تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Presidential Decree No. 713 on rules for licensing

صدر في 2015-12-21 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmani № 713.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Livestock, Energy, Cultivated plants, Waste and hazardous substances, General
الكلمات المفتاحية
authorization/permit, business/industry/corporations, certification, internal trade, international trade, standards, animal health, pests/diseases, drugs, pesticides, plant protection, natural gas, oil, effluent waste water/discharge, hazardous substances, hazardous waste, transport/storage, waste management
الفئات
*, agriculture, energy

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. 1. “Lisenziyalaşdırma Qaydası” təsdiq edilsin (əlavə №1).

  2. 2. “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (əlavə №2).

  3. 3. “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (əlavə №3).

  4. 4. “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı” təsdiq edilsin (əlavə №4).

  5. 5. Müəyyən edilsin ki: 5.1. bu Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir; 5.2. bu Fərmanın 4 nömrəli əlavəsində göstərilən fəaliyyət növlərinə lisenziyaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq icra hakimiyyəti orqanları verirlər.

  6. 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbinin ləğvi ilə əlaqədar, habelə lisenziya alınması tələbi ləğv edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün qanunlarda mövcud olan tələblərin yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq qanunlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 6.2. lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrini Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 6.3. bu Fərmanın 2 nömrəli əlavəsinin 3-cü, 27-ci, 28-ci və 29-cu hissələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayının azaldılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 6.4. radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyətin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 6.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 6.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 6.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 6.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  7. 7. Bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq, lisenziya verən dövlət orqanları lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunmasını təmin etsinlər.

  8. 8. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi “Elektron lisenziya” portalının Əsasnaməsinin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

  9. 9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  10. 10. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, №8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288, № 6, maddə 491, № 8, maddə 752, № 10, maddə 896; 2012, № 11, maddə 1114, № 12, maddə 1241; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 7, maddə 810, № 9, maddə 107, № 10, maddə 1222; 2015, № 9, maddə 979), 8-ci hissəsi istisna olmaqla, ləğv edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 dekabr 2015-ci il № 713 Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Əlavə № 1 Lisenziyalaşdırma Qaydası

  11. 1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və bəzi fəaliyyət növləri (o cümlədən dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri) ilə məşğul olmaq üçün lisenziyanın verilməsi, dayandırılması, bərpası və ləğvi qaydasını müəyyən edir. 1.2. Lisenziya - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçi) müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir. 1.3. Lisenziya hər bir fəaliyyət növü üçün ayrıca verilir. Ərizəçinin fəaliyyəti çoxprofilli (çoxyönümlü) olduqda, o, bir neçə lisenziyaya malik ola bilər. Ərizəçi yalnız lisenziya aldıqdan sonra (bu Qaydanın 3.16-cı bəndi nəzərə alınmaqla) həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada məşğul ola bilər. 1.4. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri bu Qaydada göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydaya uyğun olaraq lisenziya almalıdırlar. 1.5. Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Verilmiş lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. 1.6. Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə lisenziyanın müvəqqəti olaraq verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılır. 1.7. Lisenziyalar müddətsiz verilir. 1.8. Lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri bu Fərmanın 2 və 3 nömrəli əlavələrində müəyyən edilmişdir, lisenziya verilməsi üzrə dövlət rüsumunun ödənilməsi ilə əlaqədar digər məsələlər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

