 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn2 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn4 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn5 Qeydlər: 1. Səs-küyün səs təzyiqi, səsin ekvivalent enerjisi və maksimal səviyyələri Dövlət Ümumi Standartları və Tələbləri (DÜST) 17187 və beynəlxalq praktikada qəbul edilmiş metodikalardan istifadə etməklə müəyyən edilir. 2. Xarici mənbələrin binalarda yaratdığı səs-küyün yolverilən səviyyələri binaların normativ ventilyası şəraitində (yaşayış binaları, palatalar, siniflərdə - nəfəslik, xəfəng, ensiz pəncərə laylarının açıq olması) təyin edilir. 3. Pəncərələri küçə və yollara açılan otaqlarda xarici nəqliyyat mənbələrinin yaratdığı səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən artıq, yəni +5dB düzəlişlə (dBA) götürülməlidir. 4. Tonal və (və ya) impuls xarakterli səs-küydə səs təzyiqi, səs səviyyəsi, səsin ekvivalent səviyyələrinin yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən aşağı, yəni -5dB (dBA) düzəlişlə götürülməlidir. 5. Bitişik (əlavə) tikilmiş ticarət və ictimai-iaşə müəssisələrinin ventilyasiya, havasərinləşdirici və havaqızdırıcı sistemlərinin, habelə qızdırıcı, su təchizatı və soyuducu qurğu sistemlərinin nasoslarından yaranan səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB aşağı, yəni -5dB (dBA) düzəliş nəzərə alınmalıdır. Bu halda tonallığa düzəliş nəzərə alınmır. Cədvəl 2 Binaların otaqlarında vibrasiya təcililərinin yolverilən səviyyələri Sıra sayı Otaqların təyinatı Günün vaxtı Orta həndəsi tezlikli oktava zolaqlarda (Hs) vibrasiya təcilinin LA səviyyələri, dB Vibrasiya təcilinin LA, korreksiya olunmuş səviyyələri, dB 2 4 6 16 31,5 63 1 2 3 4 5 6 7 8 9 10 1 Mənzillərin yaşayış otaqları Gündüz Gecə 77 72 78 73 80 75 86 81 92 87 98 93 77 72 2 Ümumi yataqxananın yaşayış otaqları Gündüz Gecə 80 72 81 76 83 78 89 84 95 90 101 96 80 75 3 Mehmanxana nömrələri Gündüz Gecə 80 75 81 76 83 78 89 84 95 90 101 96 80 75 4[6] İstirahət evlərinin, pansionatların, qocalar və əlillər üçün internat evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsilinternat məktəblərinin yaşayış otaqları Gündüz Gecə 77 72 78 73 80 75 86 81 92 87 98 93 77 72 5 Ofis otaqları, inzibati binalarda konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında iş otaqları və kabinələr Gündüz 80 81 83 89 95 101 80 6 Xəstəxana və sanatoriyaların palataları Gündüz Gecə 74 69 75 70 77 72 83 78 89 84 95 90 74 69 7 Xəstəxanaların əməliyyat otaqları 69 70 72 78 84 90 69 8 Tibbi idarələrin həkimlər kabineti 77 78 80 78 92 98 77 9[7] Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları 77 78 80 86 92 98 77 10 Kafe, restoran, yeməkxanaların zalları, kinoteatr və teatr foyeləri 80 89 83 89 95 101 80 11 Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları 80 81 83 89 95 101 80 Qeydlər: 1. Cədvəldə a0=10–6 m.c-2 verilmiş vibrasiya təcilinin desibellərlə (dB) səviyyələri titrəmə təcilinin dayaq qiymətində təyin edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn7 2. Hər bir oktava zolağında vibrasiya təcilinin səviyyələri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisə olunur. Cədvəl 3 Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri Sıra sayı Otaqların təyinatı Günün vaxtı Orta həndəsi tezlikli oktava zolaqlarda (Hs) vibrasiya sürətlərinin səviyyələri Lv, dB Titrəmə sürətinin korreksiya edilmiş səviyyələri, LV. düz, dB 2 4 6 16 31,5 63 1 2 3 4 5 6 7 8 9 10 1 Mənzillərin yaşayış otaqları Gündüz Gecə 81 76 76 71 72 67 72 67 72 67 72 67 72 67 2 Ümumi yataqxananın yaşayış otaqları Gündüz Gecə 84 79 79 74 75 70 75 70 75 70 75 70 75 70 3 Mehmanxana nömrələri Gündüz Gecə 84 79 79 74 75 70 75 70 75 70 75 70 75 70 4[8] İstirahət evlərinin, pansionatların, qocalar və əlillər üçün internat evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları Gündüz Gecə 81 76 76 71 72 67 72 67 72 67 72 67 72 67 5 Ofis otaqları, inzibati binalarda konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında iş otaqları və kabinələr 84 79 75 75 75 75 75 6 Xəstəxana və sanatoriyaların palataları Gündüz Gecə 78 73 73 68 69 64 69 64 69 64 69 64 69 64 7 Xəstəxanaların əməliyyat otaqları 73 68 64 64 64 64 64 8 Tibbi idarələrin həkimlər kabinəsi 81 76 72 72 72 72 72 9[9] Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları 81 76 72 72 72 72 72 10 Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları. 84 79 75 75 75 75 75 Qeydlər: 1. Cədvəldə desibellə verilmiş titrəmə sürətinin səviyyələri (Vo = 5.10–8 m.c-1) dayaq qiymətlərində təyin edilmişdir. 