تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Presidential Decree No. 562 on the implementation of the Veterinary Act No. 922-IIQ

صدر في 2007-04-11 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Baytarlıq haqqında azərbaycan respublikası qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə azərbaycan respublikası prezidentinin fərmanı № 562.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Livestock
الكلمات المفتاحية
animal health, governance, institution

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 15.3.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırmaqla öz səlahiyyətləri daxilində həyata keçirirlər; 1.2. həmin qanunun 24.7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, ikinci halda - yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; 1.3. həmin qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir; 1.4. həmin qanunun 38-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. 2. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 aprel 2007-ci il

Presidential Decree No. 562 on the implementation of the Veterinary Act No. 922-IIQ · Nelum