  12. 2. Lisenziya verən dövlət orqanları 2.1. Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir. 2.2. Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verən dövlət orqanları bu Fərmanın 3 nömrəli əlavəsində nəzərdə tutulmuşdur. 2.3. Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi (bundan sonra – Nazirlik) aşağıdakı funksiyaları həyata keçirir: 2.3.1. lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini işləyib hazırlayır; 2.3.2. lisenziyalaşdırma məsələləri üzrə hüquqi aktların layihələrini hazırlayır; 2.3.3. dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, lisenziya tələb olunan bütün digər fəaliyyət növləri üzrə lisenziyaları “ASAN xidmət” mərkəzlərində, habelə “Elektron lisenziya” portalı vasitəsilə verir, həmin lisenziyaları dayandırır, bərpa və ya ləğv edir; 2.3.4. dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma sahəsində qanunvericiliyə riayət olunmasına nəzarət edir və lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar verir; 2.3.5. lisenziyalaşdırma sahəsində metodik rəhbərliyi və informasiya təminatını həyata keçirir; 2.3.6. lisenziyalaşdırma sahəsində sənədlərin formasını və onların doldurulması qaydasını müəyyən edir; 2.3.7. ölkədə lisenziyaların vahid reyestrini aparır; 2.3.8. lisenziya blanklarının hazırlanmasına sifariş verir, onların bölgüsünü həyata keçirir, blanklardan istifadənin uçot və hesabatını aparır. 2.4. Lisenziya verən dövlət orqanı lisenziya alınması üçün təqdim edilən ərizəyə baxarkən: 2.4.1. sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq zəruri hesab etdikdə, aidiyyəti dövlət orqanlarının rəyini alır; 2.4.2. ərizələrin araşdırılması və rəy alınması məqsədi ilə ekspert və ya mütəxəssis cəlb edir; 2.4.3. lisenziya tələb olunan fəaliyyət növünün həyata keçirilməsi obyektlə bağlı olduqda, həmin obyektin lisenziya alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğunu yerində qiymətləndirir. 2.5. Nazirliyin lisenziyalaşdırma məsələləri üzrə qərarı lisenziya verən dövlət orqanları, həmçinin digər mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. 2.6. Lisenziya verən dövlət orqanı verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatları özündə ehtiva edən reyestr aparır. Reyestrə yeni məlumatlar daxil edildikdə və ya mövcud məlumatlar dəyişdikdə, onlar lisenziya verən dövlət orqanı tərəfindən lisenziyaların vahid reyestrinə daxil edilməsi üçün hər ayın 10-dək elektron qaydada Nazirliyə təqdim edilir. 2.7. Nazirlik verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına göndərir. 2.8. Lisenziya verən dövlət orqanı verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və ya müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə göndərir. 2.9. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının verdikləri lisenziyalar yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədədir.