2. Hər bir oktava zolağında vibrasiya sürətinin səviyyələri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisə olunur. Cədvəl 4 Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri Sıra sayı Otaqların təyinatı Günün vaxtı Orta həndəsi tezlikli oktava zolaqlarında (Hs) vibrasiya yerdəyişmələri, S, m. 10-6 Düzəlişli vibrasiya yerdəyişmələri S düz, m.10-6 2 4 6 16 31,5 63 1 2 3 4 5 6 7 8 9 10 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn8 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn9 1 Mənzillərin yaşayış otaqları Gündüz Gecə 45 25 13 7,1 4 2,3 2 1,1 1 0,6 0,5 0,3 0,5 0,3 2 Ümumi yataqxananın yaşayış otaqları Gündüz Gecə 64 36 18 10 5,7 3,2 2,8 1,6 1,4 0,8 0,7 0,4 0,7 0,4 3 Mehmanxana nömrələri Gündüz Gecə 64 36 18 10 2,7 13,2 2,8 1,6 1,1 0,8 0,7 0,4 0,7 0,4 4[10] İstirahət evlərinin, pansionatların, qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları Gündüz 45 13 4 2 1 0,5 0,5 5 Ofis otaqları, inzibati binalarda konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında iş otaqları və kabinələr Gündüz Gecə 45 64 13 18 4 5,7 2 2,8 1 1,4 0,5 0,7 0,5 0,7 6 Xəstəxana və sanatoriyaların palataları Gündüz 32 9 2,8 1,4 0,7 0,4 0,4 7 Xəstəxanaların əməliyyat otaqları Gecə 18 5,1 1,6 0,8 0,4 0,2 0,2 8 Tibbi idarələrin həkimlər kabinəsi 18 5,1 1,6 0,8 0,4 0,2 0,2 9[11] Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları 45 13 4 2 1 0,5 0,5 10 Kafe, restoran, yeməkxanaların zalları, kinoteatr və teatr foyeləri 45 13 4 2 1 0,5 0,5 11 Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları 64 18 5,7 2,8 1,4 0,7 0,7 Qeyd: Vibrasiya yerdəyişmələrinin qiymətləri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hər bir oktava zolağı üzrə hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisələnir. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn10 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# edn11 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref1 maksimal səviyyəsinin yolverilən normalarının 3-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir. [2] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının “Sıra sayı” sütununda 7-17 rəqəmləri müvafiq olaraq 6-16 rəqəmləri ilə əvəz edilmişdir. [3] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 8-ci bənddən “təhsil müəssisələrinin” sözləri çıxarılmışdır, “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir. [4] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 13-cü bənddə “uşaq idarələrinə, məktəblər və digər tədris” sözləri “, ümumi və digər təhsil” sözləri ilə əvəz edilmişdir. [5] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 16-cı bənddə “uşaq idarələrinin, məktəblərin və digər tədris” sözləri “, ümumi və digər təhsil” sözləri ilə əvəz edilmişdir. [6] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref2 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref3 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref4 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref5 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref6 [7] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir. [8] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir. [9] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir. [10] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir. [11] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref7 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref8 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref9 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref10 http://www.e-qanun.az/alpidata/framework/data/15/c f 15124.htm# ednref11

Presidential Decree No. 796 on approval of the rules regarding negative impacts of noise pollution on the environment and well-being of the population · Nelum