تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Presidential Decree No. 467 on measures to improve governance in the agricultural sector

صدر في 2004-10-23 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqinda Azərbaycan Respublikasi Prezidentinin Sərəncami №467.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Agricultural and rural development
الكلمات المفتاحية
agricultural development, governance, institution, financial agricultural measures, inspection

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikasında son illər aparılan islahatlar nəticəsində aqrar bölmədə yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, bu sahənin inkişafını tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmış və regionlarda sahib karlığın inkişafı üçün əlverişli şərait yaranmışdır. Qazanılmış uğurlar və mövcud potensial dövlətin aqrar siyasətinin həyata keçirilməsini sürətləndirməklə kənd yerlərini inkişaf etdirmək və kənd əhalisinin rifah halını daha da yaxşılaşdırmaqla yanaşı, bu mühüm bölmənin idarə edilməsinin müasir tələblərə uyğun yenidən qurulmasını tələb edir. Aqrar bölmənin idarə edilməsində mövcud pərakəndəliyi aradan qaldırmaq, bu sahənin davamlı inkişafını təmin edən idarəetmə sistemini yaratmaq məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edilsin və müəyyən edilsin ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini və iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında aşağıdakı qurumlar yaradılsın: 2.1. Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi; 2.2. Dövlət Baytarlıq Xidməti; 2.3. Dövlət Fitosanitar Nəzarəti Xidməti; 2.4. Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi ləğv edilsin və onun balansında olan əmlak Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında yaradılan Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinə verilsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında və onun yanında yaradılan xidmətlərin və agentliklərin əsasnamələrinin layihələrini və nazirlik sisteminin strukturu barədə təkliflərini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.2. qüvvədə olan qanunvericilik aktlarının bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 oktyabr 2004-cü il №467

Presidential Decree No. 467 on measures to improve governance in the agricultural sector · Nelum