  13. 3. Lisenziyanın verilməsi qaydası 3.1. Lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakı sənədləri təqdim edir: 3.1.1. lisenziya almaq üçün aşağıdakıları əks etdirən ərizə: 1. ərizəçi fiziki şəxs olduqda - onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilməsi, ünvanı); 2. ərizə hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) adından verildikdə - onun adı və hüquqi ünvanı; 3. tələbin qısa məzmunu; 4. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası; 5. hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) möhürü; 6. ərizəyə əlavə olunan sənədlərin siyahısı; 3.1.2. hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin dövlət reyestrindən çıxarışının surəti; 3.1.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 3.1.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa); 3.1.5. fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər. 3.2. Bu Fərmanın 2 nömrəli əlavəsinin 7.3-cü bəndi üzrə lisenziyanın verilməsi üçün ərizəçi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında lisenziya müqaviləsi imzalanır. 3.3. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır. 3.4. Lisenziya almaq üçün təqdim edilən ərizə və ona əlavə olunan sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir və qeydə alınır. Lisenziya verən dövlət orqanı tərəfindən “Elektron lisenziya” portalı vasitəsilə lisenziya verilməsi üçün sənəd qəbulunun və lisenziya verilməsinin xüsusiyyətləri “Elektron lisenziya” portalı haqqında Əsasnamədə müəyyən edilir. 3.5. Lisenziya verən dövlət orqanı, zəruri hesab etdikdə konkret fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq müvafiq rəy alınması üçün aidiyyəti dövlət orqanlarına müraciət edə bilər. Həmin müraciətə 7 iş günü müddətində baxılaraq rəy verilir (aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər). Bu müddət ərzində rəy bildirilmədikdə, müsbət rəy verilmiş hesab olunur. Dövlət orqanı verdiyi rəyi qanuna istinad edərək əsaslandırmalıdır. Aidiyyəti dövlət orqanının rəy verməsi üçün müəyyən olunan müddət bu Qaydanın 3.10-cu bəndində göstərilən lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir. 3.6. Lisenziya verən dövlət orqanı, sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, lisenziya verilməsi ilə əlaqədar faktiki hallarla bağlı sualları izah etmək üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə uyğun olaraq ekspert və ya mütəxəssis cəlb edə bilər. Lisenziya verən dövlət orqanı ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini lisenziya verən dövlət orqanına təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır və həmin müddət bu Qaydanın 3.10-cu bəndində göstərilən lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir. 3.7. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, lisenziya verən dövlət orqanı ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması üçün ərizəçiyə məlumat verir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət bu Qaydanın 3.10-cu bəndində göstərilən lisenziya verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 3.8. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları aradan qaldırdığı barədə məlumat verdikdə, lisenziya verən dövlət orqanı ərizəyə və ona əlavə olunmuş sənədlərə baxılmanın nəticəsi əsasında bu Qaydanın 3.10-cu bəndində göstərilən müddətdə müvafiq qərar qəbul edir. 3.9. Lisenziya tələb olunan fəaliyyət növünün həyata keçirilməsi obyektlə bağlı olduqda, lisenziya verən dövlət orqanı həmin obyektin lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğunu yerində qiymətləndirir. 3.10. Lisenziya verən dövlət orqanı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən (bu Qaydanın 3.5–3.7-ci bəndlərinin müddəaları nəzərə alınmaqla) gec olmayaraq lisenziyanın verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə məlumat verir. 3.11. Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina oluna bilər, bu imtinadan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. 3.12. Lisenziyanın verilməsindən imtina üçün əsaslar müəyyən edilmədikdə, ərizəçiyə lisenziya verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumunun ödənilməsi tələb olunduğu hallarda lisenziya müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdə verilir. 3.13. Lisenziyada aşağıdakı məlumatlar göstərilir: 3.13.1. lisenziya verən dövlət orqanının adı; 3.13.2. hüquqi şəxslər, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi üçün - lisenziya verilən hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin adı və hüquqi ünvanı; 3.13.3. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədə dair məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı); 3.13.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü; 3.13.5. lisenziya verilən fəaliyyətin həyata keçirildiyi obyektin ünvanı (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa); 3.13.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi. 3.14. Lisenziya onu verən dövlət orqanının rəhbəri və ya rəhbərin həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 3.15. Hüquqi şəxs yenidən təşkil edildikdə, bu Qaydanın 3.13.2-ci və ya 3.13.3-cü yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar dəyişdikdə, yaxud lisenziya itirildikdə, ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə və lisenziyanın yenidən rəsmiləşdirilməsinə əsas olan sənədləri təqdim etməlidir. 3.16. Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə müvafiq lisenziya verən dövlət orqanının verdiyi arayış əsasında həyata keçirir. Lisenziya verən dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş həmin arayış lisenziyanın yenidən rəsmiləşdirilməsinə əsas olan sənədlər təqdim edildikdən sonra verilir. 3.17. Fəaliyyət növünün bir neçə alt növünü eyni vaxtda həyata keçirmək üçün müraciət olunduqda, lisenziya bir blankda və bir qeydiyyat nömrəsi ilə verilir. Lisenziya sahibi fəaliyyət növünün lisenziyada göstərilməyən digər alt növləri ilə məşğul olmaq üçün lisenziya verən dövlət orqanına ərizə ilə müraciət etdikdə, ona mövcud lisenziya blankı dəyişdirilmədən, ayrıca blankda və ayrı qeydiyyat nömrəsi ilə lisenziya verilir.

  14. 4. Lisenziyanın əlavəsi 4.1. Lisenziyanın əlavəsi aşağıdakı hallarda verilir: 4.1.1. həyata keçirilməsi obyektlə bağlı olan lisenziya tələb edilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildikdə; 4.1.2. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş fəaliyyət növləri ilə əlaqədar lisenziya alınması üçün müraciət edildikdə. 4.2. Aşağıdakı fəaliyyət növləri üzrə ərizəçinin məşğul ola biləcəyi iş və xidmətlərin siyahısı lisenziyanın əlavəsində göstərilir: 4.2.1. özəl tibb fəaliyyəti; 4.2.2. tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis- axtarış işləri; 4.2.3. tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi; 4.2.4. tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti- quraşdırma işləri. 4.3. Həyata keçirilməsi obyektlə bağlı olan lisenziya tələb olunan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə ilk dəfə verilən lisenziya ilə birlikdə hər bir obyekt üçün, onun ünvanı göstərilməklə, lisenziyanın əlavəsi təqdim olunur. 4.4. Ərizəçi bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olmaq istədikdə, ona ilk dəfə verilən lisenziya ilə birlikdə məşğul ola biləcəyi iş və xidmətlərin siyahısı göstərilməklə lisenziyanın əlavəsi təqdim olunur. 4.5. Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziyanın əlavəsinin alınması ilə bağlı lisenziya verən dövlət orqanına ərizə ilə müraciət edə bilər. Həmin müraciətə bu Qaydanın 3.4-3.12-ci bəndlərində nəzərdə tutulan qaydada baxılır və bu zaman ərizəçi tərəfindən bu Qaydanın 3.1.4-cü və (və ya) 3.1.5-ci yarımbəndlərində nəzərdə tutulan sənədlər təqdim edilir. 4.6. Lisenziyanın əlavəsi bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş qaydada imzalanır və təsdiq edilir.

  15. 5. Lisenziya şərtlərinə riayət olunmasına nəzarət 5.1. Lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməsinə nəzarəti sahəvi qanunlarla müəyyən olunmuş qaydada müvafiq nəzarət orqanı həyata keçirir. 5.2. Lisenziya şərtlərinə riayət olunmasına nəzarət sahəsində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. 5.3. Nəzarət orqanı lisenziya sahibinin Nazirlik tərəfindən verilən lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən Azərbaycan Respublikası qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə şərtlərə riayət etməməsi hallarını aşkar etdikdə lisenziyanın dayandırılması üçün Nazirliyə əsaslandırılmış təqdimat göndərir.

  16. 6. Lisenziyanın dayandırılması, bərpası və ləğvi 6.1. Lisenziya verən dövlət orqanı lisenziyanı aşağıdakı hallarda dayandırır: 6.1.1. lisenziya sahibi müvafiq ərizə təqdim etdikdə; 6.1.2. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan hallarda və qaydada dövlət orqanları tərəfindən lisenziya sahibinin fəaliyyəti dayandırıldıqda; 6.1.3. lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən Azərbaycan Respublikası qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə şərtlərə riayət etməməsi lisenziya verən dövlət orqanı tərəfindən müəyyən edildikdə; 6.1.4. lisenziya sahibinin müflisləşməsi faktı qanunla müəyyən olunmuş qaydada təsdiq edildikdə; 6.1.5. qanunla nəzərdə tutulan digər hallarda. 6.2. Lisenziya onu verən dövlət orqanının qərarı ilə dayandırılır. Həmin qərarda dayandırılmaya əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir. Bu Qaydanın 6.1.3-cü yarımbəndində göstərilən əsaslarla lisenziyanın dayandırılması haqqında qərarda həmçinin dayandırılmaya səbəb olan halların aradan qaldırılması üçün görülməli tədbirlər və lisenziyanın dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. 6.3. Lisenziyanın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziya onun sahibinin müraciətinə əsasən bərpa edilir. Lisenziya sahibi öz fəaliyyətini dayandırdıqdan və ya onun fəaliyyəti dayandırıldıqdan sonra müvafiq lisenziya alınması üçün yeni şərtlər müəyyən edildikdə lisenziya sahibi bu Qaydanın 3.1.5-ci yarımbəndində nəzərdə tutulan sənədləri təqdim etdiyi halda lisenziya bərpa edilir. Lisenziya verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur. 6.4. Lisenziya verən dövlət orqanı lisenziyanı aşağıdakı hallarda ləğv edir: 6.4.1. lisenziya sahibi müvafiq ərizə təqdim etdikdə; 6.4.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumat aşkar olunduqda; 6.4.3. məhkəmənin müvafiq qərarı olduqda; 6.4.4. hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi ləğv edildikdə və fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 6.4.5. bu Qaydanın 6.1.3-cü yarımbəndində göstərilən əsaslarla lisenziyanın dayandırılmasına səbəb olan hallar lisenziyanın dayandırılması haqqında qərarda göstərilən müddətdə aradan qaldırılmadıqda; 6.4.6. qanunla nəzərdə tutulan digər hallarda. 6.5. Lisenziya verən dövlət orqanı lisenziyanın dayandırılması, bərpa və ya ləğv edilməsi haqqında qərar qəbul etdiyi vaxtdan 3 iş günü müddətində lisenziyanın sahibinə yazılı məlumat verir. 6.6. Bu Qaydanın 3.17-ci bəndinə uyğun olaraq verilmiş lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququnun dayandırılması (bu Qaydanın 6.1.2-ci və 6.1.4-cü yarımbəndləri istisna olmaqla) və ya ona xitam verilməsi (bu Qaydanın 6.4.4-cü yarımbəndi istisna olmaqla) həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur.

  17. 7. Lisenziya verən dövlət orqanının vəzifəli şəxslərinin və ərizəçilərin məsuliyyəti 7.1. Lisenziya verən dövlət orqanının vəzifəli şəxsi lisenziyalaşdırma qaydalarını pozduqda və ya həmin qaydalara riayət etmədikdə qanunla müəyyən olunmuş hallarda məsuliyyət daşıyır. 7.2. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə görə qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. 7.3. Lisenziya verən dövlət orqanının qəbul etdiyi qərarlardan və onun vəzifəli şəxsinin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Əlavə № 2 Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri Dövlət Sıra rüsumunun Fəaliyyət növünün adı nömrəsi məbləği (manatla)

  18. 1. Toksiki istehsalat tullantılarının: 1.1. utilizasiyası 550 1.2. zərərsizləşdirilməsi 550

  19. 2. Yabanı dərman bitkiləri xammalının yığılması 250

  20. 3. Özəl tibb fəaliyyəti 2250

  21. 4. Əczaçılıq fəaliyyəti: 4.1. dərman vasitələrinin istehsalı 2250 4.2. dərman vasitələrinin topdansatışı 2250 4.3. dərman vasitələrinin pərakəndə satışı 1000

  22. 5. Prekursorların: 5.1. istehsalı 250 5.2. idxalı 250 5.3. ixracı 250 5.4. tranzit nəql edilməsi 250

  23. 6. Təhsil fəaliyyəti: 6.1. məktəbəqədər təhsil müəssisələri 1250 6.2. ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil 2000 olmaqla) 6.3. ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə 2000 liseyləri) 6.4. orta ixtisas təhsili müəssisələri 2000 6.5. ali təhsil müəssisələri 2750 6.6. əlavə təhsil müəssisələri 1500 6.7. dini orta ixtisas təhsili müəssisələri 2000 6.8. ali dini təhsil müəssisələri 2750

  24. 7. Rabitə xidmətləri: 7.1. telefon (məftilli) 2500 7.2. radiotrank və simsiz telefon 2500 7.3. sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı 5500 göstərilməklə) 7.4. İP-telefoniya (internet telefoniya) 4000 7.5. ölkədaxili telekommunikasiya kanallarının təşkili 2500 7.6. beynəlxalq telekommunikasiya kanallarının təşkili 5500 7.7. məlumatların ötürülməsi (data) 3000 7.8. sürətli poçt xidməti 1250

  25. 8. Teleradio yayımı fəaliyyəti: 8.1. ümumrespublika televiziya yayımı 5500 8.2. Bakı şəhəri üzrə televiziya yayımı 2250 8.3. regional televiziya yayımı 1500 8.4. ümumrespublika radio yayımı 2500 8.5. Bakı şəhəri üzrə radio yayımı 1250 8.6. regional radio yayımı 500 8.7. əlavə informasiya yayımı 500 8.8. abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı 1500 8.9. abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi 2500 yayımı 8.10. peyk yayımı 500 8.11. xarici teleradio kanallarının peyk vasitəsilə teleradio 500 yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət

  26. 9. Fond birjası fəaliyyəti 5500

  27. 10. İnvestisiya şirkəti fəaliyyəti 2750

  28. 11. Klirinq təşkilatı fəaliyyəti 2750

  29. 12. İnvestisiya fondunun depozitarı fəaliyyəti 2750

  30. 13. Səhmdar investisiya fondu fəaliyyəti 5500

  31. 14. Qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə 2750 fəaliyyət

  32. 15. Müxtəlif növ möhürlərin və ştampların hazırlanması 1100

  33. 16. Kredit təşkilatlarının fəaliyyəti: 16.1. bank, xarici bankın yerli filialı 11000 16.2. bank olmayan kredit təşkilatı 550 16.3. poçt rabitəsinin milli operatoru 500

  34. 17. Sığorta sahəsində fəaliyyət: 17.1. sığorta fəaliyyəti 11000 17.2. təkrarsığorta fəaliyyəti 11000 17.3. sığorta brokeri fəaliyyəti: 17.3.1. hüquqi şəxs olan sığorta brokerləri 11000 17.3.2. fiziki şəxs olan sığorta brokerləri 500 17.4. sığorta agenti fəaliyyəti: 17.4.1. hüquqi şəxs olan sığorta agentləri 500 17.4.2. fiziki şəxs olan sığorta agentləri 220

  35. 18. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin 550 tullantılarının saxlanması

  36. 19. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması 250

  37. 20. Maye və təbii qaz təsərrüfatı obyektlərinin: 20.1. quraşdırılması 1100 20.2. istismarı 1100

  38. 21. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması 1100

  39. 22. Liftlərin quraşdırılması və təmiri fəaliyyəti 250

  40. 23. Attraksionların istismarı 1250

  41. 24. Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq 1250 altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri

  42. 25. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın 1250 və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi

  43. 26. Yanğından mühafizə fəaliyyəti: 26.1. müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında 1800 yanğınlardan qorunması 26.2. yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, 1800 sınaqlarının keçirilməsi 26.3. yanğından mühafizə sistemlərinin və vasitələrinin 1800 quraşdırılması, texniki xidməti və təmiri 26.4. yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə 1800 vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası

  44. 27. Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis- 550 axtarış işləri

  45. 28. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti- 550 quraşdırma işləri

  46. 29. Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma 550 icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

  47. 30. Özəl baytarlıq təbabəti fəaliyyəti 220

  48. 31. Baytarlıq preparatlarının: 31.1. istehsalı 1500 31.2. satışı 220

  49. 32. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin: 32.1. istehsalı 1000 32.2. idxalı 500

  50. 33. Fərdi ovçuluq təsərrüfatlarının təşkili 550 Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Əlavə № 3 Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri Dövlət Sıra rüsumunun Fəaliyyət növünün adı Lisenziya verən orqan nömrəsi məbləği (manatla)

  51. 1. Özəl mühafizə fəaliyyəti Azərbaycan Respublikasının 1500 Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (digər hallarda)

  52. 2. İnformasiya mühafizə Azərbaycan Respublikasının 1100 vasitələrinin Dövlət Təhlükəsizliyi Xidməti layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət

  53. 3. Biometrik texnologiyaların Azərbaycan Respublikasının 1100 yaradılması və həmin Rabitə və Yüksək Texnologiyalar texnologiyalara xidmət Nazirliyi göstərilməsi

  54. 4. Fərdi məlumatların Azərbaycan Respublikasının 1100 informasiya ehtiyatlarının Rabitə və Yüksək Texnologiyalar formalaşdırılması və Nazirliyi informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Əlavə № 4 Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı Sıra Fəaliyyət növünün adı nömrəsi

  55. 1. Özəl tibb fəaliyyəti

  56. 2. Əczaçılıq fəaliyyəti

  57. 3. Rabitə xidmətləri: 3.1. telefon (məftilli) 3.2. sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) 3.3. radiotrank və simsiz telefon 3.4. İP-telefoniya (internet telefoniya) 3.5. məlumatların ötürülməsi (data) 3.6. sürətli poçt xidməti

  58. 4. Təhsil fəaliyyəti: 4.1. məktəbəqədər təhsil müəssisələri 4.2. ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) 4.3. ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) 4.4. orta ixtisas təhsili müəssisələri 4.5. ali təhsil müəssisələri 4.6. əlavə təhsil müəssisələri 4.7. dini orta ixtisas təhsil müəssisələri 4.8. ali dini təhsil müəssisələri

  59. 5. Müxtəlif növ möhürlərin və ştampların hazırlanması

  60. 6. Teleradio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət)

  61. 7. Yabanı dərman bitkiləri xammalının yığılması

  62. 8. Prekursorların istehsalı, idxalı, ixracı və tranzit nəql edilməsi

  63. 9. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması

  64. 10. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı

  65. 11. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması

  66. 12. Liftlərin quraşdırılması və təmiri fəaliyyəti

  67. 13. Attraksionların istismarı

  68. 14. Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri

  69. 15. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi

  70. 16. Yanğından mühafizə fəaliyyəti: 16.1. yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi 16.2. yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri 16.3. yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası

  71. 17. Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri

  72. 18. Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

  73. 19. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri

  74. 20. Özəl baytarlıq təbabəti fəaliyyəti

  75. 21. Baytarlıq preparatlarının: 21.1. istehsalı 21.2. satışı

  76. 22. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi

Presidential Decree No. 713 on rules for licensing · Nelum